Cəlilabad Cümə Məscdi

Quranın Hökümləri


          

Quranın hökmləri

 

1. Quran yazılarını murdarlamaq haramdır. Əgər onun yazıları murdarlanarsa, dərhal suya çəkilməlidir. Əgər Quranın yazı olmayan hissələri və cildi murdarlanarsa və bu murdarlıq Qurana hörmətsizlik sayılarsa, onu suya çəkmək lazımdır.

2. Bədənin istənilən bir yeri ilə Quran yazılarına, Allahın adlarına təharətsiz, dəstəmazsız toxunmaq haramdır.

3. Quran oxunarkən ətrafdakılarla söhbətdən çəkinmək, onu dinləmək lazımdır. Əgər həmin söhbət Qurana hörmətsizlik sayılarsa, caiz deyil. Amma Quran oxunan vaxt insandan bir söz soruşulsa, cavab verə bilər.

Sual: Quranı qan və leş kimi murdarların üzərinə qoymaq olarmı?

Cavab: Bu iş haramdır. Hətta həmin murdar şey qurudursa da, bu işi görmək olmaz. Quranı murdar şeyin üzərindən götürmək vacibdir.

Sual: Quranı kafirlərin, məsihi və yəhudi kimi kitab əhlinin əlinə vermək olarmı?

Cavab: Əgər onun murdarlanmaq və hörmətsizliyə məruz qalmaq qorxusu yoxsa, qarşı tərəfin hidayəti məqsədi ilə bu işi görmək olar. Bir şərtlə ki, onlar həqiqətən də, Qurandan bəhrələnmək istəsinlər.

Sual: Murdar cövhərlə Quran yazmaq olarmı?

Cavab: Bu iş haramdır. Həmin yazını məhv etmək lazımdır.

Sual: Quran ayələri və Allahın adlarını dəstəmazsız yazmaq olarmı?

Cavab: Əgər bədən həmin yazıya toxunmazsa, eybi yoxdur.

Sual: İnsan Quran yazılmış kasetlərə dəstəmazsız toxuna bilərmi?

Cavab: Eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın. Lövhəyə Quran yazarkən yerə tökülən tozlara da dəstəmazsız toxunmaq olar.

Sual: Quranın tərcüməsinə dəstəmazsız toxunmaq olarmı?

Cavab: Quranın istənilən bir dildə tərcüməsinə dəstəmazsız toxunmaq olar. Amma Allahın istənilən bir dildə yazılmış adları və sifətlərinə vacib ehtiyata əsasən dəstəmazsız toxunmaq haramdır.

Sual: Dəstəmazsız halda məsumların adına toxunmaq olarmı?

Cavab: Müstəhəb ehtiyata əsasən, bu iş görülməməlidir. Belə bir hərəkət məsumlara hörmətsizlik sayılarsa, haram olar. Dünyaya gələn insana məsumların adı qoyularsa, həmin adların yazısına dəstəmazsız toxunmaq olar.

Sual: Uşaqların, psixi xəstələrin Qurana toxunmasının qarşısını almaq vacibdirmi?

Cavab: Əgər onların Qurana toxunması hörmətsizlik sayılmazsa, mane olmaq vacib deyil.

Sual: Quran oxunan zaman danışmaq olarmı?

Cavab: Quran oxunan vaxt söhbətdən çəkinib onu dinləmək yaxşıdır. Əgər ətrafdakılar bir şey soruşarsa, onlara cavab verməyin eybi yoxdur. 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol