Cəlilabad Cümə Məscdi

Ərəb Dili - 25 ci Dərs

İYİRMİ BEŞİNCİ DƏRS

 

Həzrəti Peyğəmbər (s) buyurub: “Qurani-Kərimin bəşər sözündən üstünlüyü,Allahın məxluqatdan üstünlüyü kimidir”.

Sükunlu mim https://img.webme.com/pic/e/ehliwie-samux/00077.jpg hərfinin qaydaları.

"Sükunlu mim" ihərfinin üç qaydası vardır. İdğam, ixfa, izhar.

1)İdğam:
"Sükunlu mim" özündən sonra gələn "mim" hərfində idğam olunur.Bu idğam "mütəmasileyn" idğamıdır və ğünnə ilə yanaşı olur.
Məsələn.
     oxunur.             yazılır.   
https://img.webme.com/pic/e/ehliwie-samux/00078.jpg

2)İxfa:
"İxfa" lüğətdə "gizlətmək,məxfi emək" mənasını daşıyır."Sükunlu mim" hərfindən sonra "bə" hərfi gəldikdə "mim" hərfi ifxa olunur,yəni izhar ilə idğam arasında ğünnə ilə oxunur.Başqa sözlə desək,sükunlu mim ağız azacıq açıq vəziyyətdə elə tələffüz edilir ki,səsin yarısı buruna düşür və iki səs miqdarında uzadılır.
Məsələn.
https://img.webme.com/pic/e/ehliwie-samux/00079.jpg

3)İzhar:
"İzhar" lüğətdə "aşkara çıxarmaq" mənasındadır.Təcviddə isə səsin öz məxrəcindən tələffüz edilməsinə deyilir.
Sükunlu mim hərfindən sonra "mim" və "bə" hərflərindən başqa qalan 26 hərf gəldiyi zaman "mim" hərfi izhar olunacaq.Yəni aşkar şəkildə öz məxrəcindən tələffüz ediləcəkdir.
Diqqət yetirmək lazımdır ki,"izhar" zamanı "mim" hərfinə hərəkə verilməməli və onun üzərində azacıq olsa belə dayanılmamalıdır.
 

 
Quranda "sükunlu mim"hərfinin ixfa və idğam olunduğu zaman əlamətləndirilməsi.


1)
Sükunlu mim idğam olunduğu zaman üzərində sükun işarəsi qoyulmur,əvəzində ikinci "mim" hərfinin üzərində təşdid qoyulur.
 

https://img.webme.com/pic/e/ehliwie-samux/00080.jpg


2)
Sükunlu mim ixfa olunduğu zaman sadəcə üzərində sükun işarəsi qoyulmur (naqis idğamda qoyuldğu kimi).

https://img.webme.com/pic/e/ehliwie-samux/00081.jpg

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol