Cəlilabad Cümə Məscdi

Ərərb Dili - 23 ci Dərs

İYİRMİ  ÜÇÜNCÜ DƏRS
 
 
Həzrəti Peyğəmbər (s) buyurub: “Hər bir halda Quran oxumağı unutma”.

 
Hərflərin sifəti ilə tanışlıq.
   
Təcvid elmində hərfləri tələffüz edərkən danışıq üzvlərində yaranan vəziyyətə "hərfin sifəti" deyilir.Hər bir hərfin sifəti onun tələffüzünə birbaşa təsir edir.Hərfin qalın,incə,zəif,qüvvətli,burundan və s. kimi tələffüz olunması belə "sifət"lərdəndir.
Qeyd edək ki ,eyni məxrəcdən olan hərflər bir-birindən sifətlər vasitəsi ilə fərqlənirlər.
"Sifət"lər çoxdur,lakin burada onlardan bəziləri haqqında mlumat veriləcək.

1)İstela
2)İstifal
3)Ğünnə
4)Lin
5)Qəlqələ


İSTELA

"İstela" sözü lüğətdə "yüksəklik tələb etmək","yuxarıya doğru meyl etmək" mənasında işlənmişdir.Təcviddə isə "tələffüz zamanı dilin yuxarı damağa tərəf qaıxması" mənasını daşıyır.Nətcədə həmin hərf qalın və dolu tələffüz edilir.
İstela sifəti hərflər bunlardır.




İSTİFAL

"İstifal" sözü lüğətə "aşağı enmək" mənasındadır.Təcviddə isə "tələffüz zamanı dilin aşağı damağa yapışması" mənasını daşıyır.Göründüyü kimi bu sifət,"istela" sifətinin əksidir və bu sifətə malik olan hərflər incə tələffüz edilir.istela hərflərindən başqa qalan hərflər-"ra" hərfi istisna olmaqla,çünki bu hərf,bəzən qalın,bəzən də incə oxunur-istifal sifətli hərflərdir.



ĞÜNNƏ

Həm lüğətdə,həm də təcviddə burun boşluğundan xaric olan səsə "ğünnə" deyilir.Ğünnə sifəti "nun" və "mim" hərflərinə aiddir.

 
LİN

"Yumşaqlıq" mənasını daşıyan "lin" sözü təcviddə də səsi yumşaq tələffüz etməyə deyilir.Lin sifəti yalnız iki hərfdə -"sükunlu vav" və "sükunlu yə" hərflərindən əvvəl "fəthə" hərəkəsi gəldiyi zaman yaranır.


QƏLQƏLƏ

"Qəlqələ" sözü lüğətdə "hərəkətə gətirmək,titrətmək" mənasını bildirir.Təcviddə isə "hərfi öz məxrəcində sükunlu halda tələffüz etmək" deməkdir.(Yəni,qəlqələ hərflərini tələffüz edərkən samit səsə heç bir sait səs (ə,i,u) artırılmamalıdır). Qəlqələ hərfləri beş hərfdir:


Məsələn:

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol