Cəlilabad Cümə Məscdi

Ərəb Dili - 12 ci Dərs

  ON İKİNCİ DƏRS
 
 
İmam Əli (ə) buyurub: “Qurani-Kərimi gözəl tilavət edin ki,o,kəlamların ən faydalısıdır”.

 
İŞARƏLƏR

Sükun işarəsi
      
Sükun işarəsinin yazılışı 

Sükun işarəsi hərfin üstündə qoyulur və həmin hərfdən sonra saitin olmadığını bildirir.
Sükunlu hərf özündən əvvəl gələn hərf ilə bir hecada deyilir.Buna görə də sözün birinci hərfi heç zaman sükunlu ola bilməz və sükunlu hərf sözün yalnız ortasında və axırında işlənə bilər.
Məsələn.
 
Oxunuşu Yazılışı
Hum
Qul
Kum

Qeyd:
1)
Sözlərdə "Sükunlu vav"dan əvvəl fəthə hərəkəsi olduqda tələffüz zamanı "əv" "əu" kimi deyilir.Elmi ədəbiyyatda "əu" qoşasəslisi "diftonq" adlanır.
2) "Sükunlu həmzə"  oxunuşda yumşaq qırılaraq deyilir.
 
Oxunuşu Yazılışı
Mu'min
Bi'r
Ra's


Təşdid işarəsi

Təşdid işarəsinin yazılışı 

Təşdid işarəsi hərfin üstündə qoyulur
 və həmin hərfin qoşa olduğunu bildirir.Qoşa hərflərdən birincisi "sükunlu",ikincisi isə "hərəkəli" olur.Buna görə də qoşa hərflərdən birincisi əvvəlki hərf ilə bir hecada deyilir.Məsələn.






Təşdidli hərfin tələffüz qaydası:

Təşdidli hərfi tələffüz edərkən birinci hərfin üzərində ani susmaq,sonra ikinci hərfi şiddətlə tələffüz etmək lazımdır.Diqqət yetirmək lazımdır ki,bu ani susmaq sözü hecaya bölməsin.

Mədd işarəsi

Ötən dərsdə mədd hərfləri barəsində söhbət açmışdıq.Bəzən mədd hərfləri müəyyən "mədd səbəblərinə" görə iki səsdən daha artıq uzadılır.Bu zaman onların üzərində mədd işarəsi qoyulur. 

Mədd işarəsinin yazılışı 

 


 
Çalışma və tapşırıqlar:

1)Sözləri ilk öncə düzgün oxuyun,sonra isə yazın.

2)Təşdidli sözləri düzgün tələffüz edib yazın.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol