Ərəb Dili - 22 ci Dərs
İYİRMİ İKİNCİ DƏRS
Həzrəti Peyğəmbər (s) buyurub: “Hər bir halda Quran oxumağı unutma”.
Hərflərin məxrəcləri ilə tanışlıq.
Covf nahiyəsi,mədd hərflərinin,yəni uzun saitlərin xaric olduğu yerdir.
Həlq nahiyəsi
Şəfəteyn nahiyəsi
Şəfəteyn nahiyəsində iki məxrəc vardır.
Hərflərin məxrəclərinin sayı barədə müxtəlif nəzəriyyələr vardır.Qiraət və Təcvid elminin alimləri məxrəclərin sayının 14 və ya 16,yaxud da 17 olduğunu hesab ediblər.Bu nəzəriyyələr arasında ən məhşur olanı İbnəl-Cəzirinin nəzəriyyəsidir.O,məxrəclərin sayının 17 olduğunu bildirib.
Bütün hərflər (yəni,samit səslər) danışıq üzvlərinin əsasən beş nhiyəsində əmələ gəlir və bunlar aşağıdakı kimi adlanır.:
1)Covf nahiyəsi,yəni ağız boşluğu
2)Həlq nahiyəsi,yəni boğaz
3)Lisan nahiyəsi,yənu dil
4)Şəfəteyn nahiyəsi,yəni dodaqlar
5)Xəyşum nahiyəsi,yəni burun boşluğu.
Bütün hərflər (yəni,samit səslər) danışıq üzvlərinin əsasən beş nhiyəsində əmələ gəlir və bunlar aşağıdakı kimi adlanır.:
1)Covf nahiyəsi,yəni ağız boşluğu
2)Həlq nahiyəsi,yəni boğaz
3)Lisan nahiyəsi,yənu dil
4)Şəfəteyn nahiyəsi,yəni dodaqlar
5)Xəyşum nahiyəsi,yəni burun boşluğu.
Covf nahiyəsi
Covf nahiyəsi,mədd hərflərinin,yəni uzun saitlərin xaric olduğu yerdir.
Həlq nahiyəsi
Həlq nahiyəsidə üç məxrəc vardır və alt hərf bu üç məxrəcdən tələffüz edilir:
![]() |
Boğazın dərinliyində tələffüz edlilir. |
![]() |
Boğazın orta hissəsində tələffüz edilir |
![]() |
Boğazın yuxarı hissəsindən (başlanğıcından) tələffüz edlilir |
Lisan nahiyəsi
Lisan nahiyəsində 10 məxrəc vardır və burada dil,dilçək,damaq,dişlər və diş ətinin iştirakı ilə 18 hərf tələffüz edilir.
![]() |
Dilin kökü və dilçək bir biri ilə təmasda olur və onların bir-birindən ayrılması ilə "qaf" hərfi tələffüz edilir. |
![]() |
Dilçək dilin kökü ilə deyil,bir qədər ön tərəf ilə təmasda olur və onların bir-birindən ayrılması ilə "kəf" hərfi tələffüz edilir. |
![]() |
Dilin aoratı yuxarı damaq ilə-dilin ortası bərabərində olan hissəsi ilə təmasda olaraq tələffüz edilir. |
![]() |
Dilin kənarı (istər sağ tərəfi,istərsədə sol tərəfi,lakin sol tərəfi ilə daha asan tələffüz edilir) yuxarı yan azı dişlərə sıxılaraq qalın tələffüz edilir. |
![]() |
Dilin ön tərəfinin kənarları,eləcə də dilin ucu öz müqabilində olan üst işlərin ətinə söykənərək tələffüz edilir. |
![]() |
Dilin ucu üst qabaq dişlərin ətinə söykənərək tələffüz edilir. |
![]() |
Dilin ucunun üst qabaq dişlərin ətinə-"nun" hərfinin məxrəcindən bir qədər geri-fasiləli,lakin sürətlə toxunuşu ilə tələffüz edilir. |
![]() |
Dilin ucu üst qabaq dişlərin ətinin qabarıq yerinə söykənərək tələffüz edilir. |
![]() |
Dilin ucu alt qabaq dişlərə söykənir və dilin üst qabaq dişlərin ətinə yaxınlaşdırılaraq tələffüz edilir. |
![]() |
Dilin ucu üst qabaq dişlərin altından azacıq çıxmaqla (pəltək) tələffüz edilir. |
Şəfəteyn nahiyəsi
Şəfəteyn nahiyəsində iki məxrəc vardır.
![]() |
Aşağı dodaq üst qabaq dişlərə söykənərək tələffüz edilir. |
![]() |
"mim" və "bə" hərfləri dodaqların qovuşması,"vav" hərfi isə dodaqların qönçələnməsi ilə əmələ gəlir. |
Xəyşum nahiyəsi
Burun boşluğuna "xəyşum" və ondan xaric olan səsə isə "ğünnə" deyilir.
"mim" və "nun" hərflərinin tələffüzü zamanı səsin çox hissəsi burundan çıxır və ona görə də bu iki hərfə "ğünnə" deyilir.
"mim" və "nun" hərflərinin tələffüzü zamanı səsin çox hissəsi burundan çıxır və ona görə də bu iki hərfə "ğünnə" deyilir.