Ərərb Dili - 27 ci Dərs
İYİRMİ YEDDİNCİ DƏRS
Həzrəti Peyğəmbər (s) buyurub: “Sizin ən yaxşınız Quranı öyrənib,başqalarına öyrədəndir”.
MƏDLƏR.
"Mədd"sözü lüğətdə "uzadılma" deməkdir.Kitabın "Qiraət" hissəsində "mədd hərfləri" ilə tanış olmuşuq."mədli əlif", "mədli vav" ,"mədli yə".
"Mədd hərf"ləri uzun saitləri bildirir və qısa saitlərin iki misli qədər,yəni iki səs miqdarında uzadılır.Bu mədd "təbii mədd" adlanır.Bəzən "mədd hərf"ləri öz təbii miqdarında daha çox uzadılır.Bunan səbəb "sükun" və "həmzə"dir.Yəni,mədd hərflərindən sonra "sükun"və"həmzə" gəldiyi zaman mədd hərfləri daha çox uzadılacaqdır.Elə bu səbəbdən də "sükun" və "həmzə" "məddin səbəbi" sayılır.Təşdidli hərfin birincisi də "sükunlu" olduğundan "təşdid"də "məddin səbəbi" hesab olunur.
Qeyd:Mədd hərfləri iki hərəkədən altı hərəkəyə qədər uzadıla bilər.Mədd hərflərinin iki hərəkə qədər uzadılması "qəsr",üç hərəkə qədər uzadılması "fövqi qəsr",dörd hərəkə qədər uzadılması "təvəssüt",beş hərəkə qədər uzadılması "fövqi təvəssüt" və altı hərəkə qədər uzadılması "tul" adlanır.
Məddin növləri.
Məddin səbəbi "həmzə" olduqda,belə mədd iki növə ayrılır."müttəsil mədd (bitişik)" və "münfəsil mədd (ayrı)"
"Müttəsil mədd (bitişik)"növündə isə mədd hərfi bir sözün daxilində olur.Bu halda mədd hərfi dörd hərəkədən altı hərkəyə qədər uzadılır.Məsələn.
"Münfəsil mədd (ayrı)"növündə isə mədd hərfi bir sözün sonuncu hərfi,mədd səbəbi olan həmzə isə sonrakı sözün ilk hərfi olur.Yəni,mədd hərfi ilə məddin səbəbi ayrı-ayrı sözlərdə yerləşir.Bu halda mədd hərfi iki hərəkədən beş hərəkəyə qədər uzadılır.Məsələn.
Qeyd:
1)"Münfəsil mədd" növündə birinci sözün üzərində vəqf olunarsa,mədd hərfi öz təbii miqdarında uzadılacaq,çünki məddin səbəbi mədd hərfindən ayrılır.
2)İşba olunan "hə"dən sonra "həmzə" gəldikdə,"münfəsil mədd" növü əmələ gəlir və buna "işba məddi"də deyilir.Məsələn.
3)Qiraət zamanı istər "müttəsil mədd" növündə,istərsə də "münfəsil mədd" növündə mədd hərflərinin uzadılmasında tənasübə riayət olunmalıdır.Yəni,əgər "müttəsil mədd"ən biri "tul" oxunarsa,qalan "müttəsil mədələr"də "tul" oxunmalıdır.Həmçinin əgər "münfəsil mədd"ən biri "qəsr" oxunursa,digərləri də həmin qayda ilə oxunmalıdır.
4)Münfəsil və müttəsil mədlər zamanı mədd hərflərinin üzərində "məddə"işarəsi qoyulur.
Məddin səbəbi "sükun" olduqda,belə məddə də iki növə ayrılır."lazım mədd" və "ariz mədd"
"lazım mədd" növündə məddin səbəbi olan "sükun" ,sözün öz sükunudur,başqa sözlə desək ,vəqf nəticəsində yaranan sükun deyil.Bu halda mədd hərfi "tul" oxunur,yəni altı hərəkə qədər uzadılır.Məsələn.
"ariz mədd" növündə isə "sükun" vəqf nəticəsində yaranan sükundur.Bu halda mədd hərflərinin iki hərəkədən altı hərəkəyə qədər uzadılmasına icazə verilir.Məsələn.
Qeyd:Arizi mədd növündə mədd hərflərinin uzadılmasında tənasübə riayət etmək lazım deyil.
Lin məddi.
Lin hərflərindən (yəni ,"sükunlu vav" və "sükunlu yə" hərfindən əvvəl "fəthə" olur) sonra sükunlu hərf gəldikdə ,bu zaman "lin məddi" yaranır.Bu halda lin hərflərini iki hərəkədən altı hərəkəyə qədər uzatmaq olar.Məsələn.
Qeyd:"Müqəttəə hərfləri"nin oxunuşunda mədlərin müxtəlif növləri meydana çıxır.Məddin növünü təyin edərək mədd hərflərini həmin miqdarda uzatmaq lazımdır.
SON