Cəlilabad Cümə Məscdi

NAMAZ TƏLİMİ

BAKI - 2009
TƏLİMİ
NAMAZ
2
Din Allahın yoludur. Din heç bir insan
təsəvvürünün, zəkasının məhsulu deyil. O,
aləmləri yoxdan var edən, Uca və Qadir Allahın
insana bu fani dünyaya nə üçün göndərildiyini,
vəzifəsinin nədən ibarət olduğunu və əbədi həyatı
necə qazanmağın yollarını öyrədən hidayət yoludur.
Din ona inanan, inandığı kimi yaşayan insanların
önündə açılmış bir səadət qaynağıdır.
Təməli əqidə, gövdəsi şəriət, meyvəsi isə
əxlaqdır. Din halalı haramdan, haqqı batildən,
xeyiri şərdən ayıran nizamdır. Din həyatın özü,
əxlaq və ədəbin mənbəyidir. O, sosial həyatda
həqiqi bərabərliyin, gerçək sevginin və ədalətin
simvoludur. Din könüllərə açılan mərhəmət,
zehinlərə qida, ağıllara nur, təfəkkürə yeni üfüq,
mənəviyyatdakı bütün dərdlərə dərmandır. Din
etiqad, əməl və əxlaq üçlüyünün əsl adıdır. Din
mənəvi acıların, iztirabların bitdiyi, ələmlərin
DİN
3
tükəndiyi nöqtədir. Din hər kəsin haqqını bilmək,
tanımaq və ona əməl etməkdir. Bu haqları yerinə
yetirməyən mömin ola bilməz. Mömin olmaq
cani-könüldən Allaha bütün qəlbi ilə inanmaq
və Onun hər bir əmrinə boyun əyməkdir. Mömin
şəxs həyatı boyu varlığının Allaha borclu
olduğunu heç bir vaxt unutmayan, unutduğuna
və həmin məqamlarda etdiyi pis əməllərə görə
tövbə edən şəxsdir. Din problemlərin çözüm
yeri, dar düşüncələrdən xilas olma zəmini, sağlamlığın
məhvəridir. Din Allahın istədiyi kimi
yaşam tərzidir. Bütün peyğəmbərlərin təlim və
təbliğ etdiyi din, İslama aparan yoldur. “Allah
yanında din - islamdır”. İslam, sadəcə, etiqadlar,
nəzəriyyələr və axirət inancı ilə məhdudlaşmır.
Bütün həyatı, həyatın hər zəruri sahəsini ehtiva
edən, dinamik, aktiv və Qiyamətə qədər aktual
olan bir səmavi mədəniyyətdir.
4
«Аллащ-Tяала намазы мяним
эюзляримин нуру етди. Йемяк аъын,
су тяшнянин мящбубу олдуьу кими,
намазы да мяним мящбубум етди.
Фярг йалныз будур ки, аъ инсан чюряк
йейяндя, тяшня дя су ичяндя дойар,
анъаг мян намаздан доймарам».
Hяzrяti Muhяmmяd (сялляллащу ялейщи
вя алищи вя сяллям)
5
NAMAZ
İslam dininin əsaslarından biri də namazdır.
Namaz hər bir müsəlmanın Allahı qarşısında
itaətkarlığının göstəricisidir. Çünki namaz Allah
yanında imandan sonra ən sevimli və ən yüksək
əməldir.
Namaz dinin dirəyi, möminin meracı, cənnətin
açarı olan bir ibadətdir. Namaz möminin Rəbbi
ilə ünsiyyətdə olduğu ən şərəfli andır.
Namaz möminin qəlbini nurlandıran, imanın
kamilliyə doğru olduğunu göstərən, bir
çox günah və xətaların əfvinə və Allah yanında
dərəcəsinin artmasına səbəb olan bir ibadətdir.
Namaz Rəbbimizlə qurduğumuz ən güclü
sevgi və ünsiyyət rabitəsidir. Uca Rəbbimizi hər
zaman olduğu kimi namazda da bütün varlığımızla
hiss edərik.
Namaz qılarkən sanki qanadlanıb bu dünyanın
sərhədlərindən çıxır, nur aləminə qərq oluruq
və imanımız güclənir, dərinləşir, ruhumuz
mənəvi ləzzət dadır. Merac hədiyyəsi olan na6
maz bizim də meracımız olar.
Biz zəif və fani varlıqlarıq. Ona görə də
qüdrəti sonsuz olan Allahın hüzurunda Ondan
başqa hər şeyi unudaraq ehtiramla ona səcdə
edirik.
Beləcə, kimə səcdə etdiyimizi anlayaraq,
əsil namaza çatmağa çalışmalıyıq. Namaz təkcə
bədənin deyil, həm də ruhun səcdəsidir və mömin
namazla həyat tapar.
Namaz qəlbə qeyb aləminin qapılarını açan
bir ibadətdir.
Namaz mömin insanı kamilliyə
aparan ən önəmli
ibadətdir.
Gəlin namaz qılanda
elə namaz qılaq ki,
namazımız heç zaman
bitməsin.
Çünki
namaz Uca Yaradana
qovuşmaqdır!
7
Allahыm,
namazы
gözцmцn
nuru et, onu
mяnя sevdir!
Onunla
yollarымы
işыqlandыr vя
hяyatыmыn bir
gцnцnц belя
namazsыz etmя!
8
Həzrət MƏh əmm əd (s.) və
Əh li-beytin (ə)
namazlarınd an örnəklər
Kainatın Fəxri Həzrət Məhəmməd (səlləllahu
əleyhi və alihi və səlləm) möminlərin namazdakı
halını necə də gözəl ifadə etmişdir: “Rəbbini
görməsən də, sanki onu görən kimi Ona ibadət
et! Çünki O səni görür”.
Görəsən, Allah Rəsulu (s.) namazı necə qılardı?
Bu hər birimizi zaman-zaman düşündürmüşdür.
Allah Rəsulu (s.) namaza başladığı zaman
ətrafında olanlar onun köksündən qaynayan su
səsinə bənzər
bir səs eşidərdilər. Kainatın Fəxri
Rəsulullah (s.) Allahın (c.c.) hüzurunda
olduğunu
bütün varlığı ilə, bütün vücudu ilə hiss edər,
ürpər, qorxar və sevinərdi.
O, (s.) namaza durduğu zaman İlahinin hüzurundan
ayrılmaq istəməzdi. Qiyamda o qədər qalar,
o qədər uzun surələr oxuyardı ki, hətta ayaqları
şişərdi. Səcdədə o qədər qalardı ki, görənlər
dünyasını dəyişdiyini sanardılar. O, namazı necə
9
sevdiyini bir hədisində “Namaz gözümün nurudur”
- deyə ifadə etmişdir.
Möminlərin Əmiri Həzrət Əli (əleyhissəlam)
namaz vaxtı gəldikdə halı dəyişər, rəngi qaçar və
titrəyərdi. Səbəbini soruşduqda isə belə deyərdi:
“İndi Allahın yerlərə və göylərə buyurduğu
və onların da bu ağırlığı daşımaqdan qorxubçəkindiyi
əmanətin əda vaxtı olduğunu bilmirsinizmi?
Mən bu əmanət yükü ilə yüklənmişəm.
Götürdüyüm bu İlahi əmanəti ən gözəl şəkildə
əda edib- edə bilməyəcəyimi də bilmirəm”.
Xanım Fatimeyi- Zəhranın (s.ə.) namazda
Allah-Təalanın qorxusundan nəfəsi çətin gedibgələrdi.
Şəhidlər Sərvəri İmam Hüseyn (ə.s) hətta
Kərbəlada döyüşün ən şiddətli anında belə namazı
unutmamış, “Rəbbim namazı necə sevdiyimi
bilir” - deyə namazını qılmışdır.
İmam Zeynəlabidin (əleyhissəlam) də hər
gün yüzlərcə rükət namaz qılardı. Təhəccüd
(gecə oyaq qalmaq) namazını da əsla tərk
etməzdi. Dəstəmaz alarkən üzü saralar, namaz
qılmaq üçün ayağa qalxdıqda isə bütün vücudu
titrəyərdi. Səbəbini soruşanlara da “Kimin hü10
zurunda dayandığımdan xəbəriniz yoxdurmu?”
- deyə cavab verərdi.
Bir gün İmam Zeynəlabidin (ə.s) namaz
qılarkən evində yanğın olur. O, namazı pozmur
və namazına davam edir. Namaz bitdikdən
sonra
hadisəni danışanlara isə "İçimdəki
yanğın o
qədər şiddətli idi ki, evimin yandığını duymadım.
Onun üçün də yanğından xəbərim olmadı"
- deyir.
Həzrəti Əlinin (ə.s) yaxın tərəfdaşı olan Üveys
Qərani gecələrini ibadətlə keçirərdi. Bir gecəyə
"bu gecə leylətus-sücud", yəni “səcdə gecəsi”
deyər, səhərə qədər səcdə ilə gecəni əhya edərdi.
Digər bir gecəyə isə "bu gecə leylətul-qiyam",
yəni “qiyam gecəsi” deyər, gecəni səhərə qədər
qiyamda ibadətlə əhya edərdi.
Böyüklərin namazı və namazdakı halları belə
idi. Doğrudur, biz onlar kimi ola bilmərik, lakin
onlara bənzəmək üçün səy göstərməliyik.
Yeri gəlmişkən, bir məsələni də qeyd edək.
Heç vaxt “Mənim namazım hara, əsil namaz
hara?” deyib namazınızı kiçik hesab etməyin.
O,
bitərək ağac olmağa başlayan xurma çəyirdəyinə
bənzər. Oxuyaraq, anlayaraq, dinləyərək, çalışa11
raq, Haqqın hüzurunda olduğumuzu düşünərək
həqiqi namaza biz də zaman keçdikcə müvəffəq
ola bilərik. “Ola bilmərəm”- deyərək əsla
ümidsizliyə düşməyin. Bir “çəyirdək’’ olaraq
qalsaq belə, heç vaxt namazımızı tərk etməyək.
Namazın həqiqətindən və nurundan hər kəsə
öz niyyətinə görə pay verilir. Uca Allahdan hər
birimizə bu nura sahib olmağı diləyirik!
Namaz dяrdimя яlac, yanыq qяlbimя mяlhяm,
Onsuz яbяdi hяyat mяnim olsa, istяmяm.
12
Dəstəmaz
Dəstəmaz bir ibadətdir. Allah-Təala Qurani-
Kərimdə buyurur :
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
يَاۤاَيُّهَا الَّذِينَ اٰمَنُوۤا اِذَا قُمْتُمْ اِلٰى الصَّلاَةِ فَاغْسِلُوا وُجُوهَكُمْ
وَاَيْدِيَكُمْ اِلٰى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَاَرْجُلَكُمْ اِلٰى الْكَعْبَيْنِ
“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü
və əllərinizi dirsəklərlə birlikdə yuyun,
başınızı və ayaqlarınızın üzərini qabarıq yerə
kimi məsh edin” (“Maidə” - 6).
Namaza
hazırlıq
Təharət (paklıq)
uDəstəmaz
uTəyəmmüm
uQüsl
13
Nəbilər Sərvəri Həzrət Məhəmməd (s.)
dəstəmaz barəsində buyurmuşdur:
الوضوء مفتاح الصَّلاةِ
“Dəstəmaz namazın açarıdır”
(“Nəhcül-fəsahə”, hədis: 1588).
Dəstəmazın şərtləri
1. Dəstəmazın suyu pak (təmiz) olmalıdır.
2. Dəstəmazın suyu mütləq saf (başqa bir
şeylə qarışmamış) olmalıdır.
3. Dəstəmazın suyu mübah (icazəli, qəsb
olunmamış) olmalıdır.
4. Dəstəmaz alınan qab qızıl və gümüşdən
olmamalıdır.
5. Dəstəmaz alınan qab mübah olmalıdır.
6. Dəstəmaz əzaları (üz, əllər, qollar, baş və
ayağın üstü) yumaq və məsh etmək anında pak
olmalıdır.
7. Dəstəmaz və namaz üçün kifayət qədər
vaxt olmalıdır.
14
8. “Qürbətən ila-l-lah” qəsdi ilə, yəni Allah-
Təalaya yaxınlıq və Onun razılığı üçün dəstəmaz
alınmalıdır.
9. Tərtib, yəni dəstəmaz əməllərini ardıcıl
yerinə yetirmək lazımdır.
10. Muvalat - yəni dəstəmaz əməllərini fasiləsiz
yerinə yetirmək lazımdır.
11. Mubaşirət - imkan daxilində dəstəmaz
əməllərini insan özü yerinə yetirməlidir. Başqasından
kömək almamalıdır.
12. Suyun insan sağlamlığına ziyanı olmamalıdır
(xəstəlik və s.).
13. Dəstəmaz üzvlərində suyun bədənə çatmasının
qarşısını alan maneə olmamalıdır.
Dəstəmaz necə alınır?
Öncə niyyət edilir.(Dəstəmaz alıram,qürbətən
ilə-l-lah) Dəstəmaz niyyətini eşidiləcək şəkildə
söyləmək vacib deyil.
15
Əvvəlcə əllər yuyulur.
Sonra üzü alının tük bitən
yerindən
çənəyə qədər,
eninə
isə baş barmaqla or-
ta
barmaq
arsında qalan
hissəni yumaq lazımdır.
Üzü yuduqdan sonra sağ
qol dirsəkdən barmaqların
uclarına qədər yuyulmalıdır.
16
Sağ qol yuyulduqdan sonra
sol qol da eyni şəkildə
dirsəkdən barmaqların uc-
larına
qədər yuyulmalıdır.
Hər iki qolu yuduqdan
sonra sağ əldə qalan dəstəmaz
suyunun nəmliyi
ilə
başa məsh çəkilməlidir.
Başa məsh çəkildikdən
sonra sağ əlin
içində qalan dəstəmaz
suyunun nəmliyi
ilə
sağ ayağın barmaqlarının
ucundan başlayaraq ayağın
üstünə (hündürlüyə)
kimi məsh çəkilməlidir.
17
Sağ ayağı məsh etdikdən sonra sol ayağa da
sol əl ilə sağ ayaq kimi məsh çəkilməlidir.
Dəstəmazla əlaqədar
bəzi məsələlər
u Namaz vaxtının daxil olduğunu yəqin edən
insan əgər vacib niyyətlə dəstəmaz alarsa və
dəstəmazdan sonra hələ vaxtın daxil olmadığını
anlarsa, dəstəmazı səhihdir.
u Namazı tamamladıqdan sonra dəstəmaz
alıb-almadığına şübhə edən bir kimsənin namazı
səhihdir. Amma sonrakı namazlar üçün dəstəmaz
almalıdır.
u Dəstəmaz əzaları yuxarıdan-aşağıya doğru
yuyulmalıdır.
Dəstəmaz alarkən oxunm ası
müstəhəb olan dualar
Müstəhəbdir ki, dəstəmaz alan şəxs suya baxdıqda
desin:
Qeyd. Yuyulan əzaları bir dəfə yumaq vacib,
ikinci dəfə yumaq müstəhəbdir. Üçüncü
dəfə yumaq isə haramdır. Məsh yalnız bir dəfə
çəkilməlidir.
18
بسم الله و بالله والحمد لله الذى جعل الماء طهوراً و لم
يجعله نجساً
“Bismillahi və billahi vəl-həmdu lillahil-ləzi
cə’ələl-mə’ə təhuran və ləm yəc’əlhu nəcəsən”
(Allahın adı ilə. Həmd olsun Allaha ki, suyu
pakedici etdi, onu nəcis yaratmadı).
uDəstəmazdan əvvəl əllərini yuduqda desin:
الّلهم اجعلنى من التّوّابين و اجعلنى من المتطهّرين
“Allahumməc’əlni minət-təvvabinə vəc’əlni
minəl-mutətəhhirin”
(Allahım, məni tövbə edənlərdən və pak
olanlardan et).
Ağızda suyu hərəkət etdirərkən (məzməzə
edərkən) desin:
الّلهم لقّنى حجّتى يوم القاك و أتلق لسانى بذكرك
“Allahummə ləqqini huccəti yaumə əlqakə
və ətliq lisani bizikrikə”
(Allahım, səninlə görüşdüyüm gün hüccətimi
19
mənə təlqin et (dəlillərimi söyləmək imkanı ver)
və dilimi zikrinlə aç və danışdır).
uİstinşaq (yəni suyu buruna çəkmək)
zamanı desin:
الّلهم لا تحرّم علىّ ريح الجنّة وآجعلني ممّن يشمّ ريحها
“Allahummə lə tuhərrim əleyyə rihəl-cənnəti
vəc’əlni mimmən yəşummu rihəha”
(Allahım, Cənnətin ətrini mənə haram etmə
və məni onun ətrini qoxulayanlardan et).
uÜzünü yuyarkən desin:
الّلهم بيّض وجهى يوم تسودّ فيه الوجوه و لا تسوّد وجهى
يوم تبيضّ فيه الوجوه
“Allahummə bəyyid vəchi yaumə təsvəddu
fihil-vucuhu və la tusəvvid vəchi yaumə təbyəddu
fihil-vucuh”
(Allahım, üzlərin qara olduğu gün mənim
üzümü ağart və üzlərin ağ olduğu zaman mənim
üzümü qaraltma).
20
uSağ qolu yuyarkən desin:
اللّهم أعْطنى كتابى بيميني والخلد فى الجنان بيسارى
وحاسبنى حساباً يسيراً
“Allahummə ə’tini kitabi biyəmini vəl-xuldə
fil-cinani biyəsari və hasibni hisabən yəsira”
(Allahım, mənim əməl kitabımı sağ əlimə
ver və cənnətlərdə əbədi qalmağı sol əlimə və
mənimlə haqq- hesabı yüngülləşdir).
u Sol qolu yuyarkən desin:
الّلهم لا تطعنى كتابى بشمالى و لا من وراءِ ظهري و لا
تجعلها مغلولةً الى عنقي و أعوذ بك من مقطّعات النّيران
“Allahummə la tu’tini kitabi bişimali və la
min varai zahri və la təc’alha məğlulətən ila unuqi
və əuzu bikə min muqattəatin-niran”
(Allahım, əməl kitabımı nə sol əlimə, nə arxa
tərəfdən vermə, nə də ki əlimi boynumdan asılı
qoyma. Mən cəhənnəm atəşindən Sənə sığınıram).
21
uBaşı məsh etdikdə desin:
الّلهم غشّني برحمتك وبركاتك وعفوك
“Allahummə ğaşşini birəhmətikə və bərəkatikə
və əfvikə”
(Allahım, məni rəhmətinə, bərəkətinə və
əfvinə qovuşdur).
u Sağ və sol ayağı məsh edərkən aşağıdakı
duanı oxumaq müstəhəbdir:
اللّهم ثبّتني على الصّراط يوم تزل فيه الاقدام واجعل سعيى
في ما يرضيك عنّي يا ذالجلال والإكرام
“Allahummə səbbitni əlas-sırati yaumə təzillu
fihil-əqdam vəc’əl sə’yi fimə yurdikə anni ya
zal-cəlali vəl-ikram”
(Allahım, başqalarının ayaqlarının sürüşdüyü
gün Sirat üzərində məni sabitqədəm et. Bütün
səylərimi
razı qaldığın işlərə yönəlt, ey Cəlal və
İkram sahibi).
22
Dəstəmaz alınm ası
vacib olan əməllər
1. Meyit namazından başqa, digər bütün namazlar
üçün.
2. Kəbə evinin təvafı üçün.
3. Unudulmuş təşəhhüd və səcdə üçün.
4. Allahla əhd bağladığı, ya and içdiyi təqdirdə
və ya nəzir etdikdə.
5. Qurani-Kərimin ayələrinə toxunmaq
üçün(1).
6. Allahın adı və Ona məxsus sifətləri
(Rəhman, Xaliq və b.) yazılmış yazıya toxunmaq
üçün.
7. Ehtiyat üçün 14 Məsumun adı qeyd olunan
yazıya toxunmaq üçün də dəstəmaz alınır.
8. Nəcisə bulaşmış Quranı suya çəkmək və
ya onu (Quranı) hörmətsizlik olan yerdən (tualet
və onun kimi yerlərdən) çıxarmaq üçün şəxs
əlini və ya bədəninin başqa yerini Quranın yazısına
vurmağa məcbur olarsa: Əgər dəstəmaz
almaq müddətinə qədər Qurana hörmətsizlik davam
edərsə, dəstəmaz almadan Quranı bu kimi
(1) Ümumən Qurani-Kərimə dəstəmazlı əl vurmaq daha məqbul sayılır.
23
yerlərdən çıxarmalı və ya əgər nəcis olmuş olsa,
suya çəkməlidir.
Qeyd. Ehtiyat üçün hansı dildə olursa-olsun,
Allahın adları yazılmış yazıya dəstəmazsız toxunmaq
haramdır.
Dəstəmazı pozan ƏMƏLƏR
7 əməl dəstəmazı batil (pozur) edir:
1. Bövl (sidik) etmək.
2. Qaitin (nəcis) xaric olması.
3. Yelin çıxması.
4. Gözün görmədiyi və qulağın eşitmədiyi
dərəcədə yatmaq.
5. Ağlı başdan aparan şeylər (dəlilik, məstlik,
bihuş olmaq və s.).
6. Qadınlarda istihazə halları.
7. Qüslə səbəb olan şeylər (cənabət, meyyitə
toxunmaq və s.).
24
«Яэяр намаз гылан шяхс
Аллащын рящмятиnin ону necя
ящатя етдийини билсяйди,
башыны сяъдядян галдырмаг истямязди”.
Имам Яли(ялейщиссялам)
25
Təyəmm üm
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
وَاِنْ كُنْتُمْ مَرْضٰۤى اَوْ عَلَى سَفَرٍ اَوْ جَاۤءَ اَحَدٌ مِنْكُمْ مِنَ الْغَاۤئِطِ
اَوْ لاَمَسْتُمُ النِسَّاۤءَ فَلَمْ تَجِدُوا مَاۤءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا
بِوُجُوهِكُمْ وَاَيْدِيكُمْ مِنْهُ مَا يُرِيدُ اللهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلٰكِنْ
يُرِيدُ لِيُطَهِرَّكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
“...Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan
çıxdığınız və ya qadınlarla yaxınlıq
etdiyiniz zaman su tapmasanız, təmiz torpaqla
təyəmmüm edin, ondan üzünüzə və əllərinizə
sürtün (niyyət edib əllərinizi bir dəfə torpağa
vuraraq üzünüzü, bir dəfə də torpağa vuraraq
əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq
istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə
olan nemətini tamamlamaq (artırmaq) istər ki,
bəlkə, şükür edəsiniz!
(“Maidə” surəsi, 6-cı ayə)
Kainatın fəxri Həzrət Məhəmməd (s.) buyurmuşdur:
“Allah torpağı mənim üçün səcdəgah,
26
pak və təmizləyici etmişdir”.
(“Vəsailuş-şiə”, c.2, səh. 969)
şəxsin Bi r neçə halda dəstəmaz
və ya qüslün əvəzin ə təyəmm üm
etməsi lazımd ır:
u suyu axtardıqdan sonra su tapa bilməzsə;
u qocalıq və xəstəlikdən, quldur və ya vəhşi
heyvanların qorxusundan və bu kimi səbəblərdən
su əldə edə bilməzsə;
u suyun insan səhhətinə ziyanı olarsa;
u sudan istifadə edəcəyi təqdirdə susuz qalıb
əziyyətə düşəcəyindən qorxarsa;
u paltarı və ya bədəni nəcis olarsa (bu halda
az miqdarda su ilə nəcasəti aradan qaldırmalı və
namaz üçün təyəmmüm etməlidir);
u mübah su və ya qab olmazsa;
u dəstəmaz və ya qüsl etməsi namazın qəza
olmasına
səbəb olarsa.
Nələrlə təyəmm üm edi lir?
1) torpaq və ya qumla;
2) daş, qaya və kəsəklə;
27
3) çınqıl, çay daşı ilə;
4) qara mərmər və daşın digər növləri ilə.
Yuxarıda qeyd olunan şeylərdən heç biri
olmadığı təqdirdə isə xalça, paltar və bu kimi
şeylərin üstündə olan tozla da təyəmmüm etmək
olar.
Qeyd. Təyəmmüm ediləcək şeylər pak olmalıdır.
İlk növbədə torpaqla təyəmmüm edilməlidir.
Əgər torpaq olmasa, çınqıl və ya kəsək, onlar
da olmasa, daşla təyəmmüm edilir və bu halda
onların üzərində əllərin izi qala biləcək şəkildə
toz olmalıdır.
Təyəmm üm necə edi lir?
Öncə “Aləmlərin Rəbbinə itaət və yaxınlaşmaq
üçün təyəmmüm edirəm” deyə niyyət
etdikdən sonra əllərin içi təyəmmüm üçün icazə
verilən bir şeyin üzərinə bir dəfə vurulur.
28
Sonra eyni şəkildə sağ əlin içini tamamilə sol
əlin üstünə çəkmək lazımdır.
Qeyd. Dəstəmazı batil edən şeylər dəstəmaz
əvəzinə
alınan təyəmmümü də batil edir.
Sonra iki əlin içi bütün
alına,
tük bitən yerdən
qaşların
və burunun üstünə
qədər çəkilir.
Sonra sol əlin içi
tamamilə sağ əlin üstünə
çəkilir.
29
“Ибадят цчцн
эеъя ойаг галмаг
бядянин
саьламлыьы,
Аллащ-Tяаланын
разылыьынын, Аллащын
рящмяти алтында олмаq
вя пейьямбярлярин
яхлагына sаrыlмаq
цчцн vяsilяdir”.
Имам Яли
(яleyhissяlam)
30
Qüsl
Vacib qüsllər:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məssi-meyit qüslü.
6. Meyitə verilən qüsl.
7. Nəzir, and və bu kimi işlər üçün vacib olan
qüsllər.
Qeyd. Hər bir qüslü etmək üçün müvafiq
niyyət edilməlidir (məsələn; Cənabət qüslü
edirəm, qürbətən iləl-lah).
Qüslü iki şəkildə yerinə yetirmək olar:
1. Tərtibi qüsl.
2. İrtimasi qüsl.
Tərtibi qüsldə ilk öncə qüsl niyyəti edilir, birinci
baş və boyun, ondan sonra bədənin sağ tərəfi,
daha sonra isə bədənin sol tərəfi tamamilə
yuyulur.
31
İrtimasi qüsl suya baş vurmaqla edilir. Belə ki,
bu qüsldə su bədənin hər yerini əhatə etməlidir.
Qeyd. Yalnız cənabət qüslündən sonra dəstəmazsız
namaz qılmaq olar. Digər qüsllərdən sonra
namaz qılmaq üçün dəstəmaz almaq lazımdır.
Vacib namazlar yeddidir:
1. Gündəlik namazlar.
2. Cümə namazı.
3. Meyit namazı.
4. Kəbə evinin təvafı zamanı qılınan namaz.
5. Böyük oğula vacib olan atanın qəza namazı.
6. Əhd etmək, and içmək, nəzir demək və
icarə üçün vacib olan namazlar.
7. Ayət namazı.
Vacib namazlar
32
Günd əlik namazlar
Gündəlik vacib namazlar beşdir:
1. Sübh namazı (2 rükətdir).
2. Zöhr namazı (4 rükətdir).
3. Əsr namazı (4 rükətdir).
4. Məğrib (şam) namazı (3 rükətdir).
5. İşa (xiftən) namazı (4 rükətdir).
Qeyd. Səfərdə 4 rükətli namazlar
2 rükət qılınır.
Günd əlik namazların vaxtları
Sübh namazının vaxtı
Sübh azanına yaxın günçıxan tərəfdən bir
ağartı yuxarıya doğru hərəkət edir. Buna “birinci
fəcr” deyilir. Həmin ağartı yayılan vaxt “ikinci
fəcr” və sübh namazının başlanğıcı sayılır. Sübh
namazını sübh azanından gün çıxana qədər qılmaq
olar.
33
Zöhr və əsr namazlarının vaxtı
Zöhr və əsr namazlarının vaxtı zəvaldan
(zəval-günəşin zenit nöqtəsindən gün batana
tərəf əyilməsinə deyilir) gün batana qədərdir.
Şam və xiftən namazlarının vaxtı
Şam və xiftən namazlarının vaxtı günəşin qürubundan
başlayır və gecə yarısına qədər davam
edir.
İmam Cəfəri Sadiq (ə) buyurub: “Namaz
üçün üzü qibləyə durduqda dünya və dünyaya
aid olan hər şeyi unut, qəlbini məşğul edəcək
şeylərdən uzaqlaşdır”.
(“Mizanul-hikmət”, c.5, səh.190)
Məkkə şəhərində yerləşən Kəbə evi müsəlmanların
qibləsidir. Namaz üzü qibləyə tərəf
qılınmalıdır. Qiblənin istiqaməti hər yerə görə
müəyyən olunur.
Qi blə
34
Gündəlik vacib namazlardan qabaq azan və
iqamə oxumaq müstəhəbdir. Müstəhəb namazlarda
isə namazdan əvvəl azan və iqamənin əvəzinə
3 dəfə “əs-salah” (namaz) demək müstəhəbdir.
Camaat namazı üçün azan oxunmuş və iqamə
deyilmişsə, namaz qılan şəxs azan və iqamə oxumamalıdır.
Azan namazın vaxtı daxil olandan sonra oxunmalıdır.
Azan aşağıdakı kimi oxunur:
4 dəfə - Allahu Əkbər - الله اكبر
2 dəfə - Əşhədu əl lə iləhə illəllah -
اشهد ان لا إله الا الله
2 dəfə - Əşhədu ənnə Muhəmmədən Rəsulullah
اشهد انّ محمّدا رسول الله -
2 dəfə - Əşhədu ənnə Əliyyən Vəliyyullah-
اشهد انّ عليّاً وليّ الله
2 dəfə - Həyyə əlas-salah - حىّ على الصّلاة
2 dəfə - Həyyə əlal-fəlah - حىّ على الفلاح
2 dəfə - Həyyə əla xeyril-əməl -
حىّ على خير العمل
Azan
35
2 dəfə - Allahu Əkbər - الله اكبر
2 dəfə - Lə ilahə illəllah - لا إله الا الله
Qeyd. “Əşhədu ənnə Əliyyən Vəliyyullah”
cümləsi azanın tərkib hissəsi deyil. Amma deyilməsi
yaxşıdır. Vacib qəsdi ilə oxumaq olmaz.
Bu cümlə iqamədə də eyni niyyətlə oxunur.
İqamə belə oxunur:
2 dəfə - Allahu Əkbər - الله اكبر
2 dəfə - Əşhədu əl lə iləhə illəllah -
اشهد ان لا إله الا الله
2 dəfə - Əşhədu ənnə Muhəmmədən
Rəsulullah - اشهد انّ محمّدا رسول الله
2 dəfə - Əşhədu ənnə Əliyyən Vəliyyullah -
اشهد انّ عليّاً وليّ الله
2 dəfə - Həyyə əlas-salah - حىّ على الصّلاة
2 dəfə - Həyyə əlal-fəlah - حىّ على الفلاح
2 dəfə - Həyyə əla xeyril-əməl -
حىّ على خير العمل
2 dəfə - Qad qamətis-salah - قد قامت الصّلاة
İqamə
36
2 dəfə - Allahu Əkbər - الله اكبر
1 dəfə - Lə ilahə illəllah - لا إله الا الله
1. Niyyət.
2. Qiyam (ayaq üstə durmaq).
3. Təkbirətül-ehram (namazın əvvəlində “Allahu
Əkbər” demək).
4. Rüku’.
5. Səcdələr.
6. Qiraət.
7. Zikr.
8. Təşəhhüd.
9. Salam (Təhiyyə).
10. Tərtib.
11. Muvalat (ardıcıllıq).
Bunlardan bəziləri namazın rüknü sayılır. İnsan
onları yerinə yetirməsə, yaxud bu, qəsdən və ya
səhvən olsa, namaz batil olar. Bəziləri rükn deyildir.
Əgər səhvən azaldılarsa, namaz batil olmaz.
Namazın rüknləri beşdir:
1. Niyyət.
2. Təkbirətül-ehram.
Namazın vacibatı
37
3. Qiyam, rükuya bitişik qiyam, yəni rükudan
əvvəl və sonra qaməti düzəltmək.
4. Rüku.
5. Bir rükətdə iki səcdə.
İmam Cəfəri- Sadiq (əleyhissəlam) buyurmuşdur.
“Allah-Təala qiyamət günü insanları
əməllərinə görə haqq-hesab edəcək”.
(“Biharul Ənvar”, c. 70, səh. 290).
Namaz Allaha yaxın olmaq niyyəti
ilə qılınmalıdır.
Namaz qılanın niyyəti qəlbindən
keçirməsi və ya dillə deməsi vacib deyil. Lakin,
bunun əksi də namaza xələl gətirməz.
Niyyət bu cür deyilir: “(Sübh) namazı qılıram
vacib qürbətən iləllah”. Yəni Allaha yaxınlaşmaq
və onun rizasını qazanmaq üçün namaz
qılıram.
Niyyət
38
Hər namazın əvvəlində “Allahu Əkbər” demək
vacib və rükndür. Hər “Allahu Əkbər” deyərkən
əlləri qulaq bərabərinə qaldırmaq müstəhəbdir.
Niyyətdən sonra “Allahu Əkbər” deməklə
namaza başlanılır.
Namaza başlamaq üçün “Allahu Əkbər’’
deyilərkən bədən sakit olmalıdır.
Təkbiratul-ehram
39
Təkbiratul-ehram, “Fatihə” və hər hansı surə
ayaq üstə oxunur. Bu duruşa “qiyam” deyilir.
Qi yam-qiraət
40
Təkbiratul-ehram deyildikdən sonra əllər ya-
na salınaraq “Fatihə” surəsini və ardınca hər han-

bir surəni tam oxumaq lazımdır.
“Fatihə” və hər hansı surəni oxuyarkən əl və
barmaqları hərəkət etdirməmək müstəhəbdir.
Sübh, məğrib və işa namazlarının 1-ci və 2-ci
rükətlərində “Fatihə” və surələr ucadan oxunmalıdır.
Zöhr və əsr namazının “Fatihə” və sonra
oxunan surələri astadan oxunmalıdır.
Namaz qılarkən qadının səsinin naməhrəm
kişi tərəfindən eşidilməsi ehtimal olarsa, sübh,
şam və işa namazlarında “Fatihə”
və sonra oxunan
surələr astadan oxunmalıdır.
41
“Fatih ə” surəsi
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ *
اَلْحَمْدُ رَبِّ الْعَالَمِينَ * اَلرَّحْمٰنِ الرَّحِيمِ * مَالِكِ يَوْمِ
الدِّينِ * اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِينُ * اِهْدِنَا الصِرَّاطَ
الْمُسْتَقِيمَ * صِرَاطَ الَّذِينَ اَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ
عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ *
Bismillahir-Rəhmanir-Rəhim.
Əlhəmdu lillahi rəbbil aləmin. Ərrəhmanirrəhim.
Məliki yaumiddin. İyyakə nə’budu və iyyakə
nəstəin. İhdinəs-sıratəl-mustəqim. Sıratəlləzinə
ən’əmtə aleyhim ğeyril məğdubi əleyhim
vələddallin.
“İxlas” surəsi
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ
قُلْ هُوَ اللهُ اَحَدٌ * اَ الصَّمَدُ * لَمْ يَلِدْ وَلَمْ يُولَدْ * وَلَمْ يَكُنْ لَهُ
كُفُوًا اَحَدٌ *
Bismillahir-Rəhmanir-Rəhim
1. Qul huvəllahu əhəd. 2. Allahus-saməd. 3.
Ləm yəlid və ləm yuləd. 4. Və ləm yəkul- ləhu
kufuvən əhəd.
surələr
42
“Fatihə” və hər hansı surə oxunduqdan
sonra rükuya gedilərək 3 dəfə “Subhanəllah”
سبحان الله) ) və ya “Subhanə rəbbiyəl-əzimi və
bihəmdih” ( سبحان ربّي العظيم و بحمده ) demək olar.
Namaz qılan hər rükətdə qiraətdən sonra
əllərini (əllərin içini) dizlərinin üzərinə qoyacaq
qədər əyilməlidir. Bu əmələ ‘‘rüku’ ’’ deyilir.
43
Rükudan qalxdıqdan sonra düz dayanıb “Səmiəllahu
limən həmidəh” demək müstəhəbdir.
Rüku tamamlanandan sonra səcdəyə gedilir.
44
Namaz qılan şəxs müstəhəb və vacib namazların
hər rükətində rükudan sonra qiyam etməli, “Allahu
Əkbər” deyib səcdəyə getməli və iki dəfə
səcdə etməlidir. Səcdədə gərək yeddi üzv (yəni
alın, iki əlin içi, iki dizin gözü və iki ayağın baş
barmağının ucu) yerə qoyulsun.
Səcdə edərkən bu zikri 3 dəfə “Subhanəllah”
سبحان الله) ) və ya “Subhanə rəbbiyəl-ə’la və
bihəmdih” ( سبحان ربّي الأعلى و بحمده ) oxusun.
Başı səcdədən qaldırdıqdan sonra “Allahu
Əkbər” ( الله اكبر ) demək müstəhəbdir.
45
İki səcdənin arasında oturaraq:
استغفر آلله ربّي و أتوب إليه
“Əstəğfirullahə Rəbbi və ətubu ileyh” demək
müstəhəbdir.
İkinci səcdədə də birinci səcdədə oxunulan
zikr oxunur.
Bununla da birinci rükət tamamlanır. Birinci
rükətin ikinci səcdəsindən sonra ayağa qalxmaq
lazımdır. Həmd və surə oxunduqdan sonra qunut
tutulur.
Qunutda əlləri üzün müqabilində tutmaq,
əllərin içini göyə tərəf bir-birinin müqabilində
saxlamaq, baş barmaqlardan başqa digər barmaqları
bir-birinə birləşdirmək və əllərin içinə
baxmaq müstəhəbdir.
46
Qunutda hər hansı bir zikr deyilərsə, hətta
bir “salavat” və ya “Subhanəllah” ( (سبحان الله
deyilərsə, kifayətdir. Lakin bu duanı oxumaq
daha yaxşıdır:
رَبَّنَاۤ اٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي اْلاٰخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
“Rəbbəna ə’tinə fid-dunya həsənətən və filaxirəti
həsənətən və qinə əzabən-nar”.
Qeyd. Qunut hər namazın ikinci rükətində
rükuya getməzdən əvvəl edilməsi təkidlə vurğulanan
müstəhəb bir əməldir.
Qunutdan sonra “təkbir” (Allahu Əkbər)
deyib rükuya gedilir və rükudan sonra əvvəlki
rükətdə olduğu kimi iki səcdə edilir.
İkinci səcdədən qalxdıqdan sonra oturaraq
‘‘təşəhhüd’’ oxunulur:
47
اشهد ان لا إله الا الله وحده لا شريك له و اشهد انّ محمّدا عبده و رسوله. اللهمّ صلّ على محمّد و آل محمّد
“Əşhədu ən lə ilahə İlləllah, vəhdəhu la şərikə
ləh və əşhədu ənnə Muhəmmədən əbduhu
və Rəsuluhu. Allahummə salli əla Muhəmmədin
və ali Muhəmməd”.
48
‘‘Təşəhhüd’’ halında sol ayağın üzərində oturulması,
sağ ayağın sol ayağın üstünə qoyulması,
təşəhhüddən əvvəl “əlhəmdulillah”, təşəhhüddən
sonra “və təqəbbəl şəfaətəhu fi ummətihi vərfə’
dərəcətəhu” ( (و تقبّل شفاعته فى أُمته وارْفعْ درجته
deyilməsi müstəhəbdir.
Əgər 2 rükətli namaz qılınırsa, təşəhhüddən
sonra (‘‘təhiyyə’’) “salam” deyilir və beləcə namaz
tamamlanır. Salam aşağıdakı kimidir:
السّلام عليك ايّها النّبىّ و رحمة الله و بركا ته. السّلام علينا
و على عباد الله الصّالحين. السّلام عليكم و رحمة الله
و بركا ته.
“Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rəhmətullahi
və bərakətuhu. Əssəlamu əleyna və əla
ibadillahis-salihin. Əssəlamu əleykum və rəhmətullahi
və bərakatuh”.
3-cü rükəti qılmaq üçün ‘‘təşəhhüd’’ oxunduqdan
sonra ayağa qalxıb “təsbihatül- ərbə’ə”
zikri oxumaq müstəhəbdir.
سبحان الله والحمد لله و لا اله إلا الله والله اكبر
49
“Subhanəllahi, vəlhəmdu lillahi və la ilahə
illəllahu vəllahu əkbər”.
Namazın 3-cü və 4-cü rükətlərində ya 1 dəfə
“Fatihə” surəsi oxunur, ya da 3 dəfə “Təsbihatülərbə’
ə” oxunsa kifayət edər.
“Təsbihatül- ərbə’ ”dən sonra 1 və 2-ci rükətlərdə
olduğu kimi rüku və səcdələr edilir.
Şam (məğrib) namazında 3-cü rüku və
səcdələrdən sonra təşəhhüd və salamları deyib
namazı bitirmək lazımdır.
Əgər namaz 4 rükətlidirsə (məsələn: zöhr,
əsr, işa), 3-cü rükətin rüku və səcdələrindən
sonra
4-cü rükət üçün ayağa durulmalıdır. “Təsbihatül-
ərbə’ə” oxunduqdan sonra rüku və
səcdələr edilir, sonra isə təşəhhüd üçün oturulur,
təşəhhüddən sonra salam verilir.
Bununla da namaz tamamlanır.
Müstəhəbdir ki, salamlardan sonra 3 dəfə
“Allahu Əkbər” deyilsin.
50
Qəza namazı
Təqibat namazdan sonrakı müstəhəb əməllərə
(məsələn: dualar, zikr və s.) deyilir.
Namaz bitdikdən sonra onları yerinə yetirmək
müstəhəbdir və eyni zamanda da çox təkid
olunmuşdur.
Zikrlərin bəyəniləni və çox təkid olunanı
Xanım Fatimənin (ə.s) təsbihidir. Bu zikri Allah
Rəsulu (s) Xanım Fatiməyə (ə.s) öyrətmişdir.
Zikrin qaydası belədir:
34 dəfə - “Allahu Əkbər”.
33 dəfə - “Əlhəmdulillah”.
33 dəfə - “Subhanəllah” -demək
Vacib namazı vaxtında qılmayan şəxs o namazın
qəzasını yerinə yetirməlidir.
Boynunda qəza namazı olan şəxs onu qılmaqda
səhlənkarlıq etməməlidir. Qəza namazı olan
şəxs müstəhəb namazları qıla bilər.
Qadının heyz və ya nifas halında olduğu zaman
qılmadığı namazların qəzası qılınmır.
Təqibat
51
Müsafir namazı
Səhv səcdəsi
Müsafir (səfərdə olan şəxs) zöhr, əsr və işa namazlarını
səkkiz şərt daxilində qəsr (qısa), yəni,
2 rükət olmaqla qılmalıdır. Həmin şərtlərdən
bəzilərini aşağıda qeyd edirik.
u Səfər 8 fərsəxdən (gediş-gəliş 44 km) az
olmamalıdır.
u Səfər haram (qadağan edilmiş) bir iş üçün
olmamalıdır: (məsələn, qadının ərinin icazəsi
olmadan, uşağın ata-anasının icazəsi olmadan
vacib olmayan səfərə getməsi), o halda namazı
tam qılmalıdır.
u Peşə səfər üçün əsas sayılmamalıdır. Malqara
otaran çobanlar, sürücülər və bu kimi peşə
sahibləri namazlarını tam qılmalıdırlar.
u Səfərin müddəti 10 gündən artıq olarsa, namaz
tam qılınır.
Namaz qılan şəxs 5 məqamı üçün səhv
səcdəsi (səcdeyi-səhv) etməlidır:
1) namaz əsnasında səhvən danışsa (bilərək52
dən danışmaq namazı batil edər);
2) namazın salamını (təhiyyə) verməli olmadığı
yerdə səhvən salam desə;
3) “təşəhhüdü” unutsa;
4) 4 rükətli namazda 2-ci səcdədən sonra 4,
ya 5 rükət qılması barədə şəkk etsə;
5) səcdənin birini unudarsa, yaxud ayaq üstə
durmalı olduğu halda səhvən oturarsa və ya oturmalı
olduğu yerdə səhvən ayağa qalxarsa.
Əgər səhvən oxuduğu şeyi vəziyyəti
dəyişmədən yenidən düzgün oxusa, səhv səcdəsi
vacib deyil.
Səhv səcdəsinin qaydası
Namazın salamından sonra dərhal səhv səcdəsi
niyyəti edilir və səcdə zamanı deyilir:
“Bismillahi və billahi, əssəlamu əleykə eyyuhən-
nəbiyyu və rəhmətullahi və bərəkatuh”.
Bundan sonra oturub 2-ci dəfə səcdəyə getmək
və birinci səcdədə oxunan zikri yenidən
oxuyaraq
qalxmaq, daha sonra isə təşəhhüdü
بسم الله و بالله السّلام عليك ايّها النّبىّ و رحمة الله
و بركا ته
53
NamazI batil edən (pozan) əMəLlər
oxuyub
salam verməklə səhv səcdəsini tamamlamaq
lazımdır.
12 əməl namazı batil edər və onlara “mübtilat”
deyilir:
1. Namaz əsnasında namazın şərtlərindən biri
pozulmuş olsa; məsələn: namaz qılan libasında
nəcis olduğunu görsə.
2. Namaz qılarkən qəsdən, səhvən və ya
çarəsizlikdən dəstəmazı pozan işlərdən hər hansı
biri baş verərsə.
3. Təvazö və ədəb qəsdi ilə əlləri bir-birinin
üzərinə qoymaq.
4. “Həmd” surəsini oxuyandan sonra «Amin»
demək.
5. Qəsdən və ya unudaraq qibləyə arxa
çevirmək, ya qiblədən sağa-sola dönmək.
6. Qəsdən danışmaq və ya hansısa bir söz
demək.
7. Qəsdən və ya qeyri-ixtiyari uca səslə və ya
qəhqəhə çəkərək gülmək.
8. Namazda dünya işləri üçün qəsdən, səssiz
54
və ya ucadan ağlamaq.
9. Namazda olmayan artıq bir hərəkət etmək.
10. Namaz halında yemək-içmək.
11. 2 və 3 rükətli namazlarda şəkk etmək.
4 rükətli namazların isə ilk 2 rükətində şəkk
etmək.
12. Namazın rüknündən bir şeyi qəsdən artırıb
və ya azaltmaq.
55
“Ким ики рцкят намаз гылса вя
онун яснасында ня дедиклярини anlasa,
намазы гуртаран кими Аллащла онун
арасында щеч бир эцнащ галмаз”.
Имам Cяfяri Садиг (ялейщиссялам)
56
“Ey iman gətirənlər! Cümə günü namaza
çağırıldığınız zaman Allahı zikr etməyə tələsin
və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə
qədər xeyirlidir!” (“Cümə” surəsi - 9).
Cümə namazı 2 rükətdir. Sübh namazı kimi
qılınır. Fərqi budur ki, cümə namazından əvvəl
iki vacib xütbə oxunur. Müstəhəbdir ki, birinci
rükətdə “Fatihə”dən sonra “Cümə” surəsi, ikinci
rükətdə isə “Fatihə”dən sonra “Münafiqun”
surəsi oxunsun.
Hər rükətdə, birinci rükətdə rükudan qabaq,
ikinci rükətdə rükudan sonra, sonra qunut oxunmalıdır.
Cümə namazı mütləq camaatla qılınmalıdır.
Namazda ən azı 5 nəfər iştirak etməlidir: 1
imam, 4 məmun (namaz qılan). Cümə namazını
tək qılmaq olmaz.
Cümə namazı
ياۤاَيُّهَا الَّذِينَ اٰمَنُۤوا اِذَا نُودِيَ لِلصَّلاَةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا
اِلٰى ذِكْرِ اللهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُونَ
57
Ayət namazı
Bayram namazı
Ayət namazı aşağıdakı hallarda vacib olur:
Günəşin tutulması, Ayın tutulması, zəlzələ,
göy gurultusu, ildırım, güclü külək, tufanlar və
bu kimi səma hadisələri olarsa.Əgər, zəlzələ istisna
olmaqla, Yerdə baş verən qeyri-adi təbiət
hadisələri zamanı insanların çoxu qorxarsa, ayət
namazı vacib olar.
Ayət namazı 2 rükət qılınır və hər rükətdə 5
rüku’ var:
İnsan niyyət etdikdən sonra ‘‘təkbir’’ deyərək
bir “Fatihə” və bir tam surəni oxuyub rükuya
gedir, rükudan qalxıb yenə “Fatihə” və bir surə
oxuyub təzədən rükuya gedir, bunu 5 dəfə təkrar
etdikdən sonra 5-ci rükudan qalxıb 2 dəfə səcdə
edir, sonra qalxıb 2-ci rükəti də 1-ci kimi qılır və
səcdələrdən sonra təşəhhüd oxuyub salam verir.
Fitr (Ramazan) və Qurban bayramının namazı
camaatla qılınmalıdır. Camaata qoşula bilmə58
yənlər bayram fərdi şəkildə qıla bilərlər.
Fitr və Qurban bayramının namazının vaxtı
bayram günü günəş çıxandan zöhr namazına
qədərdir.
Fitr və Qurban bayramının namazı 2 rükətdir;
1-ci rükətdə “Fatihə” və bir surə oxunduqdan
sonra 5 təkbir (Allahu Əkbər) deyilməli və hər
təkbirdən sonra bir qunut oxunmalıdır. 5-ci
qunutdan sonra daha bir təkbir deyib rükuya
getmək və 2 səcdəni yerinə yetirib qalxmaq lazımdır.
2-ci rükətdə 4 təkbir deyilməli və hər
təkbirdən sonra qunut oxunmalıdır. Sonra 5-ci
təkbiri deyib rükuya getmək, rükudan sonra 2
dəfə səcdə etmək, təşəhhüd oxuyub namazın salamını
vermək lazımdır.
Fitr və Qurban bayramı namazının qunutunda
istənilən dildə istənilən dua oxuna bilər. Ərəbcə
bilməyənlər öz dilində qunut deyə bilərlər
Fitr və Qurban bayramının namazından sonra
2 xütbə oxumaq müstəhəbdir. Daha yaxşı olar
ki, Fitr bayramının xütbəsində fitrə zəkatının
hökmləri, Qurban bayramının xütbəsində isə
qurbanlığın hökmləri izah olunsun.
59
“Щягигятян динин сцтуну намаздыр.
Адям ювладындан сорушулан илк шей
намаз олаъагдыр. Намазы доьру олса,
о бири ямялляринин dя щесабы апарылаъагдыр.
Доьру олмаса, диэяр ямялляринин
щесабы апарылмайаъаг”.
Hяzrяti Muhяmmяd
(sяллялlащу ялейщи вя алищи вясяллям)
60
Din............................2
Namaz.......................5
Həzrəti Muhəmməd
(s) və Əhli-beytin
(ə) namazlarından
örnəklər.....................8
dəstəmaz.................12
Təyəmmüm.............25
Qüsl.........................30
Vacib namazlar........31
Gündəlik
namazlar..................32
Qiblə.......................33
Azan........................34
İqamə......................35
Namazın vacibatı....36
Niyyət.....................37
Təkbiratul-ehram....38
Qiyam-qiraət...........39
Surələr.....................41
Təqibat....................50
Qəza namazı............50
Müsafir namazı.......51
Səhv səcdəsi............51
Namazı batil edən
(pozan) əməllər.......53
Cümə namazı..........56
Ayət namazı............57
Bayram namazı.......57
MÜNDƏRİCAT
61
Йыьылмаьа верилмишдир: 10.02.2009.
Чапа имзаланмышдыр: 14.02.2009.
Няшрин юлчцсц: 60х84 1/32.
Физики чап вяряги: 2,0.
Сифариш: 30. Сайы: 1000 ядяд.
Техники редактор:
Dizayner:
Корректор:
Рауф КЯРИМОВ
Pярвин МЯЩЯРРЯМОВ
Aqшин АБДАЛЛЫ
Бакы, AЗ1122, Зярдаби пр.-78 / Тел.: 4977021
Faks: 4971295 / Е-почту: office@nurprint.com
НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ
TƏLİMİ
NAMAZ
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol