SƏHİFEYİ SƏCCADİYYƏ
SƏHİFEYİ SƏCCADİYYƏ ( İMAM SƏCCAD(ə) )
1-ci dua: O həzrətin hacətindən öncə etdiyi duası.
Həmd o Allaha məxsusdur ki, varlıq aləminin əvvəli odur, Ondan öncə bir əvvəl olmamış, axırdır, Ondan sonra bir axır yoxdur, O Allah ki, görənlərin gözü onu görməkdən, vəsf edənlərin düşüncəsi Onu vəsf etməkdən acizdir. Yaranmışları qüdrət əli ilə xəlq etdi, onlara Öz iradəsi əsasında surət verdi, sonra hamını Öz iradəsi yolunda yola saldı, Özünə eşq və məhəbbət yolunda dirçəltdi. Mövcudat onlara tə’yin edilən ölçüdən bir addım irəli və geri götürə bilməz. Lütfündən onlar üçün mə’lum və bölünmüş ruzi qərar verdi, bol ruzi verdiyi kimsənin ruzisini heç kəs əskildə bilməz, ruzisini əskiltdiyi kimsənin ruzisini də heç kəs artıra bilməz.Sonra onun həyatını müəyyən bir zaman tə’yin etdi və məhdud bir son qərar verdi ki, ömrün günləri ilə o sona qarşı addım atır, həyat illəri ilə ona yaxınlaşır ki, onun sonuna yetib vaxtının qədəhi dolduqca canını alır. Onu çoxlu savab, yaxud şiddətli əzaba sarı yönəldir ki, öz ədaləti ilə pislərə pis, və yaxşılara yaxşı əməllərinə görə cəza versin. Onun adları pakdır, uludur, ne’mətləri ardıcıldır, heç kəs onu etdiyi işə görə sorğu-suala tuta bilməz, lakin hamı onun sorğu-sualı altındadır.
Həmd o Allaha məxsusdur ki, əgər bəndələrinə ne’mətlərinə şükr etməyi tə’lim verməsəydi ne’mətlərini sərf edib ona təşəkkür etməzdilər, ruzisində bolluq görüb şükr etməzdilər. əgər belə olsaydılar insanlıq həddindən çölə çıxıb heyvanlıq həddinə yetişərdilər və möhkəm kitabında buyurduğu kimi olardılar: «Onlar heyvan kimidirlər bəlkə onlardan daha da azğındırlar». Mübarək vücudundan bizə tanıtdıqlarından şükründən bizə ilham etdiklərinə görə, Öz elmindən üzümüzə açdığı üçün, tohidində ixlaslı olmağa bizə yol göstərdiyinə görə, Öz işində şəkkə düşməyimizdən bizi uzaqlaşdırdığı üçün Allaha Həmd olsun, Bir cür Həmd ki, o həmdlə şükr edən bəndələri sırasında ömür keçirək, onunla razılığına öndə gedənlərdən irəli, onunla razılığına bir cür həmd ki, bərzəxin qardaşlarını bizə nurlandırsın, onun səbəbi ilə qiyaməti bizlərə asan etsin, o günün şahidləri yaşındakı məqamımızı artırsın, o gün heç kəsə zülm edilməz və zalımlara yardım göstərilməz, bir həmd ki, müqərrəblərinin şəhadət verdiyi illiyyun kitabında qeyd edilsin, bir həmd ki, göz qamaşan gündə gözlərimizin işıqlanmasına səbəb olsun, üzlər qaralanda üzümüz nurani olsun, bir həmd ki, bizi odun şiddətli əzabından Allahın kərəm sayəsində yerləşdirsin, bir həmd ki, onunla mələklərlə bərabər olaq, inayət hüzurunda yeri onlara dar edək və onun vasitəsi ilə əbədi evdə Mürsəl peyğəmbərlərin sırasında birləşək. Həmd olsun o Allaha ki, xilqətin gözəlliklərini bizlərə ixtiyar etdi və pakizə ruziləri bizə sarı yönəltdi, bütün məxluqata sahib olmaqla bizə üstünlük bəxş etdi, bu hesab üzrə onun yaratdıqlarının hamısı qüdrəti əsasında bizə itaət edirlər , onun iradə qüvvəsi ilə bizə tabe olmaqda çarəsizdirlər. Həmd olsun o Allaha ehtiyac qapımızı başqasından bağladı, ona nə cür şükr edə bilərik?! Yaxud şükrünü nə zaman yerinə yetirə bilərik?! Heç vaxt!
Həmd o Allaha məxsusdur ki, işi yerinə yetirmək əzalarını bizə lütf etdi, bizə pakizə ruzilərlərlə yemək verdi, fəzli ilə bizi ehtiyac-sız etdi, öz ehsanı ilə sərmayə bağışladı, sonra bizə göstəriş verdi ki, şükrümüzü imtahan etsin, bütün bu lütflərdən sonra əmrində çıxdıq, haram etdiklərini mərkəbinə mindik, bütün bunlarla belə bizi cəzalandırmağa, bizdən intiqam almağa tələsmədi, bizimlə rəhmət və kərəmi üzündən rəftar etdi, mehribanlıq və helm üzündən bizim xəta yolundan dönməyimizin intizarını çəkdi.
Həmd o Allaha məxsusdur ki, bizə tövbə yolunu göstərdi ki, bu həqiqəti onun ehsanından savayı bir şey tapmadıq, əgər fəzilətindən olan yalnız bu bir lütfü hesaba gəlsə haqqımızdakı ən’amı yaxşı, ehsanını böyük, bəxşişi çox əzəmətlidir, çünki keçmişdə tövbə edənlərlə adəti belə olmamış, şübhəsiz ki, qüdrətimiz çat-mayan işi üzərimizdən götürülmüş, imkan olmadan bizə vəzifə tə’yin etməmişdir, asan işlərdən savayı bizə bir şey əmr etməmiş, bu sahədə heç birimizə bir üzr, bəhanə yeri qoymamışdır. Beləliklə aramızda bədbəxt o kəsdir ki, onun razılığının əksinə olaraq itaəti tərk etsin və xoşbəxt o kəsdir ki, ona sarı diqqət yetirsin.
Həmd olsun Allaha bütün o həmdlə ki, ona ən yaxın mələklər, onun yanında ən əziz məxluq, onu vəsf edir, başqalarının etdiyi həmdin ən üstün kimi, indiki, keçmişdəki və gələcəkdəki
bəndələrinə ne’mətləri üçün həmd olsun Allaha, elminin əhatə etdiyi əşyaların sayı qədər,
həmişəlik olaraq qiyamətədək. Bir həmd ki, ölçüsünün sonu, sayının hesabı, sonunun axırı,
Müddətinin nəhayəti olmayan qədər. Bir həmd ki, onun itaət və bəxşiişinə yetməyə, razılığına
səbəbə, bağışlanmasına vasitə, Behiştinə sarı yol, intiqamından pənah, qəzəbindən amanlıq, itaətinə yardım, mə’siyətə maneə, o həzrətin haqqını ödəməyə kömək olmuş olsun. Bir həmd ki, onun səbə-bi ilə dostlarından olan xoşbəxtlərin sırasına keçək, düşmənlərinə qarşı qılınc işlədən şəhidlərinin zümrəsində qərar tutaq. Həqiqətən də o, yardım edən, hər cür tə’rifə, şükrə layiqdir.
2-ci dua: O Həzrətin Peyğəmbər (s)-ə göndərdiyi səlatü-salamı.
Həmd o Allaha məxsusdur ki, ötüb keçən ümmətlər içrə Muhəmməd (s)-in vücudu ilə bizə minnət qoydu və bizi bütün ümmətlərin sonu etdi, haqqı və həqiqəti inkar edənlərə, şahid tutdu, bizi ne’mət çoxluğu ilə az olanlardan çox etdi.
Pərvərdigara! Belə isə səlavat göndər o Muhəm-mədə ki, sənin vəhyinin əmini, sənin bütün
məxlu-qatından üstün, Sənin qulların içrə ən üstün bən-də, rəhmət rəhbəri, yaxşılıqlar sərgərdəsi, bərəkət açarı idi. Necə ki, o canını Sənin əmri-nin icrası üçün zəhmətə saldıq, Sənin yolunda bədənini narahatlıqlara hədəf qərar verdi, qohumlarını sənə də’vətdə əldən düşdü, Sənin razılığın üçün öz tayfası ilə döyüşdü, dininin dirçəlməsi yolunda qohumluq tellərini qırdı, haq-qı inkar etdikləri üçün özünün ən yaxın qohumlarını özündən uzaqlaşdırdı, ən uzaq insanları dinini qəbul etdikləri üçün özünə yaxın etdi və yalnız Sənə xatir ən uzaq insanlarla dostluq etdi və onların özünə yaxını ilə düşmənçilik etdi. öz canını sənin də’vətini çatdırmaq yolunda yordu, Sonra dünyadan köçəcəyi yerə, yola düşdü. Onun istəyi bu idi ki, sənin dinini əziz etsin, kafirlərin əleyhinə yardım alsın, nəticədə düşmənlərinin əleyhinə iradə etdiyini davam gətirməsi ilə ələ gətirdi. Səndən kömək istəyib zəif olduğu halda
Sənin qüvvənlə kafirlərlə döyüşə qalxdı, işin sonunadək diyarlarında mübarizə etdi, nəticədə
əmrin aşkar və sözün üstün oldu, hərçənd müşriklərin xoşuna gəlməsə də belə. Pərvərdigara,
Sənin yolunda çəkdiyi zəhmətlərinə görə onu elə bir dərəcələrə çatdır ki, heç kəs onunla eyni
məqamda ola bilməsin, heç bir mürsəl Peyğəmbər və müqərrəb mələk onun məqamına yetə
bilməsin, şəfaətini ona və’d etdiyindən çox qəbul edib ona e’lan et. Sənin və’din mütləq yerinə yetir, ey əhdi vəfa olan, ey pislikləri bir neçə yaxşılığa çevirən ixtiyar sahibi, həqiqətən də Sən, böyük fəzl sahibisən!
3-cü dua: O Həzrətin ərşin hamillərinə və müqərrəb mələklərə rəhmət diləməsi.
Pərvərdigara! Sənin tə’rifindən süst olmayan, təq’disindən yorulmayan, ibadətindən
qalmayanlara, əmrinin icrasında təlaş edənlər,
Cənə diqqətdən xəbərsiz olmayan və Sur sahibi olan üfürməsi üçün gözü sənin əmrində olan
İsrafilə, zindan gorunda yatanları ölüm yuxusundan oyatmağa hazır olan o mələyə, itaətə görə
yanında uca məqam sahibi olan Mikailə, göy və yer əhli arasında möhtərəm olan, vəhyinin əmini Cəbrailə, Mələklər içrə uca məqamını ruh, əmrindən olan ruha, onların hamısına səlavat göndər, həmçinin məqam baxımından onlardan aşağa yerləşən mələklərə, göylərinin sakinlərinə, əmrlərinin əminlərinə işləməkdən usanma-yan mələklərə, heç bir zəhmətdən süst olmayan-lara, istəkləri sənə təsbehdən saxlamayanalara, səhv onları səni böyük saymaqdan
uzaqlaşdırmayanlara, gözlərini zəlilliklə bağlayanlara, başları aşağı dikilənlərə, Sənin yanında
olan şeylərə eşqlərinin sonu olmayanlara, ne’mətini həmişə yad edənlərə, böyüklüyün qarşısında zəlil olanlara, Cəhənnəmi qucaqlayan görüb: Ey münəzzəh Allah, biz sənə layiqincə ibadət etmədik deyən mələklərə, bunların hamısına səlavat göndər, həmçinin mələklərdən olan ruha-nilərə, elçilərinə, xəbər aparan hamilərə, vəhyi-nin əminlərinə özünə aid etdiyin mələklərə, özünə təsdiqlə onları yemək-içməkdən ehtiyacsız etmi-sən, göylərinin mərtəbələrində onlara məskən ver-misən, və’dənin əncamı üçün əmrin sadir olduqda göylərin ətrafına yığışan mələklərə, yağış xəzi-nədarlarına, buludu hərəkətə gətirənlərə, fərya-dından ildırım eşidilən mələyə, qar və dolu dənələrini gəzdirən mələklərə, yağış damcıları ilə birgə enən mələklərə, Külək xəzinələrinin vəkillərinə, yerindən oynamasın deyə dağlara müvə-kkil olan mələklərə, suların ölçüsünü sel gətirən yağışların miqdarını öyrətdiyin mələklərə, yer üzünə göndərilib yer əhlinə xoşagəlməz hadisələr və xoşagələn işlər gətirənlərə, yaxşı işlər görən alicənab səfirlərə, insanların əməllərini yazıb onları qoruyanlara, ölüm mələklərinə və onun yardımçılarına,
Münkər və Nəkirə, qəbirlərdə ölüləri yoxlayanlara, Beytül mə’muru təvaf edənlərə. Malikə və
Cəhənnəm gözətçilərinə, Rizvana və Behişt xidmətçilərinə, əmr edərkən Allaha müxalifət
etməyən mələklərə, öz işlərini ən gözəl tərzdə yerinə yetirən mələklərə, Behişt əhlinə: Səbr
etdiklərinizə görə sizə salam olsun, axirət yurdu necə də gözəldir-deyən mələklərə, Cəhənnəm
gözətçilərinə, onlar ki, onu tutub zəncirləyin, sonra da oda atın deyildikdə o işi dərhal yerinə
yetirən mələklərə, Adını yad etmədiyin hər bir mələyə, hansı işə mə ’mur olduğunu bilmədiyimiz mələklərə, suyun, havanın və yerin sakinləri olan mələklərə, məxluqati müvvəkkil olan hər bir mələyə, saydıqlarının hamısına sələvat göndər, məqamlarını və təharətlərini daha artıran bir səlavat. Pərvərdigara! Elçilərinə və mələklərinə səlavat göndərib onun bizim tərəfimizdən oduğunu e’lan etdikdə onların bizim dilimizdən axıtdığın gözəl vəsfə xatir, biz də səlavat və rəhmət göndər ki, həqiqətən də Sən səxavət kəramət sahibisən!
4–cü Dua. O həzrətin Peyğəmbər (s)-ə iman gətirənlərə göndərdiyi sələvatı.
Pərvərdigara! Peyğəmbərlərə itaət edib onları səmiməyyətlə təsdiq edənləri, çətinlikdə, düşmənlərin peyğəmbərləri təkzib etdiyi anlarda Peyğəmbərlərlə qalanlara, Adəmdən Muhəmməd (s)-in zamanınadək göndərdiklərini qəbul edənləri, hidayət rəhbərlərini təsdiq edənlərin hamısını əfv edib onlardan razı qal. Pərvərdigara! xüsusilə Muhəmməd (s)–in səhabələrindən, onlar ki, o həzrətə yardım edib də’vətini qəbul etmək üçün bir-birindən irəli, keçdilər, risalətlərinin dəlillərini onların qulaqlarına çatdırdıqda də’vətini qəbul etdilər, sözünün ucalması üçün əhli-əyalından ayrıldılar, nübüvvətinin dirçəlməsi üçün ata və övladları ilə döyüşə girişdilər, onun vücudunun bərəkətindən döyüşlərdə qalib olduqları, qəlblərində onun sevgisini bəslədilər, onun eşqində kasad olmayan bir ticarətə ümid etdilər, ona ürək bağlayanda qohumlarından ayrı düşdülər. Pərvərdigara! Sənin yolunda Muhəmməd (s) səha-bələrini əldən verdiklərini lütfünün nəzərindən uzaq etmə, onları razı qalmağınla razı et. İnsanları dininə də’vət edib dinin yolunda öz şəhər və diyarlarından uzaq düşmələrinə, rahatlıqdan çətinliyə düşmələrinə, dininin ucalması üçün zülm gördüklərinə görə onlara mükafat ver. Pərvərdigara! İman, əxlaq və əməldə ona itaət edib: «İlahi, bizi və imanda bizdən irəli keçən qardaşlarımızı bağışla» deyənlərə özünün ən yaxşı muzd və əcrini əta et, səhabələrin yolunu tutanlar və onların adətlərini tələb edənlərə, onların yolu ilə həyatlarına rövnəq verənlərə, əqidələrinə heç bir şəkk-şübhə qatmayanlar, onların yardımçıları, dində onlarla müvafiq olanlar, nəzər birliyi olanlar.
Pərvərdigara! Öz tərəfindən tövbə edənlərə, bu gündən qiyamətədək səlavat göndər, bir səlavat ki, onun vasitəsi ilə onları günahdan saxlayasan və öz Behişt bağlarında onlara rahatlıq verəsən, Şeytanın hiyləsindən onlara pənah verəsən, hər bir xeyir işdə səndən kömək istəsələr onlara yardım göstər, gecə-gündüzün şərrindən onları hifz edəsən, məgər xeyir işlərindən savayı, həmin səlavatınla onları e’tiqadlarında saxla ki, yalnız Sənin ümidinə göz diksinlər, Sənin yanındakılara bağlansınlar, Sənin yanında olanlardan xalqa verdiklərinə görə bədgüman olmasınlar, elə et ki, şövqləri yalnız Sənə və qorxuları yalnız Səndən olsun, əldən gedən dünya rahatlığına onları rəğbətsiz et, o dünya üçün iş görüb ölümdən sonraya hazır olmaları üçün qəlblərinə məhəbbət sal, onları bəla və əziyyətlərdən qurtar, Cəhənnəm odunun çətinliyindən və orada həmişəlik qalmaqdan onları hifz et və onları təqva əhlinin əmin-amanlıq yerinə göndər.
5-ci dua: O Həzrətin özü və dostları haqqında etdiyi duası.
Ey əzəmətinin mö’cüzələrinin sonu olmayan, Muhəmməd və onun soyuna səlavat göndər və bizi əzəmətin qarşısında azmaqdan saxla! Ey hökmdarlığının sonu olmayan, Muhəmməd və onun soyuna səlavat göndər və bizə öz əzabından nicat ver! Ey rəhmət xəzinələrinin sonu olmayan, Muhəmməd və onun soyuna səlavat göndər və bizə öz rəhmətindən bir nəsib, bəhrə qərar ver! Ey gözlər Səni anmaqdan yorulan kəs, Muhəmməd və onun soyuna səlavat göndər və bizi özünə yaxın et! Ey məqamı qarşısında bütün məqamlar kiçilən varlıq, Muhəmməd və soyuna səlavat göndər və bizi Öz yanında əziz tut! Ey gizli xəbərlər yanında aşkar olan, Muhəm-məd və bizi öz yanında rüsvay etmə, başqalarından ayrılmaq qorxusunu özünə birləşməklə kifayət et ki, Sənin ehsan etməyini başqalarından istəməyək və Sənin bəxşişinlə heç kəsdən qorxmayaq.
İlahi! Hər bir işdə bizim xeyrimizə çarə et və bizim ziyanımıza çarə etmə, bizim xeyrimizə tədbir gör və bizim zərərimizə tədbir etmə, bizi qalib et, və başqalarını bizə qalib etmə!
İlahi! Öz qəzəbindən qoru, Öz dərgahından uzaqlaşdırma. Hər kəsi sən qorusan salamat qalar,
sənin hidayət etdiyin bilici olar, özünə yaxınlaşdırdığın qənimət aparar. İlahi! Muhəmməd və bizi zamandakı müsibətlərin çətinliklərindən, Şeytan tələlərinin şərrindən, və hakimin qəzəbinin acılığından qoru! İlahi! Şübhəsiz ki, ehtiyacsızlar Sənin lütfün sayəsində ehtiyacsızdırlar. Muhəmməd və özündən başqalarına nisbətdə bizə kifayət et! Həqiqətdə bağışlayanlar Sənin verdiyinin çoxluğundan bəxşiş edirlər, belə isə Muhəmməd və öz ne’mətindən bizə əta et və həqiqətən də yol tapanlar sənin zatının nuru sayəsində yol tapır-lar, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və bizi hidayət et! İlahi! Sənin kömək etdiyin kimsəni heç bir qüdrət zəlil edə bilməz, hər kəsə Sən ehsan etsən, heç kəs ona qarşı bəxşişini əskildə bilməz, sənin hidayət etdiyini heç bir azdıran yoldan yuvarlada bilməz,
Belə isə Muhəmməd və onun soyuna səlavat göndər və izzətinlə bizi bəndələrinin şərrindən qoru, öz bəxşininlə bizə başqalarının bəxşişindən ehtiyacsız et və hidayətinlə bizi haqq yola apar! İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və qəlblərimizin salamatlığını əzəmətinin zikrində, bədənlərimizin rahatlığını ne’mətinə şükr etməyimizdə, dilimizin hərəkətini bəxşi-şinin vəsfində qərar ver! İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi sənə sarı də’vət edənlərin zümrəsində, sənə sarı yol göstərənlərdən qərar ver, xüsusi bəndələrinin sırasına daxil et, ey rəhm edənlərin rəhm edəni!
6-cı dua: 11 O Həzrətin səhər və axşam vaxtı etdiyi duası.
Həmd öz qüvvəsi ilə gecə və gündüzü yaradan, qüdrəti ilə o ikisinin arasında fərq qoyan, hər biri üçün müəyyən zaman ölçüsü qoyan, hər birinin, o birisinin daxilinə salıb və çölə çıxaran. Bu nizamla bəndələrin ruzisini, onların dirçəlməsini tə’min edən Allaha məxsusdur. Belə-liklə gecəni bəndələr üçün yaratdı ki, üzücü çətinliklərdən, yorucu hərəkətlərdən gecə dinc-lik
tapsınlar, onu bir örtük qərar verdi ki, insanlar onda rahatlıq tapıb rahat yuxuya dalsın-lar və
bütün bunları onların qüvvələrinin yeni-ləşməsinə səbəb etdi ki, ləzzət və istəklərinə yetsinlər.
Gündüzü görünən qərar verdi ki, onda haqqın lütfünü axtarsınlar, onun ruzisinə əl tapsınlar, yer üzündə, fani dünya mənfəətini dərk edib əbədi mənfəət yoluna düşsünlər. Bütün bu işlərlə onların işini sahmana salır, əməl-lərini yoxalayır ki, hökmünün icrasında və vacibi işlərə itaət etmək zamanı nə etmələrini görsün ki, nəticədə pisləri pisliklərinin cəza-sına, yaxşıları da mükafatlarına çatdırsın.
İlahi! Həmd olsun Sənə ki, gecənin qara pərdəsini səhərin nuru ilə yardın, bizi gündüzün
işıqlığından bəhrəmənd etdin, təhlükəli bəlalardan qorudun. Gecəni səhərə çıxartdıq və bütün
yaranmışlar səhər meydanına ayaq qoydular:
Göy və yer, bu ikisində pərakəndə etdiklərin, hərəkətsiz və hərəkətdə olanlar, ayaq üstə durub yol gedənlər, havada yuxarı gedənlər, yerdə gizlənənlər hamılıqla Sənin qüdrətin əhatəsində səhərə çıxdıq, bir halda ki, Sənin səltənət və qüdrətin bizi ehtiva etmiş, iradən bizi himaməyəyə almış, əmrinlə işlərə baş vururuq, Sənin tədbir meydanında hərəkətdəyik, Sənin əmrin olmadığın bir yerdə əlimizdən bir iş gəlməz, Sənin bizə bəxşiş etdiyindən savayı bizə bir xeyir yetişməz. Bu gün təzə və yeni bir gündür, o bizə hazır olan bir şahiddir, yaxşılıq etsək təşəkkür edənlər bizi tərk edər, pislik etdikdə qınayanlar bizdən ayrılarlar.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bu günlə həmnəfəs olmağı bizə ruzi et, kiçik günah və böyük xəta kəsb etməkdən saxla, onda yax-şılıqlardan olan bəhrəmizi bol et, bu günkü gün-də bizi pisliklərdən təmizlə, əvvəlindən sonuna-dək axirət üçün bol ehtiyat yığmağa tə’min et.
İlahi! Bizim zəhmətimizi əməli yazan mələklərə asan et, əməl dəftərimizi yaxşılıqla doldur, Pis
əməllərimizə görə bizi o mələklərin yanında rüsvay etmə!
İlahi! Hər saatında xüsusi bəndələrinə şükründən bir nəsib, mələklərindən bizə doğru bir şahid
qərar ver! İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi öndən, arxadan, acdan,
soldan, və bütün tərəflərdən hifz et, bir cür ki, sənin bu hifzin bizi sənə qarşı günahdan saxlasın, itaətinə yol göstərsin, bizi eşq və məhəbbətinin işinə alsın.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi bu gününüzdə və bu gecəmizdə və
bütün vaxtlarımızda xeyir iş görməyə, şərdən uzaqlaş-mağa, ne ’mətlərə şükr etməyə, sünnətlərə itaət etməyə, bid’ətlərdən uzaqlaşmağa, yaxşılığa də’vət etməyə pislikdən çəkindirməyə, İslamı qorumağa, batilin eybini axtarıb onu zəlil etməyə, haqqa yardım edib onu əziz tutmağa, azanı hidayət etməyə, zəifə yardım etməyə, və zülm görənə pənah verməyə müvəffəq et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bu günkü günü indiyədək bizə nəsib olan ən səadətli gün bir yerdə olduğumuz ən yaxşı dost,
Yaşadığımız ən yaxşı zaman qərar ver! Bizi gecə-gündüzün ən yaxşı nəsibi olan mərhəmət
etdiyin ne’mətlərinə hamıdan çox şükr edənlərdən, yaratdığın şəriətə hamıdan çox sabit qədəm, qorxut-duqlarından hamıdan çox çəkinən bəndələrindən qərar ver! İlahi! Mən səni şahid tuturam və sən ən şahid-lərin ən yaxşısısan, göyünü və yerini, göylərdə və
yerdə məskun etdiyin mələkləri və sair yaratdıq-larını da şahid tuturam, bu gündə, bu saatda, bu gecə və yerləşdiyim bu yerdə şəhadət verirəm ki, həqiqətən sən həmin Allahsan ki, Səndən başqa heç bir Allah yoxdur, ədaləti qaldıran, hökmündə adil, bəndələrinə mehriban, bütün aləmə sahib və bütün məxluqata rəhm edənsən. Və şəhadət verirəm ki, Muhəmməd Sənin bütün bəndələrin içrə seçdiyin qulun və peyğəmbərindir, risalətini onun öhdəsinə qoydun və o da onu gözəl tərzdə yerinə yetirdi, ümmətinə qarşı xeyirxahlıq etdin və o da onlara xeyirxahlıq etdi. İlahi, Muhəmməd və onun soyuna səlavat göndər, yaratdıq-larından kimə isə göndərdiyin səlavatın daha çoxunu, bizim tərəfimizdən bəndələrindən birinə verdiyin ən yaxşı şeyi ona ver. ×ünki Sən, böyük ne’mət sahibi, çoxlu lütf göstərən, böyük günahı bağışlayan, rəhm edənlərin rəhm edənisən. Belə isə Muhəmməd və onun pak, bütün yaxşılıq-ların mənbəyi olan pakizə soyuna
səlavat göndər.
7-ci dua: O Həzrətə bir çətinlik, bəla üz verdikdə etdiyi duası.
Ey hər kəsin düyünü Sənin əlinlə açılan, ey çətinliklərin ağırlığı mərhəmətinə sıxan, ey darlıqdan çıxıb asanlıqa getmək səndən istəni-lən, kəs, çətinliklər sənin lütfünlə asanlaşır, həyat vasitələri və yaşayış səbəbləri sənin rəhmətinlə hazırlanır, qəza qüdrətinlə hərəkətə gəlir hər şey iradənlə işə düşər, yalnız Sənin istəyinlə bir şeyə əmr etmədikdə işə düşər, hər şey iradə etdikdə nəhy etməzdən öncə işdən düşər, bütün çətinliklərdə səni çağırarlar, bütün müsibətlərdə sənə pənah gətirirlər, Sənin aradan aparmadığından başqa heç bir bəla aradan getməz, Sənin açdığın düyündən başqa heç bir düyün açılmaz:
İlahi! Mənə bir bəla düçar olmuş ki, onun çətinliyi və ağırlığı məni əldən salmış, elə bir çətiliklər mənə üz vermiş ki, onlara dözmək mənə ağır olmuşdur, onu Sən öz qüdrətinlə on mənə rücah etmisən;
İlahi! Sənin rücah etdiyini kimsə geri apara bilməz, Sənin göndərdiyini geri qaytara bilməz, Sənin açdığın bir şeyi kimsə bağlaya bilməz, Sənin bağladığın bir şeyi kimsə aça bilməz, Sənin
çətinlişdirdiyin bir şey kimsə asan edə bilməz, Sənin zəlil etdiyin kimsəyə bir yardımçı olmaz,
belə isə Muhəmməd və onun soyuna səlaavat göndər, və öz rəhmətinlə ey mənim Rəbbimrahatlıq qapısını üzümə aç, öz qüdrətimlə həyat meydanında qəm sultanının hökmünü sındır, istədiyim şeydə məni öz mərhəmətinlə kamala çatdır, istədiyimə icabətin şirinliyini daddır, öz tərəfindən mənə könül oxşayan bir icabət nəsib et, mənim üçün bəlalardan tezliklə bir nicat qərar ver, qəmə düşməyimlə məni öz vacibat müstəhəb-batından saxlama, çünki mən başıma gələn hadisənin ucbatından taqətsiz olmuş, Qəlbim həyatında baş verən bu bəladan qəm-qüssə ilə dolmuşdur və Sən düşdüyüm bu bəlanı aradan aparmağa qadirsən, belə isə öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm. Ey böyük ərşin Pərvərdigarı!
8-ci dua: O Həzrətin xoşagəlməz əxlaqdan nalayiq işlərdən Allaha pənah aparması.
İlahi, hərisliyin tüğyanından, qəzəbin coşmasından, həsədin qələbisindən, səbrin süstlüyündən,
qənaətin azlığından, əxlaqın pisliyindən, şəhvətdə həddi aşmaqdan, əsəbilikdə israr etməkdən,
nəfsin istəklərinə tabe olmaqdan, hidayətlə müxalifətdən, haqqın əvəzinə batil seçməkdən,
günahda israr etməkdən, xətanı kiçik saymaqdan, itaəti böyük bilməkdən, Dövlətlilərlə fəxr etməkdən, yoxsulları təhqir etməkdən, əlim altında olanların haqqında səhlənkarlıq etməkdən, mənə yaxşılıq edənə nankor olmaqdan, zalıma yardım etməkdən yaxud məzlumu yalqız qoymaqdan, haqqımız olmayan şe yi istəməkdən, bilmədiyimiz bir şeydən dəm vuraqdan Sənə pənah gətiririk! Və kimə isə xəyanət etməkdən niyyətində olmaqdan, arzularımızı uzun-uzadı etməkdən Sənə pənah gətiririk. Və batinin çirkinliyindən, günahı yüngül saymaqdan, Şeytanın vücudumuza qalib gəlmə-sindən, ruzigarın bizi çətinliyə salmasından, yaxud hakimin zülmü bizə rəva görməsindən Sənə pənah gətririk!
İsrafa bulaşmaqdan, yoxsulluq bəlasından Sənə pənah gətiririk! Və düşmənlərin şəmadətindən, özümüz kimi olanlara möhtac olmaqdan, çətinlikdə yaşamaqdan, azuqəsiz qəfil ölümdən Sənə pənah gətirik! Və böyük qəm-qüssədən, ən ağır bədbəxtlikdən, savaba ümidsizlikdən və əzab nazil olmasından Sənə pənah gətiririk!
İlahi! Muhəmməd və onun soyuna göndər və mənə bütün bu işlərdən öz rəhmət pənahında yer
ver, və həmçinin bütün mö’min kişi və qadınlara!
Ey rəhm edənlərin rəhm edəni!
9-cu dua: O Həzrətin Allahdan şövqlə bağışlanmaq diləməsi.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi istədiyin tövbə mənzilinin başına çatdır, xoşlamadığın işlərdən olan, günahda israr etməkdən uzaq et! İlahi! Dünyaya axirətə zərər, verəcək bir işin qarşısında qaldıqda ziyanı dünya işimizə qat, əfv və bəxşişin daha davamlı olan dinimizdə qərar ver və əgər biri səni razı edib o biri qəzə-binə səbəb olacaq iki işin qarşısında durarıqsa bizi razılığına səbəb olan işə sarı yönəlt və qəzəbinə səbəb
olacaq işlərdə qüdrətimizi azalt,
Bu işlərdə bizi öz ixtiyarımıza buraxma ki, nəfs batili seçəndir, məgər bu ki, sən ona yardım
edəsən, həmişə pisliyə əmr edər, məgər bu ki, sən ona rəh edəsən!
İlahi! bizi zəif və dəyərsiz bir sudan yaratmısan, bizim xilqətimizin əsasını süstlüyə qoymusan,
əvvlimizi qiymətsiz bir sudan qoymusan, belə olduqda, Sənin qüvvən olmadan bir hərəkət və
yardımın olmadan bir qüdrətimiz ola bilməz, öz yardımınla bizə qüvvət ver, hidayətinlə yaxşılıq yolunda bizi sabit qədəm et, qəlbimizin gözünü sənin eşqin yolundan ayrı yerlərdə kor et, Sənə qarşı günah etməkdə heç bir əzablarımızı inkişaf etdirmə. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və qəlbimizin sirlərini, əzalarımızın hərəkə-tini, gözlərimizin baxışlarına və dilimizin sözlərini Sənin razılığına səbəb olacaq işlərdə qərar ver ki, Sənin razılığına səbəb olan yaxşı iş əlimizdən getməsin və bizdən ötrü qəzəbinə səbəb olacaq pis bir iş qalmasın.
10-cu dua: O həzrətin Allaha pənah aparması.
İlahi, əgər bizi bağışlamaq istəsən ehsanın üzündən bağışlayırsan, əgər əzab etmək istəsən
ədalətin üzrə mübtəla edirsən; İlahi! Ehsanının adəti ilə bizi əzabdan uzaqlaşdır, bizim ədalətinə dözməyə tabımız yoxdur, əfvin olmadan heç birimizə azadlıq mümkün deyildir, ey ehtiyacsızların ehtiyacsızı, indi biz bəndələrinik ki, dərgahında durmuşuq, mənə sənə ehtiyacı olanlardan daha ehtiyaclıyam, belə isə yoxsulluğumuza öz varlığınla çarə et, lütfünü əsirgəməklə ümid işinizi kəsmə ki, əgər belə etsən, dərga-hından xoşbəxtlik istəyəni bədbəxt etmisən, lütfündən bəxşiş istəyəni məhrum etmisən, belə halda Sənin dərgahından kimə üz gətirək? Rəhmət qapından haraya gedək? Pak və münəzzəhsən, biz dualarının qəbulunu vacib etdiyin çarəsizlərdən, çətinliklərini aradan aparmağa və’d etdiyin kimsələrdənik. Sənin istəyinə ən oxşar şey;
Böyükülüyünə ən layiqli iş səndən rəhmət istəyənə rəhm etməyin, fəryad edənin dadına
yetişməyindir, belə isə öz yanında zar etməyimizə rəhm et, dərgahında özümüzü torpağa
saldığımız üçün fəryadımıza yet. İlahi! Sənə itaətsizlik etdiyimiz üçün Şeytan bizi danlayır, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və indi ki, Sənə xatir Şeytanı boşlayıb onun yanından Sənin sorağına gəldik, bizi qınamaqla Şeytanı şad etmə.
11-ci dua: O Həzrətin aqibətinin xeyr olması üçün etdiyi duası.
Ey zikrin yad edənlərə şərəf, şükrün şükr edənlərə kam, itaətin itaət edənlərə nicat olan,
Muhəmməd və onun soyuna səlavat göndər və öz zikrinlə qəlbimizi bütün zikrlərdən, dilimizi
bütün şükrlərdən öz şükrün ilə, əzalarımızı bütün itaətlərdən öz itaətinlə məşğul et, əgər işlərdən bizim üçün bir rahatlıq və asudəlik qərar versən o asudəliyi salamatlıqla birgə et ki, onun ardıyca bizə heç bir bəla yetişməsin, o asudəlikdə həyatımıza bir məzəmmət oturmasın ki, əməlləri yazanlar yanımızdan pis əməl dəftərini baş göürüb qayıtmaınlar, yaxşı əməllərimizi yazmağa yanımızdan şadlıq və sevinc içində geri qayıtsınlar, və elə ki, həyatımızın ruzigarı başa çatdı və yaşayış ipimiz qırıldı və Sənin özündən olan və qəbulu vacib olan o də’vətin (ölüm) bizi çağırsa, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və əməllərimizi yazanlarınmızın son işini qəbul edilən tövbə qərar ver ki, ondan sonra batdığımız günah və etdiyimiz xətaya görə bizi məzəmmət etməyəsən və bəndələrinin xəbərlərini aşkar edəcəyin gündə işimizin üzərinə ötürdüyün pərdəni hazır olanların gözləri önündə işimizin üzərindən götrməyəsən, çünki Sən səni çağıran hər kəsə qarşı rəhm edənsən, Səni səsləyən hər kəsin istəyini yerinə yetirirsən.
12-ci dua: O Həzrətin günaha e’tiraf edib haqqa qayıtmasını istəməsi.
İlahi! Üç xasiyyət məni Səndən bir şey istəməkdən saxlayır, bir xislət Səndən bir şey istəməyə
rəğbətləndirir, o üçü ibarətdir o əmrdən ki, mənə göstəriş verdin və mən yerinə yetiril-məsində
tə’xir etdim, qadağan etdiyin işə sarı tələsdim, mənə bəxş etdiyin ne’mətinə şükr etməkdə
səhlənkarlıq yolu ilə dərgahına gəl-məkdi, çünki bütün lütflərin ehsan üzündəndir, ne’mətlərinin hamısı səbəbsiz və ibtidasızdır. Ey mənim Rəbbim, indi mənəm ki, izzət dərga-hında zəlil kimi təslim olaraq durmuşam, xəcalətlə, həya ilə ailə sahibi kimi Səndən hacət istəyirəm və e’tiraf edirəm ki, Sənin ehsanın vaxtı günhdan çəkinmək vaxtı günahdan çəkin-məkdən səvayı bir itaət yerinə yetirməmişəm, Heç zaman ne’mətindən bəhrəsiz olmamışam, İlahi, indi ki, Sənin qarşında əməlimin pisli-yinə e’tiraf edirəm, mənə bir faydası intiqamın-dan daha çox olan, ey razılığın qəzəbindən daha çox olan, ey bəyənilmiş keçmişə görə məxluqatı həmdinə sarı çağıran, ey bəndələrə tövbələrin qəbul etməyə adət etdirən, ey bədkarların tövbə ilə islahını istəyən, ey bəndələrin dəyərsiz əməllə-rinə razı qalan, və az əməllərinə bol mükafat verən, ey onlara duanın icabətinə zamin olan, ey öz lütf və ehsanı ilə onlara yaxşı mükafat və’də verən; Mən nə bağışladığın güahkarlardan ən günahkarıyam Sənin dərgahına üzr gətirən və üzrünü qəbul etdiyin, nə də ən çox məzəmmətə layiq olan, nə də ən zalım və yanında tövbəyə nail olan bir bəndə deyiləm, belə bir halda sənə tərəf qayıdıram, öz keçmiş əməllərindən peşman, başına gələnlərdən nigaran, düşdüyü işdən ixlasla xəcalətlidir, və bilir ki, böyük günahdan keçmək Sənin nəzərində böyük deyildir, ağır cinayətə dözmək sənə çətin deyildir, və Sənin yanında ən sevimli bəndə o kəsdir ki, dərgahında itaətsizlikdən və təkəb-bürdən əl çəksin, günaha israr etməkdən Sənə pənah gətirirəm, səhlankalıq etdiyim işlərdə Səndən bağışlanma diləyirəm və yerinə yetirmə-sində geri qaldığım işlərdə Səndən yardım istəyirəm. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənim öhdəmdə olan hüquqlardan keç, qazandığım əzabdan azad et, pis əməl sahiblərinin qorxduqlarından mənə pənah ver, çünki əfv və bəxşiş etməyə tam qüdrətin vardır, bağışlanma üçün ümid yerisən, güahdan keçməklə tanınmısan, ehtiyacımın Səndən savayı bir tələb edilən yeri Günahımı Səndən başqa bağışlayacaq bir kimsə, yoxdur, mümkün deyil ki, bu cür olmayasan,
mən özüm Səndən başqa heç kimdən qorxmuram, Sən Səndə qorxub çəkinməyə daha layiqsən, bağışlayansan, Muhəmməd və onun soyuna səlavat göndər və istəyimi yerinə yetir, hacətimi ver, günahımı bağışla, qəlbimə qorxudan əmin-amanlıq ver, çünki Sən hər şeyə qadirsən və bu iş Sənin üçün asandır, duamı qəbul et, ey aləmlərin Rəbbi!
13-cü dua: O Həzrətin Allahdan istəklərini diləməsi.
İlahi! ey hacətin sonu, ey bütün istəklərə yetmək əlində olan, ey ne’mətlərinə məbləğə satmayan, ey bəxşişlərini minnət kudurəti ilə bulaşdırmayan, ey Səninlə ehtiyacsız olan, Səndən ehtiyacsız olmurlar, Sənə sarı üz gətirərlər, Ey hacətlər xəzinələrini fani etməyən, heç bir vasitələr hikmətini dəyişməyən, ey möhtacların ümidini üzməyən, dua edənlərin duası Səni yormur, Sən öz vücudunu bütün xalqdan ehtiyacsız olmağına məhd etmisən və onlardan ehtiyacsız olmağa daha layiqsən, onlara yoxsulluq nisbəti vermisən və onlar buna layiqdirlər, buna görə də hər kəs öz ehtiyacının kənar edilməsini Səndən istəyə və yoxsulluğunun qaytarılmasını Sənin vasitənlə tələb edərsə həqiqətən də, özdiləyini əsl yerində istəmişdir, düzgün yoldan mətləbinin ardınca düşmüşdür. Hər kəs ehtiyacında yaratdıqlarının birinin ardınca düşə, yaxud Sənin əvəzində onu istəyinin yerinə yetişməsin vasitə qərar versə, şübhəsiz ki, özünü ümidsizliyə atmış, Sənin tərəfindən ehsandan məhrum olmağa layiq görülmüşdür. İlahi! dərgahına bir hacət gətirmişəm ki, ona yetməyə qüdrətim yoxdur, onun qarşısında çarə axtarmaq ipim qırılmış, nəfsim nəzərimdə elə bəzənmişdir ki, o ehtiyacı öz ehtiyacını Sənin dərgahına gətirənə açıqlayım, o öz istəyində Səndən ehtiyacsız deyildir, və bu işlər sən və düşmənlərin xətası, günakarların batmasıdır, Sonra Sənin xatırlatmanla qəflət yuxusundan oyandım və yardımınla xətadan əl götürdüm, özümə gəldim və dedim: Pak və münəzzəhdir Rəbbim, möhtac olan ehtiyacından nə cür bir şey istəsin? Yoxsul başqa bir yoxsuldan nə cür dilənsin? O zaman ey mənim Rəbbim, şövq, şəvqətlə səni səslədim yəqin edərək Sənə ümid bağladım, və bildim ki, istəyim nə qədər çox olsa da varlığının müqabilində heç nədir, mənim Sənin bəxşişnə fövqəladə göz dikməyii qüdrətinin əhatəsində kiçik bir şeydir, ehsanın çoxluğu heç kəsin istəyi ilə daralmır, bəxşiş edən əlin hər bir əldən ucadır. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və öz kərəminlə lütf et, əməlimlə ədalətinə layiq olduğum kimi rəftar etmə, çünki mən əsirgəməyə layi olan, şövqlə Sənə sarı üz tutub, Sənində ona ehsan etdiyim, məhrumiyyətə layiq olub sənə üz çevirib Sənində haqqında lütf etdiyin ilk adam deyiləm.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və duama cavab verən ol, duama lütf göstər,
ah-zarıma rəhm et, səsimi eşit, ümid ipimi qırma, mənim sənə yetiyim əlimi özündən ayırma, bu və digər istəklərində üzümü özündən başqasına sarı yönəltmə, hacətimi verməklə işimi sahmana salan Sən ol, arzuma yetməklə öz yerimən durmamış, çətinliyimi asan etməklə mənim üçün müqəddər etdiyim gözəl aqibətlə Muhəmməd və onun soyuna səlavat göndər, əbədi, sonu olmayan, artan, bir səlavat və bunu mənə yardımçı, istəyimin yerinə yetməsində köməkçi qərar ver. Həqiqətən də Sən çox kəramət sahibisən və ey mənim rəbbim, istəyim belədir: Sonra istədiyin hacəti Allah dərgahına təqdim edib səcdəyə gedərək bu sözləri de:
Lütfün mənə rahatlıq verir, ehsanın yol götərir, belə isə Səndən müqəddəs zatına və Muhəmməd və onun soyuna-Sənin səlavatın aşkar olsun-xatir istəyirəm ki, məni bu dərgahından qovma.
14-cü dua: O Həzrətin birindən zülm gördükdə etdiyi dua.
Ey şikayət edənlərin xəbərlərindən agah olan, ey zülm görənlərin əhvalında şahidlərin şəhadə-tinə ehtiyac duymayan, ey məzlumlara yardımının yetmə dövranı yaxın olan, ey yardımın zülmkardan uzaq olan, ey mənim Rəbbim, Sən bilirsən ki, fülan kəsin oğlu filan kəsdən mənə elə şey yetiş-di ki, o işi ona qadağan etmişdin, o ona qadağan etdiyin hörmət pərdəmi cırdı, ne’mətində tüğyan edib əzabına e’tinasızlıq üzündən məni incitdi. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə zülm edəni və öz düşmənini öz qüvvətinlə məndən uzaqlaşdır, öz qüdrətinlə mənə olan kəskinliyini sındır, onu özünə məşğul et, onunla yanaşı mənə qarşı düşmənçilik edəni aciz et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər
Onun qarşısında mənə yaxşı yardım et, onun işlərinə oxşar işlərdən məni hifz et, məni onun
halına bənzər vəziyyətə düşməyə qoyma. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və düşmənim qarşısında mənə bilafasilə kömək et ki, ona qarşı qəzəb tufanım yatsın, ondan qəlbimin dadını alsın. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və onun zülmü qarşısında mənə əfv və bəxşişini əta et, onunla pis rəftarım əvəzində rəhmətini mənə mükafat ver, çünki Sənin qorxun qarşısında hər bir xoşagəlməz iş boş şeydir, hər bir müsibət qəzəbin qarşısında asandır. İlahi! Zülmkarı nəzərimdə xoşagəlməz etdiyin kimi məni də zülmkarlıqdan qoru. İlahi! Səndən savayı heç kəsə şikayət etmirəm, Səndən başqa heç bir hakimdən yardım istəyirəm, belə etməyim qeyri mümkündür, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və duamı icabətə yetir, şikayətimi indiki vəziyyətimin dəyişilməsinə səbəb qərar ver, məni öz ədalətinlə imtahan etmə ki, mənə qarşı zülmündə israr etsin, haqqımı tapdasın, və zülmkara mənə qarşı zülmündə rüxsət vermə, elə bu tezliklə onu zülmkarları qorxutduğun
və’də ilə tanış et və məni çarəsizlərə və’də etdiyin icabətlə agah et. 25 İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni barəmdə müqəddər etdiyin hər bir xeyir və ziyanı qəbul etməyə müvəffəq et və ən doğru yola hidayət et, ən sağlam işə yönəlt. İlahi! əgər xeyrimi haqqın alınmasının tə’xirə düşməsində, intiqamımın qiyamətədək qalmasında bilsən, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və öz tərəfindən həmişəlik səbr və doğru niyyətlə mənə yardım et, hərislik əhlinin nalayiq rəğbətindən pənah ver, mənim üçün hazırladığın mükafatı və düşmənimə tadarük gördüyün qəzav-qədərinə razı qalmağıma bir vasitə
qərar ver. Ey aləmlərin Rəbbi, duamı qəbul et, çünki Sən böyük fəzilət sahibi və hər şeyə qadirsən!
15-ci dua: O Həzrətin xəstəlik, yaxud ona bir bəla üz verdikdə etdiyi duası.
İlahi! Həmişə bəhrə apardığım bədən sağlamlığımıza görə Sənə həmd olsun, və bədənimizdə üzə çıxartdığın xəstəlikdən ötrü Sənə həd olsun, ey mənim Rəbbim, bu iki haldan dərgahına daha çox şükr etməyimin hansının daha çox layili olduğunu bilirəm, görəsən bu iki haldan Sən dah çox həmd edilməsi hasıdır?
Sağlam olduğum pakizə ruzilərindən fayda-landığımız, onun səbəbiylə daha yaxşı itaətə yardım etdiyin, yaxud paklaşdırdığın xəstəlik zamanı, ne’mətləri töhfə etdiyin və ağır yükləndiyim günah yükündən yüngülləşdiriyin, batdığım günahardan pak etdiyin, günahın alçaqlığını qəlbimdən tövbə ilə siləcəyin zaman? Bu xəstəlik ərəfəsində mənə ehsan etdiyin töhfələrdən biri də budur ki, Mələklər heç kəsin dininə gəlməyən, fikrinə girməyən pak əməllər yazmışlar ki, bu işdə bədən əzalarımızdan heç biri əziyyət görəmişiş, akin bunları Sənin ehsanın, lütfün üzündən yazmışlar.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bəyəndiyin şeyi nəzərimdə əziz et, mənə
füğan etdiyinə dözməyimi mənim üçün asan et, mən keçmiş əməllərin bulaşmasından pak et,
keçmiş əməllərin bulaşmasından pak et, keçmiş əməllərin şərrin məndən kənar et, sağlamlıqlığın şirinliyini daddır və lütf et ki, bu xəstəlik yatağından Sənin əfvinə və bəxşişinə sarı xilas yolu tapım, bu sürünməklikdən Sənin məğfirətinə köçməyə yardım et, bu qəm-qüssədən rahatlığına əl tapmaqda kömək göstər.
Bu çətinlikdən Sənin mərhəmətinə sağlamlıq tapım ki, həqiqətən Sən, ləyaqətimiz olmadan bizə ehsan edir, bəxşişinin sonu olmaya kəramətli əta sahibi, cəlal və kəramət sahibisən!
16-cı dua: O Həzrətin günahlarından vəsiyyətindən bağışlanmasını diləməsi.
İlahi! Günahkarlar rəhmətini fəryada çağırır, çarəsizlər ehsanını yad etməyə pənah aparırlar,
günahkarlar şiddətlə ağlayır; ey vətəndən uzaq düşən hər bir qorxanın həmdəmi, ey qəlbi sınan
hər bir qəmlinin çarə qılanı, ey tək qalan hər kəsin dadına yetən, ey qovulmuş hər bir möhtacın
köməkçisi, Sənin rəhmət və elmin hər şeyi ehtiva etmişdir, yaratdıqlarının hər biri üçün ne’mətlərindən bir bəhrə qərar vermisən, əfin əzabına qələbə çalmışdır, rəhmətin qəzəbin önünə hərəkətdir, bəxşişin əsirgəməyindən çoxdur, rəhmə-tin bütün məxluqatı ehtiva etmişdir, birinə bir şey bəxş etdikdə ondan mükafat gözləmirsən, günahkarlara cəza verməkdə ölçüdən çıx-mırsan mən, Sənin o bəndənəm ki, ona dua etməyi əmr edin və o da ləbbeyk dedi və əmrini yerinə yetirdi, indi ey mənim Rəbbim, mənəm ki, dərgahında torpağa düşmüşəm,həmin bəndəyəm ki, günahlar arxamı ağırlatmış, ömrümü puça çıxarmışdır, mən həmin bəndəyəm ki, cəhalət üzündən Sənə itaətsizlik etdim, halbuki Sən ona layiq deyildin. Ey mənim Rəbbim, əgər kimsə Səni çağıra, ona rəhm edərmisən ki, mən də dua etməkdə çalışım? Yaxud dərgahına nalə edəni bağışlayarsanmı ki, ağlamağa tələsim? Yaxud zəllilliklə başını dərgahına qoyandan keçər-sənmi? Yaxud da e’timad üzündən dərgahına yoxsul-luqdan şikayət edəni ehtiyacsız edərsənmi? Ey mənim Rəbbim, Səndən savayı bəxşiş edən tapma-yanı ümidsiz etmə, Səndən savayı başqası ilə ehtiyacsız olmayanı yardımsız qoyma. Ey mənim Rəbbim, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və indi ki, sənə üz gətirmişəm, məndən üz döndərmə, ürəyimi Sənə verdiyim halda məni məh-rum etmə, dərgahında durmuş ikən rədd əlini sinəmə vurma. Sən öz zatını rəhmətlə vəsf etmi-sən, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və mənə rəhm et, Sən özünü xətaları bağışlayan adlandırmısan, Belə isə məni əfv et, ey mənim Rəbbim, şübhəsiz ki, qorxudan axan göz yaşımı, vəhşətindən qəlbi-min pərişanlığı, heybətindən bədənimin titrəyişini, görürsən və bütün bu xəcalətlik mənim pis rəftarıma görədir və buna görə də ah-zarla dərga-hına gələn səsim batmış, dilim Səninlə raz-niyazdan düşmüşdür. Ey mənim Rəbbim! Həmd olsun, Sənə, nə çox eyblər ki, üzərini örtüb məni rüsvay-çılıq meydanına çəkmədin, nə çox günahlarım ki, gizlədib məni onlarla məhşur etmədin, nə çox pisliklərim ki, onların pərdəsini yırtmadın və pisliklərin rüsvayçılıq halqasını boynuma atma-dın, günahlarımın pisliklərini eybimin dalıyca olan qonşuların, Sənin mənə verdiyin ne’mətlə-rinin aradan getməsini istəyən həsəd aparanların yanında aşkar etmədin, lakin Sənin mənə olan lütfülərin məni xəbərim olduğu pisliklərdən saxlamadı (bütün bu yaxşılıqlarınla, belə mən günah etdim)!! Nəfsinin islahına məndən daha uzaq olan kimdir? Mənə lütf etdiyin ne’mətləri qadağan etdiyin yerlərdə sərf edirəm. Günaha tələsib batil batağlığında məndən daha çox batan kimdir? Səninlə Şeytanın də’vəti arasında dayanarkən, onu yaxşı tanımağımla, vəziyyətinin yadımdan çıxması ilə belə onun də’vətinə itaət edirəm.
Halbuki Sənin də’vətinin sonunun Behiştlə, onun də’vətinin sonunun Cəhənnəm odu ilə
nəticələn-diyini bilirəm. Paksan Sən, öz əleyhimə şəhadət vermədiyim necə də təəccüblüdür! Öz gizli işlə-rimi sayıram! Ondan daha da təccüblüsü Sənin mənimlə mülayim davranman, sür’ətli cəzamdan dayanmağındır və səbəbi də budur ki, mən Sənin dərgahında ali-cənab insanam, bu da Sənin mənə etdiyin lütfün sayəsindədir ki, Sənin qəzəbini yaradan itaətsizlikdən çəkinəm, özümü abrımı aradan aparan günahlardan saxlayım, elə buna görə də mənə cəza verməkdən əfv etməyimi daha çox sevir-sən, yoxsa, ey mənim Rəbbim, günahlarım bol, əməl-lərim, pis, etdiklərim alçaq işlərdir, batildə batmağım daha şiddətli, İtaətin üçün ayıqlığım daha zəifdir, özümü bu cür məzəmmət edirəm, çünki lütfünə tamah gözü salmışam ki, günah-ların islahı Sənin rəhmətinə bağlıdır. Ey mənim Rəbbim! Bu mənim borcumdur ki, günahlar onu əhatə etmişdir, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və əfvinlə onu əzabdan azad et. Və bu mənim arxam-dır ki, günahlarımla ki, onu ağırlatmışdır, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və öz bəxşişinlə onu yüngülləşdir. Ey mənim Rəbbim, əgər dərgahına o qədər ahzar edim ki, kipriklərim tökülsün, o qədər ağlayıb səs qaldırım ki, səsim batsın, dərgahında o qədər ayaq üstə durum ki, ayaqlarım şişsin, o qədər Sənin üçün rüku edim ki, kürəyimin sümük-ləri bir-birindən ayrılsın, o qədər səcdə edim ki, gözlərim hədəqəsindən çıxsın, ömrüm boyu torpaq yeyib sağ qalanadək küllə qarışmış bulanıq su içsəm, bu vəziyyətdə o qədər zikr edib dilim işdən düşsə sonra xəcalətdən gözümü göyə qaldır29 masamda belə bütün bunlarla günahlarımdan biri-nin məhvinə belə layiq olmayacağam və əgər məni bağışlasan, əfvə layiq ikən məndən keçsən bu əfvin və bağışlaman mənim ona layiq olduğum üçün deyildir, bunlara məndə ləyaqət yoxdur, çünki ilk günahımda mənim cəzam Cəhənnəm odu idi, belə isə əgər məni əzaba düçar etsən mənə zülm etməmisən. Ey mənim Rəbbim, indi ki, məni örtük pərdənlə örtüb rüsvay etməmisən və öz kərəminlə mənimlə həlin olmusan və cəzamda tələsməyib ne’mətini məndən almamısan, elə isə ah-zarımın çoxluğuna, halımın acılığına rəhm et.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna səlavat göndər və məni günahlardan qoru,
itaətinə vadar et, xoş qəlblə qayıtmağımı mənə ruzi et, günah çirkinli-yindən tövbə ilə pak et,
ismət iftixarı ilə məni rəhmətindən azad etdiyindən qərar ver, qəzəbindən aman ver, gələcəkdə
deyil, elə indinin özündə onun mü ædəsi ilə məni xoşhal et, elə bir müædə ki, onu tanıyım, aşkar gördüyüm bir nişanə ilə məni agah et ki, bu iş sənin qüdrətindən kənar deyil, qüdrətinlə sənə çətin deyil, hasilin müqabilində Sənə ağır deyil, ayətlərinin şahidlik etdiyi bəxşişinin əhatəsində Sənin üçün çətin deyildir. Həqiqətən, Sən istədiyin hər şeyi edirsən və iradə etdiyin hər şeyə göstəriş verirsən, həqiqətən də Sən, hər şeyə qadirsən!
17-ci dua: O həzrətin şeytan yad edilib onun düşmənçiliyindən və məkrindən Allaha pənah aparması.
:
İlahi! Qovulmuş şeytanın fitnələrindən müxtəlif hiylələrdən, tələsinə düşmək üçün uzun-uzadı
arzulara, və’dələrə arxalanmaqdan, bəndəliyin yolundan bizi rüsvay etməyindən, pis bir şeyi
nəzərinizdə cilvələndirib onu yaxşı bilməyimizdən, Sənə pənah aparırıq. lahi! Öz ibadət qüdrətinlə onu həyat meydanı-mızdan uzaqlaşdır, məhəbbətin yolunda çalışmağımıza
görə ağzını torpağa sürt, bizimlə onun arasına bir pərdə sal ki, onu yırta bilməsin, çalış bir icab qərar ver ki, onu yara bilməsin. lahi! Muhəmməd və onun soyuna səlavat göndər, öz düşmənlərinin bə’zilərinə məşğul etməklə şeytanı bizdən kənar et, bizi ondan hifz et, hiyləsindən kifayət et, elə et ki, bizdən çatsın, bizim üçün ayağının izidə qalmasın.
İlahi! Muhəmməd və onun soyuna sləavat göndər və Şeytanın zəlaləti önündə bizə təqva azuqəsi əsib et, onun həlak edici yolunun əksinə olaraq bizi təqva yolunda hidayət et.
İlahi! Bizi nəzərimizdə zinətləndirdiyi hər bir batildən agah et, elə ki, agah etdin, bizi ondan hifz t, onunla müharibə yoluna bizə tə’lim ver, onunla müharibəyə nəyi hazırlamağımızı bizə ilham t, ona sarı yönələn qəflət yuxusundan ayılt, və Öz köməyinlə bizə onunla mübarizə yolunda yardım et. İlahi! Qəlblərimizi Şeytanın işlərinin inkarlı ilə doldur, hiylələrini başa çıxarmaq üçün bizə çarə öyrət. İlahi! Muhəmməd və onun soyuna səlavat göndərvə şeytanın qüdrətini bizdən azdırmaq tamahını kənar et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və analarımızı, övladlarmızı, əhlimizi, qohuməqrabamızı onun şərrindən möhkəm yerdə, qorucu qalada əmin-amanlıq pənahında qərar ver və onun zərərini dəf-etmək üçün onlara qoruyucu zirehlər geyindir, onun əleyhinə onlara kəsici silahlar bəxş et.
İlahi! Pərvərdigarlığına şəhadət verən, tohi-dinə ixlasla yanaşan, bəndəliyin həqiqəti üzündən
Şeytanla düşmənçilik edən, İlahi maarifi dərk etmək üçün onun əleyhinə Səndən yardım istəyən hər kəsin haqqında da bu duanı qəbul et! İlahi! Düyünlədiyini aç, açdığı bütün yolları bağla, düşdüyü hər bir tədbiri məhv et, qəsd etdi-yi hər işdən döndər, möhkəmləndiyi hər şeyi süst et!
İlahi! Bizi onun düşmənlərinin sırasında yerləşdir, dostlarının zümrəsindən uzaqlaşdır ki, bizi
aldatdıqda ona itaət etməyək, bizi çağırdıqda tabe olmayaq, bizə itaət edənə ona asi olmağa əmr edək, qadağanlarımıza itaət edənləri ona itaətdən çəkindirək.
İlahi! Sonunucu Peyğəmbər ilə, elçilərinin ağasına və pakizə soyuna səlavat göndər və bizi,
əhlimizi, qardaşlarımızı və bütün mö’min kişi və qadınlara pənah apardığımız şeylərdən pənah
ver, qorxusunda Səndən aman istədiyimiz şeylərdən aman ver, duamızı eşit, zikrindən
yayındığımız şeyi bizə bəxş et, unutduğumuzu bizim üçün hifz et və səbəblə bizi salehlərin dərəcələrinə, mö’minlərin məqamları-na çatdır. Ey aləmlərin Rəbbi, duamızı qəbul et!
18-ci dua: Bir xətərin o Həzrətdən sovuşduğu, yaxud istədiyinin tez hasil olduğu zaman etdiyi duası.
İlahi! Müqəddər etdiyin təqdirin yaxşılığına görə, məndən qaytardığın bəlaya, görə Sənə həmd olsun, dünyada rəhmətindən nəsibimi kəsmə ki, sevdiyim şeyə görə bədbəxt olum, və başqasınada xoşuma gəlməyən iş üçün xoşbəxt olsun, əgər gündüzü onunla gecəyə, gecəni onunla səhər etdiyimiz əmin-amanlıq həmişəlik bəlanın əvvəli, ardı kəsilməyən müsibətin başlanması olarsa tə’xirə saldığın şeyləri irəliyə at, irəliyə atdığını tə’xirə sal, çünki sonu yoxluq olan çox deyil, aqibəti əbədi olan az deyil və Muhəmməd və onun pak soyuna səlavat göndər.
19-cu dua: O Həzrətin quraqlıqdan sonra yağış istəməsi.
İlahi! Bizi yağışla sirab et, bütün göylərdə axan buludların yağışa nəticəsində rənga-rəng atlar
bitirən yağmurla rəhmətini bizə genişlən-dir, meyvə yetişməsi ilə bəndələrinə minnət qoy, ölmüş mələkləri gül-çiçək açması ilə dirilt, böyük mələklərini mənfətli yağışa mə’mur et, çoxlu və bol bir yağış, ardıcıl olararaq geniş bərəkətli iti, sür’ətli və tələsən bir yağış ki, ölü olan hər bir şey onunla dirilsin, aradan gedən onun səbəbi ilə bizə qaytarasan, onun vasi-təsi ilə ruzumuzu artırasan, sıx bir bulud, kam verən və könül oxşayan gurultulu və daim viran edici yağışlı, və gurultusu aldadıcı olmasın. İlahi! Bizi dadımıza çatan, quraqlığı aradan aparan ot bitirən, səhranı yaşıllaşdıran, sol-muşsaralmış bitkiləri şadlandıran bir yağış-la sirab et, onu sılmış bitkilərə mumiya qərar ver.
İlahi! Bizə elə bir yağış yağdır ki, onunla yüksəkliklərdən su axıdasan, quyuları doldurasan,
nəhrləri hərəkətə gətirəsən, ağacları, böyəl-dəsən, bütün şəhərlərdəki qiymətləri ucuzlaşdı-rasan, dörd ayaqlılara qüvvət verəsən, məxluqatı dirildib xoşhal edəsən, pakizə ruziləri bizə
kamilləşdirəsən, əkinlərimizi bitirsən, döşlər-dəki südü çoxaldasan, qüvvətimizin üzərinə bir
qüvvət artırasan. İlahi! O buludun kölgəsini bizə isti, və zəhərli, soyuqluğunu bizə bəla etmə,
yağmu-runu bizim üçün bəla yağışına çevirmə, suyunu boğazımızda acılaşdırma. İlahi!
Muhəmməd və onun soyuna səlavat göndər və bizə göylərin və yerin bərəkətindən ruzi ver ki,
Sən, hər şeyə qadirsən!
20-ci dua: O Həzrətin gözəl əxlaq üçün etdiyi duası.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və imanımı ən kamil dərəcəyə yetir, yəqinimi ən üstün yəqin qərar ver, niyyətimi ən yaxşı niyyətlərə çevir, əməlimi ən gözəl əməllərə döndər. İlahi! Öz lütfünlə niyyətimi kamil və xalis et, yəqinimi bidiyin kimi doğru yola apar, işimin pisliyini öz qüdrətinlə islah et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və fikrimi özünə məşğul edən bütün işlərimin düyünü aç, məni sabah sorğu-sual edəcəyin işdə qərar ver, ruzigarımı xəlq edildiyim iş üçün sərf et, məni ehtiyacsız edərək mənə olan ruzini genişləndir. G öz dikməyə düçar etmə, əziz edib təkəbbürümə rücah etmə, öz bəndəliyinə ram et, bəndəliyimi özünü bəyənməkliyə bulaşmaqla məhv etmə, bütün insanlara yaxşılığı və xeyri mənim əlimlə cari et, onu minnət qoymağın kudurətindən uzaq et, mənə ali bir əxlaq mərhəmət et, məni fəxr etməkdən qoru. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni öz yanında həmin ölçüdə alçatmayınca insanlar arasındakı məqamımı ucaltma, batinimdə o qədər zəlillik yaratmayınca mənim üçün aşkar bir izzət icad etmə.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə bəyənilmiş bir adətlə bəhrə ver ki, onu heç bir şeylə əvəz etməyim, məni haqq yoluna hida-yət et ki, ondan heç cür üz döndərməyim, mənə düz-gün və möhkəm bir niyyət ehsan et ki, onda şübhəyə düşməyim, məni o vaxta qədər sağ saxla ki, ömrün Sənin itaətində keçə, və ömrüm Şeytanın otlağı olmazdan öncə o düşmən mənə üz tutmazdan, yaxud qəzəbinə tuş olmazdan qabaq canımı al. İlahi! Mənim vücudumun bütün eybli xasiyyətlərini islah et, qınanılacağ heç bir eybi məndə saxlama, məndə olan bütün kəramətləri kamilləşdir. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və kin-küdurət salanların kinini sevgiyə, təcavüz əhli-nin həsədini məhəbbətə, yaxşıların düşmənçili-yini dostluğa, səlah əhlinin bədgümanlığını e’ti-mada, qohumların ayrılmalarını xoş rəftarlığa, qohumların bir-birinə yardım etməsi əvəzinə biri-digərini incitmələrinə köməyə, zahir düzəldənlərin dostluğunu həmin dostluğa, həmsöhbət-lərin bir-birindən eyb-tutmalarını gözəl rəftara, zalımlardan olan qorxunun acılığını şirin-liyə döndər. İlahi! Muhəmməd və onun soyuna səla-vat göndər və məni mənə zülm edənə qalib et, mənimlə mübahisəyə, qalxanla iti dil ver, mənə qarşı düşmənçilik edənə qələbə qazandır, məni aldadana qarşı bir çarə et, məni həlak etmək istəyənə qarşı qüvvət ver ki, yalanı aşkar edim, mənə çəng atandan azad et, doğru yolu göstərənə itaətim üçün yardım et, hidayət edənə təslim olmağa müvəffəq et.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə hiylə edənə yaxşılıq etməyə, məndən uzaq-laşana yaxşı mükafat verməyə, məni məhrum edənə bəxşiş etməyə, məndən üzülənə birləşməyə, qeybə-timi edənə bəxşiş etməyə, yaxşılığa təşəkkür etməyə və pislikdən göz yummaqda mənə yardım et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə salehlərin zillət ilə bəzə, və bu işlərdəməni təqva əhlinin zinəti ilə ört: ədalət süfrəsi açmaqda, qəzəbi udmaqda, fitnə odunu söndürməkdə, pərakəndələri yığmaqda, insanların arasında islah etməkdə, yaxşı işləri aşkar etməkdə, eybləri örtməkdə, mülayim olmaqda, sadəlikdə, xoş rəftarda, vüqar gözəl davranış, fəzilətdə etməkdə, başaqalarına ehsan etməkdə, başqalarını məzzəmmət etməkdən göz yummaqdan ləyaqəti olmayana təmannasız bəxşiş etməkdə, ağır olsa belə haqq sözü deməkdə, hərçənd çox olsa da əməl və dilimdə yaxşılığı az bil-məkdə, az olsa da belə əməl və danışığımda pisi çox bilməkdən. Və bütün bunları itaətə davam etməklə, müsəlman camaatla yanaşı olmaqla, dində bi’dət əhlini və öz rə’yinə əməl edəni başlamaqla kamilləşdir.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər, qocalıq çağımda mənə ən bol ruzini nəsib et, çarəsizlik halımda özümün ən üstün qüvvəndən məni bəhrəmənd et, ibadətin yolunda məni
süslüyə düçar etmə, məhəbbətinin əksinə olan işlər görməyə üçar, səndən uzaq olana yaxın
olmağımı bəyənmə, Səninlə olandan uzaq düşməyimi xoşlama.
İlahi! Elə et ki, Sənin güc və qüdrətinlə çətinliklərə hucum edim, və çarəsizlik zamanı Səndən
başqasından bir şey diləmə,
qorxu zamanı Səndən başqasına üz tutmağa düçar etmə ki, buna görə nəticədə Sənin tərəfindən e’tinasızlığa düçar olub rəhmətindən kənar edilməyim, ey rəhm edənlərin rəhm edəni! İlahi! Lütf göstər ki, Şeytanın sənə qarşı qəlbinə batil zündən saldığı bədgümanlıq, həsəd əvəzinə Sənin əzəmətini yad edim, qüdrətin haqqında düşünüm, düşmənlərini aradan aparmaq üçün çarə fikirləşim, Şeytanın dilimə saldığı yalan şəhadət, nasəza, söyüş, haqsız şəhadət, qeydə olan mö’minin qeybətini edib bu kimi işlər görmək əvəzinə Sənin tə’rifinə sözlər deyim, sənə səna etməkdə irəli edim, bütün varlığınıla Sənin böyüklüyünü sitayiş edim, ne’mətinin mükrünü əmələ gətirim, ehsanına e’tiraf edim, ne’mətlərini saymağa məşğul olum.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və zülmü məndən uzaqlaşdırdığına qadir ikən məni zülm görməyə qoyma, və icazə vermə ki, başqasına zülm edim, halbuki sən hiylə etməkdə Sən məndən daha qüdrətlisən, azmağımı bəyənmə, halbuki həqiqətən də məni hidayət etməyə qadirsən yoxsullaşmağımı istəmə, halbuki mənim ruzimin çoxalması Sənin yanındadır, və məni tüğyanla imtahan etmə ki, bütün əlimdəkilər Sənin tərəfindəndir.
İlahi! əfvinə sarı gəlmişəm, bəxşi işinə tərəf üz gətirmişəm, Sənin bağışlamağına müş-tağam,
lütfünə e’timad edib ehsanına arxalanı-ram, mənim yanımda elə bir şey yoxdur əfvinə nail etsin, nə də elə bir iş görməmişəm ki, bəxşişinə layiq olum, özümə etdiyim zülmlərlə Sənin lütfünə və ehsanına arxalanmandan başqa bir yolum yoxdur, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və mənə mərhəmət göstər.
İlahi! Dilimi hidayətinə danışan, təqvanı qəlbimə ilham et və ən yaxşı adətə yönəlməyə yardım
göstər məni hər şeydən çox ondan razı qaldığın işə yönəlt.
İlahi! ən yaxşı yolu ayğım önündə qoy, məni o vaxta qədər az dinində saxla ki, onda ölüm və
dirimin.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni qənaət ne’məti ilə bəhrələndir, doğru və istiqamət əhlindən, xeyrinə yol göstərənlərdən və layiqli bəndələrindən qərar ver və qiyamət günü nicat tapıb əzab pusqusundan qaçmağı nəsib et.
İlahi! öz nəfsimdən azadlığına səbəb olan şeyi özünə götür, islahına səbəb olacaq şeyi mənim
üçün saxla çünki nəfsim həlakət astanasındadır, məgər bu ki, Sən onu qoruyasan.
İlahi! qəmləndikcə Sən məni xoşhal edəsən, məhrum olduqda ümid yerisən, müsibət mənə hücum etdikdə pənahım Səndədir, əlimdən gedənlərin tədarükü Sənin yaşındadır, aradan gedənlərin İslahı Sənin tərəfindəndir, xoşa gəlməyənlərin dəyişilməsi Sənin əlindədir. Belə isə bəladan öncə əmin-amanlıqla, tələb etməzdən əvvəl dövlətli almaqla, və azmaqdan qabaq hidayətlə mənə minnət qoy və insanların əziyyətilərindən mənə kifayət et, qiyamət günündə amanda, olmağı nəsibim qərar ver, gözəl yolda olmağı mənə mərhəmət et.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və öz lütfünlə bütün şərləri məndən qaytar,
məni ne’mətinlə bəslə, kərəminlə islah et, ehsanınıla dərman et, rəhmət sayəndə bir yer ver, mənə razılıq xələtini geyindir və işlər bir-birinə qarışdıqda daha doğru olmağına, hadisələr nəzərimdə oxşarlaşdıqda onların ən yaxşısına, dinlər qarışdıqda onların ən üstününə yol göstər.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və işlərdə yaxşılığa himayət et, mənə hidayətin doğruluğunu ehsan et, ruzi bolluğu ilə imtahan etmə, həyatda rahatlıq nəsib et, məişətimi ağırlaşdırma, duamı üstümə qaytarma, çünki mən Sənə şərik qoşmuram, Sən ola-ola hacət əlimi başqasına uzatmıram.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni israfdan saxla, ruzimi tələf olmaqdan qoru, əlimdə olanları bərəkət verməklə çoxalt, o maldan xeyir işlərdə sərf etməkdə mənə rəhbərlik et.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və çətinliklə ruzi gətirməkdən kifayət et,
gümanım gəlməyən yerdən mənə ruzi ehsan et, ki, ruzi ələ gətirmək yolunda bəndəliyindən geri düşməyim, onun bəlasının çətinliyini çəkməyim.
İlahi! ələ gətirmək üçün yolunda olduğum şeyləri öz qüdrətinlə mənim üçün hazır et, qorxduğum şeylərdən öz qüdrətinlə pənah ver. 38
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və abırlı dövlətli olmaqla qoru, məqam və
dəyərimi yoxsulluqla alçatma ki, ruzi yeyənlərindən ruzi istəyim, məxluqatın pislərindən bəxşiş istəyim və nəticədə verdikləri şeyə görə məzəmmətə düçar olum, halbuki bəxşiş və onu əsirgəmək Sənin müqəddəs məqamına məxsusdur (və başqalarının əlindən bir şey gəlmir).
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə ibadətdə işimə yarayan salamatlıq
zahidlikdə sərf edilən vaxt, işə bağladığım elm və qənaətli olmağı duzi et.
İlahi! Həyatda öz əfvinlə sona yetir, arzumu rəhmətinlə həqiqətə çevir, razılığına yetişmək
yollarını mənə hamarlaşdır, bütün hallarda əməllərimi yaxşılaşdır.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və xəbərsizlik halımda məni Səni yad etməyə ayılt, möhlət zamanında itaətinə yönəlt, eşqinə sarı olan yolu mənim üçün aç, onun səbəbi ilə dünya və axirət xeyrini məndən ötrü kamilləşdir. İlahi! Muhəmməd və onun soyuna ondan öncə bəndələrinə hədiyyə etdiyin ən üstün səlavat göndər, bizə bu dünyada da, o dünyada xeyir nəsib et, və Öz rəhmətinlə məni Cəhənnəm odundan qoru. çıxmağa
bir qüdrətim yoxdur, məhəb-bətini cəlb etməyə qadir deyiləm, razılığına yeti-şə bilmirəm,
yanındakılara Sənin lütf və ita-ətin səbəbi ilə başqa bir şeylə yol tapa bilmərəm.
İlahi! Gecəni-gündüzə, gündüzü də gecəyə zəlil bəndən ikən yetirdim, Sənin köməyin olmadan
ziyanı özümdən uzaqlaşdıra bilmərəm, mən gz haqqımda bu zəlilliyə şəhadət verirəm, tədbirimin
azlığına, gücümün zəifliyinə e’tiraf edirəm, mənə və’də verdiklərinə vəfa et, mənə lütfün üzündən
verdiklərinə vəfa et, mənə lütfün verdiklərini kamilləşdir, çünki kor, çarəsiz, zəif, bəlalı, xar,
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə bəxşiş etdiyin şeylərdə Səni yad
etməyə unutmağa düçar etmə, mənə mərhəmətindən ehsan etdiyin şeylərdən qafil etmə, duamın
tə’xirə düşsə də belə qəbul edilməsindən ümidsiz etmə, istər dövlət ya yoxsul, sağlam ya bəlalı,
çətinlikdə, yaxud da əmin-amanlıq içində olum.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və elə et ki, Sənə tə’riflər deyim, Səni məhd
edim, Sənə həmd-sənaya bir cür qalxım ki, dünya malından mənə nəsib etdiklərinə sevinməyim,
dünyadan məhrum etdiyin şeylərə görə qəmgin olmayım, qəlbimin evini təqvanın cilvələndiyi yer
qərar ver, bədənimi xoşladığım işə vadar et, itaətini düşünməklə məni hər bir batil xəyallardan
qoru, bəyənmədiyin bir şeyi bəyənməyim, xoşladığım şeydən acığım gəlməsin.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və qəlbimi məhəbbətinin evi qərar ver, öz zikrinə məşğul et, Özündən qorxmaqla əməlinə şövq nəsib et, özünə sarı rəğbətləndirməklə qüdrətli et,itaətinə nail et, özünə sarı ən xoşa gələn yollar yönəlt,
bütün ömrüm boyu bu qəlbimi Sənin yanındakılara rəğbətlə ram et,
bu dünyadan olan nəsibimi təqva azuqəsi qərar ver, mənim köçməyimi rəhmətinə sarı hərəkət
qərar ver, girişimi razılıq mənzilinə yönəlt, Behiştdə yer ver, mənə elə bir qüdrət ver ki, onun
səbəbi ilə razılığının bütün yükünü çiynimdə çəkim, qaçışımı özünə sarı rəğbətimi yanında
olanlara yönəlt, özünlə, dostlarınla ünsiyyət yaratmağı mənə ehsan et, heç alçaq və kafir üçün
mənə ne’mət və minnət nəsib etmə, ehtiyac üzümü onlara sarı çevirmə, qəlbimin rahatlığını
canımın aramlığını, ehtiyacsızlığımı və işlərimin yerinə yetirilməsini öz öhdənə al.
İlahi! Muhəmməd və onun soyuna salam göndər və məni onların yoldaşları şövqümün Sənə
yönəlməsi ilə bəyəndiyin və sevdiyin işlər görməklə mənə minnət qoy, çünki Sən, hər şeyə
qadirsən və bütün bunlar Sənin üçün asandır.
21-ci dua: O Həzrətin bir iş nigaran etdikdə, yaxud xətalardan qəmləndikdə etdiyi duası.
İlahi! Ey kimsəsiz zəifə kifayət edən, ey qorxulu hadisədən qoruyan, xətalar məni təkliyə çəkmiş, mənimlə bir yardımçı, bir köməkçi yoxdur, qəzəbinə dözməkdən aciz olmuşam, arxam yoxdur, Səninlə görüşmək qorxusundayam və mənə rahatlıq verəcək birisi yoxdur. əgər qorxutsan, kim mənə aman verə bilər? əgər məni tək qoysan, kim mənə yardım edə bilər? əgər aciz etsən, kim məni qüdrətli edə bilər?
İlahi! Bəslənənə bəsləyəndən savayı kimsə pənah verməz, istənilənə istəyəndən başqa kimsə
kömək göstərə bilməz, ey mənim Allahım, bütün bu vasi-tələr Sənin əlindədir, pənah yeri də Sənə sarı-dır, belə isə Muhəmməd və onun soyuna səlavat gön-dər v qaçmağımı öz pənahına apar, istəyimi ver.
İlahi! əgər kərim olan üzünü məndən çevirsən,yaxud mənə olan ruzini əsirgəsən, yaxud ümid ipini qırsan arzularıma yetmək üçün Səndən savayı heç bir yol tapmayacağam, yanında olanlara Sənin yardımın olmadan yetmək üçün Səndən savayı heç bir yol tapmayacağam, yanında olanlara Sənin yardı-mın olmadan yetişə bilməyəcəyəm, çünki mən Sənin əmrin müqabilində mən bir iş görə bilmə-rəm, hökmün məni əhatə etmişdir, mənim barəmdə olan qəzan ədaltin əsasındadır, səltənətinin əhatəsindən çıxmağa bir qüdrətim yoxdur, məhəb-bətini cəlb etməyə qadir deyiləm, razılığına yeti-şə bilmirəm, yanındakılara Sənin lütf və ita-ətin səbəbi ilə başqa bir şeylə yol tapa bilmərəm.
İlahi! Gecəni-gündüzə, gündüzü də gecəyə zəlil bəndən ikən yetirdim, Sənin köməyin olmadan ziyanı özümdən uzaqlaşdıra bilmərəm, mən gz haqqımda bu zəlilliyə şəhadət verirəm, tədbirimin azlığına, gücümün zəifliyinə e’tiraf edirəm, mənə və’də verdiklərinə vəfa et, mənə lütfün üzündən verdiklərinə vəfa et, mənə lütfün verdiklərini kamilləşdir, çünki kor, çarəsiz, zəif, bəlalı, xar, dəyərsiz, yoxsul, qorxu içində və Sənə pənah gətirən bir bəndəyəm.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə bəxşiş etdiyin şeylərdə Səni yad
etməyə unutmağa düçar etmə, mənə mərhəmətindən ehsan etdiyin şeylərdən qafil etmə, duamın tə’xirə düşsə də belə qəbul edilməsindən ümidsiz etmə, istər dövlət ya yoxsul, sağlam ya bəlalı, çətinlikdə, yaxud da əmin-amanlıq içində olum.
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və elə et ki, Sənə tə’riflər deyim, Səni məhd
edim, Sənə həmd-sənaya bir cür qalxım ki, dünya malından mənə nəsib etdiklərinə sevinməyim, dünyadan məhrum etdiyin şeylərə görə qəmgin olmayım, qəlbimin evini təqvanın cilvələndiyi yer qərar ver, bədənimi xoşladığım işə vadar et, itaətini düşünməklə məni hər bir batil xəyallardan qoru, bəyənmədiyin bir şeyi bəyənməyim, xoşladığım şeydən acığım gəlməsin. İlahi! Muhəmməd və onun soyuna salam yetir və qəlbimi məhəbbətinin evi qərar ver, öz zikrinə məşğul et, Özündən qorxmaqla əməlinə şövq nəsib et,özünə sarı rəğbətləndirməklə qüdrətli et,itaətinə nail et, özünə sarı ən xoşa gələn yollar yönəlt, bütün ömrüm boyu bu qəlbimi Sənin yanındakılara rəğbətlə ram et, bu dünyadan olan nəsibimi təqva azuqəsi qərar ver, mənim köçməyimi rəhmətinə sarı hərəkət qərar ver, girişimi razılıq mənzilinə yönəlt, Behiştdə yer ver, mənə elə bir qüdrət ver ki, onun səbəbi ilə razılığının bütün yükünü çiynimdə çəkim, qaçışımı özünə sarı rəğbətimi yanında olanlara yönəlt, özünlə, dostlarınla ünsiyyət yaratmağı mənə ehsan et, heç alçaq və kafir üçün mənə ne’mət və minnət nəsib etmə, ehtiyac üzümü onlara sarı çevirmə, qəlbimin rahatlığını canımın aramlığını, ehtiyacsızlığımı və işlərimin yerinə yetirilməsini öz öhdənə al.
İlahi! Muhəmməd və onun soyuna salam göndər və məni onların yoldaşları şövqümün Sənə
yönəlməsi ilə bəyəndiyin və sevdiyin işlər görməklə mənə minnət qoy, çünki Sən, hər şeyə
qadirsən və bütün bunlar Sənin üçün asandır.
22-ci dua: O Həzrətin çətinlik üz verib işlərində pozuntu yaranan zaman etdiyi duası.
İlahi! Məni elə bir işə mə’mur etmisən ki, o işi yerinə yetirməkdə qüdrətin məndən daha çox-dur, ona və mənə olan qüdrətin mənim qüdrətimdən daha artıqdır, belə isə elə et ki, Sənin məndən razı qalmağına səbəb olsun, salamatlığıma zərər verməklə razılığına səbəb olacaq şeyləri məndən al.
İlahi! ×ətinliyə tab gətirməyə, bəlaya səbr etməyə, yoxsulluğa dözəcək bir qüdrətim yoxdur, belə isə ruzimi kəsmə, məni öz yaratdıqlarına tap-şırma, Özün işimi sahmana sal, mənə məhəbbət gözü ilə bax, bütün işlərdə xeyrimi nəzərə al, çünki əgər məni öz başıma buraxasan işlərimdə məhbut qalaram, məsləhət olan işi yerinə yetir-mərəm və əgər məni bəndələrinin öhdəsinə buraxsan həlak edərlər, qohumlarıma həvalə etsən məh-rum edərlər və bir şey verərlər çoxlu minnət qoyarlar, elə isə ey mənim Allahım öz lütfünə məni ehtiyacsız et, ucalığınla məqamımı ucalt, geniş bəxşişinlə əlimi açıq qərar ver, öz rəhmətinlə bütün işlərimdə mənə kifayət et! İlahi! Muhəm-məd və onun soyuna salam yetir və məni həsəddən təmizlə günahdan saxla, haramdan çəkindir, günah etməyə cürət vermə, istəyimi özünə sarı yönəlt, mənə göndərdiyinə şad et, mənə verdiyin ruziyə, bağışladığın bəxşişə bərəkət ver və bütün hal-larda məni qorumuş, eybi örtülmüş, əl yetməz pənah və aman verilən qərar ver. İlahi! Muhəmməd və onun soyuna salam yetir və bəndələrindən haqqı-nın ödənilməsini vacib verdiyin işlərin yerinə yetirilməsində məni müvəffəq et, əgər yerinə yetirilməsində bədənim zəif olarsa, gücüm süstlə-şərsə, qüdrətim çatmazsa, malın əskik gələrsə, istər onu yadımda saxlamış, yaxud unutmuş da olsam ey mənim Allahım o işlər mənim öhdəmə qoyduğun şeylərdən və mənimdə qəflət etdiyim əməllərdən olarsa, belə isə əzəmətli bəxşişin geniş rəhmətinlə onu mənim tərəfimdən ödə, çünki Sən dövlətli və kərim olan Allahsan, bir cür ödə ki, o itaətdən mənim öhdəmdə bir şey qalmasın ki, görüşünə yetəcəyim gün onun səbəbi ilə yaxşılıqlarım azalsın, yaxud pisliklərimə bir şey artırasan, ey mənim Allahım!
İlahi! Muhəmməd və onun soyuna salam yetir və mənə elə bir meyl, rəğbət ruzi et ki, Sənin üçün olan əməli yalnız axirətimi yerinə yetirmiş, bir cür ki, rəğbətin səmimiyətini qəlbimdə tapım, tez keçən dünyaya olan rəğbətsizlik qəlbimə qalib gəlsin, bir cür ki, şövqlə yaxşılığa qalxım, qorxu səbəbi ilə günahlardan amanda qalım. Mənə elə bir nur bəxş et ki, insanlar arasında onun sayəsi ilə yaşayım, şüası ilə hər bir zülmətdən yol tapım, nurları qəlbimi şəkk-şübhədən saxlasın.
İlahi! Muhəmməd və onun salam yetir və mənə əzabdan olan qorxunu, savaba olan həvəsi qərar ver ki, Səni o işdən ötrü çağırdığım, şeyin qəmindən pənah gətirdiyimin ləzzətini tapım.
İlahi! Dünya və axirətimi bəxşişi islah edən şeyləri bilirsən, bəs belə isə Muhəmməd və onun
soyuna salam göndər və istəklərimə rəhmət gözü ilə nəzər sal.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və sağlamlıq yaxud xəstəlik, rahatlıq yaxud
çətinlik zamanı ne’mətlərinə şükr etməkdə səhlankarlıq etsəm haqqı tanımağı mənə ruzi et ki,
qorxu və amanlıq vaxtı, zərər və mənfəət zamanı Sənə nisbətdəki vəzifəmi yerinə yetirməkdə
qəlb rahatlığı tapım.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və köksümü həsəd xəstəliyindən sağalt, bir cür ki, öz lütfündən bəndələrinə lütfün üzündən verdiyin ne’mətlərin heç birinə həsəd aparmayım,
bəndə-lərində dünya və axirət ne’mətlərindən istər təqva bol ruzi, yaxud rahatlıq kimi heç bir
ne’mət gördükdə ey şəriki olmayan Allah ondan daha yaxşısını öz lütfünlə səndən arzu edim .
İlahi! Muhəmməd və onun soyuna salam yetir və mənə dünya və axirətdə, qəzəb və razı qaldığım halda günahlardan çəkinməyi ruzi et, bir cür ki, hər iki halda eyni olsun, sənin itaətinə məşğul olum, dost və düşmənlərinin haqqında razılığını və itaətini başqalırının razılıq və itaətin-dən üstün tutum ki, düşmənim ona zülm edəcə-yimdən,
dostum da nəfsimə tabe olaraq ona itaət etməyimdən ümidsiz olsun. Məni rahatlıq halında Səni çarəsizlər kimi çağıranlardan qərar ver ki, həqiqətən də Sən, hər cür şükrə, tə’rifə layiqsən.
23-cü dua: 44 O həzrətin Allahdan salamatlıq və onun şükrünü istədikdə etdiyi duası.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və mənə salamatlıq paltarı geyindir, ətrafımı
salamatlıqla bürü, salamatlıqla məni hifz et, əmin-amanlıqla ehtiyacsız et, əmin-amanlıqla əziz
tut, əmin-amanlığı mənə sədəqə et, mənə əmin-amanlıq bəxş et, mənim üçün əmin-amanlıq yatağı aç, əmin-amanlığımı hər növ maneədən kənar et, dünya və axirətdə mənimlə əmin-amanlıq arasında ayrılıq salma! İlahi! Muhəmməd və onun soyuna salam yetir və mənə əmin-amanlıq bəxş et, kifayət edən və şəfa bəxş bir əmin-amanlıq, ən üstün və günü-gündən artan, bir cür əmin-amanlıq ki, bədənimdə salamatlığı artırsın, bir sözlə : dünya və axirət salamatlığı. Sağlamlıq, rahatlıq, bədən və bir sağlamlığı, qəlb bəsirəti, işlərdə tərəqqi, səndən qorxmaq, əmr
etdiyin işi yerinə yetirməklə, qadağan etdiyindən çəkinməklə mənə minnət qoy.
İlahi! Həcc, Ümrə, Peyğəmbər və əhli-beytini onlara salam olsun ziyarət etməklə mənə minnət
qoy, bu il və sağ qaldığım bütün illərdə və o ibadəti qəbul et, öz yanındakı mükafatım və azuqəm qərar ver dilimi həmd-sənana, tə’rifinə aç, qəlbimi dinimi hidayətlərini qəbul etmək üçün genişlət, məni və övladlarımı qovulmuş Şeytanın öldürücü zəhəri olan heyvanların şərrrindən, sair heyvanların bəd nəzərdən, hər bir təkəbbürümü Şeytanın hər bir zülmkar padşahın, nazla böyüyüb eyni-işrət içrə ömür keçirən hər bir kəsin, hər bir zəif və güclünün, hər bir uca məqamlının, böyük və kiçiyin, hər bir yaxın və uzağın peyğəmbərinin və əhli-beytinin əleyhinə müharibəyə qalxan hər bir cin, insanın şərrindən və qüdrətinə tabe olan hər bir canlının şərrindən mənə nicat ver, çünki Sən səltənətdə doğru yoldasan.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və mənim barəmdə pis düşünəni məndən
uzaqlaşdır, hiyləsini kənar et, şərrini məndən sovuşdur, məkrini öz üzərinə qaytar, qarşısında bir sədd yarat ki, gözü məni görməkdən kor, qulağı məni zikr etməkdən kar olsun, mənə qarşı pis niyyət zamanı qəlbimi düyünlə, dilimi mənim barəmdə danışmaqdan lal et, başına zillət gürzü vur, izzətini zillətə çevir, böyüklünü sındır, boynunu zəlliliklə əy, ucalğını viran et, məni bütün zərərdən, şərdən qə’nədən, qeybətdən, eyb axtarmaqdan, həsəddən, düşmənçilikdən, piyada və atlının tələ düyünlərindən əmin et, çünki Sən məğlub edilməz qalibsən, yenilməz qüdrət sahibisən.
24-cü dua: O Həzrətin ata-anası üçün etdiyi duası.
İlahi! Muhəmmədə qulun və peyğəmbərinə, pak ailəsinə salam yetir, özümün ən üstün rəhmətini bərəkətini, və salamını onlara məxsus et.
İlahi! Ata-anama da öz yanından kəramətinlə salam and et, ey rəhm edənlərin rəhm edəni! və
hüquqlarından bilməyimə lazım olan şeyləri mənə ilham et, vacib işlərdən hamısını məndən ilham et, sonra ilham etdiyin şeylərdə məni işə yönəlt, yardım et ki, anlatdığın şeyləri həyata keçirim ki, tə’lim etdiyin şeyi görək əlimdən çıxmasın, bədənimdə görəcəyim işi yerinə yetirdikdə ağırlaşmasın.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və onun vücudu ilə bizə ucalıq verdiyin kimi
Muhəmməd və onun soyuna salam yetir, O Həzrətin səbəbi ilə insanların üzərinə bizdən bir haqq qoyduğun kimi Muhəmməd və onun soyuna salam yetir.
İlahi! Elə et ki, ata-anamın heybətindən qüd-rətli sultanın heybətindən qorxduğum kimi qorxum və hər ikisinə mehriban ana kimi yaxşılıq nəzə-rimdə sözlərini yuxu tutanın yuxusundan şirin olsun, susuz olana verilən şərbətdən ləzzətli olsun ki, onların istəklərini öz istəklərimdən üstün tutum, o ikisinin şadlığını öz şadlığım-dan irəlidə qərar verim, onların mənə etdikləri yaxşılıqlarını az olsa da çox, olsa da az bilim.
İlahi! Onların huzurunda səsimi mülayim et, dediklərimi qəlblərinə yatan qərar ver, onlara qarşı
xasiyyətimə yumşaqlıq ver, qəlbimi hər ikisinə mehriban et, onların hər ikisinə qarşı məni ürəyi
yanan, xoş rəftar et.
İlahi! hər ikisinə məni tərbiyə etdikləri üçün gözəl mükafat ver, məni əziz tutduqları üçün on-lara yaxşı əcr nəsib et, uşaqlıqda mənə qarşı etdikləri məqsədlərini onların haqqında yerinə yetir.
İlahi! əgər mənim tərəfimdən onlara bir əziyyət yetmişsə, yaxud məndən xoşagəlməz bir iş
görmüşlərsə, ya da mənim vasitəmlə onların haqqından bir şey aradan getmişsə,
bütün bunların hamısını onların günahla-rından pak olmasına, məqamlarının yüksəlməsinə və
yaxşılıqlarının çoxalmasına səbəb qərar ver, ey pislikləri bir neçə qat yaxşılıqlara çevirən.
İlahi! əgər mənimlə danışıqda ölçüdən kənara çıxmış, yaxud bir işdə mənə qarşı həddi aşmış, ya da bir haqqımı zay etişlərsə, yaxud mənə qarşı ata-analıq vəzifələrində səhlənkar-lıq
göstərmişlərsə öz haqqımı onlara bağışla-dım, onu onlara bəxşiş etdim və səndənistəyirəm ki,
onun çətinliyini onların çiynindən götür, çünki mən özümə qarşı onları səhlənkarlıqda müttəhim etmirəm, öz barəmdə mehribançılıqda onları səhlənkar bilmirəm, haqqımda etdiklə-rindən narazı deyiləm, ey mənim Rəbbim, çünki onların haqqını riayət etmək mənə daha vacibdir, yaxşılıqları mənə daha çoxdur, mənə olan minnətləri daha çoxdur;
İlahi! əgər belə etsəm, uzun müddət mənim tərbiyəmdə keçirdiyi günlər, məni saxlamaqda
çəkdikləri ağır zəhmətlər, mənim yaşayışım rahat olsun deyə özlərini çətinliklərə salmaları nə cür olacaq? Şübhəsiz ki, öz haqqlarını məndən geri ala bilməzlər, mən onların üzərimdəki haqlarımı tədarük edə bilmərəm, xidmət vəzifəmi yerinə yetirməkdən acizəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və yardım istənilənlərin ən yaxşısı, mənə yardım göstər, ey üz tutanların ən gözəl hidayətçisi, məni Qiyamət günündə ağ valideynlərdən qərar vermə .
İlahi! Muhəmməd və onun soyuna və nəslinə salam yetir və ata-anama saleh imanlı bəndələrindən nəsib etdiyin ən gözəl şey nəsib et, ey rəhm edənlərin rəhm edəni!
İnan, onları namazımdan sonra, hər saat hər anda yadımdan çıxarma.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və onlara etdiyim duanın bərəkəti ilə məni əfv et, mənə etdikləri yaxşılıqlara görə o ikisinə rəhm et, mənə göstərdikləri şəfaətə görə onlardan razı qal, öz kərəminlə onları mənzil başına sağ-salamat çatdır. İlahi! əgər ata-anamı məndən öncə əfv etmisənsə, mənə onların şəfaətini nəsib et, əgər məni onlardan öncə bağışlamısansa, məni onların şəfaətçisi qərar ver ki, mehribançılığın əhatəsində kəramət yurdunda, məğfirət və rəhmət məskənində bir yerə toplaşaq, çünki sən lütfkarsan, rəhm edənlərin rəhm
edənisən!
25-ci dua:. O həzrətin övladları üçün etdiyi duası.
İlahi! Övladlarımın qalması ilə mənə minnət qoy, onları mənə layiqli etməklə, məni də onlara
layiqli etməklə mənə minnət qoy.
İlahi! Mənim üçün onların ömrünü uzun et, kiçiklərini tərbiyələndir, zəiflərinə qüvvət ver,
bədənlərini, dişlərini, və əxlaqlarını sağlam et, ehtiyacım olduğum şeylərdə, can və əzalarına
sağlamlıq ver, mənim üçün mənim əlimlə ruzilə-rini bol et, onları təqvalı əməli salehlərdən,
bəsirət sahibləri, haqqı eşidib ona itaət edən-lərdən qərar ver, öz dostlarına nisbətdə aşiq və
xeyirxah, düşmənlərinə qarşı kinli et, İlahi! Övladlarımın vəziyyəti həmişə belə olsun!
İlahi!Onların vücudları ilə qollarımı güclü, işlərimdəki qarışıqlığı onlarla islah et və məclisimi onların vücudu ilə zinətli, yadımı onlarla diri saxla, və olmadığım zaman işimə onların vasitəsi ilə kifayət et, onların əli ilə ehtiyaclarımın ödənməsində mənə yardım göstər, onları mənə aşiq et, mənə qarşı mehriban et ki, həmişə mənim əmrimə tabe olsunlar, mənə qarşı itaətsizlik etməsinlər, onları gözəl tərzdə tərbiyələndirib onlara yaxşılıq etməkdə mənə yardım et, öz mərhəmətinlə onlardan əlavə mənə oğlan övladları nsib et, bu işdə mənim üçün xeyir qərar ver, Səndən istədiyim şeylərdə onları yardımçım et, məni və övladlarımı qovulmuş Şeytanın şərrindən qoru ki, Sən bizi yaratmısan və bizə əmr edib qadağan etmisən, əmrinə itaətə savabla rəğbətləndirib qadağanına mürtəkib olmağı əzabla qorxtmusan, və bizə elə bir düşmən qərar vermisən ki, bizi aldadır, bizim üzərimizdə ona qüdrət vermisən ki, bizim onun üzərində qüdrə-timiz yoxdur, qəlblərimizdə ona yer vermisən, qan damarlarımızda axıtmısan; əgər biz onu unutsaq da o bizdən qəflətə dalmaz, unutsaq bizi unutmaz, bizi Sənin əzabından arxayın edər, Səndən başqasından qorxudar, pis bir işə əl uzatmaq istədikdə o işə qarşı bizə şücaət verər, yaxşı bir işə yönəltdikdə bizi ondan saxlayır, istəklərlə bizi axtarmaqda-dır, yolumuz üstə həmişə şübhə sancar, və’də versə yalan deyər, xoş bir xəbərlə muştuluq versə və’dindən dönər, əgər Sən özün Şeytanın hiyləsini bizdən uzaqlaşdırmasan bizi azdırar, fəsadından bizi qorumasan xətaya salar. İlahi! Öz qüdrətinlə onun qüdrətinlə bizdən uzaqlaşdır ki, duaları-mızın çoxluğu səbəbi ilə onu bizdən kənar edəsən ki, nəticədə onun hiyləsindən Sənin pənahında yerləşən günahsızlardan olaq.
İlahi! Bütün istəklərimi ver, hacətlərimi hicabətə yetir, duamın qəbul edilməsindən məni məhrum etmə ki, Sən özün duamın qəbul edilməsinə zamin olmusan, duamı özündən gizlətmə ki, Sən özün məni dua etməyə əmr etmisən, bu və sonrakı dünyada hamının islahına səbəb olan bütün şeyləri mənə əta et ki, istər demiş olum yaxud da unudum, aşkar etmiş olum yaxud da gizlədim, gizlindən istəyim, yaxud üzdə, və bütün bütün bu cəhətlərdə məni öz işini islah edənlərdən qərar ver, onlar Səndən istədikləri hacətləri ilə uğura yetənlər zümrəsində qərar tutdular, Sənə e’timad etməyin nəticəsində lütfündən məhrum olmadılar, o zümrədən ki, Sənə üz gətirməyi özlərinə adət etmiş, Səninlə sövdələşmələrindən çoxlu mənfə-ət qazandılar, onlar ki, izzət pənahında oturdu-lar, Sənin geniş lütfündən kərəminlə bol halal ruzi tapdılar, Sənin mərhəmətinlə zillətdən izzətə yetdilər, zülmündən ədalətinin pənahında yaşayırlar,
onlar ki, rəhmətinlə bəladan can qurtarmış, sərvətinlə yoxsulluqdan ehtiyacsız-lığa yetmişlər,
hifzinlə günahlardan amanda qal-mış, itaətin sayəsində xeyir və yaxşılığa nail olmuşlar,
qüdrətinlə onlarla günahları arasında maneə yaradılmış, Sənə qarşı hər cür itaətsiz-liyi yerə
qoymuş, və rəhmətin əhatəsində sakin olmuşlar. İlahi! Bütün bu işləri Öz lütfünlə, rəhmətinlə
bizə əta et, bir Cəhənnəm əzabından nicat ver, və bütün mö’min kişi və qadınlara özümə və
övladladlarıma istədiklərimdən bu dün-yada və axirətdə nəsib et, həqiqətəndə Sən yaxşı-san,
duaları qəbul edirsən, eşidənsən, bilənsən, əfv edən və bağışlayasan, bizə bu dünyada da, axirətdə ehsan et, və bizi Cəhənnəm əzabından qoru.
26-cı dua: O Həzrətin qonşuları, dostları yad edildikdə onlara etdiyi duası.
:
İlahi! Muhəmməd və onun soyuna salam yetir və bizim haqqımızı tanıyan dost və qonşularımızın hüqüqlarına riayət etməkdə yardım göstər, düşmənlərimizlə döyüşdə olanlara ən gözəl tərzdə yardım et, öz adətlərini dirçətmək üçün, gözəl ədatindən olan zəiflərə əl tutmağı onların istəklərini yerinə yetirməyi, xəstələri yoluxmağı, yol axtaranları hidayət etməyə, məşvərət edənlərə nisbətdə xeyirxah olmağa, vətənə qayıdan səfərkeş-lərin görüşünə getməyə, camaatın sirlərini gizli saxlamağa, Allah bəndələrinə yardım etməyə, ehti-yacı olanlarla gözəl davranmağa, bol bəxşişini əsirgəməməkdə, və istəkdən öncə əta etməyə müvəffəq et.
İlahi! Mənə yardım göstər ki, pis iş görənlərinə yaxşılıqla mükafat verim, zülmkar-larından əfv ilə vaz keçmiş, onların hamısına qarşı yaxşı gümanım olsun, hamısı xoşluqla keçmiş, xətalardan gözəl tərzdə göz yumuş, təvazakarlıq üzündən onlarla mülayim dövranım, bəla görənlərinə rəhmət üzü ilə nəzər salım, olmadıqları zaman dostluq məhəbbətimi onlara izhar edim, səmimiyyətlə həmişə ne’mətlərinin davamçısı olum, özümə lazım bildiyimi onlara da lazım bilim, özüm üçün riayət etdiklərimdə onlar üçün də riayət edim.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və onların tərəfindən də mənə belə bir rəftar nəsib et, onların yanındakı yaxşılıqlardan mənim üçün ən yaxşı bir pay ayır, mənim barəmdə və lütfümə olan mə’rifətlərini artır ki, mənim vasitəmlə səadət əhli olsunlar və mən də onlara görə xoşbəxt olum! Ey mənim Rəbbim, duamı qəbul et!
27-ci dua: O Həzrətin sərhədçilər üçün etdiyi duası
İlahi! Muhəmməd və onun soyuna salam yetir və Öz izzətinlə müsəlmanların sərhədlərini qoru,
sərhədlərdəki gözətçiləri öz qüdrətinlə gücləndir, bəxşişlərin sonsuz lütfünlə bol et.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və onların sayını artır, silah və döyüş sursat-larına itilik ver, ordugahlarını hifz et, cəbhə ətraflarını möhkəm və məğlubedilməz qərar ver, onların hamısını can bir qəlbdə, həmrəy et, işlərini sahmana sal, azuqələrini ardıcıl çat-dır, ehtiy aclarını təklikdə özün ödə, Öz yardı-mınla onları gücləndir, səbrinlə kömək göstər, onlara dəlil çarə axtarmağda tə’lim ver.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və onlara bilmədiklərini öyrət, agah olmadıqları
şeylərdən xəbərdar et, anlamadıqları şeylərə bəsirət ver.
İlahi! Muhəmməd və onun soyuna salam yetir və hiyləgər düşmənlə qarşılaşarkən alda-dıcı
dünyanı xəyallarından apar, fitnə salan malları xatirlərindən məhv et, Behişti onların gözləri
önündə qərar ver, Behiştdə hazırladığın əbədi mələklər, kəramətli məşuqələr, gözəl üzlü huriləri, rəngarəng içkiləri olan axan nəhrləri, müxtəlif meyvələri olan ağacları gözləri önündə cilvələndir ki, onlardan heç kəs düşmənə arxa çevirməsin, cəbhə xəttindən qaçmaq fikrinə düşməsin.
İlahi! Beləliklə düşmənlərini darma-dağın et, xəbərsizlərin haqqa uzanan əllərini onlarla kəs, düşmənlə silahları arasında ayrı-lıq sal, qəlblərinin ipini qır, onlarla planları arasında ayrılıq sal, onları yollarda sərgərdan et, məqsəddən azdır, onlardan yardımı kəs, sayla-rını azalt, qəlblərini qorxu və şübhə ilə doldur, sərhədçilərin əleyhinə işləyən əlləri saxla, onların əleyhinə söz deməkdən dillərini kəs, düş-məni dağıtmaqla arxada duranlarını pərakəndə et, bunları məğlub etməklə ardıcıllarını döyüşə davam etməkdən saxla, onları zəlil etməklə onlardan sonra gələnlərin tamahını kəs.
İlahi! Qadınlarını doğmaqdan qısır et, kişi-lərin sülblərini qurut, mal-qaralarının nəslini kəs,
göylərinə yağmaq və yerlərinə bitirmək icazəsi vermə. İlahi! Səndən istədiklərimiz üçün İslam
əhlinin qüdrət və tədbirini artır, şəhərlərinə möhkəmlik ver, mallarını artır, Sənə bəndəlik olaraq düşmənlə vuruşmaq üçün və gizlində Səninlə raz-niyaz etmələrindən ötrü qəlblərini asudə et, elə olsun ki, bütün yer üzündə Səndən başqası pərəstiş edilməsin, onlardan bir nəfər belə Səndən savayı kimsə üçün torpağa baş qoymasınlar.
İlahi! Hər yerdə olursa-olsun müşriklərlə üz-üzə durduqda müsəlmanlara yardım et, öz tərəfindən ardıcıl mələk səfləri ilə onlara yardım göndər ki, düşmənləri ən uzaq nöqtələrə qovsunlar, onları 53 öldürüb əsir etməklə şərlərini insanlardan kənar etsinlər, yaxud da şərikin olmadığın halda Sənin üçün vəhdaniyyətinə israr etsinlər.
İlahi! Bu aqibəti bütün içliklərdə yaşayan düşmənlərinə, istər hindistanda, Rumda, Türküs-tanda, Xəzər, Həbəbəşədə, Nubədə, Afriyada və tayafaları bizə mə’lum olmayan müşrüklərə, elminlə onlardan xəbərdar olanlara, qüdrətinlə əhatə olmayan müşriklərə, elanınla onlardan xəbərdar olanlara, qüdrətinlə əhatə etdiklərində and et. İlahi! Qəlblərinin rahatlığını çək, bədənlərini gücdən sal, qəlblərini çarə axtarmaqdan qafil et, müsəlmanlarla müharibə etməkdə əzalarını süstləşdir, İslam qəhramanları ilə qəlblərinə qorxu sal, mələklərindən bir qoşun qaldır ki, Bədr günündə etdiyin kimi onlara əzab yağdırsınlar, Öz qüdrə-tinlə köklərini kəs, cəmiyyətlərini pərakəndə et.
İlahi! onların sularını, içdikləri şeylərə və’ba yoluxdur, yediklərini xəstəliklə qarışdır, şəhərlərini yerin altına batır, göydən onlara həmişə daş yağdır, qıtlığa və quraqlığa düçar et, azuqələrini yer üzünün ən uzaq və ən bərəkətsiz yerlərində qərar ver, o torpağı onları qorumaqdan saxla, onlara əbədi aclıq, şiddətli xəstəlik nazil et.
İlahi! Dinin üstün olub dəstən qalib gəlsin deyə Sənin dinindən olan hər bir döyüşçü onlarla
döyüşərsə, cihad edən hər bir mücahidə də asanlıq nəsib et, işi onlara yüngülləşdir, onu nicata
yetir, ona yaxşı yoldan seç, arxasını möhkəmləndir, gəlirini bol et, onu fərəh və şadlıq kamına
yetir, əhli-əyalına olan qəlbindəki odu söndür, ona tənhalıq qəmindən pənah ver, əyal və
övladlarını yad etməyi unutdur, ona gözəl niyyətə sahib olmağını nəsib et, salamatlığını Özün öhdənə al, salamatlığı onun yoldaşı qərar ver, onu qorxudan saxla, cür’ət ver,
güclü olmağı ona ruzi et, onu Öz yardımınla təs-diq et, Ona İslam adət ən’ənələrini öyrət, hakimlikdə ona yaxşı yolu göstər, riyanı ondan uzaq et, şöhrətə olan eşqindən, dəmindən xilas et, fikrini, zikrini, səfər və iqamətini Özün üçün Öz yoluna qərar ver. Sənin və onun özünün düşməni ilə üz-üzə gəldikdə saylarını gözündə azalt, məqam-larını qəlbində kiçilt, düşmənlərinə qarşı ona qələbə ver. əgər aqibətini şəhadətlə xoşbəxt etmək istəsən o şəhadəti düşmənlərin kökünü kəsdikdən, əsarətlərini çətinliyə salıqdan, müsəl-manların sərhədləri əmin-amanlıq tapdıqdan, düşmənin getdikdən sonra saxla.
İlahi! Döyüşdə olan döyüşçüyə, yaxud sərhəd zonasında geniş çəkən sərhədçinin evində olmadığı vaxt onun ailəsinə yardım edənə, yaxud malının yarısını onun əhli-əyalına bağışlayana, ailəsinin tə’minatını öhdəsinə alan, himmətini düşmənlə döyüşə qaldıran, haqqında xeyir dua edənə, döyüşdə ona yardım çatdırana, olmadığı zaman hörmətini riayət edənə də həmin döyüşçünün
əcrini, eyni ilə olduğu kimi mərhəmət et ki, öncə göndərdiyi əməlini faydasını, işinin nəticəsi olan könül şadlığını yubatmadan elə bu dünyada ələ keçirsin ki, onun üçün öz lütfündən hazırladığın mükafatın vaxtı gəlib çatsın.
İlahi, İslamın vəziyyəti ona ağır gələn, İslam qarşısında şirk əhlinin ictimasından qəm yeyən,
hətta vuruşmaq qərarına gəlib, yaxud cihad səsi ucaldan, lakin zəiflik və acizliyin onu evdə
oturan, yaxud yoxsulluq işini ləngidən, yaxud da hadisələr qərarını tə’xirə salan, iradəsi önündə bir maneə yaranan hər bir müsəlmanın adını da abidlərin zümrsində qeyd et, cihad edənlərin savabını ona vacib et, onu şəhidlərin, salehlərin cərgəsində qərar ver.
İlahi, Bəndən və peyğəmbərin olan Muhəmməd və onun soyuna salam yetir, ən üstün bir salam, vaxtının sonu yetməyən, sayını kökü kəsilməyən, keçmiş zamanlarda övliyalarına ehsan etdiyin ən üstün bir salam. Həqiqətən də Sən ehsan edən, hər cür tə’rifə layiq olan, başlayan v qaytaransan və Sən iradə etdiyin hər şeyi edirsən.
28-ci dua: O Həzrətin Allaha pənah aparmasındakı duası
İlahi, başqasından üzülüşüb Sənə birləşməklə özümü hər cür bulaşmadan pak etdim, istəyimi
Sənin lütfündən möhtac olmayandan geri götürdüm, və bildim ki, bir möhtacın başqa bir
möhtacdan düşüncə zəifliyindəndir.
İlahi! Səndən başqasından izzət istəyən nə çox insanlar gördüm ki, rüsvay oldular, Səndən
başaqasından sərvət istədilər, lakin yoxsullaşdılar, məqam tələb etdilər, lakin alçaldılar, belə
olduqda uzaq görən insan belələrini gördükdə doğru yolla gedərkən ibrət alması yardımına səbəb olar, və bu seçki onu düzgün yola hidayət edər. Belə isə ey mənim ixtiyar sahibim, istək mənbəyim heç kəs deyil Sənsən, ehtiyacımı ödəyən də başqası deyil yalnız Sənsən, başqa birisini çağırmazdan öncə Səni çağıraram, və bəsdir, ümid yerimdə heç kəs Səninlə şərik
deyil, səsim Səninlə eyni halda başqasına da aid deyildir.
İlahi! Yeganəlik, vəhdaniyyət yalnız Sənə məxsusdur, qüdrət, mülk, üstünlük, güc və qüvvət,
ucalıqda yalnız Sənə məxsusdur, Səndən savayı hər şey bütün ömrü boyu rəhmətinə möhtacdır, öz işində aciz, və məğlub, işlərində zəifdir, müxtəlif hallarla, sabit olmayan sifətlərlə; Sən şərikin və əleyhinə kiminsə olmasından daha ucasan, tayın, bərabərli olmasından daha üstünsən, Pak və münəzzəhsən, Səndən başqa bir mə’bud yoxdur.
29-cu dua: O Həzrətin ruzisi azalan zaman etdiyi duası
İlahi, ruzilərimizdə bizi bədgümanlıqla həyat müddətində uzun arzularla imtahan etmisən, hətta bə’zən iş elə gətirdi ki, Sənin ruzilərini ruzi yeyənlərdən istədik,uzun ömrə arzu ilə yaşlıların ömrünə tamah saldıq, belə isə Muhəmməd və onun soyuna salam
yetir və doğru bir yəqin bəxş et ki, onun vasitəsi ilə tələb işgəncəsindən bizi asudə etsin, qəlbimizə olsun bir rahatlıq sel ki, onun bizi bəladan qoruyasan, elə et ki, bizi Qur’anında aşkar və’də etdiyin kimi yetirməsinə zamin olduğun ruzi dalıyca qaçmaqdan saxlasın, kifayət edəcəyinə zamin olduğun şeylərdə xatirimizin pərişanlı-ğına səbəb olmasın; Belə buyurmusan və sənin sözün sözlərin ən doğrusudur, and içmisən və andın ən doğru andır: «Ruziniz və sizə və’d edilənlər göydədir»-Sonra buyurmusan«And olsun yerin və göyün Rəbbinə, bu söz sizin
danışıqlarınız kimi doğrudur».
30-cu dua: O Həzrətin borcun ödənilməsində Allahdan istədiyi yardımı
İlahi! Muhəmməd və onun soyuna salam yetir və abrımı zehnimi pərişan edən, fikrimi pərakəndə edən,ödənilməsində çarəsi uzanan bir borcdan məni xilas et! Ey mənim Rəbbim, borcun qəmindən, onun barəsində fikirə düşməkdən, qəlbimin borc işlə-rinə yönəlməsindən yuxusuzluğundan Sənə pənah aparıram, belə isə Muhəmməd və onun soyuna salam yetir, və mənə borcun məşəqqət və zəhmətindən pənah ver; Ey mənim Rəbbim, bir neçə günlük dünyada borcun zillətindən və ölümdən sonra əzabından Sənə pənah gətirirəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və məni israfdan, ifratdan saxla, orta halı seçməklə vəziyyətimi sahmana sal, mənə ölçünü gözləməyi öyrət, öz lütfünlə məni israfdan qoru, ruzimi halal yollardan üzərimə axıt, malımın xərclən-məsini xeyir işlərə yönəlt, məni təkəbbürə, zülmə çəkən, ibadət və ədəb sərhədindən pozan ruzuni məndən uzaqlaşdır.
İlahi! Mənə yoxsullarla yoldaş, həmsöhbət olmağı sevdir, onlarla oturub-durmaqda mənə gözəl
səbrlə yardım et, aradan gedən dünya malından bir şey məndən aldıqda mənim üçün onları əbədi xəzinələrində ehtiyat yığ, fani olan dünya malından mənə hən nə nəsib etsən onu qonşuluğuna yetməyə bir vasitə, qürb məqamına yetişməyə bir səbəb, Behiştinə yetməyə bir amil qərar ver, çünki Sən, çox lütfkarsan, kəramətli, bəxş edəsən.
31-ci dua: O Həzrətin Allaha tövbə etməsində yardım diləməsi
İlahi! Vəsf edənlərin vəsfi Səni vəsf edə biləz, ümid edənlərin ümidi Səndən yuxarı keçməz,
əməlisalehin mükafatı Sənin yanında zay olmaz, ibadət edənlərin qorxusu Sənə qayıdar, Sən
təqva əhlinin qorxusunun sonusan, bu məkan günah içrə oyuncağa çevrilən bir kəsin yeridir,
günahlar cilovu onu irəli qovmuş, Şeytan ona qalib gəlmişdir, buna görə də əmrinin icrasında
səhlankarlıq etmiş, nadanlıq və qürur üzündən qadağan etdiyin şeyə bulaşmışdır, Sənin özünə
olan qüdrətindən xəbərsizlər kimi, yaxud onun haqqında ehsan və lütfünü inkar edən kimsə kimi, və hidayət gözünü açıb korluq buludları aradan getdikdə, özünə etdiyi zülmləri sayıb öz Allahı ilə müxalifət etdiyi işlərdə düşündükdə birdən üsyanının böyüklüyünü bəsirət tapdıqda, o zaman ümidvar bir qəlb, xəcalətli üzlə üz gətirdi, e’timad edərək şövqlə Sənə sarı üz tutdu, yəqin üzündən tamahla Səni səslədi, ixlasla qorxu azuqəsi ilə Səni qəsd etdi, halbuki Səndən savayı kimsəyə tamah salmamış, Səndən başqa kimsədən qorxmamışdır, beləliklə nalə edərək hüzurunda dayanmış, zəlilliklə gözünü yerə dikmiş, izzətin qarşısında zillətlə başını aşağı salmış, ixlas üzündən Sənin ondan daha yaxşı bildiyin sirrini Sənin üçün aşkar etdi, sidqlə sayına ondan daha yaxşı xəbərdar olduğun günahlarını Sənin üçün sayaladı, qəzavü-qədərinlə ona gələn rüsvayçılığından Sənə pənah gətirmişdir: Zilləti ötən günahlar, lakin zərərli aqibətiöz yerində qalmışdır, yaxasını tutmuşdur.
İlahi! əgər bu bəndənə cəza versən ədalətini inkar etməz və əgər ondan keçib onu əfv etsən, ona rəhm etsən, əfvini böyük saymaz, çünki Sən kərim olan Allahsan, böyük günah bağışlamaq nəzərində böyük deyildir.
İlahi! artıq mənəm ki, fərmanına baş əyərək huzuruna gəlmişəm, çünki Səni çağırmağını icabətinə verdiyin və’də vəfa etməyini istəyirəm, çünki Sən «Məni çağırın ki, duanızı qəbul edim»-deyə buyurmusan.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və günahıma e’tiraf etdiyim kimi Sən də məni əfv et, qarşında alçaldığım kimi Sən də mənim xətalarımdan keç, intiqam almaqda tələsmədiyin kimi üzərinə pərdə ört.
İlahi! İtaətinə olan niyyətimi möhkəmləndir, ibadətinə olan düşüncəmi sabit qədəm et, məni elə bir əmələ müvəffəq et ki, onunla günahımı yuyasan, dünyadan getdikdə məni Özünün və
peyğəmbərinin dini ilə öldür.
İlahi! İndi olduğum vəziyyətdə böyük və kiçik günahlarımla, gizli və aşkar, keçmiş və indiki
xətalarımla Sənə sarı qayıdıram, qəlbindən günah qayıtmaq keçməyənlər kimi, fikrinə günaha
dönmək girməyən bəndələr kimi, ey mənim Rəbbim, Sən özün möhkəm olan kitabında buyurmusan ki, bəndələrindən tövbəni qəbul edirsən, günahlarından keçirsən, tövbə edənləri sevirsən, belə isə verdiyin və’də əsasən tövbəmi qəbul et, zamin qaldığın kimi günahla-rımdan keç, şərt etdiyin kimi məhəbbətini mənə lazım et, və mən də bütün bu ehsanların müqabi-lində əhd edirəm ki, Sənki bəyənmədiyin şeyə sarı qayıtmayım, qınadığın şeyə dönməməyimə zəmanət verirəm, peyman bağlayıram ki, bütün günahla-rımdan uzaq olum.
İlahi, məndən baş verən işə Sən daha agahsan, belə isə xəbərdar olduğum şeyləri mənə bığışla, Öz qüdrətinlə məni sevdiyin şeylərə yönəlt.
İlahi, boynumda bildiyim və unutduğum bəlalar var, bütün bunlar Sənin yuxuya dalmayan
gözlərin önündədir, unutqanlığa yol verməyən elmin yanın-dadır, belə isə o bəlaların müqabilində sahibinə əvəz ver, onun çətinliklərini məndən kənarlaş-dır, ağırlığını canımın üzərindən götür, onun kimi hadisələrə düçar olmaqdan saxla,
İlahi, Sən qorumasan tövbə əhdimi saxlaya bilmərəm, günahdan qoruna bilmərəm, belə isə məni o kifayət edici qüdrətinlə gücləndir, Özün günahdan çəkinməkdə yardım göstər. İlahi, dərgahına tövbə edən hər bəndənin əhdini sındırıb günaha meyl etməsini bilirsən, belə olmaqdan Sənə pənah aparıram, artıq bu tövbəmi elə bir tövbəyə ehtiyacım olmasın, keçmiş günahların məhvinə səbəb olan, ömrümün qalan günlərində günaha yönəlməməyimə əmin olan bir tövbə. İlahi, öz nadanlığıma görə Səndən üzr istəyirəm, pis əməlinə görə məni əfv etməyini diləyirəm, belə isə Öz lütfünlə məni rəhmətinin pənahında yerləşdir, ehsanınla mənə əmin-amanlıq libası geyindir. İlahi, qəlbimdən keçən, gözümün xəyanəti ilə, dilimlə deyilən və isətdinlə müxalif olan, yaxud məhəbbət dairəndən kənara salan hər bir şeydən elə bir tövbə edirəm ki, bədən əzalarımdan hər biri əzabdan amanda qalsın, günahkarların qorxduğu qəzəbindən nicat tapsın. İlahi, dərgahındakı təkliyimə, qorxundan ürəyimin çırpınmasına, heybətindən bədənimin titrəməsinə rəhm et, çünki günahlarım ey mənim Rəbbim məni dərgahında rüsvayçılıq kürsüsünə oturmuşdur, əgər danışmasam kimsə mənim tərəfimdən söz deməz, əgər özüm şəfaət etsəm bir kəs deyiləm ki, şəfaətim qəbul oluna. İlahi, Muhəmməd və onun soyuna salam yetir və kərəmini günahlarıma şəfaətçi qərar ver, öz əfvinlə pisliklərimi bağışla, məni Öz cəzanla cəzalandırma, ehsan sifəti üzümə geniş aç, məni əfv pərdənlə ört, zəlil bir bəndənin qapısına gedib ona rəhm edən qüdrətli kimi yaxud yolunun başında oturan fəqirin əlindən tutan dövlətli kimi davaran. İlahi, Sənin qarşında bir pənahım yoxdur, buna görədə izzətin mənə pənah verməlidir, sənin tərəfinə şəfaət edənim yoxdur, buna görədə lütfün mənə şəfaət etməlidir, günahlarım qorxuya salmışdır, buna görə də əfvin məni əmin etməlidir, çünki pis əməlimə görə cəhalət üzündən dilimə gətirdiklərim keçmiş pis işlərimi unutmağım üzündən sənin göyün və onda olanlar, yer üzün və üzərində olanlar aşkar etdiyim cəhalətimi və səbəbi ilə Sənə pənah apardığım tövbəmi eşitsinlər ki, bəlkə bunlardan birisi halıma rəhm etsinlər, yaxud halımın ağırlamasına kövrəlsinlər, bəlkə öz tərəfindən mənim üçün biri dua edələr ki, mənim öz duamdan Sənin yanında icabətə daha yaxın olsun, yaxud da mənə elə bir şəfaət nəsib olusun ki, öz şəfaətimdən daha möhkəm olsun, qəzəbindən nicat tapıb razılığına yetişməyim də onda olmuş olsun.
İlahi, əgər Sənin dərgahında tövbə peşmançılıqdırsa, o surətdə mən hamıdan çox peşmanam, əgər günahı rətk etmək tövbə sayılırsa mən ilk tövbə edənəm, əgər istiğfar etmək günahların aradan getməsinə səbəb olursa mən Sənin qarşında bağışlanma diləyənlərdənəm.
İlahi, tövbəyə rəğbətləndirib qəbul edilməsinə və’də verdiyin kimi Muhəmməd və onun soyuna salam yetir, və tövbəmi qəbul et, rəhmətindən ümidsiz və mə’yus halda qaytarma, çünki Sən günahkarların tövbəsini qəbul edən, Sənə sarı səmimi qəlblə qayıdanların xətalarını
bağışlayansan.
İlahi, Muhəmməd və onun soyuna salam yetir ki, onun vasitəsi ilə bizə kəramət nəsib etdin,
Muhəmməd və onun soyuna salam yetir, bir cür ki, qiyamət və ehtiyac günündə bizə şəfaət etsin, Sən hər şeyə qadirsən, o iş Sənə asandır.
32-ci dua: O Həzrətin gecə namazında sonra günahına e’tiraf edərək özü üçün etdiyi duası
İlahi, ey əbədi və həmişəlik mülk sahibi, ey ordusuz məğlub edilməz səltənət sahibi, ey ruzi-garın ötüb illərin keçməsi ilə belə daimi izzət sahibi, hökmdarlığın elə qalibdir ki, əvvəlinin həddi, axırının sonu yoxdur, şahlığın elə uca-dır ki, onun yüksəkliyinə yetməkdən hər şey aciz qalmışdır, vəsf edənlərin ən ali vəsfi sahib olduğun məqamın ən aşağı mərtəbəsinə belə yetməz, məqamını vəsf etməkdə sifətlər acizdir, Səni məhd etmək üçün tə’riflər bir-birindən ayılmış, ucalığının dərgahında ən dəqiq təsəvvürlər belə sərgərdandırlar, Sən ey əzəli Allah, əzəli olma-dığında belə olmusan, bu mərhələdə daim qala-caqsan, və əməli az arzusu çox olan bəndə mənəm, sənə birləşmək vasitələri əlimdən çıxmışdır, məgər bu ki, əfvinlə ona əl atam, hesaba gətirə biləcək itaətim az, e’tiraf edəcəyim günahlar çoxdur, pis iş törədsə də bağışlamaq Sənə ağır gəlməz, belə isə məni əfv et. İlahi, elmin gizli əməllərindən agahdır, xəbərdar olmağının qarşısında hər bir örtülü şey aşkardır, işlərin dəqiqliyi
nəzərindən gizli deyildir, həqiqətən də Sənin və mənim düşmənim mənə qalib gəlmişdir, Səndən möhlət istəmiş və Sən də müəyyən məsləhə görə ona möhlət verdin, belə olduqda bu qəddar düşmən məni yerə vurdu, halbuki həlakedici kiçik və böyük günahlardan Sənə sarı qaçdım, sonar günah etdim, pis əməlimin nəticə-sində Sənin qəzəbinə layiq görüldüm, cəhalət Sənin tədbir və hiyləni məndən qaytardı, özünün küfr kəlməsi ilə mənimlə üz-üzə gəldi, məndən usandı, mənə arxa çevirib yola düşdü, məni Sənin qəzəbin qarşısında tək qoydu, intiqam meydanında məni boşladı, kimsə məndən dərgahında şəfaət etməz, bir pənah verəndə qarşında aman verməz, heç bir möhkəm qala da Sənin qarşında məndən ötrü maneə törədə bilməz, Səndən başqa səmtə pənah aparacaq yerim də yoxdur;
İndi Sənə pənah aparan, günahına e’tiraf edən bir kimsə kimi qarşında dayanmışam, olmaya
lütfün məndən niyi isə əsirgəməyəcək, yaxud əfvin mənim haqqımda səhlənkarlıq edəcək?!
Yaxud tövbə edən bəndələrindən ən ziyankarı, ne’mətini gözləyənlərdən ən ümidsizlimi
olacağam? Məni əfv et ki, Sən əfv edənlərin ən yaxşısısan.
İlahi, mənə əmr etdin və mən məhəl qoymadım, qadağan etdin və mən o işə bulaşdım, düşüucə günahın pisliyini nəzərimdə bəzədi, və buna görə də xəta etdim, nə bir günü oruc tutdum ki, şahid gətirəm, nə də bir gecəni ayaq qaldım ki, ona pənah aparım, nə bir sünnəti dirçəldim ki, məni yaxşılıqla yad etsinlər, yalnız vacib işləri yerinə yetirdim ki, onları da tərk edən həlak olar ki, nə bir nafilə yerinə yetirdim ki, onun səbəbi ilə Sənə dəlil düşüm, halbuki vacib əməllərin çoxunun şərtlərini qəflət üzündən əməl gətirmədim, Sənin qoyduğun sərhəd və qanunlardan hörmət pərdələrini yırtdım, elə böyük günahlara əl atmışam ki, yalnız Sənin hifzini bu rüsvayçılıqların qarşısında pərdə salsınlar. Bu özünə görə Səndən xəcalətli, özünə qarşı qəzəbin və Səndən razı qalan kimsənin məqamıdır, beləliklə pərişan könül, başı aşağı, arxası günah yükü ilə ağırlaşmış halda Səninlə üz-üzə dayanmış, Sənə qarşı ümid və qorxu ilə dayan-mışdır, ümid edilməyə ən layiqli kimsə Sənsən, itaət edilməyə v əqorxmağa ən layiqli də Sənsən.
İlahi, belə olduğu təqdirdə ümid etdiyim şeyləri mənə bəxş et, qorxuduğum şeydən mənə aman ver, rəhmətini halıma and et ki, Sən hacət istənilənlərin ən kəramətlisisən.
İlahi, indi ki, məni Öz əfvini pərdəsi ilə örtdün, və fani bu dünyada görənlərin gözü önündə məni Öz bəxişişində qərq etdin, məni axirət dünyasında mələklərin hazır olanların, peyğəm-bərlərin, şəhid və siddiqlərin, salehlərin gözləri önündə rüsvay olmaqdan pənah ver;
İlahi, eyblərimi gizlətdiyim qonşu və qohu-mumdan xəcalət çəkirdim, eyblərimin üzərinə pərdə çəkməklərinə e’timadım yox idi, və sənə e’timad etdim, ey mənim Rəbbim, ki məni əfv edə-sən, Sən e’timad edilənlərin ən yaxşısısan, üz gətirənlərdən ən üstün bəxşiş edənsən, rəhməti istənilənlərdən hamıdan çox rəhm edənsən, belə isə mənə rəhm et. İlahi! Sən məni dəyərsiz su halında bir-birinə yapışmış sümüklər arasından, yollar çox dar yerdən pərdələrlə örtdü-yün dar bir rəhimə axıtdın, bu zaman məni bir haldan başqa bir hala saldın. Sonra surətin kamilliyinə yetirdin, bədənimdə əzalar qərar verdin, kitabında vəsf etdiyin kimi: Nütfə, sonra laxtalanmış qan, ondan sonra ət, sonra sümüklərin düzəlişi, sonra sümükləri ətlə örtdün, sonra məni istədiyin başqa bir mərhələyə yetirdin, və Sənin ruzinə ehtiyac duyduqda lüt’fünün yardı-mından ehtiyacsız olmadıqda mənim üçün ruzi hazırladın və o yemək içməyin qalanını məni bətnində yerləşdirdiyin kənizinin vasitəsiylə mənə yetirdin. Və əgər məni -ey mənim Rəbbim –belə bir hallarda öz tədbirimə boşlasaydım, yaxud öz gücümdən istifadə etməyə çarəsiz etsəydim Həqiqə-təndə hədəfə yetişmək yolu məndən uzaqlaşar güc və qüvvətim məndən çəkilərdi, belə bir halda öz lütf və ehsanınla əməli saleh və ürəyi yanan kimsə kimi mənə yemək verdin və bütün bu ehsanlarını yetdi yim bu vaxtınadək mənim haqqımda özfəzilətindən yerinə yetirsənə sənin xeyrindən məhrum olmuram, ne’mətlərinin yaxşılığı mənim haqqımda tə’xirə düşmür, bütün bunlarla belə Sənə olan e’timadım möhkəmləşmir ki, Sənin yanında mənə daha faydalı olanı sə’y göstərim, yəqinimin zəif olmasında və pis gümanına görə şeytan cilovumu öz əlinə almışdır, buna görə də onun mənə qarşı pis rəftarından və nəfsinin o qorxunc məxluqdan itaət etməsindən şikayətim vardır, onun mənə qalib gəlməsindən sənə pənah gətirirəm, onun hiyləsini məndən qaytarmaq üçün sənə namə edirəm, və səndən istəyirəm ki, ruzi ələ gətirmək üçün məndən ötrü olan bir yol qərar versən.
Beləliklə böyük neymətlərini başladığın üçün, ehsan və neymətlərinə şükr etməyi ilham etdiyin
üçün Sənə həsid olsun. Belə isə Muhəmməd və onun soyuna salam yetir və ruzi işini mənə asan et, mənim üçün təyim etdiyinə qane et, mənə qismət etdiyin payıma görə razı et, cism və
ömründən sərf olunanı öz itaətinin yolunda hesab et ki, Sən, ruzi verənlərin ən yaxşısısan.
İlahi, etdiyin günaha görə cəza verəyəcəyin oddan Sənə pənah gətirirəm, razılığından üz döndərənə və’d etdiyin oddan Sənə pənah gətirirəm, nuru qarnlıq, mülayimi ağır,
uzağı yaxın olan oddan Sənə pənah aparıram bə’zisi bə’zisini yeyən oddan, bir hissə o biri
hissəsinə hücum edən, sümüyü çürüdən, sakinlərini qaynar su ilə sirab edən, zar edənlərə rəhm
etməyən, ondan mehribanlıq istəyənlərə mehri-banlıq göstərməyən oddan Sənə pənah aparıram, o od qarşısında təslim olanın əzabını əskiltməyə qüdrəti çatmayan oddan, öz sakinləri ilə ən şiddətli, ən ağır cəza ilə rəftar edən oddan. Və ağzını açan əqrəblərindən, çalan ilanlarından, sakinlərinin qarın-bağısaqlarını parçalayan içkisi olan, ürəkləri qoparan sudan Sənə pənah aparıram. Səndən məni o oddan qoruyub ondan geri atan yollara hidayət etməyini diləyirəm.
İlahi, Muhəmməd və onun soyuna salam yetir, və Öz lütf və ehsanınla mənə o oddan pənah ver, gözəl tərzdə göz örtməyinlə xətalarımdan keç, və ey pənah verənlərin ən yaxşısı, məni rüsvay etmə. İlahi, Sən bəndələrini xoşagəlməz şeylərdən qoruyursan, yaxşılığı əta edirsən, istədiyin hər şeyi yerinə yetirirsən, Sən hər eyə qadirsən.
İlahi, Muhəmməd və onun soyuna gecə-gündüz get-gəldə olanadək, sonu olmayan hesaba
gəlməyən, fəzanı pərakəndə edən, yeri və göyü doduran bir salam yetir, Alalhı razı qalanadək ona salam yetirsin, o razılıqdan sonra Allaha ona və onun soyuna salam yetirsin, son həddi olmayan bir salam, ey rəhm edənlərin rəhm edəni.
33-cü dua: O Həzrətin Allahdan xeyir diləməsi
Ey mənim Rəbbim, (hər şeydən xəbərdar olan) elminə xatir Səndən xeyir istəyirəm, belə isə
Muhəmməd və onun soyuna salam yetir və haqqımda xeyrirə hökm ver, bizim üçün ixtiyar
etdiyini tanımağı bizə ilham, et, onu bizim üçün qəzana razı qalmağımıza, hökmünə təslim
olmağa səbəb qərar ver, belə olduqda şəkki bizdən uzaqlaşdır, bizi ixlasların yəqini ilə təsdiq et, bizi bizlərə ixtiyar etdiyin mə’rifətdə geri qalmağa qoyma ki, Sənin qüdrətinə yüngül sayaq,
yaxud da razı qalacağın şeyi bəyənməyək, yaxud da gözəl aqibətdən uzaq və əmin-amanlığın
əksinə olan şeylərə nail olmayaq. Qəzavü-qədərindən xoşlamadığımız şeyi bizə sevdir, hökmündən çətin saydığımızı bizə asan et, iradən üzrə bizə yönəltdiyin şeylərə boyun əyməyi bizə ilham et ki, tə’xirə salacağın şeyi tə’cil edib, tə’cil edilən şeyi tə’xirə saldığını sevməyək və sənin sevdiyin şeyi bəyənməkdə və sənin bəyənmədiyini sevməməkdə bizə yardım et.
İşimizi aqibət baxımından ən gözəl, malə ən üstün olanla sona yetir ki, Sən çox gözəl bəxşişlə
mərhəmət göstərirsən, böyük ne’mətlər bağışlayırsan, Sən istədiyini yerinə yetirirsən və sən hər
şeyə qadirsən.
34-cü dua: O həzrətin çətinliyə düşüb, yaxud kimi isə çətinlikdə rüsvay olduğunu gördüyü zaman etdiyi duası
İlahi! Həmd olsun Sənə ki, görür və pərdə örtürsən, bilirsən və əfv edirsən, çünki bizlərdən hər
hansımız pisliklər törətməyə qalxdısa rüsvay etmədin, pis işlərə əl atdı, lakin xar etmədin,
gizlində alçaq əməllər törətdi və Sən faş etmədin. Nə çox pisliklərə bulaşdıq, nə çox əmrlərin ki, onunla bizə qadağan etdin və biz ondan təcavüz etdik ki, nə çox pisliklər qazandıq, nə çox günahlar ki, yerinə ytirməyə qalxdıq, halbuki Sən görənlərdən ona daha agah idin, lakin Sənin əfvin bizim üçün onların gözləri önündə pərdə, qulaqları üzərində bir sədd idi. Beləliklə eyblərin bu örtülməsini, fəsadların gizi saxlanmasını bizim üçün ibrət, pislikdən saxlayan, günahlara bulaşmamaq üçün, günahı aradan aparan tövbə yolunu keçməyə və bəyəndiyin yolu ötməyə bir vasitə qərar ver, bu zamanı ötməyi yaxınlaşdır, bizi Özündən qəflətə dalmağa düçar etmə, çünki biz Sənə sarı meylli, günahdan dönənmərik.
İlahi, yaratdıqlarının arasından seçdiyin başqa bəndələrindən üstün və pakizə olan Muhəm-məd və onun soyuna salam yetir və əmr etdiyin kimi bizi onların göstərişlərinə müt’i qərar ver.
35-ci dua: O Həzrətin dünya sahiblərinə nəzər saldıqda etdiyi duası.
Hökmünə razılıq ünvanı ilə Allaha həmd olsun, şəhadət verirəm ki, Allah bəndələrinin mənşətini ədalətlə böldü, bütün məxluqatı haqqında lüğf və ehsan yolunu seçdi.
İlahi, Muhəmməd və onun soyuna salam yetir və onlara (dünya əhlinə) verdiyin şeylərlə məni
imtahan etmə, məndən saxladığın şeylərlə də onları imtahana çəkmə ki, birdən onlara həsəd aparım, yaxud Sənin hökmünü yüngül sayım.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və məni qəzavü-qədərinə şad et,
hökmün olan işlərə sinəmi genişləndir, mənə yəqin nəsib et ki, onun səbəbi ilə iqrar edim ki,
Sənin qəzavü-qədərin xeyrindən savayı başqa bir şeyə cari olmamışdır, məndən aldığın şeylərə
etdiyim şükrü mənə mərhəmət etdiyin şeylərin şükründən daha çox qərar ver, məni yoxsula xar, dövlətliyə üstün baxmaqdan hifz et, çünki ən üstün o kəsdir ki, Sənə itaət onu əziz etmiş və əziz o kəsdir ki, Sənə ibadət ona izzət vermişdir.
Belə isə Muhəmməd və onun soyuna salam yetir və tbizi fənaya getməyən sərvətlə bəhrəmənd et, daimi izzətlə qüvvətləndir, əbədi müædə seyr etdir, çünki Sən vahid, yeganə, ehtiyacsızsan, övladın yoxdur və kimsənin övladı deyilsən, Sənin tayın, bərabərin yoxdur.
36-cı dua: O Həzrətin buluda və ildırıma nəzər salıb göy gurulutusunu eşitdikdə etdiyi duası
Ey mənim Rəbbim, həqiqətən də bunlar Sənin nişanələrindən ikisi, xidmətlərindən ikisidir ki,
Sənə itaət etməklə fayda verən rəhmətinə, yaxud zərərli cəzana sarı tələsirlər, belə isə o ikisi ilə
bizə əzab yağışı yağdırma, onlarla bizə bəla libası, geyindirmə.
İlahi, Muhəmməd və onun soyuna salam yetir və bu buludların fayda v bərəkətlərini bizə nazil et, zərər və əziyyətini bizdən uzaqlaşdır, onunla bizə bəla toxundurma, məişətimizə ziyan yetirmə.
Ey mənim Rəbbim əgər bu buludu cəza üçün qaldırmısansa, qəzəbindən göndərmisənsə, belə
olduqda qəzəbindən Sənə sarı nalə edirik.
Belə isə qəzəbini müşrüklərə sarı yönəlt, cəzanı dinsizlərə qarşı hərəkətə gətir.
İlahi, məmləkətlərimizin quraqlığını suvarmanla aradan apar, qəlblərimzin vəsvəsəlirini Öz
ruzinlə aradan çıxart, bizi Özündən başqasına məşğul etmə, Öz yaxşılığını bizim hamımızdan
uzaqlaşdırma, həqiqətən də ehtiyacsız o kəsdir ki, Sən onu ehtiyacsız edəsən, sağlam o kəsdir ki, Sən onu qoruyasan, sağlam o kəsdir ki, Sən onu qoruyasan, heç kəs Sənin qarşında özünü
müdafiə edə bilməz, kimsə önündə müqavimət göstərə bilməz, hər şeyə və hər kəsə istəsən hökm edərsən, iradə etdiyini hər kəsə iradə etsən göstəriş verirsən.
Belə isə bizi bəladan qoruduğun üçün Sənə həmd olsun, bizə lütf etdiyin ne’mətlərə görə Sənə
şükr olsun, bir cür halda ki, həmd edənlərin tə’riflərini geridə qoysun, göyü və yeri dolduran bir həmd. həqiqətən də böyük fəxrlərin ne’mət sahibi Sənsən, böyük ne’mətləri verən, dəyərsiz
təşəkkürü az şükrü qəbul edən, bol bəxşiş edəsən, Səndən savayı bir Allah yoxdur, hamının
qayıdışı da Sənə sarıdır.
37-ci dua: O Həzrətin şükrü yerinə yetirməsində etdiyi təqsirə e’tirafı
İlahi, şükr etməkdə kimsə bir həddə yetsə dərhal Sənin ehsanın onu başqa bir ne’mətə şükr etməyi lazım bilər, çox sə’y etsə belə bir yerdə çatmaz, məgər lütfünə layiq olduğunun qarşısında təqsirkardır, buna görə də ən çox şükr edən bəndələrin Sənə itaətdə xətakardırlar, kimsə layiq deyil ki, ləyaqəti ola-ola onu bağışlayasan, yaxud da ləyaqəti varikən ondan razı qalasan, beləliklə hər kəsi əfv etsən onun barəsində ehsan etmisən, hər kəsdən razı qalsan lütfün sayəsindədir, az əməli əgər qəbul edərsənsə fəzlindən qəbul etmisən, müxtəsər ibadətə muzd verirsən, guya bəndələr mükafatını vacib bildiyin əməldə qüdrətin qarşısında itaətsizlik edə bilərmişlər və buna görə də onları əcr verirsən, yaxud elə bil o şükrün səbəbi Sənin əlində deyilmiş və buna görə onlara mükafat vermisən, bəlkə ey mənim Rəbbim,- onlar sənin ibadətinə sahib olmazdan öncə onların işlərinə sahib olmusan, muzdlarını itaət etməzdən öncə hazırlamısan, çünki Sənin işin mükafat vermək, adətin ehsandır, yolun əfv və bəxşişdir;
Buna görə də bütün yaranmışlar e’tiraf edir-lər ki, hər kimə cəza versən haqqında zülm etməmisən, və şəhadət verirlər ki, hər kəsi bağış-lasan onun haqqında lütf etmisən, hamı layiq olduğun şey önündə müqəssir olduqlarına e’tiraf edir.
Buna görə də əgər Şeytan onları Sənə itaətdən aldatmasa heç bir üsyankar sənə qarşı xəta
törətməz, əgər Şeytan batili onların öözündə haqq kimi cilvələndirməsə heç bir azğın sənin
yolundan azmaz, beləliklə Sən paksan, Sənə üsyan edib itaət edənlə sövdəndə ucalığın necədə
aşkardır, Sənə müt’i olana Özünün hazırladığın şeyin müqabilində mükafat verirsən, Sənə qarşı üsyan edənə cəza vermək əlində ola-ola ona möhlət verirsən, onların hər ikisinə layiq olmadıqları ne’məti bəxş etmisən, hər ikisənə əməllərinin ona çatmadığı şeyləri ehsan etmisən. əgər müt’i olanı qoyduğun şeyin öhdəsinə buraxsaydın savabını əldən vermək, ne’mətinin zay
olmaq qorxusu var idi lakin sən öz kərəminlə əldən gedən və qısa müddətin əvəzində, tez ötüb
keçən bir zaman qarşısında ona sonsuz müddətlə əbədi bir mükafat verdin, sonra səbəbi ilə
süfrəndən itaətinə güc tapsın deyə yediyi ruzisi ilə tam dəqiq hesabat aparmadın, əgər Sənə müt’i olanla belə bir rəftar etsəydin, onun Sənin ən kiçik ne’mət və bəxşişinin qarşısında çəkdikləri zəhmətin hasili əldən gedərdi, sair ne’mətlərinə görə müqəddəs dərgahında girovda qalardı, belə isə nə vaxt savabına ləyaqətli olmuşdur?
Xey! Heç vaxt!!
Ey mənim Rəbbim – Sənə itaət edib ibadət edənin halı budur.
Lakin Sənə itaətsizlik edib qadağan etdiyinə bulaşanın intiqamına tələsmədin ki, bəlkə sənə
itaətsizlik etməkdən itaətə qayıda, halbuki etdiyi ilk günahında bütün bəndələrinə hazırladığın cəzalara layiq omuşdur, beləliklə ondan tə’xirə saldığın hər bir əzaba görə və gecikdirdiyin hər bir cəza Sənin mütləq haqqındır ki, ondan vaz keçirsən, layiq olduğundan azına razılıq verirsən belə isə –ey mənim Rəbbim – Səndən daha kəramətli kimdir?
Sənə müxalifət etməklə həlak olandan daha bədbəxt kimdir?
Xeyr! Heç kəs!!
Belə isə Sən yalnız yaxşılığınla vəsf edilməkdən daha ucasan, yalnız ədalətinə görə Səndən
qorxmaqdan daha münəzzəhsən,
Səndən günahkara cəfa etmək qorxusu duyulmur; ibadəti ilə Səni razı salanın mükafatını ödəməmək qeyri-mümkündür, Belə isə Muhəmməd və onun soyuna salam yetir və mənim arzumu həyata keçir, mənə olan hidayətini bir cür artır ki, onun səbəbi ilə öz işimdə yardım tapım, çünki Sən, bəxşiş edənsən , kəramət sahibisən.
38-ci dua: O həzrətin məzlumlardan və insanların haqqında səhlənkarlığa yol verdiyində üzr istəməsi və oddan nicat diləməsi
Ey mənim Rəbbim, hüzurumda bir məzluma zülm edilərkən ona yardım etmədiyim üçün Səndən üzr diləyirəm, haqqımda edilən yaxşılığın şükrünü əmələ gətirmədiyim üçün, məndən üzr istəyib üzrlərini qəbul etmədiyim üçün, məndən istəyi olan fəqirdən öz istəyimi üstün bildiyim üçün, mö’minin öhdəmdə qalıb ödəmədiyim haqqına görə, eybi mənə aşkar ikən mö’minin eybini gizlətdiyim üçün, qarşıma çıxıb mənimdə ondan uzaqlaşma-dığım hər bir günaha görə Səndən üzr diləyirəm.
İlahi! Bütün bunlardan və bunlara bənzər şey-lərdən Səndən peşimanlıqla pərişan könüllə üzr
diləyirəm, bir üzr ki, məni gələcəkdə bu kimi işlərdən saxlasın. Belə isə Muhəmməd və onun soyuna salam yetir və düçar olduğum xətalara olan peşmanlığımı qarşıma çıxan günahları tərk etməyi alacağımı mənim üçün tövbə qərar ver ki, Sənin eşqinə səbəb olsun , ey tövbə edənləri sevən!
39-cu dua: O həzrətin əfv və rəhmət diləməsi
İlahi! Muhəmməd və onun soyuna salam yetir və hər bir harama olan şəhvətimi sındır, hər bir
günaha olan şiddətli meylimi qaytar, məni hər bir mö’min kişi və qadını incitməkdən saxla.
İlahi! Hər bəndə ki, ona haram etdiyin işi mənim barəmdə görmüş, yaxud abrımın qorunmasına əmr etdiyin halda onu tökmüşsə, belə olduqda mənə zülm etdiyi halda ölmüş , yaxud dünyada ikən öhdəsinə qalmışsa, mənə etdiyi zülmə görə onu əfv et, əlimdən aldığı haqqıma görə onu bağışla, mənim barəmdə etdiyi işdən ötrü onu məzəmmət etmə, məni incitdiyinə görə onu rüsvay etmə və mənim onlara olan bu əvəzsiz bəxşişimi onlar qarşısında əvəzsiz sədəmi sədəqə verənlərin ən gözəl sədəsi, Sənə yaxınlaşmağa ən üstün əməl
qərar ver, onlara bağışlamağımın əvəzində mənim mükafatımı əfv, onlara etdiyim duamı məndən ötrü rəhmət qərar ver ki, bizdən hər birimiz sənin lütfün səbəbinə xoşbəxt olaq, Sənin ehsanıla hər birimiz nicat tapaq.
Ey mənim Rəbbim, mənim tərəfimdən hər hansı birbəndənə zərər yetmişsə, yaxud məndən ona ziyan dəymişsə, məndən, yaxud da mənim vasitəmlə ona bir zülm yetmişsə, haqqını zay edib hüququnu əlindən almışamsa, belə isə Muhəmməd və onun soyuna salam yetir və öz dövlətinlə onu məndən razı sal, haqqımı öz yanından ödə o zaman məni hökmünlə layiq görüldüyüm ədalətinin tələbi olan cəzadan saxla, çünki mənim sənin əzabına dözə biləcək bir taqətim yoxdur, qəzəbinə səbr edə bilmərəm, çünki mənə haqq üzrə əvəz versən həlak edərsən, əgər rəhmətini mənə nəsib etməzsənsə məhv edərsən.
İlahi! Səndən elə bir şey istəyirəm ki, -ey mənim Rəbbim- onu bəxş etmək Səndən heç nəyi
azaltmaz, elə bir yükün götürülməsini istəyirəm ki, onu götürmək Sənə ağır deyildir. İlahi! Səndən nəfsi-mi mənə bağışlamağını diləyirəm, onu vasitəsi ilə şərdən uzaqlaşmaq üçün xəlq etməmisən, yaxud da əlinə bir xeyir gəlsin deyə yaratmamısan, lakin bu nəfsə yaratdın ki, onun kiminsə olan qüdrətini aşkar edəsən, özü kimi birisinə dəlil və höccət olsun. Mən Səndən yükünün ağırlığı altında qaldığım günahlarımı üzərimdən götür-məyini istəyirəm, ağırlığı məni dizüstə çökdürən şeylərdə Səndən yardım istəyirəm. Belə isə Muhəm-məd və onun soyuna salam yetir və özünə zülm etdiyi üçün nəfsimi əfv et, ağır yükə dözmək üçün sal ki, rəhmətin nə çox pislərin dadına yetmiş, əfvin nə çox zülmkarlara nəsib olmuşdur, belə isə Muhəmməd və onun soyuna salam yetir və xəta-kar olaraq yıxılarkən kəslərin önündə dirçəlt-diyin azad etdiyin kimsələrdən qərar ver ki, bəx-şişin sayəsində qəzəbinin əsirliyindən azad olan-lardan, ehsanınla ədalətindən can qurtaranlar-dan olum. İlahi, əgər Sən belə etsən, bu lütfü əzabına layiq olduğunu inkar etməyən, bir kəsin haqqında etmisən, özünü Sənin məzəmmətindən kənarda bilmir.
İlahi, bu rəftarın o kəsin haqqında edirsən ki, Səndən qorxusu Sənə olan tamahından çoxdur,
azadlığı ümid nicatından ümizsizliyi daha möhkəmdir, ümidsizliyi Sənin rəhmətindən mə’yus
olmağına, yaxud tamahı kərəminə məğrur olmaqdan deyil, lakin bu ümidsizliyi günahlar içrə
yaxşı əməllərinin az olmasından, öhdəsində olan vəzifələri yerinə yetirməməsində olan
dəlillərinin zəifliyindədir. Lakin Sən-ey mənim Rəbbim-layiqsən ki, doğrular sənə qarşı məğrur olmasınlar, günahkarlar Səndən ümidlərini üzməsinlər, çünki Sən, ehsanını heç kəsdən əsirgəməyən ulu bir xaliqsən, öz haqqını kimsədən tam almırsan, Səni yad etmək başqalarını yad etməkdən üstündür, adların daha münəzzəhdir ki, mənsub olanlar onunla adlansınlar, bütün məxluqat içrə ne’mətin yayılmışdır, belə isə bütün bu bəyan olanlarla həmd Sənə məxsusdur, ey aləmlərin Rəbbi.
40-cı dua: O Həzrətə kimsənin ölüm xəbəri yetdikdə, yaxud ölümdən yad olunduğu zaman etdiyi duası
O Həzrətə kimsənin ölüm xəbəri yetdikdə, yaxud ölümdən yad olunduğu zaman etdiyi duası
İlahi, Muhəmməd və onun soyuna salam yetir və bizi uzun arzulardan saxla, gözəl əməllərlə
arzularımızı qısalt ki, bir saatı o biri saata ruzi dalıyca başqa nəfəsin gəlməsini arzu etməyək, bizi arzuların hiyləsindən amanda saxla, pisliklərindən qoru, ölümü gözlərimiz önündə cilvələndir, ölümü yad etməyi bə’zi hallarda xatirimizə gətirmə (həmişə ölüm fikrimizdə olsun) əməllər içrə bizim üçün gözəl bir əməl qərar ver ki, onunla Sənə olan qayıdışı (bütün sür’əti ilə belə) zəif sayaq, Sənə yetişmək üçün ona hərislik göstərək, bir cür ki, bizim ölüm ünsiyyət tapdığımız bir yer, şövq bəslədiyimiz ülfət mərkəzi olsun. Yaxınlığını sevdiyimiz yaxın qohum olsun belə isə hər zaman bizə ölüm nazil etsən bizi onu görməklə xoşbəxt et, bizə yetişdikdə onu bizə ünsiyyət mayası qərar ver, onun ziyafətində bizi əzab-əziyyətə salma, onu ziyarət etməklə başı aşağı etmə, onu əfv qapılarından biri, Özünün rəhmət açarlarından birisi qərar ver. Bizi hidayət olub azmayanların zümrəsindən, özlərinə ikrahı yol verməyərək təslim olanlardan, günah etməyib! günahda israr etməyən tövbə edənlərdən qərar ver, ey yaxşılıq edənlərin muzduna zamin olan, pislərin əməllərinin islahını istəyən.
41-ci dua: O Həzrətin günahlarının örtülməsini və hadisələrdən salamatlıq diləməsi
İlahi, Muhəmməd və onun soyuna salam yetir və mənim üçün kəramət yatağı aç, rəhmətinə daxil et, öz cənnətinin qəlbində mənə yer ver, məni özündən uzaqlaşdırmaqla xar etmə, günahlarıma görə əzab vermə, rəftarıma görə çətinliyə salma, sirrimi aşkar etmə, elmimi ədalət tərəzisi ilə ölçmə, gizli xəbərlərimi görənlərin gözləri önündə aşkar etmə, aşkar olduqda rüsvayçılığıma səbəb olacaq şeyləri onlardan gizli saxla, məni hüzurunda xar edən şeyləri onlardan məxvi saxla, razılığın sayəsində dərəcəmə şərəf bəxş et, əfvinlə ucalığımı kamilləşdir, məni sağ tərəf sahiblərinin zümrəsinə daxil et, iman yollarına apar, nicat tapanların sırasında qərar ver, salehlərin məclisini mənim səbəbimə abad et. Duamı qəbul et, ey aləmlərin Rəbbi!
42-ci dua: İmam (ə)-ın Qur’anın xətmində etdiyi duası.
İlahi! Sən mənə həyatın aydınlığı olan kitabın tilavətini sona yetirməkdə yardım etdin. Onu Öz tərəfindən nazil edilmiş hər kitaba şahid qərar verdin, oxunulan hər bir sözdən üstün etdin, fürqan edib onun vasitəsi ilə halalla haram arasında ayrılıq saldın. Bu Qur’an Sənin hökmlərini bəyan edən qərar verdiyin bir kitab, onu Öz bəndələrin üçün təfsillə açıldığın bir vəhydir ki, peyğəmbərin Muhəmməd-ki, Sənin salamın ona və soyuna olsun-nazil etdin. Onu bir nur etmisən ki, ona itaət sayəsində cəhalət, azğınlıq, zülmətindən hidayət meydanına yol tapaq, təsdiq üzündən ona qulaq asan kimsəyə şəfa qərar verdin, dili haqqdan qayıt-mayan ədalət tərəzisidir, baxanlar önündə dəlili sönməyən hidayət nuru, möhkəm adətini 78 qəsd edəni azdırmayan nicat bayrağı, ismət ipinə çəng vuran-ları həlakətli pəncələrdən qoruyan bir kitabdır. İlahi, indiki bizə Qur’anı tilavət etməkdə yardım göstərib dilimizin düyünlərini onun gözəl ibarətlərilə açdın, belə isə bizi bu kitabın haqqını layiqli şəkildə riayət edənlərdən, təslim e’tiqadla möhkəm ayələri ilə sənə bəndəlik edənlərdən, mütəşabehlərinə iqrar edərək aydın dəlillərinə pənah apranlardan qərar ver.
İlahi, Sən Qur’anı peyğəmbərin Muhəmmədə (s) (Sənin salamın ona olsun) –icmalla nazil etdin, qəribəliklərinin elmini kamil olaraq ona ilham buyurdun, elmini təfsirlə bizə irs verdin, bizə ondan xəbərsiz olanlardan üstünlük bəxş etdin, ondan agah olmağı bizə mərhəmət etdin ki, onu dərk edə bilməyənlərdən ali məqamda yerləşdi-rəsən.
İlahi, bizim qəlblərimizi onun həqiqətlərini daşıyanlardan qərar verdiyin kimi, şərəf və
üstünlüyünü rəhmətinlə bizə anlatdığın kimi Qur’ana xətib olan ailəsinə salavat göndər! Bizi bu kitabın Sənin tərəfindən olmağına e’tiraf edənlərdən qərar ver ki, qəlbimizə şəkk-şübhə gəlmək, doğru yoldan azmaq yaxamızı tutmasın!
İlahi! Muhəmməd və soyuna salam göndər və bizi Qur’anın möhkəm iplərinə çəng vuranlardan, şübhəli işlərdə bu kitabın pənah yeri olan ayəlinə pənah aparanlardan, onun rəhmət qanadının kölgəsində rahatlıq axtaranlardan, sübh nurundan yol tapanlardan, ağlığının parıltısından, ondan başqa hidayət axtarmayan-lardan qərar ver! İlahi! Onun səbəbiylə Muhəmmədin özünə hidayət cəhəti üçün nişanə etdiyin, o cənabın itrəti ilə Öz razılıq yolunu aydın etdiyin kimi Muhəmməd və soyuna salam yetir və bizim üçün Qur’anı kəra-mətin ən yüksək dərəcələrinə yetişməyə vasitə, bizim salamatlıq yerinə çatdığımız üçün nərdi-van, qiyamət meydanında nicat tapmağımıza səbəb, əbədi qalacağımız evin ne’mətlərinə giriş vasi-təsi qərar ver! İlahi! Onun səbəbiylə Muhəmməd və onun soyuna salam yetir və səbəbiylə günahların ağırlığını bizim çiynimizdən endir, yaxşılıq-ların xoş xasiyyətini bizə ehsan
et, bizi o kəslərin izlərinə itaət edənlərdən qərar ver ki, gecə yarısı, gündüz vaxtı Qur’nı oxuyub əməl etməklə diroi saxlamışlar, onun pak etmə vasitəsilə bizi hər növ bulaşmaqdan pak edəsən onların ardınca yola salasan. Bizi Qur’anın nuruyla açıqlıq axtarmış, uzun-uzadı arzular onları ibadətdən saxlamayan, sehrinin hiyləsi ilə onları həlak edə bilməyənlərin izlərinə düşənlərdən qərar ver! İlahi! Muhəmməd və onun soyuna salam yetir və vəhşətli gecələrin zülmə-tində munisimiz, Şeytanın hiylələrindən, vəsvə-sələrindən gözətçi, qədəmlərimizin günaha sarı hərəkətlərini saxlayan, dilimiz üçün bəyənilmiş deyil batil sözlərdə batmaqdan mane olan, qəflət pəncəsindən fikrimizi açan qərar ver ki, onun əcaiblərinin öyüdlərini, möhkəm dağla-rın yerindən oyandılmazlıq vücuduyla belə ona dözə bilmədikləri başqa məsəlləri bizim qəlbimizə çatdır!
İlahi! Muhəmməd və onun soyuna salam yetir və bərəkətiylə bizim zahiri bəzəyimizə
davamlıq bəxş et, qiyamət cərgəsində orananın istiliyini arıran susuzluq odumuzu onun vasitəsi
ilə söndür. Məşhur olduğumuz vaxt, böyük vəhşətli gündə onun vasitəsi ilə bizə əmin-amanlıq
paltarı geyindir! İlahi! Muhəmməd və onun soyuna salam yetir və bərəkətiylə bizim fəqirliyimizi, yoxsulluğumuzu aradan apar, həya-tın şirinliyini, ruzi genişliyini bizə sarı sövq et, bizi bəyənilməz xasiyyətlərdən, alçaq əxlaqdan uzaq et, küfrün çoxluğundan, nifaq düşüncələ rindən hifz et ki, qiyamət meydanında Qur’ani Məcid bizə Sənin Behiştinə tərəf yol göstərmiş olsun. Bu dünyada Sənin qəzəbindən, Sənin dini sərhədlərindən qədəmlərimizi o yana qoymaqdan saxlasın, Sənin dərgahında halalını halal, haramını haram bilməyimizə şahid olsun!
İlahi! Muhəmməd və onun soyuna salam yetir və Qur’anın bərəkətiylə ölüm vaxtı çətin can
verməyi, nalə etməyin çətinliyini bizə yüngül, asan buyur, həmçinin canlar xır-xıra yetişib
nəfəslər saya düşdüyü: Müalicə edən kimdir? deyilən zaman ölüm mələyi ruhu qəbz etmək üçün gizli pərdələrdən aşkar olar, ayrılığın vəhşət-li oxlarını əcəl kamından canlara tərəf yollayar, ölüm şərbətinin acılığını zəhərlə bulaşmış cam kimi canlara tökər. Bizim o biri dünyaya hərə-kət etməyimiz yaxınlaşar, hər kəsin əməlləri kəndir kimi boynuna həlqə vurar, qəbrlər qiyamətə qədər bizim aramgahımız olarlar!
İlahi! Muhəmməd və onun soyuna salam yetir və çürüklük evinə girişimizi, torpaq qatlarında
qalmağımızın uzunluğunu bizə mübarək et, dünya-dan ayrılıqdan sonra korları bizim ən yaxşı
mənzillərimiz qərar ver, ləhədlərin darlığını Öz rəhmətinlə bizdən ötrü geniş et, qiyamət
meydanın hazır olanları qarşısında bizi həlakedici günahlarımıza görə rüsvay etmə, Qur’anın
bərəkətindən möhkəm et, qiyamət bərpa olmazdan qabaq qəbrlərimizin qaranlığına onunla nur bəxş et, qiyamət gününün hər cür qəmindən, o çətin günün qorxularından, çətinliklərindən bizə nicat ver, zülmkarların üzləri qaralacaq qəm, peşmançılıq günü bizim ürəyimizi ağ et, bizim dostluğumuzu mö’minlərin qəlblərində qərar ver, həyatı bizə ağır etmə!
İlahi! Muhəmməd və onun soyuna salam yetir ki, xəbərini çatdırdı göstərişini, əmrini aşkar etdi, bəndələrinin xeyirxahı idi. İlahi! Muhəmməd və onun soyuna salam yetir və meydanında
məhzərinə ən yaxşı peyğəmbərlərdən qərar ver, Öz yanında şəfaətə olan qüdrətini hamıdan çox et, məqam mənzilətini yanında ən uca, məkanın ən abırlı qərar ver! İlahi! Muhəmməd və onun soyuna salam yetir və kökünə ucalıq ver, dəlilini uca, güclü et. Bizi onun adəti ilə yaşat, onun dinində öldür, onun keçdiyi yolu keçənlərdən qərao ver, onun aşkar sünnəti ilə gedənlərdən et, ona mü’ti olanlardan qərar verib onun zümrəsində məhşur et, onun yanına daxil et, bizi onun camı ilə sirab et! İlahi! Muhəmməd və onun soyuna salam yetir, salam ki, onun səbəbiylə onu Səndən gözlədiyi ən üstün kəramətinə, fəzlinə, xeyrinə çatdırasan,
həqiqətən, Sən, kəramətli ehsan, geniş rəhmət sahibisən! İlahi! Peyğəmbərliyi yerinə yetirməyin, nsanları ayətlərinlə agah etməyin, yolunda cihad edən ən müqərrəb mələklərindən seçilmiş elçilərindən ər birinə verdiyin ən üstün mukafatı ona mərhəmət et! Haqqın salamı rəhmət və ərəkəti olsun ona və pak soyuna!
43-cü dua: O Həzrətin təzə Aya baxdığı zaman etdiyi duası
Ey mü’ti olan məxluq, ey tələsərkən, çalışaraq hərəkət edən, ey müəyyən mənzillərdə get-gəl
edən, ey tədbirin dairəsində yuvarlanan,Sənin səbəbinlə qaranlıqları işıqlandırana, çətinliklə tapılanı aşkar edənə, Səni özünün qalibiyyət nişanələrindən biri edənə, Öz qüdrət işanələrindən biri nişan verənə, bə’zən Səni tam, bə’zən naqis edənə, bə’zən batırıb bə’zən çıxarana, bə’zən nurlu, bə’zən tutqun edənə iman gətirdim.Bütün bunllarda ona təslimsən, o münəzzəhdir, Sənin barəndəki tədbiri necə də qəribədir, Sənin haqqında etdiyi işi necə də dəqiqdir, yeni iş üçün səni təzə ayın açarı etdi, beləliklə səni və məni yaradan, sənin və mənim Rəbbim olan sənə və mənə surət verən, sənin və mənim cilovum qüdrətinin əlində olan Allahdan istəyirəm ki, Muhəmməd və onun soyuna salam yetirsin və səni
bərəkət ayı qərar versin ki, ruzigarın ötməsi onu aradan aparmasına günahların bulaşdırmadığı
pak bir ay etsin, bəlalardan nicat hilalı, pisliklərdən salamatlıq, nəhslikdən uzaq olan xoş tale
hilalı, müsibətsiz xşluq, çətinliksiz rahatlıq, şərsiz xeyir, iman və əmin-amanlıq hilalı, ehsan və
ne’mət, sağlamlıq və islam hilalı olsun.Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın onlara çıxıdığı ən razı kəslərdən qərar ver, o aya baxanların ən pakizəsi, onda Sənin bəndəliyinə çalışanların ən səadətlisi qərar ver. Bu ayda bizə tövbə etməyən mərhəmət et, günahdan qoru, itaətsizliyinə qurşanmaqdan saxla, ne’mətinə şükr etməyimizə ehsan et, bizə sağlamlıq və əmin-amanlıq libası geyindir, tam itaətlə bu aydan bizə olan ne’mətini tamamla, çünki Sən bəxşiş edən, şükrə-tə’rifə layiqsən, Allahın səlatü-salamı olsun Muhəmməd və onun pak, pakizə soyuna.
44-cü dua: O Həzrətin Ramazan ayı yetdikdə etdiyi duası
Özünə həmd etməyən bizə yol göstərən Allaha həmd olsun, həmd etməyə layiq görənə, yol
göstərdi ki, ehsanına şükr edənlərdən olaq, bu işlə bizə yaxşıların mükafatını verənə həmd olsun. Dinini bizə ehsan edənə, bizi dininə seçənə,ehsan yollarında hərəkətə gətirənə həmd olsun. Bu cür etdi ki, lütfü ilə razılığına sarı hərə-kət edək. Bir həmd ki, bizdən qəbul etsin, onun səbəbi ilə razı qalsın. Həmd olsun o Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi, orucluq ayı, İslam ayı, təharət ayı, imtahan ayı,qiyam ayı, bir ay ki, bir ay hidayət nişanələrinin aydınlaşması, haqqın batildən ay seçilməsi üçün onda Qur’anı insanların hidayətinə nazil etdi və bununla ayın başqa aylardan üstün olub ondakı hörmətlərlə bol etdi, beləliklə başqa zamanlarda olan halalları haram etdi, onu əziz tutmaq üçün onda yemək içməyi qadağan etdi, onun üçün müəyyən bir zaman qərar verdi ki, izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul etmir, sonra gecələ-rinin birini başaq bir ayın gecələrindən üstün etdi, və onu Qədr gecəsi adlandırdı ki, o gecə
mələklər və Ruh Pərvərdigarlarının əmri ilə hər bir iş üçün nazil olurlar və cəzası ilə hökm etdiyi istədiyi bəndələrinə o gecə dan yeri ağara-nadək daim bərəkət, əmin-amanlıqdır.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayın üstünlüyünü tanımağı,
onu əziz tutmağı, o ayda haramlardan çəkinməyi bizə ilham et, onda oruc tutub oruc tutub bədən əzalarımızı günahlardan qorumaqda, onları Sənin razı qaldığın yerlərdə işə salmaqda bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlə-rimizlə batilin tamaşasına tələsməyək əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə açılmasın, razılığına səbəb olacaq işdən savayı heç bir iş üçün sə’y göstərməyək, əzabından saxlayacaq başqa şeyləri öyrənməyək, sonra bütün bunları riyakarların özünü göstərməsindən, şöhrət tələblərin şöhrətindən xalis və pak et, bir cür ki, kimsənin bu işdə Səninlə yanaşı şərik etməyək, Səndən savayı ayrı bir məqsədimiz olmasın.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayda beş vaxt namazı vaxtını bildirib hədlərini müəyyən edərək şərtlərini bəyan etdiyi kimi tanımağa agah et, bizi onun dərəcələrinə yetənlərin dərəcəsində rüknlərini qoruyanların zümrəsində,onu öz vaxtlarında yerinə yetirənlərdən, peyğəm-bərin- Sənin səlatü salamın ona və soyuna olsun
açıqladığı kimi, rüku dərəcələrdə bütün ali qaydaları ilə kamil təharəti, ən üstün səmimiyəti ilə
yetirənlərdən qərar ver.
Yardım et ki, bu ayda qohumlarımıza birləşib onlara yaxşılıq edək, qonşularımıza bəxşiş yolu ilə ehsan edək, mallarımızı mubahlardan təmizləyək, zəkat çıxarmaqla onu pak edək, onunla bizdən küsənlə barışıb bizə zülm edənə insaf göstərək, düşmənlə mülayim davranaq, yalnız Sənin düşmənin müstəsna olmaqla, qəlbimiz onunla barışmasın; Bizə yardım et ki, o ayda Sənə
yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə eyblərdən saxla ki, mələklərindən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli bir əməl təqdim etməsinlər.
Ey mənim Rəbbim, Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə başlayana,özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə, yaxud seçdiyin saleh bir bəndəyə and verirəm ki, Muhəmməd və onun soyuna salam yetir və bu ayda bizi övliyalarına verdiyin və’də layiq et, itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə də nəsib et,
rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlara yetənlərin zümrəsində qərar ver.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi tohidində azmaqdan, Səni
sitayiş etməkdə səhlənkarlıq göstərməkdən, dininə şəkk etməkdən, yoluna kor olmaqdan haram
etdiklərinə saymazyana yanaşmaqdan uzaqlaşdır.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın gecələrindən hər
birində bəcşişinlə bəndələrindən azad etdiklərindən, yaxud əfvin onları bağışladıqlarından qərar
ver, bizi Ramazan ayı üçün onun ən yaxşı dostlarından et.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir, və Ramazan ayanın sona yetməsi ilə
günahla-rımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır
ki, bizdən günahlarımızı yumaqla, xətalarımızı pak etməklə bitsin.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və əgər bu ayda azarıqsa Sən bizi
ədəblən-dir, doğru yoldan dönəriksə Sən bizi sabit qədəm et, əgər düşmənin Şeytan bizə rücah
olarsa Sən bizi ondan xilas et.
Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir,
gündüzündə oruc tutmağa, gecəsində Sənin huzu-runda namaz qılıb nalə etməyə, qarşında təslim
olmağa yardım et ki, gündüzü qəflətimizə, gecəsi də təqsirimizə şahid olmasın.
Ey mənim Rəbbim, bizi sağ saxladığın qalan ömrümüzün bütün aylarında belə et, bizi Behiştin
varisi olub orada əbədi qalan bəndələrindən qərar ver, o bəndələr ki, sahib olduqları hər şeyi haqq
yolunda bəxşiş edərlər, halbuki qəlbləri
Rəbblərinə sarı qayıtmaqdan qorxu içindədirlər, xeyrinə tələsənlərdən, bu işlərdə hamıdan öndə
gedənlərdən qərar ver.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və hər vaxt, hər zaman və hər halda
başqa-larına yetirdiyin bir salam ölçüsü ilə, o sala-mın bir neçə bərabəri, bir cür ki, kimsə onu
saya bilməsinə qüdrət tapmasın, həqiqətən də Sən istədiyini edirsən.
45-ci dua: O Həzrətin mübarək Ramazan ayı ilə vidalaşması.
Ey bəndələrinə etdiyin ehsanın əvəzində mükafat istəməyən, əta və lütf göstərməkdən peşiman olmayan Rəbbim. Ey bəndəsinə muzdunu əməlindən ödəyən, ne’mətin layiq olmayan bəndələrinə yetər, əfvin ehsan, cəza verməyin ədalət, cəzan xeyrin özüdür. əgər bəxşiş etsən onu minəttlə bulaşdırmazsan, mərhəmət göstərməməyin zülm üzündən deyil, Sənə şükr edənə minnətdar olarsan, halbuki şükr etməyi ona Sən özün imkan etmisən, Sənə həmd-səna edənə mükafat verirsən, halbuki o sita-yişi Sən özün ona tə’lim vermisən, istədiyin təqdirdə rüsvay edə biləcəyin bəndənin üzərinə pərdə örtürsən, istədiyin halda əsirgəyə bilərkən ehsan edərsən, bir halda ki, hər insan əsirgənil-məyə və rüsvay olunmağa layiqdirlər, lakin Sən bütün işlərinin təməlini lütf əsasında qoymusan, qüdrətin əfv etmək əsasında qərar vermisən, Səninlə müxalifətə qalxana mülayimliklə qarşı-laşırsan, özünə zülm edənə möhlət verirsən, səbr
edib mülayimliyinə özün möhlət verirsən ki, Sənə sarı qayıtsınlar, günahları cəza verməkdə tələsmirsən ki, tövbə etsinlər ki, onlardan həlak olan-lar Sənin razılığın olmadan həlak olmasın, bədbəxtləri ne’mətinlə qara bəxt olmasın, məgər ki, bəhanəni kəsib onlara olan hərtərəfli höccəti sona yetirməkdən sonra, bütün bu əfv əvəzində ehsan Sənin lütfündəndir, ey kərim olan Allah. Bəndələrinin üzünə bəxşişinə saı bir qapı açan Sənsən, onu tövbə qapısı adlandırmısan, açıq qapıya öz vəhyinlə bir yol göstərən qərar vermisən ki, onu itirməsinlər,adın uca və mübarəkdir Sən özün buyurmusan: Bir daha günaha sarı dönməməklə Rəbbində sarı
qayıdın ki, bəlkə Allah sizin günahlarınızdan keçib sizi ağacları altından çaylar axan bağlara nail etsin; O gün Allah peyğəmbər və ona iman gətirənləri xar etməz, halbuki nurları önlə-rindən və sağ tərəflərindən nur parladığı halda deyərlər: Ey Rəbbimiz, nurumuzu kamil et, bizi əfvinə nail et ki, Sən, hər şeyə qadirsən. Belə isə qapısı açılıb dəlili üzə çıxarılarkən o evə girməkdən qəflət edənin üzrü nə olacaqdır?
Sənsən ki, bəndələrinlə etdiyin sövdədə Öz bəxşişinə artırmısan ki, aparsınlar, Sənə sarı hərəkətdə kama yetsinlər, Səndən daha çox bəhrə-mənd olsunlar, elə buna görə də Sən özün-adın mübarəkdir, çox ulusan-buyurmusan: «Hər kəs yaxşılıq edərsə on bərabər əvəzi olacaqdır və hər kəs pislik edərsə onun mislindən artıq cəza görməz»-həmçinin buyurmusan: «Mallarını Allah yolunda infaq edənlərin məsəli hər budaqda yeddi sünbül gətirən dənə kimidir ki, hər sünbül gətirən dənə kimidir ki, hər sünbüldə də yüz dənə vardır və Allah istədiyi kimsə üçün onu bir neçə qat artırar»
Və buyurmusan: «Allaha gözəl borc verən kimidir ki, Allah da onu bir neçə qat artırsın?»
Yaxşı əməlləri bir neçə qat artırmağın barədə verdiyin və’d və bu kimi misallar Qur’anında çox
yerlərdə nazil etmisən, qeybindən söz salmağınla, faydalarına rəğbətləndirdiyinin səbəbi ilə onları elə şeyə hidayət etmisən ki, əgər onlardan gizli saxladığın gözləri dərk etməz, qulaqları
anlamazdı, fikirləri ona yetməzdi çünki buyurmusan: «Məni yad edin ki, Mən də sizi yad edim, Mənə şükr edin və nankor olmayın» və buyurmusan: «əgər şükr etsəniz Sizə olan ne’mətlərimi artıracaqağam, əgər küfr etsəniz, həqiqətən də Mənim əzabım şiddətlidir». Və buyurmusan: «Məni çağırın ki, dualarınızı qəbul edim, Mənə ibadət etməyə təkəbbür
göstərənlər tezliklə xar və zəlil halda Cəhənnəmə girəcəklər». Belə olduqda dua və raz-niyazı ibadət, onu tərk etməyi təkəbbürlük adlandırmısan və duanın tərk edilməsi ilə zəlil və rüsvayçılıqla Cəhənnəmə girməklə qorxutmusan. Buna görə həqiqi bəndələrin ne’mətinlə Səni yad etdilər, bəxşişinlə Sənə şükr etdilər, əmrinlə dua etməyə qalxdılar, bol bəxşişini almaq xatirinə sədəqə verdilər, onların Sənin qəzəbindən yeganə xilas yolu, razılığına yetmək üçün bir yol var idisə onda idi. Və əgər bir məxluq başqa bir məxluqu sənin öz bəndələrinin hidayət etdiyin kimi hidayət etsəydi ehsan sahibi kimi şöhrət tapar, bəxşiş və əta sahibi kimi məhşur olardı, və hər bir dildə ona həmdsəna edib tə’riflər deyərdilər;
Belə olduqda imkanı oluncaya qədər Sənə həmd olsun, Sənə həmd üçün söz tapılanadək, həmdə dönən bir mə’na qalanadək. Ey ehsan və lütfünlə bəndələrini həmdə çağıran, onları Öz bəxşiş ilə qərq edən, Sənin bizdə olan ne’mətin necə də aşkar və geniş yayılmışdır!
Bir olan ehsanın necə də boldur! Bizə olan yaxşılıqların necə də xüsusidir!
Bizi seçdiyin dinə hidayət etdin, bəyəndiyin şəriətə yol göstərdin, rahatladığın yolun yolçusu
etdin, dərgahında yaxınlaşmağa kəramətinə yetişməyə olan yola bizə bəsirət nəsib etdin. Ey mənim Rəbbim, Sən o vəzifələrin ən safını, vacib olan işlərin ən üstün olanını Ramazan ayı
qərar verdin ki, onu sair aylar arasından seçdin, bütün zaman və əsrlər arasından ixtiyar etdin, ilin bütün vaxtlarından fəzilətli etdin, onda Qur’an və nur nazil etdiyin üçün, bu ayda imanı bir neçə bərabər etdiyinə görə, onda oruc tutmağı vacib buyurub o ayda gecəni oyaq qalmağa rəğbətləndirib, min aydan üstün olan Qədr gecəsini onda qərar verdiyin kimi bizə də keçmiş
ümmətlərindən üstünlük verdin, lütfü sayəsində bizi bütün millətlər arasından seçdin, beləliklə
Sənin əmrinlə gündüzünü oruc tutduq, gecəsində Sənin yardımınla ibadətə qalxdıq, oruc və
namaz ilə bizə hazırladığın rəhmətini tələb etdik, onu Sənin savabına yetirməyə bir vasitə qərar
verdik və Sən bəndələrinin rəğbət gösərdikləri şeyə qadirsən, lütfündən istəniləni bəxş edərsən, Sənə yaxınlaşmaq istəyənə yaxınsan. Həqiqətən də bu ay bizim yanımızda bəyənilmiş, bizimlə 89 sevilən həmnişin idi, bizim üçün aləmin ən üstün mənfətini sovqat gətirdi, vaxtın sona çatıdığı zaman, müddətin bitdiyi, günlərinin tamamlaş-dığından sonra bizdən ayrıldı, indi onunla vidalaşırıq, hicranı qəmimizi artıran bir kəslə vidalaşdığımız kimi, üz çevirməyi bizi vəhşətə düçar etdiyi halla və bizim üzərimizdə qırılmayan bir əhdi, hörmətinə diqqət yetirməyimiz, haqq və lazımdır və buna görə də deyirik:
Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə.
Ey vaxtlar içrə ən kəramətli həmnişin, ey gün-lər və saatlar arasında ən üstün ay, salam olsun
sənə. Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə.
Ey məqamı böyük olan həmnəfəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə, ey ümid mayası,
ey ayrılığı çətin olan.
Ey üz gətirdikdə bizi şadlandıran munis, ötdükcə qorxunu v əzablı olan ay, salam olsun sənə.
Ey qəlblər sənin yanında yumşalan, günahlar səndə azalan ay, salam olsun sənə.
Ey Şeytanla mübarizədə bizə yardımçı olan, ehsan yollarını hamar və asanlaşdıran ay, salam
olsun sənə. Allah tərəfindən səndə azad olanlar nə çoxdur, nə xoşbəxtdir o kəsi ki, sənin vasitənlə hörmətin riayət etdi, salam olsun sənə çoxlu günahlarımızı əməl dəftərimizdən yuyub çoxlu eyblərimizi örtən ay, salam olsun sənə. 90 Zamanı günahkarlara çox olan, mö’minlərin qəlbində böyük heybəti olan ay, salam olsun sənə. Heç bir zamanın onunla müqayisə oluna bilmədiyi ay, salam olsun sənə. Söhbəti xoşagəlməz olmayan, üzləşməyin əzəmətsiz olan ay, salam olsun səən. Bərəkəti ilə bizə gəlib günahlarımızın pisliklərini əməl dəftərimizdən silən ay, salam olsun sənə. Səninlə vidalaşmağımız yorğunluq üzündən olmayan, orucundan ayrılmağımız usanmağımızdan olmayan ay, salam olsun sənə. Gəlməzdən öncə arzusunda olduğumuz getdiyindən sonra hicranından qəm-qüssəsində olduğumuz ay, salam olsun sənə.
Nə çox pisliklər vasitəsi ilə bizdən aralı düşüb, bir çox yaxşılıqları bizə sarı yönəldən ay, salam
olsun sənə. Salam olsun sənə və min aydan xeyirli olan Qədr gecəsinə. Salam olsun sənə, və min aydan xeyirli olan Qədr gecəsinə. Salam olsun sənə, dünən necə də sənə qarşı könül vermişdik, sabah sənə necə də şövq bəsləyəcəyik. Sənə və məhrum olduğumuz fəzilətinə salam olsun, bizdən alınan keçmiş bərəkətlərinə!
Ey mənim Rəbbim, onu dərk etməkdə bizə yardım göstərdin, bəxtlərinin pisliyindən fəzilətindən məhrum olan halda bizə vasitəsi ilə şərəf verdiyin mə’rifətinə bizlərə üstünlük verdiyinin ixtiyar sahibi sənsən, adətlərini bizə göstərdin, bizdə sənin köməyinlə onda namaz qılıb oruc tutmağa başladıq, onda çoxu azı yerinə yetirdik.
Ey mənim Rəbbim, pisliklərimizə, səhlənkarlığı-mıza iqrar etdiyimiz halla sənə həmd olsun, bir
halda ki, qəlbimizdə qəti məzəmmət, dillərinmizdə sədaqətli üzrümüz vardır. Bu ayda
təqsirlərmizə e’tiraf etdiyimizə görə bizə muzd ver ki, ürəklərimiz yatan fəzilətləri tədarük edən, əlaqəmiz olan ehtiyatın yerin tutsun. Haqqını ödəməklə səhlənkarlıq göstərdiyimiz üçün üzrümüzü qəbul et, gələcək ömrümüzü gələcək Ramazana çatdır, ona yetirdiyin zaman ona sənə layiq olduğu kimi ibadət etməyimizə yardım göstər, o aya layiqli şəkildə itaət etməyimizə kömək et.
Ey mənim Rəbbim, bu ayda törətdiyimiz kiçik və böyük, aşkar və gizli, bilərəkdən və unudaraq, özümüzə, yaxud başqasına zülm olan günah-larınızı, Muhəmməd və onun soyuna salam yetir və onların üzərin ört, öz əfvinə bizdən keç, bizi o ayda şəhadət edənlərin gözü önündə qərar ermə, tə’nə vuranların tə’nəsini üzərimizə yağdırma, bizi elə bir işə sövq et ki, günahların tökülməsinə, o ayda bizdən bəyənmədiyin işlərin üzərini örtməyə səbəb olsun. Sən sonu olmayan şəfqətinə, azalmayan lütfünə and verirəm.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və Ramazan ayında əldən
verdiklərimizi geri qaytar, bayram günümüzü və fitrimizi bizim üçün mübarək et, onu bizə keçən günlərin ən yaxşısı qərar ver, ən üstün əfvə, səbəb olub ən böyük günahlarımızı əhv etsin, bizim aşkar və gizli günahlarımızı əfv et. Ey mənim Rəbbim, bu ayın bitməsini günahlarımızın tükənməsi qərar ver, çıxmağı ilə bizi pisliklərdən çıxart, bizi bu ayda onun ən səadətli əhlindən, onda çox nəsibi olanlardan, Səndən daha çox fayda görənlərdən et. Ey mənim Rəbbim, bu ayı olduğu kimi riayət edən, hörmətini lazımi şəkildə qoruyan,
hudularını layiqincə dirçəldən, günahlarından düzgün tərzdə çəkinəm, yaxud sənin razılığına
səbəb olan yaxşı işlə sənə yaxınlaşan, rəhmətini bu işlə ona yönəltdiyi kimsəyə verdiyin ne’mətlər kimi öz sərvətindən bizə də ona verdiyindən nəsib et, öz lütfündən onun bir neçə qat artığını bizə inayət et, çünki lütfün azalmaz, xəzinələrin əskilməz, hətta artarda, ehsan mə’dənlərin aradan getməz, həqiqətən də sənin bəxşişin şirin bir bəxşiş-dir. Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizim üçün qiyamətədək oruc tutanların, onda Sənə bəndəlik edənlərin əcrini qeyd etdir. Ey mənim Rəbbim, iman əhlinə bayram və şadlıq, din əhli üçün ictima günü qərar verdiyin Fitr günündə Sənin dərgahına tövbə edirik. Qəlbimizdəki pis fikirdən bir daha günaha qayıtmaq fikri olmayanın tövbədən sonra heç bir xətaya yönəlmə-yən, şəkk-şübhədən pak v əuzaq olan bir kəsin töv-bəsi kimi töbvə edirik, belə isə onu bizdən qəbul et, bizdən razı qal, bizi onda sabit qədəm et.
Ey mənim Rəbbim, və’də verilən əzabdan qorxut-mağı, onun savabına rəğbət bəsləməyi bir ruzi et ki, Səndən istədiyimizin ləzzətini tapaq, qüssə-sindən sənə pənah apardığımıza yetək, bizi məhəb-bətini onlara vacib etdiyin tövbəkarlardan qərar ver, o kəslərdən ki, özünə sarı itaətə qayıdış-larını qəbul etmisən, ey ədalətlərin ən ədalət-lisi! Ey mənim Rəbbim, ata və analarımızı dünya-dan gedən yaxud qiyamətədək gələcək din əhlimizin hamısını əfv et. Ey mənim Rəbbim, Peyğəmbərlə-rimiz Muhəmməd və onun soyuna salam yetir, müqərrəb mələklərinə göndərdiyin kimi salam yetir, ona və soyuna mürsəl peyğəbərlərinə yetir-diyin salamı yetir, ona və soyuna saleh bəndələrin əta etdiyin salamı yetir, və ondan daha yaxşısını, ey aləmlərin Rəbbi, bir cür salam ki, bərəkəti bizə də yetsin, mənfəəti bizə də çatsın, onun
səbəbiylə dualarımız icabət olunsun, çünki Sən müraciət edilən kəslərin ən üstünü, e’timad
edilənlər içrə ehtiyacsız edənlərin ən yaxşısı, ehsanından istənilən halda bəxşiş edənlərin ən
ləyaqətlisisən, Sən, hər şeyə qadirsən!
46-cı dua: O Həzrətin Fitr bayramında və Cümə günü namazdan qayıdarkən qiblə səmtinə durub oxuduğu duası:
Ey bəndələrin rəhm etmədiyinə rəhm edən, ey şəhərlərin qəbul etmədiyini qəbul edən, ey istəkləri ilə yanına gələnləri xar etməyən, ey israr edənləri ümidsiz etməyən, ey təvəqqö edənlərin sinəsinə rədd əlini vurmayan, ey dəyərsiz töhfələri qəbul edən, ey ən az işlərə minnətdar olan, ey kiçik əmələ dəyər verən, onlara böyük muzd verən, ey ona yaxınlaşana yaxınlaşan, əgər ondan uzaqlaşsalar özünə də’vət edən, ey ne’mətini dəyişməyən, intiqama tələsməyən, ey yaxşılığı artırasan deyə o işi qarşıya çıxaran, pisliyi aradan qaldırasan deyə ondan keçirsən, arzular kərəminin sonuna yetməzdən öncə yerinə yetib geri döndülər, vəsflər sənin sonuna yetməzdən öncə yerinə yetib geri döndülər, tələb qabları bəxşişinin feyzi ilə dolduran, vəsflər sənin vəsfinin sonuna yetməzdən öncə dayandılar, şübhəsiz ki, hər bir üstünlükdən daha üstün ucalıq Sənə məxsusdur, hər bir cəlal üzərindəki təqdis sənə məxsusdur. Böyüklüyün önündə hər bir şərəf rəzildir, Səndən başaqlarına üz gətirənlər ümidsiz oldular, Sənin vücudundan savayı başqa bir şey istəyənlə zərərə düşdülər, dərgahından başqa yerə pənah aparanlar həlak oldular, fəzilətdən savayı ayrı şeyi istəyənlər yoxsullaşdır. Rəhmətinin qapıları bütün istəyənlərin üzünə açıqdır, gədalara edilən bəxşişin əvəzidir, dad edənlərin fəryadına yetməyin yaxındır, arzusu olanlar Səndən ümidlərini üzmürlər, hacətləri olanlar bəxşişindən məhrum olmurlar, istiğfar edənlər əfvindən qara bəxt olmurlar, ruzi süfrən günahkarlara da açılmışdır, həlimliyin düşmənlərinə də şamil olur, pislərə yaxşılıq etmək Sənin üçün bir adətdir, təcavüz-karlara rəhm etmək sünnətindir, hətta həlimliyin onları tövbədən qafil etdi, möhlət verməyin günahlarından çəkinməyindən saxladı, halbuki geri dönsünlər deyə onlarla yalnız Sən həlim olmusan, onlara yalnız səltənətinin davamına yəqinin olduğun üçün möhlət vermisən, səadət əhli olanın işini sonda səadətə yetirdin, bədbəxt olanı da öz qara bəxtinin öhdəsinə qoydun, hamı sənin hökmünə
boyun əyəcək , işlərinin qayıdışı sənin əmrinə sarı olacaqdır, onlara verdiyin möhlətlə şahlığın
süstləşmir, mühakimə olun-maqlarını tə’xirə salmaqla dəlil aradan getmir. Höccətin möhkəm və yerində durmaqdadır, batil olmur, səltənətin sabitdir, fəna qəbul etmir, belə olduqda Səndən üz döndərənə vay olsun, zillət səndən ümidini üzənə məxsusdur, bədbəxtçiliyin ən böyüyü Sənə qarşı məğrur olmaqdır, necə də ağır əzablər dadacaqdır! əzabındakı sərgərdanlıq nə qədər də uzun olacaqdır, açılan arzular belə bir insandan nə qədər uzaqdır! əzabından çıxmağının asan olma-sına ümidsizlüyü çoxdur! Bütün bunlar Sənin cövr etmədiyin cəzan, zülmə bulaşmayan insaflı hök-mün əsasındadır. ×ünki ardıcıl olaraq höccətini sona yetirdin, hidayət ola biləcəyi şeyləri ona bəyan etdin, lütf göstərək həqiqətə sarı rəğbətləndirdin,
insanların özlərinə gəlib ayılmaları üçün məsəllər çəkdin, onlara uzun möhlət verdin,
əzab etməkdə qüdrətin var ikən cəzanı tə’xirə saldın, tələsə bildiyin halda həlimlik göstərdin, həlimliyin acizlik, möhlət verməyin süstlük, çəkinməyin xəbərsizliyin, tə’xirə salmağın mülayimlik və saziş üzündən deyildi, bəlkə buna görə-dir ki, hacətin daha düzgün, böyüklüyün daha kamil, ehsanın daha geniş, və ne’mətin daha da təkmilləşsin, bütün bunlar olmuş, indi də var və bundan sonra da olacaq, sənin haccətin vəsf edildiyindən daha kamildir, ucalığın daha ucadır, ne’mətlərin saya gəlməkdən daha çoxdur, ne’mətin kiminsə onun ən azına belə şükr etməkdən daha artıqdır, artıq dilin söz çatdırmasında çarəsiz qalması məni Sənin tə’rifini davam etdirməkdən aciz etmiş, həmd-Sənaya açılan dilim işdən düşmüş, son gücüm çarəsizliyə e’tiraf edim, sitayişinə rəğbətimdə səhlənkarlığa görə deyil-ey mənəm ki, dərgahına üz gətirmişəm, və Səndən mənə yaxşı ziyafət verməyinin fikrindəyəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və dərdimi eşit, duamı qəbul et, gündüzümü yoxsuluq içrə gecəyə çatdırma, istədiy im şeydə rədd əlimi sinəmə vurma, Sənin hüzurundan gedib dərgahına qayıtmağımı əziz tut, çünki, Sən istənilən şeydə çətinliyə düçar olmursan, hacətlər önündə aciz-lənmirsən, və hər şeyə qadirsən, ulu və əzəmətli Allahdan savayı kimsədə bir qüvvət və qüdrət yoxdur!
47-ci dua: O Həzrətin ərəfə günündə etdiyi duası
Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur, ey mənim Rəbbim, ey göyləri və yeri yaradan,
sənə həmd olsun, ey cəlal və kəramət sahibi, ey ululardan ulu, hər bir mə’budun mə’budu, hər bir məxluqun xaliqi, hər şeyin varisi, heç bir Sənin kimi deyildir, heç bir şeyin elmi Səndən gizli qalmaz, hər şeyi ehtiva etmisən, hər şeyi qoruyasan, Allah Sənsən, Səndən savayı heç bir Allah yoxdur, vahidsən, misilsizsən, təksən, oxşarsızsan, Allah sənəsən, səndən savayı bir Allah yoxdur, kərimsən, kəramətlisən, son həddə əzəməlisən, böyük və təkəbbürlüsən.
Allah sənsən, Səndən savayı bir Allah yoxdur, ulu və hər eybdən münəzzəh, intiqamın şiddətlidir. Allah Sənsən, Səndən savayı bir Allah yoxdur, bağışlayan və mehriban, hər şeyi bilən, hikmət sahibisən. Allah Sənsən, Səndən başqa bir Allah yoxdur, kərmsən, eşidən və bilən, qədim və hər şeydən xəbərdarsan. Allah Sənsən, Səndən başqa bir Allah yoxdur, hamıdan kəramətlisən, əbədi və həmişəliksən. Allah Sənsən, Səndən başqa bir Allah yoxdur, hər şeydən və hər kəsdən əvvəlsən, hər bir saydan və hər bir şeydən sonrasan. Allah Sənsən, Səndən başqa bir Allah yoxdur, ən uca məqamınla belə yaxın, yaxşılığına yanaşı
uca məqamlısa. Allah Sənsən, Səndən başqa bir Allah yoxdur, Həmd-səna, kibriya və sitayiş sahibisən. Allah Sənsən, Səndən başqa bir Allah yoxdur, hər şeyi əsilsiz yaradan, hər bir şeyə nümunəsiz surət verənsən, məxluqunu təcrübə və nümunə almadan xəlq etdin, hər bir şeyə dəqiq ölçü verən Sənsən, hər bir şeyi vəzifsini yerinə yetirməsi üçün yoluna qoydun, özündən aşağadakılar sahmana saldın, mövcudatı icad etməkdə heç bir şərik köməyinə qalxmadı, hökmdarlığında heç bir vəzir Sənə yardım göstərmədi, Sənin üçün şahid və misli olmadı, iradə edən Sənsən və iradən qəti oldu, qəzavət etdin və qəzavətin ədalət üzrə idi, hökm etdin və hökmün insaf əsasında oldu, heç bir məkan Səni əhatə etməz, qüdrətin önündə bir qüdrət qalxmamışdır, heç bir dəlil Səni aciz etməmişdir, hər şeyi ölçüyə aldın, xəyalların gərdişi zatının dərinliyinə yetmədilər, anlayışlar gecələrini dərk etməkdən aciz oldular, gözlər yerini tapmadılar, məhdud olasan deyə Sənin üçün bir hədd yoxdur, oxşarın və bərabərin yoxdur ki, onunla dərk olunasan, övladın olmamışdır ki, özün də doğul-muş olasan, Sənin bərabərin yoxdur ki, Səninlə qarşı-qarşıya çıxsın, oxşarın yoxdur ki, Səninlə bərabər olsun, mislin yoxdur ki, Səninlə özünü də araya çıxartsın, ixtira edib başlayan Sənsən, nümunəsiz yaradıb üzə çıxaran da Sənsən, yaratdığının hər biri gözəldir, pak və münəzzəh-sən, şə’nin nə qədər də böyükdür! Məkanlar içrə yerin necə də ucadır! Furqanın haqqı necə də aşkar edəndir! Hikmət sahibisən, Səni tanımaq üçün nişanələr nə qədər çoxdur! Səltənin qüdrət-li olan hökmdar, Sən hər bir eybdən paksan! Bağışlayansan, kərəm süfrədən necə də genişdir! Ucasan, məqamın necə də ucadır! Həmd-səna hər cür tə’rif kibriya və şükr sahibi Sənsən! Paksan Sən, qüdrət əlini yaxşılıqlara açmısan, Sənin tərəfindən, hidayət tapılmışdır, belə olduqda hər kəs Səni dini, yaxud dünyası üçün çağırarsa Səni anar, pak və münəzzəhsən, sənə elmi olan qarşında zəlildir, ərşin altında olanlar önündə təslimdirlər, bütün məxluqat Sənin qarşında boyunlarına təslim kəndirin atmışlar, Paksan Sən! Daxili və xarici hisslərlə duyur-musan, toxunulmazsan, heç kəs səninlə mübarizə edib Sənə qarşı hiylə qura bilməz, kimsə Sənə qalib gələ bilməz. Paksan Sən! Yolun hamar, işin yaxşılıq, diri və istəklər mənbəyisən. Paksan Sən! Sözün hikmət, əmrin qəti, iradən əzimdir. Paksan Sən! İstədiyini kimsə rədd edə bilməz, sözünü kimsə dəyişdirə bilməz. Paksan Sən! Ey nişanələr sahibi, göyləri yara-dansan, ey canların xaliqi. Həmd olsun Sənə, əbədiliyinlə daimi olan bir həmd, Həmd olsun Sənə, bir həmd ki, ne’mətini həmişə artıran bir həmd, sənə ehsanınla bərabərlik edə bilən bir həmd olsun, həmd olsun Sənə, razılığını artıran bir həmd, bütün həmd edənlərin həmdi ilə birgə həmd olsun Sənə, elə bir şükr ki, hər bir şükr edənin şükrü ondan əskik olsun, Səndən başqasına yaxınlaşmasına səbəb olmasın, ilk həmdin davamına, son həmdin ardını gətirən bir həmdə olsun, zamanlar ötdükcə bir neçə artsın, ardıcıl artmaqla yenə də çoxalsın, bir həmd ki, əməlləri qoruyan mələklər onu saymaqdan aciz qalsınlar bir həmd ki, mələklərin bəndələrini əməllərindən Sənin kitabında yazdıq-larından daha artıq olsun, şanlı ərşinə eyni ölçüdə olan, uca kürsünə bərabər olan, Sənin tərəfindən əcri tamamlanan, muzdu bütün muzdlardan üstün olan, zahiri batini ilə, daxili doğru niyyətlə eyni olan, heç bir yaranmışın Səni o cür həmd etmədiyi bir həmd, Səndən başaq fəzlini kimsənin tanımadığı, hər kəsin çoxal-masını istəməsində yardım edilən, kamilləş-məsində son həddə zəhmət çəkən üçün təsdiqlənən, yartadığın hər bir həmdə sahib olan, bundan sonra yaradacağın hər bir şeyi ehtiva edən bir həmd. Bir həmd ki, ondan savayı heç bir həmd Sənin kəlamına onun qədər yaxın olmasın, həmd edənlərdən kimsə onun kimisinə deyə bilməsin, bir həmd ki, kərəminə ne’mətinin artmasına səbəb olsun, hər dəfə artdıqca onu yenidən daha da artır, Sənin ulu olan zatına vacib olan, cəlal və
əzəmətinlə bərabər olan bir həmd. Ey mənim Rəbbim, Sənin seçdiyin, ən əziz və dərgahına ən yaxın olan Muhəmməd və onun soyuna özünün ən üstün salamlarını yetir, onu ən kamil bərəkətinlə bərəkət inayət et, ən faydalı rəhmətini ona nəsib et. Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir, ən pakizə bir salam ki, ondan daha pakizəsi olmasın, ona ən bəyənilmiş bir salam yetir. İlahi! Muhəmməd və onun soyuna salam yetir, onu razı salsın, ondan razı oldutundan daha üstün bir salam, ona salam yetir, elə bir salam ki, ondan başqa heç bir şeylə razı olmayasan, ondan başqa kimsəni o salama layiq bilməyəsən.
İlahi! Muhəmməd və onun soyuna salam yetir, Sənin razılığından üstün davamı Sənin davamı
bağlı, sözlərinin sonu olmayan bir salam kimi. İlahi! Muhəmməd və onun soyuna salam yetir, mələklərinin, peyğəmbər və elçilərinin, itaət əhlinini salamına bərabər olan bir salam, cin və insan, bəndələrindən də’vətini qəbul edənlərin hamısına and olan bir salam, bütün məxluqatını əhatə edən bir salam. İlahi! Muhəmməd və onun soyuna salam yetir, keçmiş və indiki salamları əhatə edən bir sa-lam. Ona və soyuna Sənin və başqalarının yanında bəyənilən, kənarında keçmiş salamları qat-qat artıran, zaman ötdükcə daha çoxaltdığın, sayını yalnız Özün saya bildiyin bir salam. İlahi! Onun əhli-beytindən olan pakizələrə, öz əmərinin icrasına seçdiyin kəslərə, elm xəzinədarları, din və yer üzündə xəlifələrin, öz bəndələrinə höccət-lər qərar verdiyin kəslərə, öz iradənlə sözün əsl mə’nasında pisliklərdən pak etdiklərinə, Özünə sarı
vasitə qərar verdiyin, Behiştiniin yolu qərar verdiyin kəslərə salam yetir. İlahi! Muhəm-məd və
onun soyuna salam yetir, və onun vasitəsi ilə onları barələrindəki kərəmini artır, onlara etdiyin
hər cür ehsanı kamilləşdir, onları Öz tərəfindən bütün faydalara bəhrəmənd et. İlahi! Muhəmməd və onun soyuna elə bir salam yetir ki, sonunun sərhədi, müddətinin sonu sonunun nəhayəti olmasın. İlahi, onlara ərş qədər, ölçüsündə salam yetir, göylər və yerlər, onların arasında yerləşənlər ölçüsündə, onun səbəbiylə onları Öz yaxınlığının kamalınaçatdır, Sənin və onlar üçün razılıq olsun. İlahi! Hər bir zamanda Sən dinin haqq olan rəhbərlə təsdiqləmisən,
onu bəndələrinə nişanə, şəhərlərində şö’lənən məş’əl qərar vermisən, onun işini öz ipinə
birləşdirib onu öz razılığına yetməyə bir vasitə qərar verdikdən, itaətini hamıya vacib
buyurduqdan, itaətsizlikdən qorxutduqdan, göstə-rişlərinə itaət edib qadağan etdiklərindən çəkindirdikdən ondan irəli keçməməyi açıqladıqdan, ondan geriyə qalmamağa əmr etdikdən sonra-belə olduqda-o pənah gətirənlərin pənahı, mö’min-lərin macarası, əl atanların kəndiri, aləm əhli-nin camalı oldu. İlahi, öz dostuna ona ən’am etdiklərinə şükr etməyi bizə də ilham et, öz yanından ona yardım edici qüdrət bəxş et, rahat-lıq qapılarını onun üzünə asanlıqla aç, ona Özü-nün ən qüdrətli arxanla kömək göstər, arxasını gücləndir, qoluna qüvvət ver, lütfünlə onu hifz et, hifzinlə himayət et, Öz mələklərinə ona yardım göstər, arxasını gücləndir, qoluna qüvvət ver, lütfünlə onu hifz et, hifzinlə himayət et, Öz mələklərinlə ona yardım göstər,
ən güclü ordunla ona kömək yetir, Peybğəmbərlərinin-Sənin salamın olsun ona və pak soyuna
hüdud, sünnət və şəritini onun vasitəsi ilə sabit qədəm et, təcavüz əhlinin dinindən öldür-dükləri nişanələri onun səbəbiylə dirilt, vücu-dunun bərəkəti ilə Öz dinindənki zülmün çirkin-liklərin pak et, öz yolundakı əyrilikləri hamar-la, yolundan azmağı seçənləri yolunun üstündən kənar et, əyrilik qəsdi edənlərin həyat meydanın-dan kökünü kəs, dostları barəsində qəlbini yumşaq, düşmənlərinə olan əlini genişləndir, rəhmətini şəfqət və mehribançılığını bizə ehsan et, bizi ona qulaq asıb itaət edənlərdən qərar ver, razılığı yolunda çalışanlardan, kömək göstərib onu müdafiə edənlərdən et, və bu işlərlə Sənə və Peyğəmbərinə-Sənin salamın olsun ona və pak soyuna – yaxınlaşmağa sə’y edək. Ey mənim Rəbbim, məqamına e’tiraf edən dostlarına, yolunu gedə-lərə, izlərinə düşənlərə, qoyduğu işlərə çəng vuranlara, vilayətlərinə yapışanlara, imamət-lərinə iqtida edənlərə, əmrlərinə təslim olanlara, itaətlərində sə’y edənlərə, hökumətlərini gözləyənlərə, onlara göz dikənlərdə salam yetir, bol bərəkətli, pakizə səhər və axşam yetişən bir salam, onlara və ruhlarına salam yetir, işlərini təqva əsasında tənzim et, əhvallarını sahmana sal, tövbələrini qəbul et, çünki, Sən tövbələri qəbul edən və rəhmlisən, bağışlayanların ən yax-şısısan, öz rəhmətinlə bizi onların kənarında əminamanlıqda
yerləşdir, ey rəhm edənlərin rəhm edəni! Ey mənim Rəbbim, bu ərəfə günüdür ki, ona
şəfaət, kəramət və əzəmət vermisən, onda rəhmət süfrəsi açmısan, əfvinlə bəndələrinə minnət
qoymusan, onda bəxşişini bol etmisən, onun vasi-təsi ilə bəndələrinə ehsan etdin, İlahi, mən o
bəndəyəm ki, yaratdığından öncə və xəlq etdiyindən sonra ona ne’mət vermisən, ona dininə
rəhbərlik etdin, haqqını ödəmək üçün yardım gösərdin, öz işinlə onu saxladın, Öz dəsətənə saldın, dostla-rına dost olub düşmənlərinə düşmənçiliyə yol göstərdin, bütün bunlara belə etdin, amma geri oturmadı, özünə itaətsizlikdən çəkindirdin, ancaq əmrindən sonra qarşı düşmənçiliyi, yaxud Sənin önündə təkəbbürlüyü işə onu nəfsinin istəyi sürüklədi, Sənin və onun düşməni bu işdə ona yardım etdik ki, Səni tanıdığı halla günaha əl atdı, halbuki əfvinə ümidvar, bağışlamağına e’timadı var idi, ona qarşı göstərdiyin bütün bu məhəbbətlərlə bəndələrindən günaha bulaşmamağa ən layiqlisi idi, İndi mən Sənin qarşında xar, zəlil, xaze, xain, qorxunc və çiyinlərində yükünün ağırlığının böyüklüyünü bilərək, etdiyim çoxlu xətalarla durmuşam, və əfvinə pənah gətirmişəm, rəhmətinə sığınaram, və yəqin bilirəm ki, heç bir aman verən mənə Səndən aman verə bilməz, heç kəs mənə görə Sənə mane verə bilməz, belə olduqda günahları örtdü-yünü mənə inayət et, Sənə təslim olana bəxşiş etdiyini mənə də əta et, ümidvar olana mərhəmət et ki, onun səbəbiylə Sənin razılığından bir bəhrəm olsun, məni ibadətində zəhmət çəkənlərə qismət etdiyin şeydən əliboş qaytarma, baxmayaraq ki, mən əvvəlkilərin etdiyi yaxşılıqları etməmişəm. Lakin Sənin tohidinin qəbul edərək səni hər cür şübhə və bənzərindən ayrı bilib əmr etdiyin yollarla Sənə sarı gəlmişəm, və sənə yaxınlaşmağa yeganə səbəblə yaxınlaşmısan, onun ardınca Sənə könlünü vərərək qarşında xar və zəlil olaraq yanındakılara yaxşı gümanla gəmişəm, Səndən xar, Miskin, kiçik, çarəsiz, yoxsul, qorxan bir kəsə pənah verməni istədim, qorxu və alinamə ilə, aman və pənah tələb etməklə, təkəbbürlülərin təkəbbürü, hökmdarların xatir-cəmliyi üzündən deyil, bütün bunlardan əlavə mən xar olanlardan içrə ən zəlil, bir zərrə yaxud ondan daha da azam. Belə olduqda ey günahkarların cəzasında tələsməyən, əyyaşların eynini qəflətən almayan ey xətakarları əfv edən və ey azanlara möhlət verən, öz günahına e’tiraf edən xətakar mənəm, mənəm ki, cürət üzündən Sənin əlehinə qədəm götürdüm, mənəm ki, bilərəkdən Sənə itaət-sizlik etdim, mənəm ki, öz pis əməlini bəndəli-yindən gizlədib Səninlə aşkar müxalifətə qalxdım, mənəm ki, bəndələrindən qorxub Səndən arxayın oldum, mənəm ki, heybətindən çəkinmədim qəzəbindən qorxmadım, mən öz haqqımda cinayət etdim, mənəm ki, öz bəlaların əhatəsində çarəsiz qalmışam, həyatı az olan mənəm, mənəm ki, çoxlu müsibətlərə düçar oldum. Səni öz bəndələrin içrə seçdiyinə, vücudunu özünə bəyəndiyinə, yaratdıqların içrə oldum. Səni öz bəndələrin içrə seçdiyinə, vücudunu özünə bəyəndiyinə, yaratdıqların içrə ixtiyar etdiyinə, itaətini öz itaətinə birləşdirdiyin kəsin haqqına, itaətsizliyini özünə itaətsizlik kimi bildirdiyinə, dostluğunu öz dostluğun kimi açıqladığına, düşmənliyini özünə düşmənlik kimi saydığına and verirəm ki, bu günkü gündə mən günahdan Sənə ahu-nalə edib üzr istəyən kəsə geyindirdiyin libası geyindirəsən. O kəs ki tövbə haqqında əfvinə pənah gətirmiş, məni itaət əhlinə öz yanında himayət etdiyin kəs kimi himayət et, Özün tək olaraq yolunda zəhmət çəkib sənin razılığını ələ gətirənlərə verdiyin və’də vəfa etməyi mənə əta et, Sənin haqqında xəta törədib razılığın sərhədindən təcavüz etməyimə, hökm-lərindən kənara çıxdığıma görə cəzalandırma, mənə möhlət verdiyinlə məni qəflətə salma, xeyrini geri alan, kimsə kimi, elə bir qafil ki, ne’mətlərinin mənə yetməsində Səni şərik bilməsin, və məni qafilllərin yuxusundan, israf edənlərin yuxuya dalmasından, öz öhdəsinə qoyulan-ların rö’yasından ayılt, qəlbimi sənə itaət edən-ləri apardığım yola yönəlt, Səndən uzaqlaşmağı-ma səbəb olan səndən olan bəhrəmə hicab olan, Səndən istədiyim şeydən saxlayandan pənah ver, özünə qarşı xeyir yolunu onlara göstəriş vediyin kimi önümdə qərara verməyi onlarda istədiyin kimi rəqabət göstərməmi mənim üçün hamarlaşdır, məni qorxutmalarını yüngül sayanları aradan götür-düyün kimi aradan aparma, Sənə düşmən olaraq həlak olanlarla bir yerdə həlak etmə, yolundan azanların sırasında məhv etdiklərinlə birgə məhv etmə, fitnə çalalarından nicat ver, bəlala-rın əhatəsindən xilas et, qəflətə düşməkdən öz amanına sal, mənimlə məni zəlalətə salan düş-mənim arasında əldən salan eybimlə mənim aramda, fasilə sal, məndən qəzəbdən sonra üz döndərdi-yindən bir daha razı qalmayacağın kəs kimi üz döndərmə, Sənə ümidlə ümidsiz etmə ki, rəhmətindən mə’yusluq mənə qalib gəlsin, o qədər mərhəmət göstərmə ki, tab gətirə bilmədiyim, yaxud o qədər məhəbbət göstərmə ki, çoxduğundan yüngül ağırlaş-sın, məni xeyiri olmayan, qayıdışı qeyri-mümkün olan, Sənin öz başına buraxdığın bəndən kimi lütf əlindən boşlama, məni riayət baxımından nəzərindən düşən, Sənin tərəfindən bütün vücudu nu rüsvayçılıq əhatə edən bəndə kimi özündən uzaq-laşdırma, bəlkə süqut edənlərin süqutundan, alda-nanların azmasından, həlak olanların meydanın-dan hifz et, bəndə və kənizlərini düçar etdiyin girovdan xilas et, lütf etdiyin kəslərin məqamla-rına çatdır, o kəslərin kig onara ne’mət verərək onlardan razı qalmısan, səadət içrə diri saxldıq-ların xoşbəxt olaraq öldürdüklərin bəndələr kimi. Bərəkətin aradan gedib yaxşılıqların batil olmasına səbəb olan şeylərdən çəkinməyin kəndi-rini boynuma sal, günahın pisliyindən ona olan nifrətimə qəlbim-də yer ver, məni köməyin olmadan düzəlməyən işə düçar etmə, Sənə yaxınlaşmağa mane olan şeyləri qəlbimdə məhv et, gecə və gündüz Səninlə gizlində raz-niyaz etməyi gözümdə gözəl cilvələndir, mənə elə bir ismət məqamı nəsib et ki, qorxuna yaxın, haram etdiklərindən ayrı düşməyimə yardım etsin, böyük günahlar əsarətindən mənə nicat versin, məni günaha bulaşmaqdan pakla, günahların çir-kinliyini məndən uzaqlaşdır, mənə Özünün sala-matlıq libasını geyindir, sağlamlıq əbanı çiyni-mə sal, tam və bol ne’mətlər xələtini əynimə geyin-dir, mənə olan ehsan və ne’mətini ardıcıl et, yar-dımın və hidayətinlə məni təsdiqlə , mənə gözəl niyyət bəyənilmiş söz , və yaxşı işlə yardım et, öz qüdrət və qüvvətin əvəzinə məni özqüvvət və qüd-rətimin öhdəsinə qoyma, məni Öz görüşünə qaldır-dığın gün xar və zəlil etmə, övliyaların qarşı-sında rüsvay etmə, Səni anmağı zehnimdən aparma, Sənə şükr etmək qüdrətini məndən götürmə, bəlkə xəbərsiz cahillər ne’əmətlərini qafilanə unut-duqda şükrü
əda etməyi mənə vacib et, mənə əta etdiyinə, mənə lütf göstərdiyinə e’tiraf etmək yardımına həmd-səna etməyi mənə ehsan et, Sənə rəğbətimi başqalarının rəğbətin-dən haqqında sitayiş etməyimi, başqalırının sitayişindən daha üstün qərar ver, Sənə möhtac olduğum zaman məni rüsvay etmə, məni Özündən düşmənlərini uzaqlaşdırdığın kimi uzaqlaş-dırma, çünki özümün Sənə tapşırılmışam, dəli-lin Sənin əlində olduğunu bilirəm, sən lütf gös-tərməyə hamıdan üstünsən, yaxşılığa adət etmisən, itaət edilməyinə layiqsən, bağışlayansan, xəbərimdə vardır ki, əzab verməkdən əfv etməyə daha layiqsən, pərdənin üstünü açmaqdan onu örtməyə daha yaxınsan, məni elə bir həyatla yaşat ki, istəklərimi yerinə yetirsin, istədiyim hər bir şey Sənin məndən acığın kəlmədiyi halla yerinə yetsin, mən nuru öndən və ətrafdan hər yerə saçılan bir kəs kimi öldür, məni Öz dərgahına zəlil, bəndələrinin yanında əziz et, xəlvətdə münacata oturarkən məni zəlil et, bəndələrin arasında mənə ucalıq ver, məni məndən ehtiyacsız olandan ehtiyacsız et, Sənə olan yoxsulluğumu daha da artır, düşmən-lərin məzəmmətindən, bəlanı yetişməsindən, və rüsvayçılıqdan pənah ver, xəbərin olduğum pislik-lərimi əfv et, əzab erməyə qüdrəti çatarkən helmi mane olan kimsə kimi, əgər bir qövm haqqında pis-lik istəsən məni Sənin himayətinin altına girdi-yimdən ötrü nicat ver, dünyada məni rüsvay etmədi-yin kimi axirətdə belə bir halda saxla, bu dunya-nın ne’əmətini mənim üçün o biri dünyanın ne’mə-tinə birləşdir, keçmiş faydalarını onun təzələ-ri ilə əvəz et, mənə o qədər möhlət vermə ki, onun nəticəsində daş ürəkli olum, məni abrıma zərər vuran müsibətə düçar etmə, qədrimi azaldan aldan-maya, adımın batmasına səbəb olan eybə düçar etmə, elə qorxutma ki, ümidsiz olum, o cür qorxutma ki onun qarşısında lərzəyə düşüm, elə et, ki, vəhşətim qorxutmaqdan, çəkinməyim xəbər-darlığımdan qorxuya düşməyim ayələrini oxuduğum zamanlarda olsun, gecəmi sənə ibadətdə oyaq qalmağımla abad et, təkliyimi gecəni oyaq qalmağımda , tənhalığımı səninlə ünsiyyət tapmağımda, dərgahına hacət gətirməkdə Sənə olan şiddətli hacə-timi odundan azad olmağımda, Cəhənnəm əhlinin düçar olduqları o əzabdan pənah verməyində qərar ver, və məni uzun müddətdə tüğyan içrə sərgərdan, nadanlıq bataqlığında qərar vermə, məni nəsihət alanların örnəyi, ibrət götürənlərin vasitəsi, baxanların azmasına səbəb qərar vermə, məni məkrinə düçar olanların cərgəsində yerləşdirməg mənim əvəzimə başqasını seçmə, adımı səadət əhlinin dəftərindən silmə, bədənimi bəlaya düçar etmə, məni bəndəlirinin məsxərə etdiklərindən, Özünün istehza etdiyin kəsdən etmə, öz razılığından başqa bir şeyə tabe etmə, düşmənlərindən intiqam almaqdan savayı öhdəmə başqa bir xidmət qoyma, məni əfvinin ləzzətindən, həlm behiştinin iyindən, və rəhmə-tinin şirinliyindən kama yetir, əlaqən olduğun şeyə könül verməyimlə sonsuz sərvətini, mənə Sənə yaxınlaşmağa zəhmət çəkməyi daddır, sovqatla-rından mənə bir sovqat nəsib et, ticarətimi gəlirli, qayıdışımı zərərsiz et, məni öz məqamından qorxut, görüşünə müştaq et, xalis tövbə etməyimə yardım göstər ki, onunla nə bir kiçik, yaxud böyük, gizli yaxud aşkar bir günah saxlamayasan, mö’minlərə düşmən olmağı qəlbimdən çıxart, zəlil olanlara qarşı qəlbimi mehriban et, mənimlə salehlərlə olduğun kimi ol, məni təqva-lıların zinəti ilə bəzə, mənim üçün qalanları-mın arasında yaxşı ad, gələcəkdəkilərə günbəgün artan xatirə qoy, öndəkilərin məqamına daxil et, mənə açdığın ne’mətinin kamilləşdir, kəramət-lərini ardıcıl et, boş əlimi Öz faydalarınla doldur, dəyərli iftikarları mənə sarı göndər, məni xalis bəndələrin üçün zinətləndirdiyin behiştə pak övliyalarının qonşusu qərar ver, Sənə aşiq olanlara hazırladığın böyük ehsanlar əbasını mənə də geyindir, mənim üçün Öz dərga-hında rahat qəlblə orada aram olacağım bir yer qərar ver, qalacağım bir mənzil düzəlt ki, onunla gözlərim nurlansın, məni böyük 106 günahlarla müqayisə etmə, sirlər açılan gün həlak etmə, hər bir şəkk-şübhəni qəlbimdən yu, hər bir rəhmətdən haqqa sarı bir yol aç, fəxr edəcəyim bəhrələri öz ehsanınla bol et, ən’amlarından
olan ehsan nəsiblərimi çoxalt, qəlbimi rəhmətinlə aram et, himmətimi birdəfə-lik öz işinə yönəlt, məni xalis bəndənə tapşırdığın işə yönəlt, qəflət və pərişanlıq zamanı itaət işlərini qəlbimlə qatışdır, iffət, rahat-lıq, salamatlıq, sağlamlıq, yaşayışda əmin-aman-lıq, sərvətli olmağı mənim üçün tədarük gör, yaxşılıqlarımı onunla qarışan günahlara, gizlin-də qalmağımı qarşıma çıxan imtahanına görə zay etmə, abrımı hər kəsin önünə atılmasından saxla, fasiqlərin əlindəkilərdən bir şey istə-məkdən qoru, məni zalımların arxası, kitabını aradan aparmaqda yardımçılarından qərar vermə, bilmədiyim şeylərdən Özün qoru, rəhmət, tövbə, mehribanlıq və bol ruzi qapılarını üzümə aç ki, mənə sarı rəğbət götürənlərdənəm, haqqımdakı ne’mtini kamilləşdir ki, Sən ne’mət verənlərin ən yaxsısan, ömrümün qalan hissəsini razılığın üçün Həcc və ümrəni yerinə yetirməkdə qərar ver,ey aləmlərin Rəbbi! Allahın səlatü-salamı olsun Muhəmmədə və onun pak və pakizə soyuna, ona və onlara ardıcıl və əbədi bir salam osun.
48-ci dua: O Həzrətin Qurban bayramının və Cümənin günündə etdiyi duası.
İlahi, bu bərəkətli və gözəl bir gündür, Sənin yer üzündəki bütün müsəlmanlar bir yerə yığılmışlar, istəyən, diləyi olan, ümidvar və qorxan, Sən onların istəklərini görürsən, Səndən səxavət və kərəmindən istəyirəm ki, Muhəmməd və onun soyuna salam yetirəsən, İlahi, ey bizim Rəbbimiz, mülk və həmd Sənə məxsusdur, Səndən başqa bir Allah yoxdur, həlim, kərim, çoxlu bəxşiş, meh-riban, Cəlal və kəramət sahibisən, yeri göy yara-dansan, sahmana salmaq, hidayət etmək yaxud məqam-larını artırmaq üçün onlara bəxş etdiyin xeyir bərəkətdən, mənim də bəhrəmin artırmağını istəyirəm. Ey mənim Rəbbim, padşahlıq, həmd Sənə məxsusdur, Səndən başqa mə’bud yoxdur, Səndən bəndən, xalq içrə seçdiyin, dostun Muhəmməd və onun paklardan olan soyuna salam yetirməni istəyirəm, elə bir salam ki, Səndən başqa kimsə onu hesaba ala bilməsin, Səni gündə çağıran layiqli bəndələrinin duasına bizi də şərik et, ey aləmlərin Rəbbi, bizi də onları da əfv et, Sən hər şeyə qadirsən.
Ey mənim Rəbbim, ehtiyacımı sənin dərgahına gətirdim, bu günkü gündə miskinlik, yoxsulluq
yükünü Sənin qanına qoydum, mən öz əməlimdən çox Sənin əfvinə və rəhmətinə daha çox
e’timad bəsləyirəm, Sənin əfvin və məğfirətin mənim günahımdan daha genişdir, belə isə
Muhəmməd və onun soyuna salam yetir, ehtiyacım olan şeyləri özün öhdəsinə al, bu işə olan
qüdrətin, Sənin üçün asan olması xatirinə, mənim Sənə qarşı yoxsulluğum xatirinə, məndən
ehtiyacsızlığın xatirinə, çünki mən heç bir xeyirə yetmədim, məgər Sənin tərəfindən idi, Səndən başqa heç kəs məndən bir şəri qaytarmamışdır, dünya və axirət işlərimdə Səndən başqasına ümidimin olmadığı xatirinə. Ey mənim Rəbbim, hər kəs bu gündə məxluqun ümüdü ilə, ondan bir bəxşiş almaq üçün hazırlaşıb səfər yükü bağladısa, -ey mənim ixti-yar sahibim-mənim ümidüm, mükafat alıb bəxşi görməyim, tədarük görüb, hazırlaşmağım Sənə sarıdır, İlahi, Muhəmməd və onun soyuna salam yetir, və bu günkü gündə bu ümidi məndən alma, ey istəyənlərin xahişindən əziyyətə düşməyən, heç bir bəxşişi azaltmırsan, çünki mən etdiyim əmələ, yaxud kiminsə şəfaətinə ümid bəsləyirəm, yalnız Muhəmməd və onun əhli-beytinən şəfaətinə güvənərək Sənin dərgahına gəlmişəm, günahıma iqrar edib xətakarlara şamil olan böyük əvfinə göz dikərək hüzurana gəlmişəm, günahlarımı davam etdirmək rəhmətinin davamı kəsmədi ey rəhməti geniş və əfvi əzəmətli olan, ey əzəmət sahibi, ey kərim, ey kərim, Muhəmməd və onun soyuna salam yetir və öz rəhmətinlə ehsanla şəfqət göstər, mənə olan əfvini genişləndir. Ey mənim Rəbbim, cümə namazının bu məqamı Sənin xəlifə-lərinə seçdiyin bəndələrinə məxsusdur, yüksək dərəcələrdə yerləşdirdiyin şəxslərə aiddir, qəsbkarlar onu qarət etmiş, təqdiri Sənin əlindədir, əmrin məğlub edilməz, qəti təd-birindən hər zaman və hər cür istəyirsənsə kənara çıxa bilməz, daha yaxşı bildiyim, yatardığında və iradəndə müttəhim olmadığın üçün belə etdin-hətta Sənin seçdiyin kəslər, xəlifələrin məğlub olub öz haqlarından uzaq düşdülər, hökmünü dəyişdirib kitabını azağa atmış, şəriət yolun-dan vacibatını azdırmış, peyğəmbərinin sünnət-lərini dəyərsiz bilirlər. İlahi, Muhəmməd ilk və son düşmənlərinə, onlara itaət edib əməllərinə razı olanlara lə’nət et. İlahi, Muhəmməd və onun soyuna salam yetir, ki, Sən hər cür tə’rifə layiq, uca şə’n sahibisən, bəndələr içrə seçdiyin İbra-him və soyuna yetirdiyin salamların ən bərəkətli-sini, onlara təsdiq edib möhkəmləndirməkdə, yar-dım etməkdə tələs. İlahi, Məni özünə qarşı tohid və iman əhlindən, peyğəmbərini təsdiqləyənlərdən, itaətini vacib etdiyin imamlardan qərar ver, o kəslərdən ki, tohid və iman onların səbəbinə, onların əli ilə icra edilir, amin, ey aləmlərin Rəbbi! İlahi, Sənən qəzəbinin həlimliyindən savayı bir şey gizli qaytarmaz, şiddətini əfvindən başqa bir şey rədd etməz, əzabından yalnız rəhmətini aman verər, Sənin qarşında ahu-namədən savayı heç bir şey mənə nicat verməz, belə isə Muhəmməd və onun soyuna salam yetir və –ey mənim Rəbbim- bizə ölüləri diriltdiyin ölü məmləkətləri abad etdiyin qüdrətinlə nicat ver, və mənim – ey mənim Rəbbim – duamı qəbul etməməklə qəm-qüssədən həlak etmə, məni duamın qəbul edilməsindən agah et, ömrümün sonunadək əmələ əmin-amanlığın şirinliyini daddır, düşmənimi sevindirmə, onu başıma bəla mənə qalib etmə.
Ey mənim Rəbbim, əgər məni ucaltsan kim məni xar edə bilər? əgər əziz etsən kim məni rüsvay edə bilər? Və əgər xar etsən kim məni ucalda bilər? Və əgər həlak etsən bəndənə görə kim Sənin qarşına çıxa bilər? Yaxud kimsə kimsə Səndən onun barəsində xahiş edə bilərmi? Mən bu həqiqətə yetişdim ki, hökmündə zülm, əzabında tələsməklik yoxdur, çünki işinin
pozulmasından qorxan tələsir, zülmə aciz olan əl atır, Sən-ey mənim Rəbbim- bundan daha
ucasan. İlahi, Muhəmməd və onun soyuna salam yetir və məni bəlanın hədəfi, cəzanın nişanı etmə, mənə möhlət ver, qəm-qüssəmə son qoy, xətamı əfv et, müsibət ardınca müsibətə düçar etmə, çünki dər-gahına ahu-nalə etməyimi, çarəsizlik və acizli-yimi görürsən. İlahi, bu gündə qəzəbindən Sənə pənah gətirirəm, belə isə Muhəmməd v əonun soyuna salam yetir və mənə pənah ver, bu gündə qəzəbindən aman diləyirəm, belə isə Muhəmməd və onun soyuna salam yetir və mənə aman ver, əzabından salamat-lıq diləyirəm, belə isə və məni salamat saxla, Səndən hidayət istəyirəm, belə isə Muhəmməd və məni hidayət et, Səndən yardım istəyirəm, belə isə və mənə yardım et, Səndən rəhmət istəyirəm, belə isə və mənə rəhm et, Səndən ehtiyacsızlıq diləyi-rəm, belə isə və mənə ruzi inayət et, Səndən kömək istəyirəm, belə isə və mənə kömək göstər, keçmiş günahlarımdan bağışlanma diləyirəm, belə isə- və məni bağışla, Səndən ismət istəyirəm, belə isə - və mənə ismət ver, çünki iradə etsən, heç vaxt bəyənmədiyin işə dönmərəm, ey mənim Rəbbim, ey mənim Rəbbim, ey mehriban olan, ey ne’mətləri əta edən, ey cəlal və kəramət sahibi, Muhəmməd və onun soyuna salam yetir və Səndən istədiyim və onun üçün Sənə üz gətirdiklərimin hamısını icabət et və onu istə, müqərrər et, ona hökm ediö imza et, mənə hökm etdiyində xeyrimi nəzərə al, o işdə mənə bərəkət ver, onda mənə lütf göstər, mənə əta etdiyinlə məni xoşbəxt et, öz yanında olanlarla öz fəzlindən onun genişləndir, mənim üçün daha da artır çünki, Sən çox kəramətlisən, və onu axirət ne’mətinə, xeyrinə birləşdir, ey rəhm edənlərin rəhm edəni!
«Sonra nəzərinə gələn şeyləri hər bir eybdən pak olan Allahdan dilə, sonra Muhəmməd və ali
Muhəmmədə min dəfə səlavat göndər, çünki imam Zeynəl Abidin ələyhissalamın özü də bu cür edərdi».
49-cu dua: O Həzrətin düşmənlərin hiylələrinin qaytarılıb əziyyətlərinin qaytarılmasında etdiyi duası:
İlahi, məni hidayət etdin, lakin içi boş işlərə məşğul oldum, nəsihət verdin, lakin daşqəlbli oldum, ən üstün ne’mət verdin, amma itaətsizlik göstərdim, sonra günahın pisliyini mənə xəbər verib ondan çəkindirdin, və mən xəbərdar oldum, sonra da əfv etdin, lakin günaha sarı qayıtdım və Sən üstünü örtdün, belə olduqda-ey mənim Rəbbim- həmd-səna Sənə məxsusdur.
Özümü həlakət vadilərinə atmışam, fəlakət dərələrinə düşmüşəm, ona girməklə Sənin qəzəbinə
tuş gəlmişəm, ora düşməklə əzabına üzləşdim, Sənə sarı vasitəm tohiddir, əl atmağım odur ki, heç nəyi Sənə şərik qərar verməmişəm və Səninlə yanaşı başqa bir tanrı qəbul etməmişəm, indi bütün vücudumla Sənə sarı gəlmişəm, pis əməlli, xeyrinə əlindən verənin Sənə pənah gətirməsi kimi, nə çox üzərinə düşmənçilik qılıncını, xəncərinin ucunu mənim əleyhimə itiləmişi, nizəsinin başını mənə hücum üçün sür’ətləndirmişdir, öldürücü zəhərləri içkilərimə qatmış, məni öz oxlarına hədəf qərar vermişdir, məni pusmaqdan gözlərini yummamışdır, mənə zərər yetirməyi qəsd etmişdir, mənə acı suyunu daddırmağı istədir, lakin Sən-ey mənmi Rəbbim– acizli-yimi, zəifliyim, ağır yükləri daşımağımı, mənə əziyyət etməyi qəsd edəndən intiqam almağımdakı çarəsizliyimi, mənə qarşı düşmənçilikdə toplaşan çoxlarının önündə təkliyimi, pusqumda oturub onlardan xəbərsiz olduğumu nəzərə aldın, sonra mənə yardım etməyə başladın, arxamı qüdrə-tinlə möhkəmlətdin, sonra onun hiddətini sındır-dın, çoxlu adamların arasında ikən yalqız qoydun, məni ona qalib etdin, mənə qarşı tuşladığı oxu onun öz tərəfinə qaytardın, qəzəbi soyumadan, düş-mənçiliyinin odu sönməmiş onu qaytardın, barmaq-larının başını dişləri ilə çeynədi, ordusu dağıldı, nə çox hiylələri ilə barəmdə zülm edən, ov tələlərini mənim üçün açmış, himmətini məni nəzər altında saxlamağa göstərmiş, ovunun pusqusunda duran ovçu kimi mənim pusqumda oturmuşdur, halbuki mənmi üzümə gülür, ikiüzlülük göstərirdi, şiddətli qəzəblə məni didirdi və Sən-ey mənim Rəbbim-uca və ulusan, onun
batini çirkinliyini gördün, onu ov etmək istədiyi xəndəyə atdın, qurduğu meydana sürük-lədin,
tüğyanından sonra zəlicəsinə məni atacağı tələyə düşdü, və əgər Sənin rəhmətin olmasaydı az
qalmışdı ki, onun başına gələn mənim başıma gəlsin. Nə çox həsəd aparanlar ki, mənə görə qəm boğazını tutmuş, qəzəbinin şiddəti sümük kimi boğazında ilişmiş, dilinin iynəsi ilə məni sancdı, daim özündə olan işlərə mənə bağladı, hiylə edərək mənə hücum etdi, məkri ilə məni qsd etdi və o zaman-ey mənim Rəbbim– məndə fəryad edib onu diləyərək Səni səslədim, duamın sür’ətlə qəbul edilməsinə yəqinin var idi, bilirdim ki, himayət sayənə girən zülm görməz, intiqam pənahına gələnin qorxusu olmaz, və Sən öz qüdrətinlə məni onun şərrindən saxladın. Nə çox bəlalar buludlarını məndən sovuş-durdun, üzərimə ne’mət yağışı yağdırdın, nə çox rəhmət arxaları axıtdın, mənə salamatlıq libası geyindirdin, müsibətlər çeşmələrini qurutdun, qəm pərdələrini uzaqlaşdırdın. Nə çox yaxşı gümanım ki, həqiqətə çevirdin, yoxsulluğumu ara-dan apardın, yıxılmaqdan qurtardın, çarəsizli-yimə çarə qıldın, bütün bunlar ən’amından lüt-fündən idi, və bütün bu hallarda mən günah içrə çabalayırdım, lakin mənim pis əməlli olmağım Səni ehsanını kamilləşdirməkdən saxladı, bu ehsanın Sənin qəzəbinə tuş olmağımın qarşısını almadı, gördüyün iş barəsində sorğu-suala tutul-mazsan, həqiqətən də Səndən istənildi, əta etdin, istəməzdən öncə bəxşiş etməyə başladın, lüt-fündən istənildi və əskiltmədin, Sən, ey mənim ixtiyar sahibim, ehsandan, ən’am verib lütf gös-tərməkdən savayı hər şeydən çəkindin, mən də haram etdiklərinə batmaqdan, sərhədlərindən təca-vüz etməkdən, qorxutmaqdan xəbərsizlikdən savayı hər şeydən geri oturdum, belə olduqda həmd yalnız Sənə məxsusdur, ey mənim Rəbbim: qüdrətlisən məğlubedilməzsən, möhlət verərək tələsmirsən. Bu ne’mətlərinin bolluğuna e’tiraf edib onu təqsirlə qarşılayan, öz barəsində bütün işlərini zay etməsinə şəhadət edənin məqamıdır.
Ey mənim Rəbbim, bəyənilmişi, uca aydın ələvi vilayəti vasitəsi ilə Sənə yaxınlaşıram, o iki-sinin vasitəsi ilə Sənə sarı üz gətirirəm ki, mənə-fülankəsin şərrindən pənah ver, çünki bu pənah verməkliyin sərvət önündə Səni çətinliyinə salmaz, qüdrətin qarşısında zəhmətə düşməzsən, Sən, hər şeyə qadirsən. Belə isə rəhm edib davam etdirdikdən sonra öz yanında elə bir bəhrə nəsib et ki, onu Sənin razılıbına yetməyə nərdivan qərar verim, onun səbəbiylə cəzadan amanda qalım, ey rəhm edənlərin rəhm edəni!
50-ci dua: O Həzrətin Allahdan qorxmasında etdiyi duası:
İlahi, Sən məni səlist xəlq etdin, uşaq ikən bəslədin, ruzimə zamin oldun. İlahi, mən nazil edib
bəndələrinə onda müædə verdiyin kitabında tapdım ki, belə buyurmusan: «Ey öz nəfslərin zülm edən bəndələrim, Allahın rəhmətindən mə’yus olmayın, Allah bütün günahlarınızı bağışlayar» və məndən elə işlər baş vermişdir ki, Sən onları bilir, məndən daha agahsan, əməl dəftərimdə qeyd edilən bu rüsvayçı-lığıma görə vay halıma, əgər geniş bəxşişinə ümid bəslədiyim dayanacaqlar olmasaydı, rəhmə-tindən tamamilə naümid olardım, əgər kimsə Səndən qaça bilsəydi, qaçmağa mən daha üstün idim, göylərdə və yerdə bir şey Səndən gizli
deyildir, hər şeyi bir yerə yığacaqsan, cəzan necə də güclü-dür, hər bir mühasibdən ehtiyacsızsan. İlahi, əgər qaçsam məni tələb edəcəksən, fərari olsam tapacaqsan, belə olduqda artıq indi mənəm ki, Sənin dərgahında zəlil, təslim, başı aşağayam, əgər əzab etsən ona layiqəm, və o Sənin tərəfindən – ey mənim Rəbbim – ədalətin özüdür, əgər əfv etsən, əfvin elə qədimdən də mənim halıma şamil olmuşdu, mənə salamatlıq libası geyindirmisən. Ey mənim Rəbbim, Səni xəzinəndə olan adlarına, pərdə arxasında qoyduğun cəlalına and verirəm ki, bu tabsız vücuda günəşinə dözməyi bir ovuc sümüyə rəhm et, Cəhənnəm oduna nə cür dözə
bilərəm! Bu taqətsiz bəndə qəzəbinin deyil, hətta ildırımının səsini eşitməkdə taqətsizdir!
Belə olduqda ey mənim Rəbbim, mənə rəhm et, çünki zəlil bir kimsəyəm, dəyərsizəm, əzabım bir şey deyil ki, səltənətində zərrə də artıra bilsin, əgər əzab olunmağım səltənətində, padşahlığında bir şey artırmaqdan daha ucadır, yaxud günah-karları üsyanı ondan nəyi isə əskiltsin, belə isə ey rəhm edənlərin rəhm edəni, mənə rəhm et, ey cəlal və kəramət sahibi, məni əfv et, ey tövbələri qəbul edən, mehriban olan tövbəmi qəbul et!
51-ci dua : O Həzrətin Allah dərgahına zəliliyini izhar etməsi
İlahi, günahlarım məni söz deməkdən saxla-mış, sözümün ipi qırılmış, belə olduqda pis-liyimə bir dəlil yoxdur, buna görə də öz xətala-rımın əsiri, əməllərimin girovu, xətada sərgər-dan, məqsəddən ayrı düşmüş, və bütün vücudumla çarəsiz qalmışam, özümü günahkar zəlilərin yüngül sayanların məkanında saxlamışam, paksan Sən, hansı cür’ətlə Sənə qarşı itaətsizliyə qalxdım! Özümü nə cür həlakət səhrasına atdım! Ey mənim ixtiyar sahibim, üz üstə düşənə, və xətalarıma rəhm et, və nadanlığım önündə həlim-liyimə, pis əməllərimə qarşı ehsanına rəftar et, çünki günahlarıma iqrar edib xətalarıma e’tiraf edirəm, bu nəfsimdən qisas üçün ahu-zarla təslim etdiyim başımdır, qocalığıma və ömrümün ötməsinə, ölümümün yaxınlaşmasına, zəifliyimə, acizliyimə, korluğuma, çarəsizliyimə rəhm et. Ey mənim ixtiyar sahibim, məndən bü dünyada nişanə və iz kəsildikdə, yaratdıqların içrə adım itdikdə, unudulanlar kimi yaddan çıxanda mənə rəhm et. Ey mənim ixtiyar sahibim, üzüm və halım dəyi-şilib sümüklərim çürüyən, bədən əzalarım biribirindən ayrılan zaman mənə rəhm et, qarşımdakı hadisələrdən qafil olduğumdan vay halıma! Ey mənim ixtiyar saibim, qəbrdən çıxıb qaldırıl-dığım zaman mənə rəhm et, və o günkü gündə yerimi övliyalarınla, hərəkətimi aşiqlərinlə, məskəni-mi Öz qonşuluğunda qərar ver, ey aləmlərin Rəbbi.
52-ci dua : O Həzrətin qəm-qüssələri qovması zamanı etdiyi duası
O Həzrətin qəm-qüssələri qovması zamanı etdiyi duası Ey qüssəni məhv edib qəmi aradan aparan, ey dünyada və axirətdə Rəhman olan, iki dünyada rəhm edən, Muhəmməd və onun soyuna salam yetir və qəmimi məhv et, qəlbimdəki qüssəni aradan apar, ey yeganə olan, ey vahid, ey ehtiyacsız, ey doğmayan və doğulmayan, və Sənin tayın-bərabərin yoxdur, məni hifz et, paklıqla bəzə, çətinliyimi aradan apar, (və Ayətül-kürsünü, Fələq, Nas, və İxlas surələrini oxu və sonra de) – İlahi, Səndən ehtiyacı ağır olanın, gücü zəif günahları çox olanın istəyi kimi istəyirəm, ehtiyacına Səndən başaq səs verəni olmayanın, zəifliyi üçün Səndən başqa bir güc sahibi, müsibətlərinə Səndən savayı bağışlayanı olmayanın diləyi kimi, ey cəlal və kəramət sahibi, Səndən yerinə yetdikdə xoşladığın əməli, haqq yolunda sahib olana fayda verdiyin yəqini istəyirəm İlahi, Muhəmməd və onun soyuna salam yetir və canımı sabit qədəm olduğum halda al, dünyadan ehtiyacımı kəs, rəğbə-timi rəhmətinə qaldır ki, başımda Səninlə görüşmək şövqü olsun, mənə Sənə xalisanə təvək-kül etməyi ehsan et, Səndən keçmişin ən gözəd aqibətini istəyirəm, keçmişin ən pis aqibətindən Sənə pənah aparıram, İlahi, Səndən bəndələrin qorxusunu, zəlil olanların ibadətini, təvəkkül edənlərin yəqinini, mö’minlərin təvəkkülünü istəyirəm, İlahi gədalığımdakı rəğbət və şövqümü aşiqlərinin gədalıqlarındakı rəğbəti kimi, qorxumu övliyalarının qorxub dinindən heç bir şeyi tərk etməyim. İlahi, bu mənim hacətimdir, belə isə ona olan rəğbətimi böyəlt, ondakı üzrümü aşkar et, onda cismimə sağlamlıq bəxş et.
Ey mənim Rəbbim, hər kəs Səndən başqasına ümid bəslədiyi halda səhər açarsa-halbuki mən
bütün işlərimdə, bütün hallarımda Sənə ümidvar olduğum halda sübh etdim, belə isə mənim üçün sonu hər şeydən xeyrimi olan bir iş müqqəddər et, azdırcı fitnələrdən xilas et, rəhmətinə xatir, ey rəhm edənlərin rəhm edəni, Allahın səlatü səlamı, bərəkəti olsun haqqın göndərdiyi, seyyidimiz Muhəmmədə və onun pak soyuna.