Namaza Dəvət
İnsan dünyaya nə üçün gəlib?
"Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zariyat 56)
Yeyib, içib, əylənib günlərini boşa sərf etməyə?
Əsla yox. İnsan dünyaya bir imtahan üçün gəlib. Etdiyi əməllərə görə geri dönmək üçün gəlib. Dünya fanidir, axirət isə əbədi. Fani
dünyanın müvəqqəti, yalan işlərinə aldanmayın. Bu dünyadan fərqli olaraq axirətdəki imtahandan üzüağ çıxmağa güzəşt yoxdur.
Axirətin əzabının bu dünyada bir damlası belə yoxdur. Nə pulun, nə dostların, nə də ki, övladların səni əzabdan qurtara
bilməyəcəkdir. Yalnız əməllərin, o cümlədən namaz səni haqqa qovuşdurar.
"And olsun ki, əgər siz namazı qılar, zəkat verər və Peyğəmbərlərimə iman gətirib, mallarınızı Allah yolunda gözəl bir şəkildə xərcləsəniz, o
təqdirdə günahlarınızın üstünü
örtər və mütləq sizi altından çaylar axan cənnətlərə daxil edərəm" (Maidə 5/ 12)
Hələ hazır deyiləm, hələ görüləcək işlərim var, vaxtım
yoxdur deməyin. Ölüm qəfildən gəlir. Axirətdə peşmançılığın heç bir faydası yoxdur. Neçə ki, həyatdasınız, neçə ki əməl dəftəriniz
bağlanmayıb, heç nə düşünmədən, fikirləşmədən
HAQQ YOLUNA DƏVƏT – NAMAZA TƏLƏS!
BU XOŞBƏXTLİK SİZƏ DƏ QİSMƏT!