Cəlilabad Cümə Məscdi

Hicaba Dəvət



                                      


Sual: Mömin qadınlara hicab vacibdirmi?
 Hicab Allahın əmri olub, müqəddəs kitabımız Quranda 2 ayədə nazil olmuşdur.
 
Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz – özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq və s. Naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəmyerlərini hələ anlamayanuşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir – birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) (Ən-Nur - 31)
 
 

 


 

 
 Hicab bizə Xanım Fatimeyi Zəhra (s.ə)-nın əmanətidir. Hicablıyam, çünki...
Hicablıyam, çünki...- Allahı xatırlamaq və xatırlatmaq üçün...
Hicablıyam, çünki...- Bəndəçilik vəzifəm olduğu üçün...
Hicablıyam, çünki...- Hicab yaradılış məqsədimizin gərəyi olduğu üçün...
Hicablıyam, çünki...- İnsanların gözündə deyil, Rəbbimin nəzərində xüsusi olduğum üçün...
Hicablıyam, çünki...- Rəbbimin razılığını qazanmaq üçün...
Hicablıyam, çünki...- Hicablı olarkən daha rahat olduğum üçün...
Hicablıyam, çünki...- Cəmiyyətdə özümü ən rahat hiss edə biləcəyim geyimi daşıdığım üçün...
Hicablıyam, çünki...- Hicablı bir insan xarici görünüşüylə deyil, şəxsiyyəti, əxlaqı, davranışları və düşüncələri ilə ön planda olduğu üçün...
Hicablıyam, çünki...- Buna veriləcək ən yaxşı cavabım: Hicab inancımın dəlillərindən biridir...
Hicablıyam, çünki...- Rəbbim bizə zinət dəyərində baxır və mən bu zinəti ən yaxşı şəkildə mühafizə etməli olduğum üçün...
Hicablıyam, çünki...- Qadın olduğum üçün deyil, insan olduğum üçün həyatda irəliləmək üçün...
Hicablıyam, çünki...- İman əhlinə zərər verməmək üçün...
Hicablıyam, çünki...- İslamı yaşamağı asanlaşdırdığı üçün...
Hicablıyam, çünki...- Mənə Rəbbimi xatırladır... Və mən Rəbbimi xatırlayan kəslərdən olmaq istədiyim üçün...
Hicablıyam, çünki... - Haqq belə istəyir...
Hicablıyam, çünki... - Azadam...
Hicablıyam, çünki... - Dəyərli olmaq istəyirəm...
Hicablıyam, çünki... - Allaha itaət edirəm...
Hicablıyam, çünki... - Allaha təslim oldum...
Əziz möminələr, Allahın əmrindən çıxmaq böyük günahdır. Namaz qəzalarımızı tuturuq, oruc qəzalarımızı tuturuq günahımız getsin. Amma hicabın qəzası yoxdur.
 
 

 
 
Əziz və sevimli möminələr, hamınızı Allahın əmri olan - hicaba dəvət edirəm!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol