Cəlilabad Cümə Məscdi

Ərərb Dili - 19 cu Dərs

ON DOQQUZUNCU DƏRS
 
 
Həzrəti Peyğəmbər (s) buyurub: “Hər bir halda Quran oxumağı unutma”.

 
Vəqf qaydaları.
   
İndi isə sözlərin axırında vəqf etməyin qaydaları ilə tanış olaq.
1)Dəyişilməyən vəqf:-Sözün sonu "sükunla" və ya "mədd hərfləri" ilə (yəni uzatma hərifləri) bitərsə,vəqf zamanı sözün sonu dəyişilmir və olduğu kimi saxlanılır.
Məsələn.

2)"İskan",yəni sakinedici vəqf:-Sözün sonu "fəthə","zəmmə","kəsrə"  hərəkələrindən  və ya tənvinlərdən biri ilə bitərsə,vəqf zamanı sözün sonu sükun edilir.Məsələn:
Vəqf zamanı oxunur   Yazılır
 
Qeyd:
1)Sözün sonu təşdidli olarsa,vəqf zamanı həmin hərfin hərəkəsi oxunmur,lakin təşdid saxlanılır.Yəni,həmin hərf şiddətlə tələffüz edilməlidir:
Məsələn:
     
Vəqf zamanı oxunur   Yazılır
 
2)Sözün sonu  "fəthəli vav" ilə tamamlandıqda və oradan əvvəlki hərfin hərəkəzi "zəmmə" olduqda,vəqf zamanı "vav" hərfi sükunlu olacaq və ondan əvvəlki hərfin hərəkəsi "zəmmə" olduğu üçün "mədli vav" kimi oxunacaq.
Məsələn:
     
Vəqf zamanı oxunur   Yazılır
 

Həmçinin,sözün sonu"fəthəli yə"  ilə tamamlandıqda və oradan əvvəlki hərfin hərəkəzi "kəsrə" olduqda,vəqf zamanı "yə" hərfi sükunlu olacaq və ondan əvvəlki hərfin hərəkəsi "kəsrə" olduğu üçün "mədli yə" kimi oxunacaq.
Məsələn:  
     
Vəqf zamanı oxunur   Yazılır
 

3)"İbdal",yəni dəyişdirici vəqf.İbdal vəqfində bir hərf başqa bir hərfə və ya bir hərəkə başqa bir hərəkəyə çevrilir.
İdal vəqfi iki şəkildə olur:
a)Sözün sonu "təmərbutə" ilə bitdikdə,vəqf zamanı "təmərbutənin" hərəkəsi ixtisar olunmaqla yanaşı,"tə" hərfi "hə" hərfinə çevrilir.
Məsələn:       
Vəqf zamanı oxunur   Yazılır
 

b)Sözün sonunda "tənvin-fəthə" olarsa,vəqf zamanı tənvin atılır və "fəthə" uzun "ə" səsinə (mədli əlifə) çevrilir.
Məsələn:       
Vəqf zamanı oxunur   Yazılır
 
"Hərəkə ilə vəqf" və "sükunla vəsl"

Vəqf iki şərtlə düz sayılır.
1)Qiraətin dayandırılması yalnız nəfəsi təzələyib qiraəti davam etdirmək məqsədi ilə olmalıdır.
2)Vəqf qaydalarına riayət edilməlidir.
Deməli əgər nəfəsi təzələmək məqsədi ilə qiraət dayandırılsa,lakin vəqf qaydalarına riayət olunmasa,bu,"hərəkəli vəqf" sayılır və düzgün deyildir.
Həmçinin bir söz vəqf olunsa,lakin qiraət dayandırılmasa,bu "sükunlu vəsl" sayılır və düzgün deyildir.
Namazın qiraərində bu iki məsələyə diqqət yetirmək lazımdır.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol