Cəlilabad Cümə Məscdi

Ərərb Dili - 17 ci Dərs

ON YEDDİNCİ DƏRS
 
 
Həzrəti Peyğəmbər (s) buyurub: “Şübhəsiz qəlblər,dəmir paslanan kimi paslanır.Bunun çarəsi Quran oxumaqdır”.

 
İşba.
   
"İşba"lüğətdə "doyurmaq" mənasındadır.Qiraət elmində isə qısa saitin (hərəkənin) uzadılması deməkdir.

 
 İşbanın qaydası.

(hu və hi) əvəzliyindən əvvəl gələn hərf hərəkəli olduqda,işba baş verir.Yəni "hə" əvəzliyinin hərəkəsi "kəsrə" olduqda "mədli yə"yə, "zəmmə" olduqda "mədli vav"a çevirilir.
Quranda işbanı bildirmək üçün aşağıdakı işarələrdən istifadə olunur.
Oxunur   Yazılır

Qeyd:  əvəzliyi 3 halda işba olunmur.

1)Bu əvəzlikdən əvvəl sükunlu hərf gəldikdə:
2)Bu əvəzlikdən əvvəl "mədd hərfi" gəldikdə:
3)Bu əvəzlikdən sonra "vəsl həmzəsi" gəldikdə:
Qeyd:Aşağıdakı sözlər "işba" qaydasına uyğun gəlsələr də işbasız oxunurlar.
Qeyd: "" sözünün sonuncu hərfi "hi",əvəzlik olmadığına baxmayaraq işba olunmur.(yəni,bu hərf sözün öz hərfidir
İmalə və İşmam
Qurani-Kərimdə Hud surəsinin 41-ci ayəsində ""(məcraha) sözünün altında və Yusif surəsinin 11-ci ayəsində ""(təmənna) sözünün üstündə "kiçik romb işarəsi"nə rast gəlinir.
Kiçik romb işarəsi "" sözündə "imalə"nin baş verdiyi bildirir.Yəni,fəthənin kəsrəyə("e" səsinə yaxın) və kiçik əlifin "yə" səsinə meyl etməsini bildirir.Nəticədə bu "məcreyha" kimi oxunur.
"" sözündə isə bu işarə "işmam"ın baş verdiyini bildirir.Yəni,"mim" hərfini tələffüz edərkən dodaqlar dairəvi şəkil alır.Belə ki,bu sözü oxuyan şəxs "mim" hərfini tələffüz edərkən dodaqlarını dairəvi şəklə salıb "u" səsini ("zəmmə") deməyə hazırlaşır,lakin "ə" (fəthə) deyir.Bununla o,həmin sözdə "mim" hərfinin hərəkəsinin əslində zəmmə olduğuna işarə etmiş olur.Bu tələffüzdə hiss olunmur.Ancaq qarinin oxunuşunu müşahidə etməklə bunu görmək olar.
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol