Cəlilabad Cümə Məscdi

Ərəb Dili - 10 cu Dərs

  ONUNCU DƏRS
 
 
Həzrəti Peyğəmbər (s) buyurub: “Ey Əli,Quran kəlamların sultanıdır”.

 
HƏRƏKƏLƏR  
Qeyd etdik ki,ərəb əlifbasındakı hərflər samit səsləri bildirir.Sait səslər isə hərəkə adlanan işarələrlə ifadə olunur.Ərəb dilində saitlər qısa və uzun sait növünə bölünür.Hərəkə qısa saitləri bildirir.

Fəthə "ə"
Kəsrə "i"
Zəmmə "u"

Fəthə
Fəthə,qısa "ə" səsini bildirir.
Hərfləri
Fəthə ilə oxuyaq:



Qeyd: Həmzə dayağı olan əlif oxunmur.
Fəthəli Quran sözləri:

Oxunuşu Yazılışı
Kə-fə-ra / Kəfəra
Sa-bə-ra / Sabəra  
Nə-zə-lə / Nəzələ  
Sa-də-qa / Sadəqa

Kəsrə
Kəsrə,qısa "i" səsini bildirir.
Hərfləri
Kəsrə ilə oxuyaq:



Kəsrəli Quran sözləri:

Oxunuşu Yazılışı
Ha-fi-za / Hafiza
-mi-lə / 'əmilə  
Ğa-zi-bə / Ğazibə 
Sə-mi-'ə / Səmi'ə

Zəmmə
Zəmmə,qısa "u" səsini bildirir.
Hərfləri
Zəmmə ilə oxuyaq:



Zəmməli Quran sözləri:

Oxunuşu Yazılışı
Nu-fi-xa / Nufixa
Ku -tu-bi /  Kutubi  
Xu-li-qa / Xuliqa 
Qu-ti-lə / Qutilə


Qeyd: Hər bir hərf qəbul etdiyi hərəkə ilə birgə bir hecanı təşkil edir.Məsələn



 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol