Ərəb Dili - 26 cı Dərs
İYİRMİ ALTINCI DƏRS
Həzrəti Peyğəmbər (s) buyurub: “Sizin ən yaxşınız Quranı öyrənib,başqalarına öyrədəndir”.
Sükunlu nun hərfi və tənvin qaydaları.
"Sükunlu nun" hərfi və tənvinin dörd qaydası vardır. İzhar,idğam,iqlab,ixfa.
1)İzhar:
"Sükunlu nun" hərfi və ya tənvindən sonra "həlq hərfləri" gəldikdə "nun" hərfi öz məxrəcindən aşkar şəkildə tələffüz edilir.
Həlq hərfləri aşağıdakılardır.
Sükunlu nun hərfi və ya tənvin izhar olunduğu zaman aşağıdakı incəliklərə diqqət yetirmək lazımdır.
I-"sükunlu nun" və ya "tənvin" heç bir hərəkə qəbul etməsin.
II-"sükunlu nun" və ya "tənvin" sürətlə tələffüz edilsin və üzərində azacıq belə dayanılmasın.(Əks təqdirdə tələffüzdə təşdid əmələ gələr)
III-Tələffüz zamanı "sükunlu nun" və ya "tənvin" ilə həlq hərfləri arasında havanın ümumi axını dayandırılmamalıdır.
2)İdğam:
Sükunlu nun hərfi və ya tənvindən sonra hərfləri (şərti olaraq "yərməlun" adlanır) gəldikdə,"nun" hərfi bu hərflərdə idğam olunur.Bu idğam "ləm
" hərflərində ğünnəsiz,qalan dörd hərfdə isə ğünnəli olur.
Məsələn.
Qeyd: sözlərində sükunlu nun hərfi yərməlun hərflərindən olan "vav" və "yə" hərfləri ilə bir sözdə olduqları üçün sükunlu nun hərfi bu hərflərdə idğam olunmur.
Quranda "sükunlu nun"hərfinin idğamının əlamətləndirilməsi.
1)"Sükunlu nun" hərfi hərflərində "kamil idğam" olunur.Bunu göstərmək üçün "nun" hərfinin üstündə sükun qoyulmur,əvəzində bu hərflərin üstündə təşdid işarəsi qoyulur.
2)"Sükunlu nun" hərfi "vav" və "yə" hərflərində "naqis idğam" olunur və bunu göstərmək üçün sadəcə "nun" hərfinin üstündə sükun işarəsi qoyulmur.
3)Tənvinlərdə "sükunlu nun" hərfinin idğam olunduğunu göstərmək üçün tənvinlər bir-birinə bərabər olmayan surətdə yazılır.
3)İqlab:
"İqlab" lüğətdə mənası "çevirmə" deməkdir.Təcviddə isə bir hərfin digər bir hərfə çevirilməsidir."Sükunlu nun" hərfi və tənvindən sonra "bə" hərfi gəldikdə,"nun" hərfi "mim" hərfinə çevrilir.Nəzərə alın ki,"mim" ğünnə ilə oxunur.
Məsələn.
4)İxfa:
"Sükunlu nun" hərfi və tənvindən sonra "həlq hərfləri","yərməlun hərfləri" və "bə" hərfindən başqa qalan 15 hərf gəldikdə "nun" hərfi ixfa olunur.Bu halda səs ğünnə ilə iki səs miqdarında davam edir.
Məsələn.
Quranda "iqlab" və "ixfa"nın əlamətləndirilməsi.
- İqlabın baş verdiyini göstərmək üçün "sükunlu nun" hərfinin sükun işarəsi yazılmır,əvəzində "nun" hərfinin üstündə kiçik "mim"
yerləşdirilir.Tənvinlər isə bu şəkildə yazılır.
- Məsələn.
- İxfanın baş verdiyini göstərmək üçün "naqis idğam"da olduğu kimi "nun" hərfinin üstündə sükun işarəsi yazılmır.Tənvinlər isə bir-birinə bərabər olmayan şəkildə yazılır.