Qadınlar Üçün
İSTİHAZƏ
Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına müstəhazə deyilir.
Məsələ 390: Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bəzən qara, qırmızı və qatı olması, təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür.
Məsələ 391: İstihazə üç qismdir:
1- Qəlilə (az).
2- Mütəvəssitə (orta).
3- Kəsirə (çox).
Qəlilə istihazə budur ki, qan, qadının övrətinin daxilinə qoyduğu pambığın bir tərəfindən keçib o biri tərəfində zahir olmasın.
Mütəvəssitə istihazə odur ki, qan qadının övrətinə qoyduğu pambığa hopub o biri tərəfindən zahir olsun. Amma qadınların, adətən, qanaxmanın qarşısını almaq üçün qoyduqları dəsmala çatmasın.
Kəsirə istihazə budur ki, qan ora qoyulan pambıqdan keçib dəsmala da çatsın.
İSTİHAZƏNİN HÖKMLƏRİ
Məsələ 392: Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, suya çəkməlidir.
Məsələ 393: Mütəvəssitə istihazədə, ehtiyat-lazıma əsasən, qadın öz namazları üçün gündəlik bir qüsl etməlidir. Həmçinin gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazəsi olan qadının da vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl, yaxud həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Əgər qəsdən və ya unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək məğrib və işa namazından əvvəl qüsl etsin, istər qan gəlsin, istərsə də kəsilsin fərqi yoxdur.
Məsələ 394: Kəsirə istihazədə ehtiyat-vacibə əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı ya dəyişməli, ya da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazı üçün, bir qüsl də məğrib və işa namazı üçün yerinə yetirməlidir. Zöhr və əsr, məğrib və işa namazları arasında gərək fasilə salmasın. Əgər fasilə salsa, gərək əsr və işa namazları üçün ikinci dəfə qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan dəsmala çatdığı hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fasilə ilə çatsa, qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, ehtiyat-lazım budur ki, hər vaxt qan pambıqdan dəsmala çatsa pambıq və dəsmalı suya çəksin və qüsl etsin. Əgər məsələn qadın qüsl etsə və zöhr namazını qılsa, əsr namazını qılmamışdan qabaq və ya onun əsnasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsl etməlidir. Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci dəfə pambıqdan dəsmala yetişməzdən qabaq məğrib və işa namazını da qıla bilsə, o namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər bir halda olarsa kəsirə istihazədə qüsl dəstəmaz əvəzinə də yetərlidir.
Məsələ 395: İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün dəstəmaz almamış və ya qüsl etməmişdirsə, namaz vaxtı müstəhazə olmasa da belə, dəstəmaz almalı və ya qüsl etməlidir.
Məsələ 396: Həm qüsl etməsi, həm də ehtiyat-lazıma əsasən dəstəmaz almalı olan mütəvəssitə istihazəli qadın, əvvəlcə qüsl etməli, sonra dəstəmaz almalıdır. Amma kəsirə istihazəli qadın dəstəmaz almaq istəsə, qüsldən əvvəl dəstəmaz alması lazımdır.
Məsələ 397: Əgər qadının qəlilə istihazəsi sübh azanından sonra müvəssitə olsa, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazından sonra mütəvəssitə olsa, gərək məğrib və işa namazı üçün qüsl etsin.
Məsələ 398: Əgər qadının qəlilə, yaxud mütəvəssitə istihazəsi sübh namazından sonra kəsirə olsa və bu halda qalsa, gərək 394-cü məsələdə deyildiyi hökmə uyğun əməl etsin, zöhr, əsr, məğrib və işa namazını qılsın.
Məsələ 399: 394-cü məsələdə deyildiyi kimi, kəsirə istihazəsi olan qadının qüslü ilə namazı arasında fasilə salmaması lazım olduğu halda, əgər namaz vaxtı çatmamışdan əvvəl qüsl etməsi araya fasilə düşməsinə səbəb olsa, o qüslün faydası yoxdur və namaz üçün yenidən qüsl etməsi gərəkdir. Bu hökm mütəvəssitə istihazəli qadına da aiddir.
Məsələ 400: Qəlilə və mütəvəssitə istihazəsi olan qadın (hökmü deyilən gündəlik namazlardan başqa) istər vacib olsun, istərsə də müstəhəbb, hər namaz üçün dəstəmaz almalıdır. Amma əgər qıldığı gündəlik namazını ehtiyatən yenidən qılmaq istəyərsə və ya fürada (təklikdə) qıldığı namazı yenidən camaat ilə qılmaq istəyərsə, istihazə üçün qeyd olunan bütün işləri yerinə yetirməlidir. Amma namazdan dərhal sonra yerinə yetirdiyi təqdirdə, ehtiyat namazını, unudulan səcdə və təşəhhüdü və həmçinin bütün hallarda səcdeyi-səhv yerinə yetirmək üçün, istihazə işlərini görməsi lazım deyildir.
Məsələ 401: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı yalnız birinci namaz üçün gərək istihazənin işlərini yerinə yetirsin və sonrakı namazlar üçün bu lazım deyildir.
Məsələ 402: İstihazəsinin hansı növdən olduğunu bilməyən qadın, namaz qılmaq istədiyi zaman, ehtiyata əsasən özünü yoxlamalıdır. Məsələn, fərcinə bir qədər pambıq daxil edərək, bir az səbr etdikdən sonra çıxarır və istihazənin üç növdən hansı birinin olduğunu bildikdən sonra, o növə aid olan işləri yerinə yetirir. Amma əgər namaz qılacağı vaxta qədər istihazənin dəyişməyəcəyini bilirsə, namaz vaxtı daxil olmamışdan da özünü yoxlaya bilər.
Məsələ 403: İstihazəli qadın özünü yoxlamamışdan əvvəl namaza başlasa, belə ki, qürbət qəsdi ilə öz vəzifəsinə əməl etmiş olsa, məsələn, istihazəsi qəlilə olmuşdursa və qəlilə istihazəsinin vəzifəsinə əməl etmiş olsa, onun namazı səhihdir. Əgər qürbət qəsdi ilə olmasa və ya əməl vəzifəsinə uyğun olmasa, məsələn, istihazəsi mütəvəssitə olduğu halda qəlilənin vəzifəsinə əməl etsə, namazı batildir.
Məsələ 404: İstihazəli qadın özünü yoxlaya bilməsə, həqiqi vəzifəsinə əməl etməlidir. Məsələn, əgər istihazəsinin qəlilə və ya mütəvəssitə olduğunu bilmirsə, qəlilə istihazənin işlərini yerinə yetirməlidir. Əgər istihazəsinin mütəvəssitə və ya kəsirə olduğunu bilmirsə, mütəvəssitə istihazəsinin işlərinə əməl etməlidir. Amma əgər əvvəllər üç növdən hansı birinin olduğunu bilirdisə, həmin növə aid vəzifəsinə əməl etməlidir.
Məsələ 405: Əgər istihazə qanı birinci dəfə zahir olanda, daxilində olsa və zahirə gəlməsə, qadının aldığı dəstəmaz və ya qüslü batil etməz. Əgər zahirə gəlsə, az da olsa belə, dəstəmaz və ya qüslü batil edər.
Məsələ 406: Müstəhazə qadın namazdan sonra özünü yoxlasa və qan görməsə, yenə qan gələcəyini bilsə belə, aldığı dəstəmazla namaz qıla bilər.
Məsələ 407: Əgər müstəhazə qadın dəstəmaz və ya qüslə başladığı andan etibarən özündən qan gəlmədiyini və fərcin daxilində də olmadığını bilərsə, pak qalacağını bildiyi zamana qədər namaz qılmasını təxirə sala bilər.
Məsələ 408: Əgər müstəhazə qadın, namaz vaxtı keçməzdən qabaq tamamilə pak olacağını və ya namaz qıla biləcəyi bir vaxtda qanın dayanacağını bilərsə, ehtiyat-lazıma əsasən səbr edib, pak olduğu vaxt namazını qılmalıdır.
Məsələ 409: Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan kəsilsə, istihazəli olan qadın namazını təxirə salmaqla qüsl, dəstəmaz və namazı yerinə yetirəcək qədər tam pak olacağını bilərsə, ehtiyat-lazıma əsasən, namazını təxirə salmalı, tamamilə pak olduğu zaman, yenidən dəstəmaz və qüsl edib, namazını qılmalıdır. Əgər qanın zahirdə kəsildiyi zaman namazın vaxtı daralarsa, yenidən dəstəmaz alıb qüsl etməsi lazım deyil. Qabaqcadan aldığı dəstəmaz və qüsl ilə namazını qıla bilər.
Məsələ 410: Kəsirə istihazəsi olan qadın qandan tamamilə pak olduqda əvvəlki namaz üçün qüsl etməyə başladığı andan etibarən, artıq qan gəlmədiyini bilirsə, yenidən qüsl etməsi lazım deyil. Əks təqdirdə qüsl etməlidir. (Əlbəttə, bu hökmün ümumi olması ehtiyata əsasəndir.) Amma mütəvəssitə istihazədə qandan tamamilə pak olması üçün qüsl etməsi lazım deyildir.
Məsələ 411: Qəlilə istihazəli olan qadın dəstəmazdan sonra, mütəvəssitə istihazəli olan qadın qüsl və dəstəmazdan sonra, kəsirə istihazəli olan qadın isə qüsldən sonra 394 və 407-ci məsələdə işarə olunan iki hal istisna olmaqla dərhal namaza başlamalıdır. Amma namazdan qabaq azan və iqamə demələrinin eybi yoxdur. Namaz vaxtı qunut kimi müstəhəbb olan əməlləri də yerinə yetirə bilər.
Məsələ 412: Vəzifəsi dəstəmaz və ya qüsl ilə namaz arasında fasilə salmamaq olan müstəhazəli qadın, əgər vəzifəsinə əməl etməsə, gərək yenidən dəstəmaz alıb və ya qüsl edib, dərhal namaza başlasın.
Məsələ 413: İstihazəli qadının qanı axar vəziyyətdə olub kəsilməsə, ona zərəri olmadığı təqdirdə, ehtiyat-vacibə görə gərək qüsldən qabaq qanın gəlməsinin qarşısını almalıdır. Belə ki, səhlənkarlıq etməsi nəticəsində ondan qan xaric olarsa, əgər namaz qılmışdırsa, gərək onu yenidən qılsın. Hətta ehtiyat-müstəhəb budur ki, yenidən qüsl etsin.
Məsələ 414: Əgər qüsl vaxtında qan kəsilməsə, qüsl səhihdir. Amma qüsl əsnasında mütəvəssitə istihazə kəsirəyə çevrilsə, gərək qüslü əvvəldən başlasın.
Məsələ 415: Ehtiyat-müstəhəb budur ki, istihazəli olan qadın orucdursa, bütün gün ərzində bacardığı qədər qanın gəlməsinin qarşısını alsın.
Məsələ 416: Məşhur nəzərə əsasən, kəsirə istihazəli qadının tutacağı oruc o zaman səhihdir ki, sabahı oruc tutmaq istədiyi bir gecənin məğrib və işa namazının qüslünü və həmçinin gündüzün də gündüz namazları üçün vacib olan qüslləri etmiş olsun. Amma onun orucunun səhih olmasında qüslün şərt olmaması uzaq bir nəzər deyildir. Həmçinin daha güclü (əqva) nəzərə əsasən, bu qeyd olunan hökm mütəvəssitə istihazəli olan qadında da şərt deyildir.
Məsələ 417: Əgər qadın əsr namazından sonra müstəhazə olsa və axşam çağına kimi qüsl etməsə, orucu səhihdir.
Məsələ 418: Əgər qadının qəlilə istihazəsi namazdan əvvəl mütəvəssitə, yaxud kəsirə olsa, gərək mütəvəssitə, yaxud kəsirə üçün deyilmiş əməlləri yerinə yetirsin. Əgər mütəvəssitə istihazə kəsirə olsa, gərək kəsirə istihazənin əməllərini yerinə yetirsin. Əgər mütəvəssitə istihazə üçün qüsl etmiş olsa, faydası yoxdur, gərək ikinci dəfə kəsirə üçün qüsl etsin.
Məsələ 419: Əgər namaz əsnasında qadının mütəvəssitə istihazəsi kəsirəyə çevrilsə, namazı pozmalı, kəsirə istihazəsi üçün qüsl edib dəstəmaz almalı və onun sair işlərini yerinə yetirib həmin namazı qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, qüsldən qabaq dəstəmaz da alsın. Əgər qüsl etməyə vaxtı çatmasa, onun yerinə təyəmmüm etməlidir. Əgər təyəmmüm etməyə də vaxt yoxdursa, ehtiyat-müstəhəbə əsasən, namazını pozmadan, həmin halda namazını tamamlamalıdır. Amma sonradan qəzasını qılması lazımdır. Həmçinin əgər qadının qəlilə istihazəsi namaz əsnasında mütəvəssitə və ya kəsirə olarsa, namazı pozmalı, mütəvəssitə və ya kəsirə istihazənin əməllərini yerinə yetirməlidir.
Məsələ 420: Namaz əsnasında qan kəsilərsə və müstəhazə qadın qanın içəridən də kəsilib-kəsilmədiyini bilməzsə, yaxud paklıq (təharət) hasil edib namazı, ya onun bir hissəsini qılmağa möhlət verib-vermədiyini bilməsə ehtiyat-vacibə görə vəzifəsinə müvafiq dəstəmaz alaraq və ya qüsl edərək namazı yenidən qılması lazımdır.
Məsələ 421: Əgər qadının kəsirə istihazəsi mütəvəssitə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün mütəvəssitənin əməlini yerinə yetirsin. Məsələn, əgər zöhr namazından əvvəl kəsirə istihazə mütəvəssitə olsa, gərək zöhr namazı üçün qüsl etsin və əsr, məğrib və işa namazları üçün yalnız dəstəmaz alsın. Amma əgər zöhr namazı üçün qüsl etməsə və yalnız əsr namazını qılmaq miqdarında vaxtı olsa, gərək əsr namazı üçün qüsl etsin; və əgər əsr namazı üçün də qüsl etməsə, gərək məğrib namazı üçün qüsl etsin; və əgər onun üçün də qüsl etməsə və yalnız işa namazını qılmaq miqdarında vaxtı olsa, gərək işa namazı üçün qüsl etsin.
Məsələ 422: Əgər hər namazdan əvvəl qadının kəsirə istihazəsi kəsilsə və ikinci dəfə gəlsə, hər namaz üçün gərək bir qüsl etsin.
Məsələ 423: Əgər kəsirə istihazəsi qəlilə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin. Həmçinin əgər mütəvəssitə istihazə qəlilə olsa, gərək birinci namaz üçün mütəvəssitənin əməlini qabaqcadan yerinə yetirməyibsə yerinə yetirsin və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin.
Məsələ 424: Əgər istihazəli qadın, ona vacib olan işlərdən birini tərk etsə, namazı batildir.
Məsələ 425: Qəlilə və ya mütəvəssitə istihazəli olan qadın, əgər namazdan başqa, dəstəmazın şərt olduğu başqa bir iş görmək istəsə, məsələn, bədəninin bir yerini Quranın yazısına toxundurmaq istəsə, belə ki, namaz tamam olandan sonra olsa belə, gərək ehtiyat-vacibə görə dəstəmaz alsın. Namaz üçün aldığı dəstəmaz kifayət deyildir.
Məsələ 426: İstihazəli qadın, ona vacib olan qüslləri yerinə yetirdiyi təqdirdə, məscidə daxil olması, orada dayanması, vacib səcdəsi olan ayəni oxuması və əri ilə yaxınlıq etməsi, hərçənd namaz üçün yerinə yetirmiş olduğu, pambığı və parçanı dəyişdirmək kimi digər işləri yerinə yetirməmiş olsa belə, ona halal olur. Bu işlər qüslsüz belə icazəlidir.
Məsələ 427: Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, əgər namaz vaxtından əvvəl, vacib səcdəsi olan ayəni oxumaq və ya məscidə getmək istəsə, ehtiyat-müstəhəb budur ki, qüsl etsin. Əri onunla yaxınlıq etmək istədiyi təqdirdə də, eyni hökmü daşıyır.
Məsələ 428: Ayət namazı istihazəli qadına vacibdir və gərək ayət namazı üçün də gündəlik namazlar üçün deyilən bütün işləri yerinə yetirsin.
Məsələ 429: Gündəlik namazın vaxtında, istihazəli qadına ayət namazı vacib olsa, hər ikisini ardıcıl yerinə yetirmək istəsə, ehtiyat-lazıma əsasən, hər ikisini bir qüsl və dəstəmazla qıla bilməz.
Məsələ 430: İstihazəli qadın qəza namazı qılmaq istədikdə, əda namazı üçün vacib olan bütün əməlləri, hər qəza namazı üçün də yerinə yetirməlidir. Həmçinin ehtiyata əsasən, qəza namazında, əda namazında yerinə yetirdiyi əməllərlə kifayətlənə bilməz.
Məsələ 431: Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilirsə və istihazə, heyz, yaxud nifas qanı olduğuna ehtimal verirsə, bu surətdə əgər o qan şər`i baxımdan heyz və nifas qanının hökmünü daşımasa, həmin qadın istihazə hökmünə əməl etməlidir. Hətta əgər istihazə qanı və ya digər qanlar olduğunda şəkk edərsə, onların nişanəsini daşımırsa, ehtiyat-vacibə əsasən, istihazənin əməllərini yerinə yetirməlidir.
HEYZ
Heyz, əksər halda, hər ayda, bir neçə gün müddətində, qadınların rəhimindən xaric olan bir qandır. Qadın heyz qanı gördüyü zaman, haiz adlanır.
Məsələ 432: Heyz qanı əksər hallarda qəliz və istidir, rəngi qara yaxud qırmızıdır. Təzyiqlə və azacıq yandırıcılıqla xaric olur.
Məsələ 433: Qadınların altımış yaşından sonra gördükləri qan heyz hökmündə deyildir. Qüreyşiyyə (səyyidə) nəslindən olmayan qadınlar əlli yaşından sonra altımış yaşının tamam olmasına qədər qəti olaraq heyz hökmündə olan bir qan görsə haizə haram olan şeyləri tərk edib, istihazəliyə lazım olan işləri yerinə yetirmələri ehtiyat müstəhəbdir.
Məsələ 434: Qızın doqquz yaşı tamam olmamışdan qabaq gördüyü qan, heyz deyildir.
Məsələ 435: Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür. Bu xüsusda hamilə ilə hamilə olmayan qadının hökmü eynidir. Ancaq əgər hamilə qadın adətinin əvvəlindən 20 gün keçdikdən sonra heyz xüsusiyyətini daşıyan bir qan görsə, ehtiyatən heyzli qadına haram olan işləri tərk etməli və istihazəliyə lazım olan işləri də etməlidir.
Məsələ 436: Yaşının doqquz olub-olmadığını bilməyən bir qız, əgər heyzin nişanələri olmayan qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri olarsa, onun heyz olma hökmü, işkallıdır. Amma əgər onun heyz olduğuna xatircəmlik hasil edərsə, heyzdir və bu təqdirdə, doqquz yaşını tamamladığı məlum olur.
Məsələ 437: Altmış yaşı olub-olmamasında şəkk edən bir qadın, əgər qan görsə və o qanın heyz olub-olmadığını bilməsə, altmış yaşının tamamlanmadığını əsas götürməlidir.
Məsələ 438: Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az olsa da belə heyz deyildir.
Məsələ 439: Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir.
Məsələ 440: Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində, bütün və ya bəzi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir.
Məsələ 441: Birinci və dördüncü gecə qan görməsi lazım deyildir. Amma ikinci və üçüncü gecələrdə qan kəsilməməlidir. Belə ki, əgər birinci gün sübhün əvvəlindən üçüncü günün axşamına qədər, ardıcıl qan gəlsə və əsla kəsilməzsə, heyzdir. Həmçinin əgər birinci günün ortalarında başlayarsa və dördüncü gün həmin vaxtda kəsilərsə də, eyni hökmü daşıyır.
Məsələ 442: Əgər üç gün ardıcıl qan görüb kəsildikdən sonra təkrar qan görərsə və qan gördüyü və arada pak olduğu günlər birlikdə on gündən çox olmazsa, qan gördüyü bütün günlər heyzdir. Amma ehtiyat-lazıma əsasən arada pak olduğu günlərdə isə həm heyz olmayan qadına vacib olan işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan şeylərdən çəkinməlidir.
Məsələ 443: Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan qan görüb o qanın çiban və ya yara yaxud heyz qanı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir.
Məsələ 444: Əgər qadın yara yaxud heyz qanı olduğunu bilmədiyi bir qan görsə, əvvəlki halı heyz olmamışdırsa ibadətlərini yerinə yetirməlidir.
Məsələ 445: Əgər qadın bir qan görüb heyz qanı, yaxud istihazə qanı olduğunda şəkk edərsə, heyz nişanələrini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir.
Məsələ 446: Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görsə, özünü yoxlamalıdır: yəni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər yerinə yetişibsə, heyz qanıdır.
Məsələ 447: Əgər üç gündən az qan görərsə və pak olduqdan sonra yenidən üç gün qan görərsə, ikinci qan heyzdir. Birinci dəfə gördüyü qan adət günlərində olsa belə, heyz deyildir.
HAİZİN HÖKMLƏRİ
Məsələ 448: Haiz qadına bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, icazəli deyil. Lakin meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə, eybi yoxdur.
2. Cünub şəxsə haram olan şeylərin hamısı; (cənabət hökmlərində izah olunub).
3. Fərc ilə (cinsiyyət üzvü ilə) cima etmək; həm kişi, həm də qadın üçün, hətta əgər sünnət olunan yerə qədər daxil olsa və məni gəlməsə də, haramdır. Ehtiyat-vacib budur ki, sünnət olunan yerdən az da daxil etməsin. Bu hökm arxadan edilən yaxınlığa şamil deyil. Amma ehtiyata əsasən qadınla arxadan (anal dəliyindən) cinsi əlaqədə olmaq, əgər qadın razı olmasa istər haiz olsun, istərsə də olmasın, icazəli deyil.
Məsələ 449: Qadının heyz olduğu qəti olaraq məlum olmadığı, amma şərən özünü heyzli hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.
Məsələ 450: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. Kəffarənin vacib olmamasına baxmayaraq verilməsi daha yaxşıdır. Onun kəffarəsi heyizin əvvəlində bir misqal sikkəli qızıldır və onun ortasında misqalın yarısı və axırında misqalın dörtdə biridir. Şəri misqal, 18 noxuddur.
Məsələ 451: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və mazaqlaşmaq kimi, sair ləzzətlər almağın eybi yoxdur.
Məsələ 452: Heyz halında ikən qadına təlaq vermək təlaq hökmlərində izah olunacağı kimi, batildir.
Məsələ 453: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan danışmaqla ittiham edilmirsə, sözü qəbul edilməlidir. Əks təqdirdə, sözünün qəbul edilməsi işkallıdır.
Məsələ 454: Əgər qadın namaz əsnasında haiz olsa, namazı batildir. Hətta əgər heyz, axırıncı səcdədən sonra və salamın axırıncı hərfindən qabaq olsa, ehtiyat-vacibə görə batil olur.
Məsələ 455: Əgər qadın namaz əsnasında haiz olub-olmamasında şəkk edərsə, namazı səhihdir. Amma namazdan sonra, namaz əsnasında haiz olduğunu başa düşərsə, keçən məsələdə dediyimiz kimi, qıldığı namaz batildir.
Məsələ 456: Qadının, heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz və ya qüsllə, yaxud təyəmmüm ilə yerinə yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir. Dəstəmaz əvəzinə də kifayət edir. Qüsldən qabaq dəstəmaz da alması daha yaxşıdır.
Məsələ 457: Qadına, heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də, təlaq vermək səhihdir və əri də onunla cinsi əlaqədə ola bilər. Amma ehtiyat-lazıma əsasən cinsi əlaqə fərcin yuyulmasından sonra olsun. Həmçinin ehtiyat-müstəhəb budur ki, qüsl etməzdən qabaq, onunla cinsi əlaqədə olmaqdan çəkinilsin. Amma Quranın yazısına toxunmaq kimi heyzli olduğu zaman təharətin şərt olması səbəbindən ona haram olan şeylər, qüsl etməyincə halal olmaz. Həmçinin ehtiyat-vacibə görə, məsciddə dayanmaq kimi haramlığı təharətin şərt olduğuna görə haram olması sübuta yetməyən işlər də eyni hökmü daşıyır.
Məsələ 458: Əgər su, dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək miqdarda olarsa, gərək qüsl etsin. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha yaxşıdır, əgər su yalnız dəstəmaza yetəcək miqdarda olsa və qüslə yetəcək miqdarda olmasa, onunla dəstəmaz alması daha yaxşıdır, qüsl əvəzi olaraq, təyəmmüm etməlidir. Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. Daha yaxşısı budur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin.
Məsələ 459: Qadının heyzli olduğu zaman qılmadığı namazların qəzası yoxdur. Amma heyzli ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin ehtiyat-lazıma əsasən, nəzr səbəbilə müəyyən vaxtda vacib olub, (amma həmin vaxtda) heyz halında olduğu üçün tutmadığı orucları da qəza etməlidir.
Məsələ 460: Əgər namaz vaxtı daxil olsa və qadın namazını təxirə salacağı təqdirdə, heyzli olacağını bilirsə, dərhal namazını qılmalıdır. Həmçinin ehtiyat-lazıma əsasən, namazını təxirə salacağı təqdirdə, haiz olacağına ehtimal verərsə də, hökm eynidir.
Məsələ 461: Əgər qadın namazını təxirə salsa və vaxtın əvvəlindən bütün müqəddimələr ilə birlikdə, o cümlədən dəstəmaz almaq pak libas tədarük görmək və s. ilə namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra haiz olsa, həmin namazın qəzası ona vacibdir. Hətta əgər vaxt daxil olsa və dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla bildiyi halda qılmasa, ehtiyat-vacibə görə, hərçənd sair şəraitləri tədarük görməyə vaxt çatmayıbsa belə gərək onun qəzasını qılsın, Amma tələsik qılma, yavaş oxuma və digər şeylərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfərdə olmayan bir qadın əgər günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su ilə dəstəmaz və ya təyəmmüm alıb dörd rəkət namaz qıla biləcək qədər bir müddət keçdikdən sonra haiz olursa, vacibdir. Müsafir olan qadın üçünsə təharət hasil etdikdən sonra iki rəkət namaz qıla biləcək qədər müddətin keçməsi kifayətdir.
Məsələ 462: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, qüsl edib bir rəkət, yaxud bir rəkətdən çox namaz qılmağa vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks təqdirdə, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, ehtiyat-vacib budur ki, o namazı təyəmmüm ilə qılsın. Əgər qılmasa qəza etməlidir. Amma əgər vaxtın darlığından digər bir səbəbə görə, vəzifəsi təyəmmüm etmək olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o namazı qılmalıdır. Əgər qılmasa, qəza etməlidir.
Məsələ 464: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığında şəkk edərsə, namazını qılmalıdır.
Məsələ 465: Əgər hədəsdən pak olub bir rəkət qıla biləcək qədər vaxt qalmadığını güman edib namaz qılmazsa və sonradan vaxt qalmış olduğunu anlayarsa, o namazın qəzasını qılmalıdır.
Məsələ 466: Müstəhəbdir ki, heyzli qadın namaz vaxtında qanlarını təmizləsin, pambığı və dəstmalı dəyişsin, dəstəmaz alsın, əgər dəstəmaz ala bilmirsə təyəmmüm etsin və namaz qıldığı yerdə üzü qibləyə oturub zikr, dua, salavat desin.
Məsələ 467: Quran oxumaq, Quranı özü ilə aparmaq, bədənin hər hansı yerini onun yazılarının arasına vurmaq və həmçinin həna və s. kimi şeylərlə rənglənmək, haiz qadına məkruhdur.
HAİZ QADINLARIN NÖVLƏRİ
Məsələ 468: Haiz qadınlar altı qismdir:
1-Vəqtiyyə və ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, ardıcıl olaraq iki ayda, hər ayın müəyyən vaxtlarında heyz görsün, heyz olduğu günlərin sayı da, hər iki ayda bir-birinə bərabər olsun; məsələn: iki ay ardıcıl olaraq, hər birində, ayın əvvəlindən yeddisinə qədər qan görsün.
2-Vəqtiyyə adət sahibi olan qadın; o qadındır ki, ardıcıl olaraq, iki ayın müəyyən günlərində heyz qanı görsün. Amma hər iki ayda heyz gördüyü günlərin sayı bir-birinə bərabər olmasın; məsələn: ardıcıl olaraq iki ayda, hər ayın əvvəlindən qan görsün. amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci gün qandan paklansın.
3-Ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, heyz günlərinin sayı, ardıcıl olan iki ayda, bərabər olsun, amma o iki qanın görünmə vaxtı eyni olmasın; məsələn: birinci ayda, ayın beşindən onuna qədər, ikinci ayda isə on ikisindən on yeddisinədək qan görsün.
4-Müztəribə; o qadındır ki, bir neçə ayda qan görsün, amma müəyyən bir adəti olmasın, yaxud adəti pozulusun və təzə bir adət də tapmamış olsun.
5-Mübtədiə; o qadındır ki, ilk dəfə olaraq qan görsün.
6-Nasiyə; o qadındır ki, öz adətini unutmuş olsun.
(Bunların hər birinin özünə məxsus hökmləri vardır ki, gələcək məsələlərdə deyiləcək.)
1 - VƏQTİYYƏ VƏ ƏDƏDİYYƏ ADƏT SAHİBLƏRİ OLAN QADINLAR
Məsələ 469: Vəqtiyyə və ədədiyyə adəti olan qadınlar iki qismdirlər:
1. İki ayda ardıcıl olaraq eyni vaxtda heyz qanı görüb, eyni vaxtda da pak olanlar; məsələn: iki ayda, hər ayın birinci günü qan görüb, yeddinci günü pak olsa, onun heyz adəti hər ayın birindən yeddisinə qədərdir.
2. Qadın iki ay ardıcıl müəyyən vaxtında heyz qanı görür və üç gün, yaxud daha çox qan gördükdən sonra bir gün və ya bir neçə gün pak olub yenidən qan görürsə və qan gördüyü günlərlə ortada pak olduğu günlər on gündən artıq olmasa və hər iki ayda qan gördüyü günlərlə ortada pak olduğu günlər eyni sayda olsa onun adəti qan gördüyü günlərin sayı qədərdir, qan görüb və ortada pak olduğu günlərin hamısı qədər deyil. Beləliklə gərək qan gördüyü və pak olduğu günlərin sayı hər iki ayda eyni olsun. Məsələn, əgər birinci ayda və həmçinin ikinci ayda ayın birinci günündən üçüncü gününə kimi qan görsə və üç gün pak olsa və ikinci dəfə üç gün qan görsə bu qadının adəti fərqli olaraq altı gündür. Arada pak olduğu 3 gündə isə, ehtiyat-vacibə görə, haizə haram olan işləri tərk etməli, müstəhazənin əməllərini də yerinə yetirməlidir. Əgər ikinci ayda qan gördüyü günlərin sayı az və ya çox olarsa, bu qadın ədədiyyə adətinin yox, vəqtiyyə adətinin sahibidir.
Məsələ 470: Vəqtiyyə adəti olan qadın (istər adəti-ədədiyyəsi də olsun, istərsə olmasın) əgər adət vaxtında bir gün və ya iki gün yaxud da çox qabaqcadan qan görsə «adəti qabaqa düşübdür» deyiləcək şəkildə bir neçə gün vaxtından qabaq qan görərsə o qanda heyz əlamətləri olmasa belə, heyzli qadınlar üçün deyilən hökmlərə əsasən əməl etməlidir. Əgər sonradan heyzli olmadığını başa düşərsə, məsələn; üç gündən qabaq pak olarsa, yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə yetirməlidir.
Məsələ 471: Vəqtiyyə və ədədiyyə adəti olan bir qadın, əgər adətindən bir neçə gün qabaq başlayıb, bütün adət günlərində və adət günlərindən bir neçə gün sonraya qədər qan görərsə, bu müddət birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız öz adət günlərində gördüyü qan heyzdir. Ondan qabaq və sonrakı günlərdə gördüyü qan isə istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün də adətindən qabaq qan görsə və hamısı birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız adət günləri heyz nişanələrini daşımasa belə heyzdir. Ondan qabaq gördüyü qanlarda heyzin əlamətləri olsa belə istihazədir. Belə ki, əgər o günlərdə ibadətlərini yerinə yetirməyibsə, gərək onları qəza etsin. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün adətindən sonra qan görsə və hamısı birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Amma əgər on gündən artıq olarsa, adət günləri heyz, qalanı isə istihazədir.
Məsələ 472: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər bir miqdar adət günlərində və ondan əvvəl bir neçə gün qan görsə və üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olsa, adət günlərində gördüyü qan, adətindən bir neçə gün qabaq gördüyü qanın adəti miqdarına çatanı heyz, əvvəlki günləri isə istihazə hesab edilməlidir. Əgər adət günlərindən bir miqdarını və adətindən bir neçə gün sonra qan görsə və üst-üstə on gündən çox olmasa, hamısı heyzdir; əgər on gündən artıq olsa, adəti günlərində gördüyü qan ilə, sonrakı bir neçə gün gördüyü qanın adət günlərinə çatdığı qədərini, gərək heyz hesab etsin, qalanlarını isə istihazə hesab etməlidir.
Məsələ 473: Adəti olan qadın üç gün, yaxud üç gündən daha artıq qan görüb paklansa və yenidən qan görsə, bu iki qan arasındakı zaman fasiləsi on gündən az olsa və qan gördüyü günlərin hamısı, arada pak olduğu günlərlə birlikdə on gündən artıq olsa; məsələn, beş gün qan görüb sonra beş gün pak olsa və yenidən beş gün qan görsə, bu halda bunun bir neçə şəkli vardır:
1. Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci qanı bütünlüklə heyz və ikinci qanı istihazə hesab etməlidir. Amma əgər ikinci qanda heyz əlamətləri olsa, onda birinci qan görmə günləri ilə ondan sonrakı pak olduğu günlərin hamısı on gündən artıq olmasa heyz, qalanı isə istihazədir. Məsələn, əgər üç gün qan görüb paklandıqdan sonra beş gün heyz əlamətlərini daşıyan qan görsə, birinci üç gün və ikinci qan görmənin dörd günü heyzdir. Aradakı pakolmada isə ehtiyat-vacibə görə qeyri-haizin vaciblərini yerinə yetirməli, haizə haram olan şeyləri isə tərk etməlidir.
2. Birinci qan adət günlərində olmasa və ikinci qanın hamısı, yaxud bir miqdarı adət dövrünə düşsə, gərək ikinci qanın hamısı heyz, birinci isə istihazə hesab etsin.
3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, bu halda birinci qanın adət günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak olduğu günlər və ikinci qanın adət günlərilə birlikdə on gündən çox olmazsa (adət günlərində olan) hər iki qan heyzdir. Arada pak olduğu günlərdə isə ehtiyat-vacibə görə həm heyzdən pak olan qadının görməli olduğu işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan işlərdən çəkinməlidir. İkinci qanın adət günlərindən sonra olan qismi isə istihazədir. Birinci qanının adət günlərindən əvvəl olan qisminə gəlincə, əgər ona «adəti qabaqa düşüb» deyilirsə, o da heyz hökmünü daşıyır. Lakin bununla birlikdə onun heyzli olmasına hökm vermək, 2-ci qanın adət günlərində olan qisminin bir qədərinin və ya hamısının heyzin on gündən kənar düşməsinə səbəb olsa, bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn, qadının adəti ayın üçündən onuna qədər olur, amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın əvvəlindən onuna qədər gördüyü qanlar heyz, on birindən on beşinə qədəri isə istihazədir.
4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olsa amma birinci qanın adət günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın adət günlərindəki üç günü heyz hesab etsin, həmçinin ikinci qandan əvvəlki üç gün, aradakı paklıqla birgə on gündən çox olmayan hissəsini heyz, qalanını isə istihazə qərar verməlidir. Əgər pak olduğu günlər yeddi gün olsa, ikinci dəfə gördüyü qanın hamısı istihazədir. Bəzi vaxtlar birinci qanın hamısını heyz hesab etsin. Bu isə iki şərtlə mümkündür:
1) «O qan adətini qabaqlamışdır» deyiləcək miqdarda adətdən əvvəl olmalı;
2) Onu heyz sayması ikinci qanın adət günlərində olan miqdarının bir qisminin, heyzin on günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının adəti ayın üçündən onuna qədərdirsə, amma o, ayın əvvəlindən dördüncü gününün sonuna qədər qan görüb iki gün pak olursa, sonra da ayın on beşinə qədər qan görürsə, ilk qanın hamısı və ikinci qanın onuncu gününün sonuna qədər olanı heyzdir.
Məsələ 474: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət vaxtında qan görməsə və ondan başqa vaxtda heyz günlərinin sayında və heyzin nişanələri olan qan görsə, istər adət vaxtından qabaq olsun, istərsə ondan sonra olsun, gərək onu heyz qərar versin.
Məsələ 475: Vəqtiyyə və ədədiyyə adətli qadın, əgər adət vaxtında üç gün, yaxud daha çox qan görsə və onun günlərinin sayı adət günlərinin sayından az, yaxud çox olsa və pak olandan sonra yenidən öz adət günlərinin sayında qan görsə, burada bir neçə surət vardır:
1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olsa, o iki qanın cəmi, birlikdə bir heyz sayılır.
2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olsa, o qanların hər biri ayrıca bir heyz sayılar.
3. O iki qan arasındakı paklıq on gündən az olsa, amma o iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olun. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır.
Məsələ 476: Vaxt və say cəhətindən adət sahibi olan bir qadın əgər on gündən çox qan görsə, adət günlərində gördüyü qanda heyz nişanələri olmasa belə, o, heyzdir. Adət günlərindən sonra gördüyü qan isə heyzin xüsusiyyətini daşısa belə, istihazədir. Məsələn; heyz adəti ayın əvvəlindən yeddisinə qədər olan qadın əgər ayın əvvəlindən on ikisinə qədər qan görsə, onun ilk yeddi günü heyz, sonrakı beş günü isə istihazədir.
2 - VƏQTİYYƏ ADƏT SAHİBİ OLAN QADINLAR
Məsələ 477: Vaxt cəhətdən adət sahibi olub, adətlərinin başlanğıcı müəyyən olan qadınlar iki qismdir:
1. İki ay ardıcıl müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gün sonra təmizlənən, lakin hər iki ayda qan gördüyü günlərin sayı eyni olmayan qadın; məsələn, iki ay ardıcıl ayın birində qan gördüyü halda, birinci ay yeddinci gün, ikinci ay səkkizinci gün qandan pak olarsa, bu qadın ayın birinci gününü, heyz adətinin ilk günü hesablamalıdır.
2. İki ay ardıcıl müəyyən bir vaxtda üç gün və ya daha çox heyz qanı görüb pak olan, sonra ikinci dəfə qan görən və qan gördüyü bütün günlər arada pak olduğu günlərlə birlikdə, on gündən çox olmaması ilə birlikdə, ikinci ayın qanı birinci aydan az və ya çox olan qadın, məsələn; birinci ay səkkiz gün, ikinci ay doqquz gün qan görən qadın, hər iki ayın əvvəlindən qan görsə ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir.
Məsələ 478: Vəqtiyyə adətli qadın, əgər öz adəti vaxtında və ya adətindən iki-üç gün qabaq qan görərsə, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Bu məsələnin geniş izahı 470-ci məsələdə deyilmişdir. Amma bu iki surətdən başqa, məsələn; «adətini qabaqlamışdır» deyilməyib, «adətindən başqa vaxtda qan görmüşdür» deyiləcək qədər adətindən xeyli qabaq qan görürsə və ya adətinin vaxtı keçdikdən sonra qan görürsə, gördüyü qan heyz nişanələrini daşıyırsa, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Həmçinin heyz nişanələrini daşımadığı halda, o qanın üç gün davam edəcəyini bilirsə də, hökm eynidir. Amma üç gün davam edib-etməyəcəyini bilməsə, vacib-ehtiyata əsasən, həm istihazəli qadına vacib olan əməlləri yerinə yetirməli, həm də heyzli qadına haram olan əməllərdən çəkinməlidir.
Məsələ 479: Vəqtiyyə adəti olan qadın, əgər öz adət vaxtında qan görsə və o qanın miqdarı on gündən çox olsa, onların bəzisində heyz nişanəsi olub bəzisində olmasa, heyz əlamətləri olan günlərin sayı on gündən çox, üç gündən az olmasa, onu heyz, qalanını istihazə hesab etməlidir. Əgər bir qan həmin şərtlə yenidən təkrar olsa, məsələn dörd gün heyz nişanələri, dörd gündə də istihazə nişanələri olan qan gəlsə, yenidən dörd gün heyzin nişanəsi, dörd gün də istihazə nişanəsi olan qan gəlsə, fəqət ilk qanı heyz hesab etməlidir, qalanı isə istihazədir, Əgər heyz əlaməti olan qan üç gündən az olsa, onu heyz hesab etməli, onun sayını sonradan gələn iki yolla (qohumlarına müraciət etməklə ya da bir ədəd seçməklə) təyin etməlidir. Əgər on gündən artıq olsa, onun bir hissəsini o iki yoldan biri ilə heyz qərar verməlidir. Əgər heyzin miqdarını onun nişanələrinin vasitəsilə təyin edə bilməsə, yəni onun qanının hamısı bir növ nişanəyə malik olsa, yaxud heyz nişanələrinə malik olan qan on gündən artıq olsa, yaxud da üç gündən az olsa, gərək qohumlarından bəzisinin adətini özü üçün heyz qərar versin. İstər ata tərəfi olsun, istərsə ana; istər diri olsun, istərsə ölü, amma iki şərtlə:
1. Adət miqdarının öz heyz miqdarı ilə zidd olduğunu bilməsin, məsələn, özü cavan, səhhəti qüvvətli olsa və adətini özü üçün heyz qərar verdiyi qadın isə yaisə yaşına yaxın olsun ki, adətən onun miqdarı az olur. Bu halın əksində də bu cürdür. Bunun mənası və hökmü 488-ci məsələdə gələcək.
2. Adət miqdarının birinci şərtdə olduğu kimi digər qohumlarının adət miqdarı ilə fərqi olduğunu bilməsin; Amma fərq hesab olunmayacaq dərəcədə az olsa, eybi yoxdur. Həmçinin vəqtiyyə adəti olan qadın əgər adət vaxtında əsla qan görməsə və bu vaxtdan başqa on gündən artıq olan qan görərsə, heyzin miqdarını da nişanələrindən ayırd edə bilməsə, eyni hökmü daşıyır.
Məsələ 480: Vəqtiyyə adəti olan qadın heyzi, öz adət vaxtından kənarda qərar verə bilməz. Demək, əgər onun adətinin başlama vaxtı məlum olsa, məsələn, hər ay birinci gündən qan görmüş olsa və bəzən beşinci gün, bəzəndə altıncı gün pak olsa, belə ki, bir ayda on iki gün qan görsə və heyzin nişanələri ilə onun sayını müəyyən edə bilməsə, gərək ayın birinci günlərini heyz hesab etsin və onun sayında əvvəlki məsələdə deyilənə müraciət etsin. Əgər onun adətinin ortası və ya sonu məlum olarsa, on gündən artıq qan gördüyü təqdirdə, heyz sayını, onun ortası ilə sonu adət vaxtına müvafiq olan bir şəkildə qərar verməlidir.
Məsələ 481: Vəqtiyyə adəti olan qadın on gündən artıq qan görərsə və 479-cı məsələdə açıqlanan hökmə əsasən onu müəyyən edə bilməsə, üç gündən on günə qədər heyz miqdarı ilə uyğun gördüyü hər hansı bir miqdarı heyz qəbul etmək xüsusunda ixtiyar sahibidir. Amma əgər özünə münasib görürsə, yeddi günü heyz qəbul etməsi daha yaxşıdır. Əlbəttə, əvvəlki məsələdə deyildiyi kimi, heyz qərar verdiyi günlərinin sayının adət vaxtı ilə uyğun olması labüddür.
3 - ƏDƏDİYYƏ ADƏTİ OLAN QADINLAR
1. İki ay ardıcıl heyz günlərinin sayının eyni miqdarda olmasına baxmayaraq, qan görmə vaxtı eyni olmayan qadın. Bu qadının qan gördüyü günlər hər nə qədərdirsə, bu onun heyz adəti sayılır. Məsələn; birinci ay, birinci gündən beşinci günə qədər, ikinci ay isə on birinci gündən on beşinci günə qədər qan görürsə, onun adəti beş gün olar.
2. İki ay ardıcıl üç gün və ya daha çox qan görüb, bir gün və ya daha çox paklandıqdan sonra, yenidən qan görən, lakin birinci və ikinci ayda qangörmə vaxtı fərqli olan qadın; bu xüsusda əgər qan gördüyü günlərin sayı ilə arada kəsildiyi günlərin sayı, birlikdə on gündən artıq olmasa və qan gördüyü günlərin sayı da eyni olarsa, bütün qan gördüyü günlər heyz adəti olar. Arada pak olduğu günlərdə də ehtiyata əsasən, pak olan qadına vacib olan işləri yerinə yetirməli, haiz olan qadına haram olan işlərdən də çəkinməlidir. Məsələn; birinci ay, ayın birinci günündən üçüncü gününə qədər qan görüb iki gün pak olur və yenidən üç gün qan görürsə, ikinci ay da ayın on birindən on üçünə qədər qan görür və iki gün pak olur və yenidən üç gün qan görürsə, onun adəti altı gündür. Amma bir ayda məsələn; səkkiz gün qan görür və ikinci ayda dörd gün qan görüb paklanır, sonra yenidən qan görür və qan gördüyü bütün günlər, arada pak olduğu günlərlə birlikdə səkkiz gün olarsa, bu qadın adəti-ədədiyyə sahibi deyil, hökmü sonra açıqlanacaq müztəribə hesab olunur.
Məsələ 482: Ədədiyy adəti olan bir qadın, əgər öz adət sayından az və ya çox qan görürsə və müddəti on gündən artıq olmursa, onların hamısını heyz qərar verməlidir. Amma on gündən çox olarsa, gördüyü bütün qanlar eyni şəkildədirsə, qan gördüyü andan etibarən adət günlərinin sayını heyz, qalanını isə istihazə hesab etməlidir. Əgər gördüyü bütün qanlar eyni şəkildə olmasa və bir neçə günü heyz nişanələrini, qalanı isə istihazə nişanələrini daşıyırsa, əgər qanın heyz nişanəsi olan günləri adət günlərinin sayı ilə eyni ölçüdədirsə, o günləri heyz, qalanını istihazə hesab etməlidir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən artıq olsa, yalnız adət günlərinin qədəri heyz, qalanı isə istihazədir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən az olsa, o günləri, birlikdə hesablandığı zaman adət günlərinin sayının miqdarında olan bir neçə günlə birlikdə heyz, qalanını isə istihazə hesab etməlidir.
4 - MÜZTƏRİBƏ
Məsələ 483: Müztəribə yəni iki ay ardıcıl qan görən, lakin nə vaxt cəhətindən, nə də sayı cəhətindən bir adət tapmamış qadındır. Belə bir qadın, əgər on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olarsa, yəni onların hamısı heyz nişanələrini, yaxud istihazə nişanələrini daşıyarsa, ehtiyata əsasən bu qadın öz adət vaxtından kənar qan görüb, nişanədən heyzi istihazədən ayırd edə bilməyən, vəqtiyyə adəti olan qadının hökmünü daşıyır. Belə ki, bu qadın öz qohumlarının bəzisinin adətini özü üçün heyz qərar verməlidir. Bu mümkün olmadığı təqdirdə isə, 479 və 481-ci məsələdə deyildiyi kimi, üç günlə on gün arasında bir neçə günü özü üçün heyz qərar verməlidir.
Məsələ 484: Əgər müztəribə bir neçə günü heyz və bir neçə günü də istihazə nişanələrini daşıyan halda on gündən çox qan görərsə, 479-cı məsələnin əvvəlində deyilən göstərişə əməl etməlidir.
5 - MÜBTƏDİƏ
Məsələ 485: İlk dəfə qan görən qadına «mübtədiə» deyilir. Əgər bu qadın on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olsa, 479-cu məsələdə deyilən iki şərtlə gərək qohumlarından birinin adətini özünə heyz, qalanını isə özü üçün istihazə qərar versin. Əgər bu mümkün olmasa, 481-ci məsələdə izah olunan göstərişə əsasən, üç ilə on gün arasında olan bir neçə günü özünə heyz qərar verməlidir.
Məsələ 486: Əgər mübtədiə olan bir qadın bir neçə günü heyz və digər bir neçə günü istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər heyz nişanələrini daşıyan qan üç gündən az və on gündən çox olmasa, onun hamısı heyzdir. Amma əgər heyz nişanələrini daşıyan qanın üzərindən on gün keçməmiş, yenidən heyz nişanələrini daşıyan bir qan görərsə, məsələn; beş gün qara qan və doqquz gün sarı qan və yenidən beş gün qara qan görərsə, müztəribədə deyildiyi kimi, birinci qanı heyz, qalan iki qanı da istihazə qərar verməlidir.
Məsələ 487: Mübtədiə, əgər on gündən artıq qan görsə, ondan bir neçə günü heyz nişanəsi və digər neçə günü istihazə nişanəsi olarsa, amma heyz nişanəsi olan qan üç gündən az, yaxud on gündən çox olarsa, gərək 479-cı məsələdə deyilmiş göstərişə əməl etsin.
6 - NASİYƏ
Məsələ 488: Nasiyə öz adətinin zamanını və ya miqdarını yaxud hər ikisini unudan qadına deyilir. Əgər bu qadın üç gündən az on gündən çox olmayan bir qan görsə hamısı heyzdir. Əgər on gündən artıq olsa, o bir neçə qismdir:
1-Say baxımından və ya vaxt yaxud da hər ikisində adət sahibi olur və öz adətini bütünlüklə unudur; hətta icmalən olsa belə, vaxt və sayını yadına sala bilməsə, bu qadın yuxarıda deyilən mübtədiə hökmündədir.
2-Vəqtiyyə adəti olsun, istər ədədiyyə də olsun, istər olmasın, amma öz adətinin vaxtından icmal olaraq bir şey xatırlayır. Məsələn bilir ki, filan gün onun adətinin bir hissəsi idi, yaxud onun adət dövrü ayın birinci yarısında olurdu. Belə qadının hökmü mübtədiə kimidir. Amma heyzin elə bir vaxta qərar verməməlidir ki, dəqiq şəkildə adətinin əksinə olsun. Məsələn, ayın 17-si onun adətinin bir günü olduğunu, ya onun adəti ayın ikinci yarısında olduğunu bilsə, indi isə ayın əvvəlindən 20-ə qədər qan görsə öz adətini ayın ilk on günündə qərar verə bilməz. Hətta əgər heyzin nişanələrini, ikinci on günlük isə istihazənin nişanələrini daşısa belə.
3-Ədədiyyə adəti olub adətinin miqdarını unutmuş olsa; bu qadın da mübtədiə hökmündədir, amma heyz qərar verdiyi miqdar, heyzin sayı o miqdardan az olduğunu bildiyi bir miqdardan az qərar verə bilməz. Həmçinin adətinin sayını o miqdardan artıq olmadığı miqdardan artıq da qərar verə bilməz. Gərək bu məsələyə naqis ədədiyyə adətində də riayət edilsin. Naqisə yəni adət sayları (iki ədəd arasında tərəddüdlü olsun) üç gündən artıq və on gündən az olmaq arasında tərəddüdlü olan qadına deyilir, onlar kimi, hər ay altı və ya yeddi gün qan görən bir qadın heyz xüsusiyyətlərini və ya qohumlarından bəzisinin adətini yaxud da on gündən artıq qan gördüyü zaman, bir sayı seçə bilməz, (bu o haldadır ki, on gündən çox qan görsün) altı gündən az və yeddi gündən çoxu heyz qərar verə bilməz.
HEYZİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
Məsələ 489: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi olan qadınlar, əgər heyzin nişanələri olan bir qan görsələr, ya yəqin etsələr ki, üç gün çəkəcək, gərək ibadəti tərk etsinlər. Əgər sonradan heyz olmadığını başa düşsələr, gərək yerinə yetirilməmiş ibadətləri qəza etsinlər.
Məsələ 490: Heyzdə adət sahibi olan qadın, istər bu adət heyzin vaxtında olsun, istərsə heyzin sayında və ya həm vaxt, həm də say baxımından adət sahibi olsun, əgər iki ay ardıcıl öz adətinin əksinə olaraq, vaxt və ya günlərin sayı, ya da həm vaxtı, həm də sayı eyni olan bir qan görərsə, onun adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn; əgər ayın birindən yeddisinə qədər qan görüb paklanırdısa, əgər iki ayın onundan on yeddisinə qədər qan görür və paklanırsa, onun adəti ayın onundan on yeddisinə qədər olur.
Məsələ 491: Bir aydan məqsəd, adəti vəqtiyyənin təyin olunduğu haldan başqa qan görmənin əvvəlindən otuz gün keçməsidir, ayın əvvəlindən axırına qədərki müddət deyil. Amma vəqtiyyə adətin təyin olunduğu hal isə şəmsi deyil, qəməri, ayıdır.
Məsələ 492: Adətən ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görərsə və onların biri heyz nişanələrini daşımasa da, arada pak olduğu günlərin sayı on gündən az olmasa, hər ikisini də heyz hesab etməlidir.
Məsələ 493: Əgər heyzi, qanın xüsusiyyətlərindəki fərqə görə ayırd edən qadın üç gün və daha artıq bir müddətdə, heyz xüsusiyyətlərini daşıyan qan görsə, bundan sonra on gün və ya daha çox istihazə xüsusiyyətlərini daşıyan qan görsə, ikinci dəfə üç gün heyz xüsusiyyətlərini daşıyan qan görsə, heyz xüsusiyyətlərini daşıyan əvvəlki və sonrakı qanı heyz saymalıdır. Əgər iki qandan biri adət günlərində olsa, aradakı on günün də hamısının istihazə olması, yaxud bir qisminin heyz olması məlum olmasa, bu halda adət günlərində gördüyü qan heyz, qalanları istihazədir.
Məsələ 494: Əgər qadın on gündən qabaq paklanıb və batində qan qalmadığını bilərsə, on gün tamamlanmazdan qabaq yenidən qan görəcəyini guman etsə belə, ibadətləri üçün qüsl etməlidir. Əgər on gün tamamlanmazdan qabaq təkrar qan görəcəyinə əmin olsa, əvvəldə deyildiyi kimi, ehtiyata əsasən qüsl edib, ibadətlərini yerinə yetirməli, heyzliyə haram olan şeyləri də tərk etməlidir.
Məsələ 495: Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən ibadətləri tərk etməsi icazəli deyil. İstibra bundan ibarətdir ki, fərcinə bir az pambıq daxil edib, bir müddət gözlədikdən sonra çıxarmalıdır (əlbəttə, qadınlar arasında adət sayılan heyz zamanı pak olduqları müxtəsər miqdardan çox gözləməlidir). Pambıq pakdırsa, qüsl etməli və ibadətlərini yerinə yetirməlidir. Əgər pak deyilsə, pambığa sarı rəngli su belə bulaşmış olsa, əgər heyz də adəti yoxdursa və ya adəti on gündürsə, ya da adət günləri hələ tamam olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklanarsa qüsl etməlidir. Müddət on günə çatmış və ya qanı on gün həddini keçmişsə, onuncu günün tamamında qüsl etməlidir. Amma əgər adəti on gündən azdırsa, on gün tamamlanandan və ya onuncu günün başında paklanacağını bilirsə, qüsl etməməlidir.
Məsələ 496: Əgər qadın bir neçə günü heyz sayıb, ibadət etməzsə və sonradan o zaman heyz olmadığını başa düşərsə, o günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər bir neçə günü də «heyz deyil» gumaniylə ibadət edib sonradan o zaman heyz olduğunu başa düşərsə, o günlərdə vacib oruc da tutmuşdursa, onları qəza etməlidir.
NİFAS
Məsələ 497: Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan etibarən, qadından gələn, on gündən qabaq, yaxud on gün tamam olan müddətdə kəsilən hər qan nifas qanıdır bu şərtlə ki, ona doğuş qanı deyilə bilsin. Nifas halında olan qadına nəfsa deyilir.
Məsələ 498: Qadından, uşağın ilk üzvünün çölə gəlməsindən qabaq gördüyü qan, nifas deyildir.
Məsələ 499: Uşağın xilqətinin tamamlanmış olması lazım deyildir. Natamam doğulan uşaq bağlı (laxta) qan surətində olan ələqə, ya ət parçası şəklində olan müzğə halətindən keçmiş olsa və düşsə, qadının on günə qədər gördüyü qan, nifas qanıdır.
Məsələ 500: Nifas qanı, bir anlıqdan artıq gəlməyə bilər. Amma on gündən də artıq ola bilməz.
Məsələ 501: Əgər qadın özündən bir şey düşüb-düşmədiyində şəkk etsə, yaxud düşən şeyin uşaq olub-olmadığında şəkk etsə, araşdırmağı lazım deyil və ondan xaric olan qan şərən nifas qanı deyil.
Məsələ 502: Haizə vacib olan işlər nəfsaya da vacibdir. Ehtiyat-vacibə görə, məsciddə dayanmaq, digər qapıdan çıxmaq olmadan daxil olmaq iki məsciddən (Məscidül-həram və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidindən) keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Quranın yazısına və Allahın adına toxunmaq nəfsaya haramdır.
Məsələ 503: Nifas halında olan qadına təlaq vermək və onunla yaxınlıq etmək haramdır. Amma kəffarəsi yoxdur.
Məsələ 504: Ədədiyyə adəti olmayan qadının qanı on gündən keçməsə, onun hamısı nifasdır. Əgər on gündən əvvəl pak olsa, gərək qüsl etsin və öz ibadətlərini yerinə yetirsin. Əgər sonra bir dəfə, yaxud çox qan görsə, belə ki, qan gördüyü günlərlə arada pak olduğu günlər birlikdə on gün və ya on gündən az olsa, gördüyü qanların hamısı nifasdır və pak olduğu günlərdə gərək ehtiyatən pak qadına vacib olan işləri yerinə yetirsin, nüfəsaya haram olan işləri tərk etsin. Buna görə oruc tutmuşdursa, gərək qəza etsin. Əgər sonda gördüyü qan on günü keçərsə, o qanın on gün ərzində gördüyü qismini nifas, on gündən sonrasını da istihazə qəbul etməlidir.
Məsələ 505: Ədədiyyə adəti olan qadının (doğuşdan sonra) gördüyü qan, adət günlərindən artıq olsa, on gündən keçməsə də ehtiyat-vacibə görə, adət günlərindən sonrakı günlərdə nüfəsaya haram olan işləri, tərk edib müstəhazəyə vacib olanları əmələ gətirsin. Əgər bir dəfədən artıq qan görsə, və onların arasında pak olsa, adət günləri qədərini nifas qərar versin, ehtiyata əsasən aradakı pak olduğu günlərdə və adətindən artıq qan gördüyü günlərdə nəfsaya haram olanları tərk edib vacib olanları əmələ gətirsin.
Məsələ 506: Nifas qanından pak olan qadın, əgər içəridə qan olduğuna ehtimal verərsə, ya ehtiyat olaraq qüsl etməli, və ibadətləri yerinə yetirməli, ya da istibra etməlidir. İbadətlərini istibra olmadan tərk etməsi icazəli deyil. İstibranın qaydası 495-cı məsələdə qeyd olunub.
Məsələ 507: Əgər qadının nifas qanı on günü keçsə, heyzdə ədədiyyə adəti vardırsa, onun adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və qalanı istihazə olar. Əgər öz adətini unutmuşdursa, adətin ehtimal verdiyi ən yüksək ədədi fərz etməlidir. Ehtiyat-müstəhəb budur ki, adəti olan qadın adətindən sonrakı gündən və adəti olmayan qadın 10-cu gündən etibarən doğumun on səkkizinci gününə kimi istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin.
Məsələ 508: Heyzdə ədədiyyə adəti olan qadın, doğumdan sonra bir aya qədər və ya daha artıq ardıcıl qan görərsə, onun adət günləri qədəri nifasdır. Nifasdan sonra gələn on gün boyunca gördüyü qan, adəti vəqtiyyə sahibi olsa belə və aylıq adət günlərində olsa belə, istihazədir. Məsələn; heyz adəti hər ayın iyirmisindən iyirmi yeddisinə qədər olan qadın, əgər ayın onunda doğarsa və bir ay və ya daha artıq ardıcıl qan görərsə, ayın on yeddisinə qədər nifas və on yeddinci gündən etibarən on gün, hətta öz adət günləri olan ayın iyirmisindən iyirmi yeddisinə qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra gördüyü qan isə, adəti vəqtiyyə sahibi olsa və gördüyü qan adət günlərində olmasa, gözləməsi bir ay ya daha çox belə çəksə və bu müdət ərzində qan heyz nişanələrini daşısa belə, adət günlərini gözləməlidir. Amma əgər qadın adəti-vəqtiyyə sahibi olmasa, mümkün olduğu təqdirdə, heyzini onun nişanələri ilə təyin etməlidir (bunun qaydası 479-cı məsələdə qeyd olundu). Əgər bu mümkün olmasa, məsələn; nifasdan on gün sonra gördüyü qanların hamısı eyni şəkildə olsa və bir ay və ya bir neçə ay eyni halda davam edərsə, hər ay öz qohumlarından bəzisinin heyz adətini (479-cı məsələdə deyilən əsasda) özünə heyz qəbul etməlidir. Əgər bu mümkün deyilsə, özünə münasib bildiyi sayı heyz olaraq seçməlidir. Bu məsələlərin geniş açıqlanması 481-ci məsələdə izah olunmuşdur.
Məsələ 509: Heyzdə adəti-ədədiyyəsi olmayan bir qadın, əgər doğumdan sonra bir ay və ya daha çox ardıcıl qan görərsə, onun ilk on günü nifas, ikinci on günü isə istihazədir. Ondan sonra gördüyü qana gəlincə, heyz olması mümkün olduğu kimi, istihazə də ola bilər. Heyzi təyin etmək üçün əvvəlki məsələdə açıqlanan göstərişə əsasən əməl edilməlidir.