Cəlilabad Cümə Məscdi

Ərərb Dili - 24 ci Dərs

İYİRMİ DÖRDÜNCÜ DƏRS
 
 

 

Həzrəti Peyğəmbər (s) buyurub: “Qurani-Kərimin bəşər sözündən üstünlüyü,Allahın məxluqatdan üstünlüyü kimidir”.


 

İdğam.
   

"İdğam" sözü lüğətdə "bir şeyi başqa bir şeyə daxil etmək.birləşdirmək"  mənasındadır.Təcvid elmində isə bir hərfi digər bir hərfə daxil etməkdir.Belə ki,sükunlu olan birinci hərf tələffüz edilmir,ikincisi isə təşdidlə (şiddətlə) tələffüz edilir.
Məsələn:

https://img.webme.com/pic/e/ehliwie-samux/00065.jpg

Qeyd:Təcviddə birinci hərf "müdğəm", ikinci hərf isə "müdğəmün fih" adlanır.
İdğamın əsas faydası tələffüzü asanlaşdırmaqdır.Ayrı-ayrı sözlərdə eyni cinsdən olan iki hərfi ,yaxud məxrəcləri bir-birinə yaxın olan hərfləri,yaxud da məxrəcləri bir-birinə eyni olan hərfləri ardıcıl oxuyarkən tələffüzü asanlaşdırmaq üçün bu hərflər müəyyən qaydalar əsasında "idğam" edilir.
 

 İdğamın növləri.


  "İdğam"ın üç növü vardır.

1)
Mütəmasileyn idğamı:Bu idğam iki eyni cinsdən olan hərflərdə baş verir.

https://img.webme.com/pic/e/ehliwie-samux/00066.jpg

2)Mütəcaniseyn idğamı:Bu idğam məxrəcləri eyni olan hərflərdə baş verir.
   I-Müdğəm "
dəl" və müdğəmün fih "" hərfi olduqda.Məs:

https://img.webme.com/pic/e/ehliwie-samux/00067.jpg
 

   II-Müdğəm "" və müdğəmün fih "mim" hərfi olduqda.Məs:

https://img.webme.com/pic/e/ehliwie-samux/00068.jpg
   

   III-Müdğəm "" və müdğəmün fih "ta" hərfi olduqda.Məs:

https://img.webme.com/pic/e/ehliwie-samux/00069.jpg


   IV-Müdğəm "
Ta" və müdğəmün fih "" hərfi olduqda.Məs:

https://img.webme.com/pic/e/ehliwie-samux/00070.jpg


   V-Müdğəm "
zəl" və müdğəmün fih "za" hərfi olduqda.Məs:

https://img.webme.com/pic/e/ehliwie-samux/00071.jpg

   VI-Müdğəm "" və müdğəmün fih "zəl" hərfi olduqda.Məs:

https://img.webme.com/pic/e/ehliwie-samux/00072.jpg



 3)
Mütəqaribeyn idğamı:Bu idğam məxrəcləri bir-birinə yaxın olar hərflərdə baş verir.
    I-Sükunlu "
lam" hərfi  "ra" hərfinə qovuşduqda;

https://img.webme.com/pic/e/ehliwie-samux/00073.jpg
 

    II-Sükunlu "qaf" hərfi "kəf" hərfinə qovuşduqda;

https://img.webme.com/pic/e/ehliwie-samux/00074.jpg


 

İdğam olunmuş hərflərin əlamətləndirilmə qaydası.


Müdğəm hərf medğəmün fihdə idğam olunduqda və medğəm hərfin sifətindən heç bir əsər qalmadıqda,bu idğam "kamil idğam" adlanır.Bəzi Quranların yazılışında kamil idğamı göstərmək üçün əslində sükunlu olan müdğəm hərfinin üstündə sükun əlaməti qoyulmur və müdğəmün fih hərfinin üstündə təşdid əlaməti qoyulur.
Məsələn:
https://img.webme.com/pic/e/ehliwie-samux/00075.jpg

Müdğəm hərf müdğəmün fihdə idğam olunan zaman onun sifətlərindən biri qaldıqda və müdğəm bütünlüklə aradan getmədikdə bu idğam "naqis idğam" adlanır.Naqis idğamı göstərmək üçün müdğəm hərfin üstündə sükun və müdğəmün fih hərfinin də üstündə təşdid əlaməti qoyulmur.
Məsələn:

https://img.webme.com/pic/e/ehliwie-samux/00076.jpg

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol