ƏBƏDİ SƏADƏT YOLU
ƏBƏDİ SƏADƏT YOLU
RUHULLAH MUSƏVİ XOMEYNİ
Kitabın adı:.................................................................... Əbədi səadət yolu
Müəllif:........................................................... Ruhullah Musəvi Xomeyni
Nəşr edən:..................................................................................................... «»
Çap növbəsçi:..................................................................................... Birinci
Çap tarixi:............................................................................................... 2008
Tiraj:........................................................................................................ 3000
Müqəddimə
Bağışlayan və Mehriban Allahın adı ilə.
İslam tarixini səhifələyərkən bir sıra şəxsiyyətlərlə rastlaşırıq ki, onlar tarixin gedişini dəyişdirmiş və onda dərin iz qoymuşlar. O dahi şəxsiyyətlərdən biri də öz əsrimizdə yaşamış, imam Xomeynidir.
O həzrət, zülm caynaqları hər tərəfdən İslam dininə hücum edib, onu məhv etmək üzrə olarkən və müsəlmanlar zülm əlində köləyə çevrildikləri bir zaman meydana girdi.
Diktatorlar, qəsbkarlar, zorakılar bütün bacardığı vasitələr: xalqı parçalamaq, fikirləri yayındırmaq və ən yeni texniki silahlarla İslama öz ağır zərbələrini endirib, onu son nəfəslərini çəkməyə vadar etdikləri bir vaxt, imam Xomeyni başdan-ayağadək iman, təqva ilə silahlanıb, Allaha təslim olaraq, öz qılıncını zülmün başına endirdi, İslam və müsəlmanlara zülmün əlindən nicat verdi, göləlik buxovlarından azad etdi.
O, təkcə müsəlmanlara yox, bəlkə zülm əlində inləyən bütün bəşəriyyətin azad olması üçün bir yol açdı və onlara azad olmağın, zülm ilə mübarizənin yolunu öyrətdi.
Bəs o yol hansı yoldur?
İmam Xomeyni, o yolu insanın öz nəfsini saflaşdırmasında və Allaha təslim etməsində görür.
Bəli, insan öz daxilində inqilab yaratmayınca, özünü İslamın təqva, iman və təslim kimi silahları ilə silahlandırmayınca zülm və istismarın onun dininə, əqidəsinə, mədəniyyətinə, varına, namusuna və... uzanmış xain əllərini kəsə bilməz, öz vəzifəsini layiqincə yerinə yetirməyə müvəffəq olmaz. Nəticədə isə bu dünyada zillət, axirətdə isə ağır hesabla üzləşəcək.
Bəs nəfsi saflaşdırmaq, onu Allaha təslim etmək necə ələ gəlir və bu yolda hansı addımları atmaq lazımdır?
"Mühəmmədin (s) maarifi işığında" qrupu, bu suala cavab vermək üçün, imam Xomeyninin camaata və tələbələrə etdiyi nəsihətlərindən və o həzrətin "Şərhi çehel hədis", "Şərhi hədisi cünudi əql və cəhl" və s. kimi kitablarından istifadə etməklə, səadətə çatmaq üçün "nəfsi saflaşdırmaq" yolunda etdiyi tövsiyələrini bir yerə toplamış və "Əbədi səadət yolu" ünvanı altında sizə təqdim edir.
NAMAZIN İLKİN VAXTINA
ƏHƏMİYYƏT
Tez get namazını qıl
Bir gün imam həyətdə gedirdi. Mən, gəlib onun yanından keçmək istəyirdim. İmam məni yanına çağırıb dedi: Zöhr və əsr namazını qılmısan? Dedim: Xeyr.
Buyurdu: Tez get namazını qıl, savabı azalmasın. Namazı vaxtın əvvəlində qılmağın çoxlu savabı var.
Mühəmməd Təqi İşraqi.
Uşaqlar yeddi yaşından namaz qılsınlar
İmam övladlarının dini tərbiyəsinə 7 yaşlarından diqqət edirdi və deyirdi: Uşaqlar yeddi yaşından namaz qılsınlar, belə ki, doqquz yaşında artıq adət etmiş olsunlar. İmam özü, övladlarının namaz qılmasına çox əhəmiyyət verirdi və onlardan namaz qılıb-qılmamalarını soruşurdu. Amma uşaqlar: "namaz qılmışam" desəydilər, qəbul edirdi.
İmam Xomeyninin həyat yoldaşı.
Vəssəlamu ələykum və rəhmətullah
Şah qaçan gün dünya informasiya nümayəndələrindən bir qrupunun Nofəl Loştuda həzrət imamla müsahibə proqramları var idi. Təqribən 150 televiziya kanalı dünyanın hər tərəfində bu proqramı canlı halda yayımlayırdılar. Çünki, tarixdə böyük dəyişiklik yaradan bir inqilab olmuşdu. Hamı imamın nəzər və fikrini bilmək istəyirdi. O həzrət neçə dəqiqə söhbət etdi. Sonra məndən günortanın olmasını soruşdu. Elə indicə günortanın olduğunu dedim. İmam buyurdu: "Vəssəlamu ələykum və rəhmətullah." O, həmin an belə bir əhəmiyyətli mövzunu, namazı vaxtın əvvəlində qılmağa xatir buraxdı. Bir halda ki, xarici jurnalistlər öz milyonlarla tamaşaçıları üçün bu xəbər və müsahibəni yayımlayırdılar. İmam vaxtın əvvəlində namaz qılmağı, müsahibəni davam etdirməkdən üstün tutdu.
İmamın yadigarı əsərlərinin külliyyatından seçmələr:2-ci cild, səh.686
Əvvəl namaz qılın
İmam həmişə buyururdu: Namaz barəsində səhlənkarlıq etməyin. Sizin dediyiniz: "əvvəl bu işi görüm, sonra namaz qılaram" səhvdir. Bu sözü deməyin. Namazınızı vaxtın əvvəlində qılmağa əhəmiyyət verin. Ağa namazı çox sifariş edirdi.
İmam Xomeyninin davranışından seçmələr: 3-cü cild, səh. 70.
Namazı bu məscidin imam camaatı ilə qılaq
Nəcəfdən Küveyt sərhədlərinə tərəf hərəkət etdik. Bəsrədə əhli-sünnə qardaşlarına bağlı olan bir məscidə daxil olduq. İmam dəstəmaz aldıqdan sonra buyurdu: Əgər burada qalmalı olsaq, gərək namazı buranın imam camaatı ilə qılaq və hamılıqla buranın imam camaatına iqtida edək. Amma namaz vaxtı olmadığı üçün Küveyt sərhədlərinə tərəf getdik.
Höccətül islam vəl müslimin Mühəmməd Səccadi
İmamın mənəvi halları
İmamın vəfatından qabaqkı ilin Ramazan ayı yaxşı yadımdadır. Bə’zi vaxtlar hər nə üçün yanına getsəydim və onunla namaz qılmaq səadətinə nail olsaydım, otağına daxil olarkən onun halını tamamilə dəyişmiş görürdüm. O, elə göz yaşı tökürdü ki, cib dəsmalı onu qurutmağa bəs etmədiyi üçün, əl-üz dəsmalından istifadə edirdi. İmamın gecələr bu halları var idi və bu onun Allaha bağladığı həqiqi eşqdən idi.
Fatimə Təbətəbai
Gecə namazı heç vaxt tərk olmurdu
Elə bir gecə olmadı ki, onunla olam və qısaca bir yuxu aldıqdan sonra onun yuxudan qalxmasını, Allah dərgahına istiğasə və duasını eşitməyəm. Allah şahiddir ki, elə bir gecə olmadı ki, onun gecə namazı tərk olsun.
Zəhra Mustəfəvi
Əli Əkbərin (ə) adı
Mərhum Hacı Ağa Mustafanın (imamın oğlu) şəhadətindən sonra Nəcəfə getdim. Dostlarım dedilər ki, yaxşı vaxtında gəlmisən. Tez imamı gör. Biz hər nə qədər çalışdıqsa, Mustafanın müsibətində ağlasın, öhdəsindən gələ bilmədik. Bəlkə sən bir iş görəsən. Mən, imamın xidmətinə getdim və müsibət zikr etmək üçün icazə istədim. İmam icazə verdi. Onun halını dəyişdirib, oğlunun əzasında ağlaması üçün, nə qədər Hacı Ağa Mustafanın adını həzin səslə çəkdimsə də, halı dəyişmədi. Eləcə aram və sakit idi. Amma elə ki, Əli Əkbərin (ə) adını çəkdim, həngamə qopdu. İmam elə ağlayırdı ki, vəsf etməli deyil.
Mərhum höccətül islam Kövsəri
Məfatehin bütün düalarını oxuyubdur
İmamın əxlaq dərslərində diqqət və təkid etdiyi məsələlərdən biri də tələbələrin düa və ziyarətləri oxumaları idi. İmam özü də Allahla münacat etməyi çox sevirdi və buna aşiq idi. Bəlkə demək olar ki, "Məfateh"in bütün düalarını oxumuşdu.
İmam Xomeyninin davranışlarından seçmələr: 3-cü cild, səh.106.
İMAMIN KƏRAMƏTLƏRİ
Aram ol
Yaşım çox deyildi. Ağır xəstəliyə tutulmuşdum. Həzrət imam sürgündən sonra müqəddəs Qum şəhərinə qayıtmışdı. Anam və bəzi qohumlarımızla imamın görüşünə getmişdik. Mən uşaq olduğum üçün onları incidirdim. İmamın yanına getdim. O, əlini mənim üzümə çəkib, buyurdu: Aram ol! Ərz etdim: Ağa halım yaxşı deyil, düa edin. Həzrət imam təzədən əlini başıma çəkdi. Səhəri gün sübh yuxudan ayıldım, sağlamlıq hiss etdim və o xəstəlikdən məndə heç bir əsər-əlamət qalmamışdı.
Seyyid Möhsün Zəhrayi
İMAM VƏ CAMAAT
Xalqa eşq
İmam, Allaha və övliyalara eşq və məhəbbətdən sonra, ən çox xalqa eşq və məhəbbəti var idi və həmişə buyururdu: Bizim düşmənlərimiz iki şeyi tanımayıblar: biri islam və o birisi bizim camaatımız.
Ayətullah Haşimi Rəfsəncani
Bu camaatın xidmətində olun
İmamla görüşümdə qoşunların döyüşdə, daxili cəbhədə və ölkənin hər tərəfində əksinqilabçılara qarşı fəaliyyətindən imamın xidmətinə ərz etdim. İmam buyurdu: Ordu xalq arasında məhbubiyyət qazanıb. Bu sevgini hər gün artırmaq lazımdır. Siz həmişə xalqın xidmətində olun və çalışın ki, xalq həmişə sizinlə olsun.
Qoşun başçısı: Möhsün Rizayi
Allahdan istəyin ki, xalqa kömək etsin
İmam, namazı vaxtın əvvəlində qılmağı bizə çox sifariş edirdi və bizə deyirdi:
(Namaz qurtardıqdan sonra) həmişə fəqirlər və kasıblar üçün düa edin, Mütəal Allahdan xalqa kömək etməsini istəyin.
Mühəmməd Təqi İşraqi
İcazə verin gəlsin...
Bir gecə bir fəqir, öz hacətini ərz etmək üçün imamın xidmətinə getmək istəyirdi. O, dəfələrlə gəldiyi üçün, mane olmaq istədilər. İmam uzaqdan bunu görüb, bizim yanımıza gəlib, dedi: Bu necə rəftar etməkdir? Onun hər gün gəldiyini dedilər. İmam buyurdu: Qoyun gəlsin, möhtacdır, istəyi var. Onu bura gəlməyə ehtiyacı məcbur edib. Gərək onun hacətini ödəyək və ya başqa bəyanla razı edək. Camaatı incitməyin.
Ayətullah Kərimi
İmam və ruhaniyyət
Ailəli tələbələrə sifariş
Hacı Ağa Şəhid Məhəllati, bizə nəql edirdi ki, bir gün həzrət imam dərs əsnasında bizə buyurdu:
Ailəli tələbələr gecə mütaliə etməsinlər. Bəlkə gecəni ev işlərinə yetişməklə, həyat yoldaşına və övladlarının işlərinə kömək etməklə keçirib, səhərlər isə mütaliə etsinlər.
Şəhid Məhəllatinin həyat yoldaşı
Biz hamımız tələbəyik
İmam Feyziyyə mədrəsəsində dərs verdiyi zaman, tələbələr onun dərsinə gəlirdilər. Bir gün imamın dərs zamanı gördük ki, o dərs otağına daxil oldu və dərhal geri qayıtdı. Biz imamın dərs deməməsinə təəccüb etdik. Sonradan məlum oldu ki, o dərs otağına daxil olarkən, neçə tələbənin orada dərs və bəhsə məşğul olduğunu görüb. Biz o həzrətdən dərs deməyib, qayıtmağının səbəbini soruşanda, buyurdu: Bizim onlarla nə fərqimiz var? Biz hamımız tələbəyik. Biz istəyirdik dərs deyək, onlar bizdən qabaq gəliblər. Bu gün orada dərs və bəhsə məşğul olmaq onların haqqıdır. Biz sabah gələrik. Əgər onlar yenə də orada olsalar dərs deməyəcəyik.
Ayətullah Fazil Lənkərani
İMAMIN TƏVAZÖKARLIĞI
Mən necə sığınacaqdan istifadə edim bir halda ki...
Tehran bomba yağışına tutulan zaman, həkimlər və imamın dostları hər nə qədər israr etsələr də imam, bir ləhzə də olsun belə evi tərk edib, sığınacağa getmədi. İş o yerə çatdı ki, mərhum Hacı Əhməd imamın otağına daxil oldu. O, əsəbli idi və otaqda gəzişirdi. İmam oğlunu görən kimi buyurdu: Mən buradan heç yerə gedən deyiləm. Qonşumun evi mənə görə viran, post keşikçisi mənə xatir tikə-tikə olan halda, mən necə sığınacaqdan istifadə edim? Heç vaxt bu, ya o, yoruldum. Axı mən necə sığınacağa gedim?
Ondan sonra imam bir az sakitləşdi və dedi: Mən hamıya demişəm ki, buranı tərk edin. Mənim vəzifəm başqalarının vəzifəsindən fərqlidir.
Doktor Seyid Əbdül Hüseyn Təbatəbai
İmamın tərifdən xoşu gəlmirdi
İmam Xomeyni "15 xordad" qiyamından və Nəcəfi-Əşrəfə sürgün edilməzdən qabaq, əhli beytin (ə) şəhadətləri kimi müxtəlif münasibətlərlə əlaqədar olaraq, öz evində rövzə məclisləri təşkil edir və Qumun tanınmış vaizləri bu məclislərdə moizə edirdilər, rövzə oxuyurdular.
Tanınmış vaizlərdən biri nəql edirdi:
İmamın evində neçə məclis söhbət etdim. O vaxtın adətinə uyğun olaraq, imam paketin içində mənə bir məbləğ pul verdi. Bir-iki gün sonra pula ehtiyacım olarkən paketi açdım, gördüm, onun içindəki məbləğ çox azdır. Təəccüb etdim ki, olmaya bu pul başqa şəxsə veriləsi imiş və səhv olaraq mənə verilib..!
Bu macaradan bir müddət keçmişdi. Bir gün imamın oğlu, mərhum Mustafa ilə (onunla dost idik) söhbət edirdik. Fürsətdə bu məsələyə də işarə etdim. Əlbəttə, o vaxtlar məclislərdən verilən pula mənim ehtiyacım yox idi və bu məsələ mənim üçün mühüm deyildi. Təkcə macaranın həqiqətini bilmək istəyirdim.
Mərhum Hacı Ağa Mustafa, paketin içindəki məbləği soruşdu və mən ona pulun miqdarını (...) dedim. O da təəccüb edib dedi: Ağadan soruşaram, görüm macara nə imiş?! Ondan xahiş etdim ki, macaranı elə soruşsun ki, imam mənim pulun azlığına e’tiraz etdiyimi təsəvvür etməsin. O da mənim üçün pis olmasın deyə, macaranı məharətlə soruşacağına söz verdi.
Bir müddətdən sonra Mustafa mənə dedi: Paket macarasını ağadan soruşdum və ona dedim: Ağacan! Filankəsə rövzə məclislərində minbərə getdiyi üçün verdiyin pul, elə bil səhv verilib, çünki, miqdarı çox azdır. Ola bilsin başqasına verəcəyin paketlə səhv düşüb. Ağa buyurdu:
Xeyr, heç bir səhv olmayıb. Biz onu Xomeynini tərif etməyə yox, imamlar və məsumlar (ə) barədə söhbət etməyə dəvət etmişdik. Xomeynidən tərif olunan minbərin bundan artıq dəyəri yoxdur!
Ə. Varəstə. "Cümhuriyi islam" qəzeti, 29 aban 1384 (h.ş) səh.10.
Ədalət
Vəzifəniz deyil
İmam buyurdu: Siz hətta narkotik maddələri tapmaq üçün birinin evinə girsəniz, onun albomuna baxmağa, soyuducusunu axtarmağa vəzifəli deyilsiniz və hətta əgər bir günah etmiş olsa onu tutub, ifşa etməyə vəzifəli deyilsiniz.
Höccətül islam Natiq Nuri
Bütün tələbələrə ev verərkən
Nəcəfi-əşrəfdə bəzi ticarətçilər imamın evinə gəlirdilər və deyirdilər: Vücuhatdan (xums və zəkatdan) yox, bəlkə özümüzdən sizə və Mustafaya ev almaq istəyirik. İmam cavablarında buyururdu:
Bütün tələbələrə ev verilərkən, bir mənzil Mustafaya, bir mənzil də mənə veriləcək.
Höccətül islam Fəqihi
İmam aİlədə
Həyat yoldaşına iş deməzdi
İmam ömrünün axırına qədər heç vaxt həyat yoldaşına: "bir stəkan su ver" belə, demədi. Amma özü bu işi onun üçün edirdi. Məsələn, bə’zən bilirdi ki, o, dərmanlardan istifadə etməyi yaddan çıxarıb, onun yadına salırdı.
Fəridə Təbatəbai
Ananızın yanına gedin
Bir dəfə həm imam, həm də həyat yoldaşı xəstələnmişdilər. Biz adətən iki-üç nəfər olurduq. Əgər bizlərdən biri imamın yanında qalsaydıq, dərhal deyirdi: Mənə bir kəs lazım deyil, gedin ananızın yanına.
Bizi beləcə öz otağından çıxarırdı ki, xanım tək qalmasın.
Fəridə Mustəfəvi
Gecəni bölürdü
İmamın həyat yoldaşı deyirdi ki, uşaqlar gecələr çox ağladıqları və səhərə qədər oyaq qaldıqları üçün, imam gecəni bölmüşdü; yəni, iki saat özü uşaqları saxlayırdı, mən yatırdım və iki saat özü yatırdı, mən uşaqları saxlayırdım. Gündüzlər dərs qurtardıqdan sonra imam, uşaqların tərbiyəsinə kömək etmək üçün, vaxtının bir qədərini onlarla məşğul olmağa həsr edirdi.
İmam Xomeyninin davranışlarından seçmələr.
BÖYÜK CİHAD YA NƏFSLƏ MÜBARİZƏ
Ömrümüzdən bir il də keçdi. Siz cavanlar qocalığa doğru, biz qocalar isə qarşıda olan ölümə doğru gedirik. Bu bir illik təhsildə siz, öz təhsilatınızın hədlərinə və qazandığınız elmə vaqifsiniz; bilirsiniz ki, nə qədər təhsil alıb və nə qədər öz elminizin bünövrəsini möhkəmləndirmisiniz. Lakin, əxlaqın paklığı, şər’i qaydaların təhsili və ilahi maarif barəsində nə etmisiniz? Hansı müsbət addımı atmısınız? Heç öz paklıq və islahınız barədə düşünmüsünüz? Bu barədə bir proqramınız olubmu? Deməliyəm ki, çox təəssüflər olsun ki, gözə dəyən bir iş görməmisiniz, öz islahınız və paklığınız üçün böyük addımlar atmamısınız.
Elm ocaqlarına sifariş
Elm ocaqları, elmi məsələləri əhatə etməklə yanaşı, əxlaq məsələlərini və mənəvi elimləri də öyrənib-öyrətməlidirlər. Onlara əxlaq ustadları, ruhani tərbiyəçiləri və öyüd-nəsihət məclisləri lazımdır .
Peyğəmbərin (s) məb’us olunmasında əsas məqsəd olan əxlaq və islah proqramları, tərbiyə və paklıq dərsləri, ilahi maarifi öyrənmək, gərək elmi mərkəzlərdə genişlərək, qanuni olsun.
Təəssüflər olsun ki, elmi mərkəzlərdə belə lazımlı və zəruri məsələlərə az diqqət olunur, mə’nəvi və ruhani elmlər azlığa doğru gedir. Qorxu burasındadır ki, elm ocaqları gələcəkdə əxlaq alimləri, paklıq və saflıq mürəbbiləri, ilahi şəxsiyyətlər yetişdirə bilməsinlər. Müqəddimə məsələlərində olan bəhs və təhqiq, Qür’ani Kərim, Peyğəmbəri Ə’zəm (s) və başqa peyğəmbər və övliyaların (ə) inayət yeri olan əsil məsələlər üçün macal verməsin.
Elm ocaqlarının diqqət mərkəzində olan böyük fəqihlərin, yüksək məqamlı ustadların, dərs və bəhs əsnasında tələbələrin tərbiyə və paklığı üçün hümmət edib, mənəvi və əxlaqi məsələlərə çox yer ayırmaları yaxşı olardı.
Elm ocaqlarının islahatçılarına da fəzilətli adətlər qazanmaqda, nəfsi paklaşdırmağa sə’y edib, öz üzərlərində olan mühüm vəzifələrə və ağır mə’suliyyətlərə əhəmiyyət vermələri lazımdır.
Tələbələrə sifariş
Bu günləri elm ocaqlarında təhsil alıb, sabah cəmiyyətin rəhbərlik və hidayətini öhdəsinə almaq istəyən siz tələbələr, vəzifənizin təkcə bir ovuc termini öyrənməkdən ibarət olduğunu fikirləşməyin. Bəlkə, başqa bir vəzifəniz də vardır. Siz gərək bu elmi hövzələrdə özünüzü elə islah və tərbiyə edəsiniz ki, bir şəhər, ya kəndə gedərkən, oranın əhalisini hidayət edib, saflaşdıra biləsiniz.
Sizdən gözlənilən budur ki, fiqh mərkəzlərindən gedərkən, özünüzü elə paklamış və islah etmiş olasınız ki, camaatı da islah edə biləsiniz, İslamın əxlaq göstərişləri və qaydalarına uyğun şəkildə onları tərbiyələndirəsiniz.
Amma Allah eləməmiş, elmi hövzələrdə özünüzü islah edə bilməsəniz və mə’nəviyyat qazanmasanız, hara getsəniz (Allaha pənah aparırıq) camaatı yoldan azdırıb, İslama və ruhaniyyətə qarşı bədbin edəcəksiniz.
Sizin ağır vəzifəniz vardır. Əgər elmi mərkəzlərdə öz vəzifənizə əməl etməsəniz və nəfsinizi paklaşdırmasanız, təkcə neçə termini öyrənmək ardınca olub, üsul və fiqh məsələlərini düzəltsəniz, gələcəkdə İslam və İslam dünyası üçün (Allaha pənah aparırıq) zərərli olub, xalqın sapınmasına, yolundan azmasına səbəb ola bilərsiniz. Əgər sizin layiqsiz əməl və rəftarınız üzündən, bir nəfər yolunu azıb, İslamdan üz döndərsə, olduqca böyük günaha düşmüş olursunuz və tövbənizin qəbul olunması çətindir. Necə ki, əgər biri sizin vasitənizlə (gözəl əməl və rəftarınıza görə) hidayət tapsa, hədisə əsasən, bu (sizin üçün) "Günəşin üzərlərinə işıq saldığı hər şeydən yaxşıdır."[1]
Sizin vəzifəniz ağır və adi camaatın vəzifəsindən fərqlidir. Bəzi işlər vardır ki, ümumi camaat üçün mübahdır, amma sizin üçün icazəli deyil, hətta sizin üçün haram olması mümkündür. Çoxlu mübah əməllər vardır ki, camaat sizdən onlara mürtəkib olmağınızı gözləmir. Onda ki, qala çirkin və haram əməllər ola. Allah eləməmiş, sizdən belə əməllər baş versə, bunlar camaatı İslama və ruhaniyyət aləminə qarşı bədbin edər. Dərd burasındadır ki, camaat sizdən gözlədiklərinin əksinə olan bir əməl görsələr, dindən sapınırlar, ruhaniyyətdən dönürlər, daha həmin fərddən yox. Ey kaş, fərddən, üz döndərəydilər və bir fərdə qarşı bədbin olaydılar. Amma, bir ruhanidən insani keyfiyyətlərin əksinə olan və ona yaraşmayan bir əməl görsələr, onu təhlil etmirlər. Ticarətçilər arasında düz olmayan, yolunu azmış fərdlər olduğu, idarələrdə fasid və pis işlər törədən şəxslər göründüyü kimi ruhanilərin də arasında bir, ya bir neçə belə şəxsin olması mümkündür. Ona görə də bir baqqal günah etsə, deyirlər filan baqqal günahkardır, bir əttar pis əmələ mürtəkib olsa, deyirlər filan əttar pis əməl edəndir. Amma bir axund pis bir iş etsə, demirlər ki, filan axund yolunu azıb, deyirlər, axundlar pisdirlər.
Elm əhlinin vəzifələri çox ağırdır. Alimlərin mə’suliyyəti başqa camaatkından çoxdur. Əgər, “Kafi”[2] kitabının “Üsul” və “Vəsail”[3] kitabının alimlərin vəzifələri barəsində olan bölmələrinə müraciət etsəniz, elm əhli üçün necə ağır təklif və mə’suliyyətlərin bəyan olduğunu görərsiniz. Rəvayətdə var ki, can hülquma yetişəndə, daha alim üçün tövbə yeri yoxdur. Bu halda alimin tövbəsi qəbul olunmaz. Çünki Allah, o kəslərdən ömürlərinin axırına qədər tövbəni qəbul edir ki, onlar cahil olublar. Başqa bir rəvayətdə gəlibdir ki, alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar.[4] Çünki, alimin günahının İslam və İslam dünyasına çoxlu zərərləri vardır. Adi və cahil şəxslər bir günaha düçar olduqda, təkcə özlərin bədbəxt edib, özlərinə zərər vururlar. Amma bir alim yolunu azıb, pis əmələ düçar olsa, bir aləmi yoldan çıxarıb, İslama və İslam alimlərinə ziyan vurur.[5] Bu ki, rəvayətdə gəlib: "Cəhənnəm əhli öz elminə əməl etməyən alimin üfunətli iyindən əziyyət çəkirlər"[6], ona görədir ki, dünyada İslam və İslam dünyasına xeyir, ya zərər verməkdə alim və cahil arasında çox fərq vardır. Bir alim yolunu azarsa, bir ümməti yoldan çıxarıb, üfunətə çəkməsi mümkündür və bir alim özünü saflaşdırarsa, İslam əxlaqı və ədəblərinə riayət edərsə, bütün cəmiyyəti paklayıb, hidayət edə bilər.
Yayda getdiyim bəzi şəhərlərdə oranın camaatını şəriət ədəbləri ilə ədəblənmiş görürdüm. Səbəbi də orada saleh və pərhizkar alimin olması idi. Əgər bir toplu, şəhər və məntəqədə doğruçu, təqvalı alim yaşasa, o alimin təbliğ və hidayəti sözlə olmasa belə[7] onun varlığı camaatın hidayətinə və saflaşmasına səbəb olar. Biz elə şəxsləri görmüşük ki, onların varlıqları nəsihət və ibrətə səbəb olub. Təkcə onları görmək ayılmağa səbəb olub. İndinin özündə də məhəllələr bir-birindən fərqlənir. Saf və pak alim yaşayan məhəllədə, saleh və imanlı camaat var. Başqa məhəllədə isə bir nəfər yol azmış fasidin, əmmamə qoyub, imam camaat olub, özünə bazar açıdığını görürsən. Belə alim, bir dəstəni aldadıb, günaha bulaşdırır və yoldan çıxarır. Bu həmin günahkar alimdir ki, onun üfunətli iyindən cəhənnəm əhli əziyyət çəkirlər. Bu bir üfunətdir ki, pis alim, əməlsiz alim, yolazmış alim onu bu dünyada qazanıb və onun pis iyi o biri dünyada cəhənnəm əhlinə əziyyət verir. Daha orada buna bir şey artırılmayıbdır.
Axirət aləmində vaqe olan şeylər, bu dünyada hazırlanan şeylərdir. Bizə öz əməlimizdən xaric bir şey vermirlər. Fəsad edən və xəbis bir alim, dünyanı üfunətə çəkir, amma bu dünyada onun üfunətli iyini burunlar hiss etmirlər.
Lakin, axirətdə onun pis iyi hiss olunur. Amma bir nəfər adi şəxs, İslam cəmiyyətində və İslam dünyasında belə bir fəsad və çirkinlik yarada bilməz. Adi insanlar heç vaxt özlərinə imamət, məhdəviyyət, peyğəmbərlik və Allahlıq iddiası etməyi icazə vermirlər. Dünyanı fəsada çəkən, fasid alimlərdir. "Alim fəsad etsə, aləm fəsada düşər."[8]
Nəfsi paklamaq və saflaşdırmağın əhəmiyyəti
Təkcə dinlərini düzəldərək, çoxlu cəmiyyətlərin zəlalət və aldanmasına səbəb olanların əksəriyyəti elm əhli olub. Onlardan bəziləri elmi mərkəzlərdə təhsil alıb, çətinliklər çəkiblər.[9]
Batil firqələrdən birinin başçısı, bizim bu elmi hövzələrimizdə təhsil alıb. Lakin təhsilatı nəfsi paklaşma ilə bərabər olmadığı, Allah yolunda qədəm götürmədiyi və daxili çirkinlikləri özündən kənarlaşdırmadığı üçün, bu qədər rusvayçılıq yaratdı. İnsan xəbasəti (daxili çirkinlikləri) öz içərisindən təmizləməsə, nə qədər dərs oxusa və təhsil alsa da heç bir fayda verməyəcəyindən əlavə, zərərlər də verəcəkdir. Elm, belə bir xəbis mərkəzə daxil olarsa, xəbis budaqlar və yarpaqlar çıxarıb, xəbis ağaca çevriləcək. Bu məfhumlar paklaşmamış və qaralmış ürəkdə nə qədər artsa, o ürəyin pərdə və hicabları da bir o qədər artacaqdır.
Paklanmamış nəfsdə elm qara bir pərdədir. Çünki fasid alimin şərri İslam üçün, bütün şərlərdən çox və qorxuludur. Elm nurdur. Amma, fasid və qara ürəklərdə təkcə zülmətin əhatəsini genişləndirir. İnsanı Allaha yaxınlaşdıra biləcək elm, dünyatələb nəfsə daxil olarsa, insanı Zul-Cəlalın dərgahından daha çox uzaqlaşdıracaq. Tövhid elmi də əgər Allahdan başqası üçün olsa, zülmət pərdələrindəndir. Çünki Allahdan başqaları üçün məşğul olmaqdır. Əgər bir kəs Qür'ani Kərimi on dörd qiraətlə Allahdan başqası üçün əzbərləsə, oxusa, hicab və Həqq-Təaladan uzaqlaşmaqdan başqa heç bir şey ona nəsib olmayacaq. Amma bunu bilin ki, “elm” ilə “paklaşmaq” arasında çox fərq və çox fasilə vardır. Bizim ustadımız[10] mərhum şeyx (Allah ona rəhmət etsin) buyururdu: Bu ki, deyirlər: “Molla olmaq asandır, adam olmaq çətin ” düz deyil. Bəlkə, gərək belə deyilsin: "Molla olmaq çətin, adam olmaq isə qeyri-mümkündür!"
Təkcə bu terminləri bilməyin faydası yoxdur. Tövhid elmi də əgər nəfsin saflaşdırılması ilə birlikdə olmasa, çətinlik və əzaba çevriləcəkdir. Çoxlu şəxslər var idi ki, sizin bildiklərinizi, onlar daha yaxşı bilirdilər, lakin düz yoldan azdıqlarına görə, cəmiyyət arasına düşərkən, onları da azğınlığa çəkdilər. Bu quru terminlər, əgər təqva və nəfsi paklıqdan ayrı olarsa, zehində kök atıb, dərinləşdikcə, xudbinlik və təkəbbürün də əhatəsi nəfsdə genişlənəcək, təkəbbür yeli üzərinə dikilmiş bu qarabəxt alim, özünü və cəmiyyəti islah edə bilməyəcək, İslama, müsəlmanlara da ziyandan başqa heç bir nəticə verməyəcək. Neçə illər elm təhsilindən, şəriət məsələrini öyrəndikdən, İslamın hüquq və rəftarlarını bildikdən sonra, İslam və müsəlmanların irəliləyişinin qarşısında səddə çevriləcək, xalqı düz yoldan sapındıracaq. Bu qədər dərs və bəhslərin, elm ocaqlarında olmağın bəhrəsi: İslamın dünyada dirçəlişinin, Qür’anın həqiqətlərinin dünyaya yayımasının qarşısını almaq olacaq. Belə bir şəxsin varlığı, dünyanın İslamı və ruhaniyyəti tanımasına mane olması mümkündür.
Mən demirəm dərs oxumayın və təhsil almayın. Əgər İslama və İslam dünyasına xeyir vermək, onda təsir qoymaq istəyirsinizsə, gərək diqqətli olasınız ki, millətə rəhbərlik edib, onları İslama tərəf yönəldə biləsiniz. İslamın əsaslarını qoruyun. Sizə fiqhin əsaslarını möhkəmləndirib, nəzər sahibi olmağınız lazımdır. Allah eləməmiş dərs oxuya bilməsəniz, mədrəsədə qalmağınız haramdır və İslam elmləri öyrənənlərin hüquqlarından istifadə etməyə haqqınız yoxdur.
Əlbəttə, elm öyrənmək lazımdır, lakin fiqh və üsul məsələlərində zəhmət çəkdiyiniz kimi, özünüzü islah etmək üçün də çalışın. Elmi öyrənmək üçün atdığınız hər addım qədər, öz nəfsi istəklərinizi əzmək, ruhani qüvvənizi möhkəmləndirmək, gözəl əxlaqlar qazanmaq, mənəviyyat və təqva əldə etmək üçün də qədəm götürün.
Bu elmləri öyrənmək, həqiqətdə nəfsin paklaşmasının, fəzilətlər əldə etməyin, ilahi maarif və ədəblərin başlanğıcıdır. Nəticəni buraxıb, ömrünüzün axırına qədər bu başlanğıcda, müqəddimədə qalmayın. Siz, Allahı tanımaq, nəfsi saflaşdırmaq kimi, ali məqsəd və hədəflər üçün bu elmləri öyrənirsiniz. Buna görə də gərək öz işinizin nəticə və səmərəsini ələ gətirməyin ardınca olasınız. Öz əsli və əsas məqsədlərinizə çatmaqda ciddi olun.
Siz elm ocaqlarına daxil olarkən, hər şeydən əvvəl öz islahınız üçün çalışın. Nə qədər ki, elm ocaqlarındasınız, təhsil ilə yanaşı, gərək özünüzü paklayasınız ki, hövzədən kənarlaşarkən şəhər və məhəllələrdə xalqın rəhbərliyini öhdənizə ala biləsiniz. Camaat da sizin əməl və rəftarlarınızdan, əxlaqi fəzilətlərinizdən istifadə etsinlər, ibrət götürsünlər, islah olsunlar. Cəmiyyət arasına daxil olmazdan qabaq, özünüzü islah edin və paklaşdırın. İndi asudə olduğunuz halda, nəfsinizi islah edib, saflaşdırmasanız, ictimaiyyətin sizə üz gətirdiyi gün, özünüzü islah edə bilməyəcəksiniz.
Çoxlu şeylər vardır ki, insanın çarə yolunu bağlayıb, paklaşmağının və təhsilinin qarşısını alır. Onlardan biri bə’ziləri üçün həmin saqqal və əmmamədir! Əmmamə ki, bir az böyük oldu və saqqal uzanıdı, əgər şəxs nəfsini paklaşdırmamış olsa, təhsildən geri qalır. Bu vaxt, nəfsi-əmmarəni ayaq altda qoymaq və bir kəsin dərsində oturmaq daha çox çətinləşir. Şeyx Tusi[11] (Allah ona rəhmət etsin) əlli iki yaşı olarkən, hələ də dərsə gedirmiş. Bir halda ki, bu kitabların bəzilərini, iyirmi beş və otuz yaşlarında yazıbdır! O, əlli iki yaşında hövzədə mərhum Seyid Mürtəzanın (Allah ona rəhmət etsin) dərsinə gedərkən, artıq o məqama çatmışdı.
Allah eləməsin, fəzilətli adətlər qazanmazdan və mənəvi qüvvəni gücləndirməzdən qabaq, insanın saqqalı bir az ağara və əmmaməsi böyüyə. Belə olan halda o, mənəvi istifalərdən və bütün bərəkətlərdən geri qalır. Nə qədər ki, saqqal ağarmayıb, camaatın sizə tərəf yönəlməsi üçün bir iş görün. Öz halınız barədə bir fikirləşin. Allah eləməsin insan özünü islah etməzdən qabaq camaat ona üz tuta və camaat arasında nüfuz, şəxsiyyət qəzana. Bu vaxt belə bir şəxs özünü uduzur və itirtir. İxtiyarınız əlinizdən alınmamış özünüzü düzəldin və islah edin. Gözəl əxlaqlarla zinətlənin. Rəzilə əxlaqları özünüzdən uzaqlaşdırın. İxlas dərs və bəhslərində olunuz ki, bunlar sizi Allaha yaxınlaşdırsın. Əgər işlərinizdə niyyətiniz xalis olmasa, bu sizi rübubiyyət dərgahından uzaqlaşdıracaq. Belə olmasın ki, yetmiş ildən sonra sizin əməl namənizi açalar, yetmiş il İzzət və Cəlal Sahibi olan Allahdan uzaq düşməyinizi görələr. O daşın hekayətini eşitmisiniz ki, cəhənnəmə tərəf atıldı və yetmiş ildən sonra onun səsi cəhənnəmin dibindən gəldi. Rəvayətə əsasən həzrət Peyğəmbər (s) buyurdu: "Yetmiş yaşlı qoca bir kişi öldü. O, bu yetmiş il müddətində cəhənnəmə gedirdi".[12] Diqqətli olun ki, məbadə əlli il, bir az çox, ya az elm ocaqlarında əl zəhməti, alın təri ilə cəhənnəm qazanmış olasınız! Gərək bunları düşünəsiniz. Nəfsin paklıq və saflaşması, əxlaqın islahı barəsində proqram tənzimləyəsiniz. Özünüz üçün əxlaq ustadı tapın, moizə, öyüd-nəsihət məclisləri təşkil edin. Bunlarsız, özbaşına nəfsi rəzilələrdən paklaşa bilməzsiniz. Elm ocaqlarında belə ustadlar və öyüd-nəsihət məclisləri olmazsa, məhvə doğru gedəcək. Necə olur ki, fiqh və üsul elminin ustada ehtiyacı olur, dərs və bəhs istəyir, dünyada bütün elmlərə və sənətlərə ustad lazım olur, heç kəs özbaşına heç bir fəndə, mütəxəssis ola bilmir, fəqih və alim olmur, lakin, peyğəmbərlərin göndərilməsində əsil hədəf olan, ən lətif və ən dəqiq elimlər olan mə’nəvi və əxlaq elmlərinin tə’limə ehtiyacı olmur. Dəfələrlə eşitmişəm ki, fiqh və üsul ustadı olan, mərhum şeyx Ənsarinin əxlaq və mə’nəviyyat ustadı Seyyid Cəlili olubdur.
İlahi peyğəmbərlər (ə) adam tərbiyə etmək, bəşəri pisliklərdən, fəsadlardan, rəzilə əxlaqlardan uzaqlaşdırıb, gözəl əxlaq və ədəblərlə tanış etmək üçün göndəriliblər. "Gözəl əxlaqları öz kamal həddinə çatdırmaq üçün məb’us oldum."[13] Mütəal Allahın bu qədər əhəmiyyət verdiyi və ona görə peyğəmbərlər məb’us etdiyi belə bir elm, indi elmi hövzələrdə genişlənmir və heç kəs ona layiqincə əhəmiyyət vermir. Mə’nəvi elm və maarifin, elm ocaqlarında azlığı nəticəsində iş o yerə çatıb ki, maddi və dünyəvi məsələlər ruhanilər arasında artıb, çoxlarını mənəviyyatdan, ruhaniyyətdən elə uzaqlaşdırıb ki, ruhaniyyətin nə olduğunu da bilmirlər. Bilmirlər ki, ruhaninin hansı vəzifələri var, hansı proqramları olmalıdır. Bə’ziləri bir neçə kəlmə öyrənib, öz məntəqələrinə, ya başqa məntəqələrinə gedib, özləri üçün mal və məqam qazanmaq ardıncadırlar. O kəs kimi olmasın ki, deyib: Qoy “Şərhi Lüməni” oxuyum, onda bilərəm kəndxüda ilə nə edərəm! Sizin təhsil qazanmaqda hədəf və məqsədiniz kürsü, məqam ələ gətirmək, filan kənd, ya şəhərin başçısı olmaq olmamalıdır. Bu nəfsani istəklərinizə və şeytani arzularınıza çatmanız mümkündür. Amma bunu bilin ki, belə olan halda, özünüz və İslam dünyası üçün ziyan və bədbəxtlikdən başqa heç nə qazanmayıbsınız. Müaviyyə də uzun müddət başçı olubdur, amma özünə lə’nət, nifrət və axirət əzabından başqa heç bir nəticə almadı.
Özünüzü paklamağınız lazımdır ki, bir cəmiyyət, ya tayfanın başçısı olsanız, onları da paklaya biləsiniz. Dünyanın islah olması və düzəlməsi üçün qədəm götürün. Sizin hədəfiniz İslama və müsəlmanlara xidmət olsun. Allah yolunda addım atsanız, Mütəal Allah ürəklərdə dəyişiklik yaradandır. Müqəllibəl-Qülub[14], ürəkləri sizə tərəf yönəldər: "Həqiqətən iman gətirən və saleh əməllər edənlər üçün, Rəhman Allah tezliklə məhəbbət qərar verəcək."[15] Siz Allah yolunda xidmət edin və fədakarlıq edin, Allah sizi əcrsiz qoymaz. Əgər bu dünyada olmasa da, o dünyada mükafatınızı verəcək.
Əlbəttə, sizin əcr və mükafatınızı bu dünyada verməzsə daha yaxşı. Dünya bir şey deyil. Bu qalma-qallar, qarışıqlıqlar və şəxsiyyətlər, insanın gözü önündən keçən bir yuxu kimidir ki, neçə gündən sonra sona yetəcək. Lakin axirət əcri nəhəyətsiz və tamam olası deyil.
Elm ocaqlarına xəbərdarlıq
Napak əllərin əkstəbliğatlarla sizə islah və əxlaq proqramlarını əhəmiyyətsiz göstərib, öyüd-nəsihət üçün minbərə getməyi elmi məqamla başqa-başqa şeylər olduğunu cilvələndirmələri, elmi hövzələri tənzimləmək, islah etmək istəyən böyük şəxsiyyətlərə “minbərçi” adı verməklə, onları öz işlərindən saxlamaları mümkündür. Mümkündür ki, bu gün bə’zi elm ocaqlarında bəlkə, minbərə getməyi, nəsihət etməyi rüsvayçılıq bilsinlər amma bundan qafil olsunlar ki, Əli (ə) minbərə gedirdi və minbərdə camaatı nəsihət edir, xəbərdarlıq verir, hidayət edirdi. Başqa imamlar (ə) da belə idilər.
Bəlkə də gizli ünsürlər mənəviyyat və əxlaqı, elmi hövzələrdən kənarlaşdırmaq üçün bu zəhərli iynələri vururlar ki, bizim elm ocaqlarımız fəsada çəkilsin və məhv olsun, hövzələrin daxilində dəstələrə bölünmələr, xudxahlıqlar, nifaqlar, ixtilaflar üz versin. Hövzənin adamları bir-birinin canına düşsünlər, qarşı-qarşıya dayansınlar, bir-birlərinə hörmətsizlik edib, yalançı saysınlar. Bununla da İslam dünyasında abırları getsin. Nəticədə isə əcnəbilər və İslam düşmənləri, hövzələrə əl tapa bilsinlər, onu bir-birinə vursunlar. Bədxahlar bilirlər ki, xalq elmi hövzələrə dayaqdırlar və xalq dayaq olduqda, onu məhv etmək mümkün deyil.
Amma hövzənin fərdlərinin və təhsil alanlarının əxlaqi bünövrələri, islami ədəbləri olmasa, bir-birlərinin canına düşsələr, ixtilaf və qruplar yaratsalar, pak və saf olmasalar, pis və xoşagəlməz əməllər etsələr, İslam millətləri, elmi hövzələrə və ruhaniyyətə qarşı mütləq bədbin olub, onları himayət etmək və dayaq olmaqdan əl çəkəcəklər. Nəticədə isə düşmənlərin nüfuz etməyinə və qüdrət göstərməyinə yol açılacaq.
Dövlətlərin ruhaniyyət və din rəhbərlərindən qorxmalarını, onlarla hesablaşdığını görsəniz, bilin ki, bu, millətlərin onlara dayaq durduqları üzündəndir. Yə’ni həqiqətdə xalqdan qorxurlar və güman edirlər ki, bir ruhaniyə hörmətsizlik etsələr, xalq ayağa qalxacaq, üsyan edəcək. Lakin, ruhanilər bir-birləri ilə ixtilaf etsələr, bir-birlərini bədnam etsələr, islami ədəb və əxlaqlarla ədəblənməsələr, cəmiyyət arasında olan nüfuzları düşəcək, xalqı da əldən verəcəklər.[16] Xalq sizdən ruhani və İslam ədəbləri ilə ədəblənməyinizi gözləyir. Hizbullah olun, Allahın qoşunu olun, həyatın saçmağından və onun yalançı cilvələrindən özünüzü qoruyun. İslamın böyük arzu və istəklərini irəli aparmaq, İslam millətinə xidmət etmək üçün, heç bir fədakarlıqdan səhlənkarlıq etməyin. Allah Təala yolunda və Onun razılığından ötrü addım atın. Yeganə Yaradandan başqa heç kimə üz tutmayın. Xalq, öz intizarlarının əksinə olaraq, sizi mə’nəvi və həqiqi aləmə diqqət etmək əvəzinə, bütün fikrinizin başqaları kimi dünya mənfəəti və şəxsi mənfəətlər olduğunu, bir-birinizlə dünya və onun dəyərsiz malından ötrü dava etdiyinizi, İslam və Qür’anı da öz nəhs məqsədlərinizə çatmaq üçün, əlinizdə bir alətə çevirdiyinizi görəndə bədbin olur. Siz, bu işinizə görə, cavab verməli olacaqsınız. Elmi hövzələrin bə’zi aparıcıları öz şəxsi qərəzləri üzündən və dünya mənfəəti qazanmaq üçün, bir-birlərinin canına düşsələr, bir-birlərinə hörmətsizlik etsələr, fasiq adlandırsalar, hay-küy salsalar, bu vaxt İslama, Qür’an və ilahi əmanətlərə xəyanət etmiş olurlar. Müqəddəs İslam dini və Qür’an, əmanət ünvanı ilə bizim əlimizə tapşırılmışdır. Alim və ruhanilər Allahın əmanətdarlarıdırlar. Bu böyük əmanəti qorumaq və ona xəyanət etməmək, onların vəzifələridir. Şəxsi və dünyəvi ixtilaflar, İslam və onun böyük Peyğəmbərinə (s) xəyanətdir.
Mən bilmirəm bu ixtilaflar, dəstələrə bölünmək, nə üçündür? Əgər dünya üçündürsə sizin ki, dünyanız yoxur! Əgər dünya ləzzətləri və mənfəətləriniz olsaydı da belə, yenə ixtilaf etməyə dəyməzdi. Siz o vaxt ixtilaf edə bilərsiniz ki, ruhani olmayasınız, fəqət əba-qəba geyinib, ruhani adını daşıyasınız.
Mə’nəvi aləmə əlaqəsi olan, İslamın həmişə canlı, paklayıcı tə’limlərinə üz tutmuş və onu əldə etmiş, özünü Əliyyibni əbi Talibin (ə) şiəsi, ardıcılı bilən ruhani, dünyadan ötrü ixtilaf salmamaqdan əlavə, heç vaxt dünya arzularının ardınca da düşməz.
Siz, Əlinin (ə) ardıcılı olmağınızı iddia edirsinizsə, heç olmasa o böyük şəxsiyyətin həyatını bir az diqqətlə mütaliə edin. Görün, həqiqətən, o həzrətin davamçısısınız? Görün, o həzrətin zöhd, təqva və sadə yaşayışından bir şey bilirsiniz və həyata keçirirsiniz? O böyük şəxsiyyətin zülm, qanunsuzluq, təbəqəçilik (varlı və yoxsula bölmək) ilə mübarizəsindən və məzlumları müdafiə etməyindən, onlara dayaq olmağından, cəmiyyətin məhrum və əziyyət çəkən təbəqələrinə kömək etməyindən bir şey başa düşmüsünüz və o prinsiplərə əməl edirsiniz? “Şiə”nin mə’nası təkcə İslamın zahiri şəklinə düşmək, onun zahiri libasını geyinməkdirmi?[17] Buna görə də sizlərin bu işləri yerinə yetirməkdə sizdən çox irəlidə olan başqa müsəlmanlarla nə fərqiniz var? Onlarla müqayisədə hansı üstünlüyünüz var?
Bu gün dünyanın bir hissəsini oda çəkən, qan tökən, qətllər törədənlər, xalqı soymaqda, onların əl zəhmətlərini və sərmayələrini ələ keçirtməkdə bir-biriləri ilə yarışırlar, zəif, geridə qalmış ölkələri öz hökmranlıqları və əsarətləri altına gətirməyə çalışırlar. Ona görə də "azadlıq, abadlıq, müstəqilliyi müdafiə, ölkənin ərazi bütövlüyünü qorumaq" və başqa aldadıcı adlarla hər gün dünyanın bir tərəfində müharibə odu şölələndirib, milyonlarla odlu bombaları pənahsız millətlərin başlarına tökürlər. Bu müharibələr dünyapərəstlərin çirkin ağlına və məntiqinə əsasən, düzgün və yerindədir. Amma sizin ixtilaflarınız onların məntiqinə əsasən yersizdir.
Çünki, onlardan dava etmələrinin səbəbi soruşulsa, deyəcəklər: filan ölkəni almaq istəyirik və filan ölkənin sərmayə və qazancının bizim olmasını istəyirik. Amma sizdən soruşulsa ki, nə üçün ixtilaf edirsiniz, nə üstə dava edirsiniz, nə cavab verəcəksiniz? Siz dünyadan nə bəhrə almısınız ki, onun üstündə də davalaşasınız? Sizə şəhriyyə (aylıq) ünvanı ilə verilən aylıq gəliriniz, başqalarının bir ayda papirosa verdiyi puldan azdır!
Mən bir qəzet, ya jurnalda (dəqiq yadımda deyil) oxudum ki, Vatikanın Vaşinqtonda olan keşişə göndərdiyi büdcə, bir iri qələmdir. Onun qiymətini hesablayıb gördüm, şiə elmi hövzələrinin hamısının büdcəsindən çoxdur! Sizin bu yaşayış və vəziyyətinizlə bir-birinizə qarşı ixtilaf etməyiniz, dəstələrə bölünüb, bir-birinizə qarşı durmağınız, düzgündürmü?
Bütün qeyri-müqəddəs olan hədəflərdə ixtilafın kökü, dünyasevərlikdir və sizin də aranızda belə bir ixtilaf varsa, dünya məhəbbətini ürəyinizdən çıxarmadığınız üçündür. Dünyanın məhdud mənfəətini qazanmaqdan ötrü bir-birinizlə rəqabət edirsiniz. Siz bir məqam istəyirsiniz, başqaları da həmin məqamı istəyirlər. Bu, bir-birinizə həsəd etməyə çevriləcəkdir. Lakin, ilahi şəxsiyyətlər, dünya məhəbbətini ürəklərindən çıxarıblar və Allahdan başqa heç bir hədəfləri yoxdur. Heç vaxt bir-biriləri ilə ixtilaf etmirlər, belə bir fəsad və müsibətə düçar olmurlar. Bu gün bütün ilahi peyğəmbərlər (ə) bir yerə yığılsalar, heç vaxt ixtilaf etməzlər. Çünki, onların hədəf və məqsədləri birdir. Onların hamısı ürəklərindən dünya məhəbbətini çıxararaq, Həqq-Təalaya tərəf üz tutublar və Ona tərəf yönəliblər.
Sizin əməl və rəftarınız, həyat tərziniz, indi müşahidə olunduğu kimi gedərsə, onda Əli (ə) şiəsi olmamış kimi dünyadan gedəcəyinizdən qorxun. Tövbə etməyə müvəffəq olmayacağınızdan və o həzrətin şəfaətinin sizə nəsib olmayacağından qorxun. Fürsət əlinizdən çıxmamış çarə yolu axtarın.
Bu yersiz və rüsvayçı çəkişmələrdən əl çəkin. Bu dəstələrə bölünmək və ikitirəlik böyük bir səhvdir. Siz iki millətin əhlisinizmi? Sizin məzhəbinizin müxtəlif şöbələri varmı? Nə üçün ayrılırsınız? Nə üçün bir-birinizin arasında səfa, səmimiyyət və qardaşlıq yoxdur? Axı nə üçün?
Bu ixtilaf və çəkişmələr çox qorxuludur. Öz ardınca qarşısıalınmaz fəsadlar gətirir, elm ocaqlarını məhv edir. Sizi də cəmiyyət arasında məhv edir və abırdan salır. Bu dəstələrə bölünmək təkcə sizin zərərinizə tamam olmur, sizə abırsızlıq gətirmir, bəlkə bir cəmiyyət, bir millət və İslamın abrına, heysiyyətinə zərər gətirir. Sizin ixtilafınız fəsadların yaranmasına səbəb olursa, bu bağışlanmaz bir günah və Allah Təalanın yanında olan çox-çox günahlardan ağırdır. Çünki bu iş cəmiyyəti günaha çəkib, düşmənin hökmranlığı və nüfuzu üçün yol açır. Ola bilsin gizli əllər elm ocaqlarını bir-birinə vurmaqdan ötrü nifaq və ixtilaf yaratsınlar, müxtəlif vasitələrlə nifaq və ayrılıq toxumu səpsinlər. Fikirləri zəhərli və zehinləri aludə edib, özlərindən “şər’i təkliflər” düzəltsinlər və bu “şər’i təkliflərlə” elm ocaqlarında fəsad yaratsınlar. Bununla da İslam üçün faydalı olan şəxsləri məhv etsinlər ki, onlar gələcəkdə İslam və İslam ümməti üçün xidmət edə bilməsinlər.
Ayıq və agah olmağınız lazımdır. Özünüzü “mənim şər’i təklifim belə istəyir, şər’i vəzifəm budur”, deməklə aldatmayın. Bə’zən şeytan sizin üçün təklif və vəzifə təyin edir. (Yəni, siz elə güman edirsiniz ki, sizin şər’i təklif və vəzifəniz belədir, amma həqiqətdə şeytan sizi aldadıbdır)
Bə’zən də nəfsi istəklər, şər’i vəzifələr adı ilə insanı bə’zi işləri görməyə məcbur edir. Bir müsəlmana hörmətsizlik etmək, din qardaşının ardınca danşmaq şər’i vəzifə deyil! Bəlkə bu, dünyaya məhəbbət və özünü sevməkdir. Bu, şeytanın təlqinidir ki, insanı belə bir qara günə salır. Bu düşmənçilik, cəhənnəm əhlinin düşmənçiliyidir. “Bu ixtilaf cəhənnəm əhli üçün haqqdır.”[18] Cəhənnəmdə dava və düşmənçilik var, onlar bir-birləri ilə dava edib, əlbəyaxa olurlar. Əgər siz dünya üçün dava etsəniz, bilin ki, özünüzə cəhənnəm hazırlayırsınız və cəhənnəmə tərəf gedirsiniz.
Axirət işləri üçün dava yoxdur. Axirət əhli bir-birləri ilə sülh və səfadadırlar. Onların qəlbi, Allah və Onun bəndələrinin məhəbbəti ilə doludur. Allaha məhəbbət, Allaha iman gətirənləri də sevməyə səbəb olar. Allah bəndələrinə məhəbbət, həmən Allaha məhəbbətin sayə və kölgəsidir.
Siz öz əlinizlə od qalamayın, cəhənnəm odunu şölələndirməyin. Cəhənnəm, insanın pis əməl və rəftarları ilə alışır. Odu yaradan, bəşərin günahlarıdır. Odur ki, Əli (ə) buyurur: “Biz cəhənnəmdən keçəndə, o sönmüş idi!”[19] Bəşər öz əməl və rəftarı ilə od qalamasa, cəhənnəm sönmüş haldadır. Bu təbiətin batini, cəhənnəmdir: təbiətə üz tutmaq cəhənnəmə üz tutmaqdır. İnsan bu dünyadan, o dünyaya köçdükdən və hicablar kənara çəkildikdən sonra başa düşür ki, "ذلك بما قدمت ايديكم" "Bu onların qabaqcadan göndərdiklərinə görədir."[20] "و وجدوا ما عملوا حاضراً" "Və əməl etdikləri şeyi hazır görərlər."[21]
Bu dünyada insandan baş verən əməllərin hamısı, o dünyada görünər və onun qarşısında təcəssüm olar. "فمن يعمل مثقال ذرﺓ خيراً يره و من يعمل مثقال ذرﺓ شراً يره"
"Hər kim zərrə ağırlığında yaxşı iş görmüş olsa, onu görəcək və hər kim zərrə ağırlığında pis iş görmüş olsa onu görəcəkdir."[22]
İnsanın bütün əməl, rəftar və danışığı, telekamera ilə çəkilmiş kimi, o dünyada göstərilər. Bunları inkar etmək mümkün olmayacaq. Bizim bütün əməl və hərəkətlərimizi, əzalarımızın şəhadət verməyindən əlavə, özümüzə də göstərəcəklər. "قالوا انطقنا ﷲ الذي انطق کلٌ شيء" "(Dəriləri) deyərlər: Bizi hər şeyi dilə gətirən Allah danışdırdı."[23]
Hər şeyi nitqə gətirən və danışdıran Allahın qarşısında öz pis əməllərinizi inkar edib, gizlədə bilməyəcəksiniz.
Bir az fikirləşin, uzaqgörən olun, işlərin aqibətini düşünün, qorxulu keçidləri yada salın. Qəbr sıxıntısından, Bərzəx aləmindən, onun ardınca gələn çətinliklərdən qafil olmayın. Heç olmasa cəhənnəmə inanın. Həqiqətən, bu qorxulu keçidlərə inanın. Öz yolunuzu dəyişin. Sizin bu işlərə iman və yəqininiz olsa, belə boş-boşuna və özbaşına yaşamayacaqsınız. Öz qələm, qədəm və dilinizi qoruyub, nəfsinizi islah etməyə və paklaşdırmağa çalışacaqsınız.
Allahın inayəti
Allah Təbarək və Təalanın öz bəndələrinə inayəti olduğu üçün, onlara ağıl verib, nəfsi paklaşdırmağa qüvvə verib, peyğəmbərlər və övliyalar göndərib ki, hidayət olsunlar və özlərini islah etsinlər, cəhənnəmin ağır əzabına düçar olmasınlar. Bütün bunlarla belə, insan ayılmasa və öz nəfsini paklaya bilməsə, Mehriban Allah başqa yollarla onu ayıldır, müxtəlif çətinliklər, fəqirlik, yoxsulluq, xəstəlik və bəlalara düçar etməklə onları oyadır. Bir təcrübəli təbib, mehriban və mahir şəfqətçi kimi xəstə insanların qorxulu xəstəliklərinin müalicəsinə çalışır. Əgər Allahın inayəti ona şamil olsa, bu bəlalar ona asan gəlir və nəticədə Allaha tərəf yönəlir, paklaşır. Yol budur və bundan başqa yol yoxdur. Amma insan, bir nəticə ala bilməsi üçün gərək özü, öz ayağı ilə bu yolu getsin. Əgər bu yoldan da bir nəticə alınmadı, düz yoldan sapınmış insan, müalicə olmadı, behişt ne’mətlərinə layiq olmadı, can verərkən ona təzyiqlər olunur ki, bəlkə qayıtdı və ayıldı. Amma yenə də təsiri olmazsa, qəbrdə, Bərzəx aləmində, qorxulu keçidlərdə sıxıntı və əzablar varid edilir ki, bu insan paklansın və cəhənnəmə getməsin. Bunların hamısı, insanın cəhənnəmə getməyinin qarşısını almaq üçün, Həqq-Təala tərəfindən olan inayətlərdirlər.
Həqq-Təalanın bütün bu inayət və diqqəti ilə insan müalicə olmasa necə? Onda, növbə axrıncı əlac yolu olan, yandırmağa çatır. Qızıl, odla xalisləşdiyi kimi, Mehriban və Kərim Allahın, Öz bəndəsini odla saflaşdırmaq yolu qalır.
Bu ayənin: "لابيثين فيها احقابا"ًyəni, "Onlar uzun müddət orada qalacaqlar"[24] şərhində rəvayət olub ki, “hüqb” əsil imanları qalmış şəxslər üçündür. İmanımız olarsa, sənin və mənim üçündür. Hər “hüqb”ün, yəni, “uzun müddətin” neçə il olduğunu Allah bilir.
Məbadə, iş o yerə çata ki, bu əlacların heç biri faydalı və təsirli olmaya, Allahın əbədi ne’mətlərinə layiq olmaq üçün sonuncu dərmana ehtiyac ola və bunun üçün insanın bir müddət cəhənnəmə getməyi lazım ola, rəzilə əxlaqlardan, ruhi çətinliklərdən, xəbis şeytani sifətlərdən paklanana qədər odda yana, sonra “ağacları altından çaylar axan cənnətə ”[25] getməyə layiq ola. Doğrusu, bu inayətlər günah dairəsi çoxalmadığı üçün, Allahın inayət və rəhməti onlardan tamamilə kəsilməmiş, hələ də cənnətə getməyə zati ləyaqətləri qalan bəndələr üçündür. Allah eləməsin, insan günahlarının çoxluğu üzündən Mütəal Allahın dərgahından qovula, rədd ola və ilahi rəhmətdən məhrum ola. Belə olarsa, cəhənnəm odunda əbədi qalmaqdan başqa heç bir yol yoxdur.
İlahi rəhmət və inayətdən məhrum olub, Onun qəzəb və əzabına düçar olmaqdan qorxun.
Sizin əməl, rəftar və danışığınız elə olmasın ki, ona görə Allahın tofiqi sizdən kəsilə və əbədi odda qalmaqdan başqa yolunuz olmaya. Siz indi isti daşı, bir dəqiqə belə olsun əlinizdə saxlaya bilmirsiniz. Bəs cəhənnəm odundan qorxun və onu elmi hövzələrdən və ruhaniyyət mühütündən xaric edin. Bu çəkişmə və nifaqları qəlbinizdən uzaq edin, Allahın məxluqları ilə gözəl rəftar edin, yaxşı davranın. Atifə və mehribanlıqla onlarla davranın. Əlbəttə günahkara qarşı, günah etdiyi üçün və həddini aşdığı üçün, yaxşı olmayın. Onun pis və düzgün olmayan işlərini üzünə vurun, onları bu işlərindən çəkindirin. Amma hərci-mərclikdən çəkinin.
Allahın yaxşı və saleh bəndələri ilə gözəl rəftar edin. Alimlərə elminə görə, hidayət yolunda olanlara yaxşı əməllərinə görə, cahil və nadanlara isə Allah bəndələri olduqları üçün, hörmət edin.
Xoşrəftar, mehriban, doğruçu, pak və bir-birinizlə qardaş olun. Siz, cəmiyyəti paklamaq və hidayət etmək istəyirsiniz. Özünü paklaya və idarə edə bilməyən şəxs, başqalarını necə hidayət edə bilər?
Şə’ban ayının sona yetməsinə bir neçə gündən artıq qalmayıbdır. Bu neçə gündə, tövbə etməyə müvəffəq, nəfsinizi islah etməyə və sağlam nəfs ilə mübarək Ramazan ayına daxil olmağa çalışın.
Şə’baniyyə münacatından nöqtələr
Şə’ban ayının[26] əvvəlindən sonuna qədər “şəbaniyyə münacatını”[27] oxumaq göstəriş verilibdir. İndiyə kimi bu düa vasitəsilə, Allah Təbarək və Təala ilə münacat etmisiniz? Allahın rübubiyyət məqamını tanımaq və ona imanda bu düanın ali və öyrədici məzmunundan istifadə etmisiniz?
Bu münacatda oxuyuruq :
الهي هب لي کما ل الا نقطاع اليك ; و انر ابصار قلوبنا بضياء نظرها اليك ; حتّي تخرق ابصا ر القلوب حجب النور فتصل الى معدن العظمة و تصیر ارواحنا معلقتا بعز قدسك
"İlahi, mənə işlərimin Səndə xətm olmasının kamalını nəsib et və qəlbimizin gözlərini Öz görüşünlə işıqlandır ki, qəlbimizin gözləri nur pərdələrindən keçib, Sənin əzəmət və cəlal mədənini görsün və ruhlarımız Sənin izzət və müqəddəs dərgahına bağlansın."
“İlahi həb li kəmaləl inqitaə iləyk” cümləsi, agah olan ilahi şəxsiyyətlərin, Ramazan ayı gəlib çatmazdan qabaq, özlərini həqiqətdə dünya ləzzətlərindən uzaq olmaq və ondan ayrılıq olan, bir orucluğa hazırlaşdırmalarının mütləq lazım olması mənasına da ola bilər. İşlərin Allahda xətm olmasının kamilliyi, bu sadəliklə ələ gəlmir. Föqül’adə çalışmalara, zəhmət, riyazət və davama ehtiyacı vardır ki, insan bu cür bütün qüvvəsindən istifadə etməklə, Allahdan başqa hər bir şeydən özünü ayıra və Allahdan başqa şeylərə üz tutmamağa qadir ola bilsin.
Bütün azad insanlıq sifətləri, Allahdan başqa bütün şeylərdən ayrılmaqdadır. Bunu ələ gətirə bilən şəxs, böyük səadətə nail olmuşdur. Lakin, azca da olsa dünyaya üz tutmaqla, Allaha yönəlmək qeyri-mümkündür. Ramazan ayının orucunu, onun bütün qaydaları ilə istənilən kimi, yerinə yetirmək istəyən şəxsin, dünyadan tamam və kamil ayrılması, yalnız Allaha üz tutması lazımdır. O şəxs, yalnız bununla qonaqlığın adət və qaydalarını yerinə yetirə, mizbanın[28] məqamını mümkün olan qədər tanıya bilər.
Həzrət Rəsuli-Əkrəmin (s) buyruğuna əsasən, mübarək Ramazan ayında bütün bəndələr, Mütəal Allahın qonaqlığına dəvət olunublar. Peyğəmbər (s) buyurur: “Ey insanlar, Allah ayı sizə üz gətirdi... və siz bu ayda Allah qonaqlığına dəvət olundunuz.”[29]
Siz, Ramazan ayına qalmış bu bir neçə gündə öz fikrinizdə olun. Özünüzü islah edib, Həqq-Təalaya üz tutun. Öz nalayiq əməl və rəftarınızdan istiğfar edin. Allah eləməmiş, günaha mürtəkib olmusunuzsa, mübarək Ramazan ayına daxil olmamış, tövbə edin. Dilinizi Həqq-Təala ilə münacat etməyə adət etdirin. Məbadə, mübarək Ramazan ayında sizdən bir qeybət, töhmət və xülasə bir günah baş verə, ilahi ne’mətlər qarşısında, Allahın qonaq sarayında günaha batmış halda Uca Rəbbin məhzərində olasınız. Siz bu şərəfli ayda, Allah ziyafətinə dəvət olunmusunuz "دعيتم الى ضيافة الله" Özünüzü Həqqin əzəmətli qonaqlığına hazırlayın. Heç olmasa orucun zahiri ədəblərinə bağlı olun, yerinə yetirin. Orucun mənası təkcə yeyib-içməyi tərk etmək deyil, gərək günahlardan da özünü saxlayasan. Bu, özünü dünya ləzzətlərindən ayırıb, Allaha üz tutmağa başlayanlar üçün olan orucun ilkin qaydalarıdır. (Allahın əzəmət mədənini dərk etmək istəyən ilahi şəxsiyyətlər üçün, orucun bundan da başqa qaydaları vardır) Siz (bu yolda təzə addım atanlar), heç olmasa orucun ilkin qaydalarına və ədəblərinə əməl edin. Qarnınızı yemək-içməkdən qoruduğunuz kimi, göz, qulaq və dilinizi də günahdan saxlayın. İndidən dilinizi qeybət, töhmət, pis danışıq və yalandan qorumağa başlayın. Həsəd və başqa şeytani rəzilə sifətləri qəlbinizdən çıxarın. Allahdan başqa şeylərdən üzülüb, yalnız işlərinizin Onda xətm olunmasını əldə edə bilsəniz; öz əməllərinizi xalis və riyasız yerinə yetirin, ins və cindən olan şeytanlardan uzaqlaşın. Zahirdə belədir ki, biz belə bir üstün məqama çatmaqdan mə’yus oluruq. Ən azı sə’y edin ki, orucunuz harama qarışmasın. Bundan qeyri surətdə, yəni oruc olduğunuz halda, harama düşsəniz, orucunuz şər’i cəhətdən səhih olsa da, ilahi dərgahda qəbul olunmayacaq və yuxarı qalxmayacaq. Əməllərin yuxarı qalxması və qəbul olunması, şər’i cəhətdən səhih olması ilə çox fərqlidir. Mübarək Ramazan ayının başa çatması ilə sizin əməl və rəftarınızda heç bir dəyişiklik baş verməsə, rəftar və yolunuz orucluqdan qabaqkı aylarla fərqlənməsə, orucu sizdən istənilən kimi yerinə yetirmədiyiniz məlum olur. Tutduğunuz oruc isə ümumi (heyvani) oruc olubdur. Allah qonaqlığına dəvət olunduğunuz bu şərəfli ayda, Həqq Təalaya mərifət tapmasanız, ya sizin mərifətiniz artmasa, bilin ki, Allah ziyafətinə düzgün daxil olmamısınız və ziyafətin haqlarını əmələ gətirməmisiniz. “Allah ayı” adlanan bu mübarək ayda, Allahın rəhmət qapılarının bəndələrinin üzünə açıq olduğunu və (rəvayətə əsasən) şeytanların zəncirlərə çəkildiyini yaddan çıxarmayın. Özünüzü islah edə və paklaya bilməsəniz, nəfsi əmmarəni öz iradənizə tabe edin, nəfsi istəklərinizi ayaq altda qoyun, dünya və maddiyyat ilə əlaqənizi kəsin. Orucluq ayı başa çatdıqdan sonra bu məsələləri əmələ gətirə bilməyiniz çox çətindir. Ona görə də bu fürsətdən istifadə edin və bu böyük feyz qurtarmamış özünüzün islah, paklıq, saflıq işlərində çalışın. Özünüzü orucluq ayının vəzifələrini yerinə yetirməyə hazırlayın. Belə olmaya ki, Ramazan ayı başa çatandan sonra, saat əl ilə qurulub, öz-özünə işlədiyi kimi, siz də şeytanın zəncirə çəkildiyi bu ayda öz-özünə günah edəsiniz və İslam göstərişlərinin əksinə əməl edəsiniz! Bə’zən günahkar insan haqdan uzaqlaşdığına görə və günahlarının çoxluğunun təsiri olaraq, zülmət və cəhalətə elə qərq olur ki, daha şeytanın vəsvəsəsinə ehtiyac olmur, insan özü şeytanın rənginə düşür. Öz nəfsi istəklərinin ardınca gedən və şeytana tabeçilik edən şəxs, tədriclə onun rənginə düşür.
Siz, heç olmasa bu ayda öz əməllərinizi qorumağı, Allah Təalanın razı olmadığı rəftar və danışıqlardan uzaqlaşmağı qəsd edin. Elə indicə bu məclisdə, öz Allahınızla Mübarək Ramazan ayında qeybətdən, töhmətdən, başqalarının pisliyinə danışmaqdan özünüzü qoruyacağınıza; dil, göz, əl, qulaq və başqa bədən üzvlərinizi öz iradənizə tabe edəcəyinizə, rəftar və danışıqlarınızı gözləyəcəyinizə əhd edin. Sizin bu layiqli əməliniz (Allah ilə əhd bağlamağınız), Allah Təbarək və Təalanın sizə nəzər etməsinə, sizə müvəffəqiyyət inayət etməsinə səbəb ola bilər və bununla da orucluq başa çatdıqdan sonra, şeytan zəncirdən buraxılarkən, siz islah olmuş olarsınız və bir daha şeytana aldanmazsınız. Yenə təkrar edirəm ki, bu otuz gün mübarək Ramazan ayında dil, göz, qulaq və başqa bədən üzvlərinizi qoruyun. Həmişə diqqətli olun, görün ki, etmək istədiyiniz əməlin, dilinizə gətirmək istədiyiniz danışığın, eşitmək istədiyiniz mətləbin şər’i cəhətdən hökmü nədir? Bu, orucluğun ilkin və zahiri ədəbidir. Orucluğun ən azı bu zahiri qaydalarına əməl edin. Birinin qeybət etmək istədiyini görsəniz, onun qarşısını alın və ona deyin ki, biz otuz gün Ramazan ayında haram əməllərdən özümüzü saxlamağı əhd etmişik. Onu qeybətdən saxlaya bilməsəniz, həmin məclisdən çıxın. O məclisdə oturmayın və qulaq asmayın. Bir kəs ki, müsəlmanlar onun əlindən, dilindən və gözündən amanda deyil, o kəs müsəlman deyil.[30] O, zahiri müsəlmandır. "La ilahə illəlah"ın[31] zahirini deyib. Allah eləməmiş, birinə qarşı cəsarət, ədəbsizlik etsəniz, ya qeybətə mürtəkib olmaq istəsəniz bilin ki, siz Uca Rəbbin məhzərindəsiniz, Onun qonağısınız və Həqq-Təalanın hüzurunda Onun bəndələrinə qarşı ədəbsizlik etmək istəyirsiniz. Onlar Allahın bəndələridirlər. Məxsusən, əgər o elm əhli olub, elm və təqva yolunda ola. Bə’zən görürəm ki, insan bu əməlləri vasitəsi ilə bir yerə çatır ki, ölüm vaxtı Allahı inkar edir, Allah ayələrini inkar edir. “Sonra onların pis əməllərinin nəticəsi bu oldu ki, Allahın ayələrini təkzib etdilər və onlara istehza etdilər.”[32] Bu işlər tədriclə olur. Bu gün bir haram baxış, sabah bir kəlmə qeybət, o biri gün bir müsəlmanı təhqir və... bu günahlar yavaş-yavaş insanın ürəyində anbara çevrilir və ürəyi qaraldır, insanı Allah mərifətindən saxlayır. Beləliklə iş bir yerə çatır ki, hər şeyi inkar edib, həqiqətləri təkzib edir.
Bə’zi ayə və rəvayətlərin təfsirinə əsasən, insanın əməlləri Allah Peyğəmbərinə (s) və pak imamlara (ə) göstərilir, onların mübarək baxışından keçir.[33] O həzrətlər, bu xətalara və anbara çevrilmiş günahlara baxərkən, nə qədər narahat olurlar? Allah Peyğəmbərinin (s) narahat olmağını istəməyin. O həzrətin mübarək qəlbinin sınmasına və qəmlənməsinə razı olmayın. O həzrət, sizin əməl namənizi müşahidə etdikdə, onu qeybət, töhmət, müsəlmanların pisliyinə danışıqla dolu, ürəklərinizin düşmənçilik, həsəd, kin, bir-birinizə qarşı bədbinliklə dolu, tamam diqqətinizin dünya və maddiyyat olduğunu görəndə, ümmətinin və ardıcıllarının ilahi ne’mətlərə qarşı naşükür olub, Allah əmanətlərinə xəyanət edikləri üçün, Allah Təbarək və Təalanın və mələklərin hüzurunda xəcalət çəkməsi mümkündür. İnsana bağlı olan bir şəxs, hətta onun nökəri olsa belə, bir günah iş görmüş olsa, insan üçün xəcalət gətirir. Siz də Peyğəmbərə (s) bağlısınız. Siz elmi hövzələrə daxil olmaqla, özünüzü İslam fiqhinə, Allah Peyğəmbərinə (s) bağlamısınız. Bir pis əməl etdikdə bu, o həzrətə qayıdır və ona ağır gəlir. Sizi nifrin etməyi də mümkündür. Allah Peyğəmbəri (s) və pak imamların (ə) nigəran olmağına, kədərlənməyinə razı olmayın!
İnsan qəlbi pak və işıqlı bir güzgü kimidir. Dünyaya üz tutmaq və çoxlu günah etməyin təsirindən qaralır. Amma insan ən azı orucunu Həqq Təala üçün xalis və riyasız (demirəm ki, başqa ibadətləri xalis olmasın, bəlkə bütün ibadətləri xalis və riyasız yerinə yetirməyi lazımdır), şəhvətdən, ləzzətlərdən uzaqlıq və Allahdan başqa bütün şeylərdən üzülmək olan bu ibadəti (orucu), bu bir ayda yaxşı yerinə yetirsə, bununla da ilahi fəzilətlərin onun halına şamil olması, ürək güzgüsünün qaralığını ondan paklaması mümkündür. Ümid var ki, onu təbiət aləmindən, dünyəvi ləzzətlərdən döndərsin, “Qədr gecəsinə” daxil olmaq istərkən, övliyalar və möminlər üçün hasil olan nuraniyyəti, o da ələ gətirsin.
Belə bir orucun əcri, Allahın öhdəsinədir. Necə ki, buyurur: “Oruc mənim üçündür və onun əcrini də Özüm verəcəyəm”.[34] Belə orucun əcri bundan başqa bir şey ola bilməz. Ne’mətli cənnət belə bir orucun qarşısında dəyərsizdir və onun mükafatı sayıla bilməz. Amma insan oruc adı ilə ağzını yeyib-içməkdən bağlasa və camaatın qeybətini etməyə açsa, mübarək Ramazan ayının gecələrində, gecə məclislərindən istifadə edib, bunu fürsət bilsə, səhərə qədər müsəlmanların qeybətini etsə, onlara töhmət vursa, hörmətsizlik etsə, onun orucuna heç bir şey verməzlər. Belə bir orucun ona heç bir yaxşı təsiri olmayacaq. Bəlkə, belə bir oruc tutan şəxs, qonaqlıq məclisinin ədəblərinə və haqqına riayət etməyib və öz Ne’mət Sahibinin haqqını zay etmiş olur. Bir ne’mət sahibi ki, insanın yaradılışından qabaq hər cür yaşayış, asayış və təkamülünə səbəb olan bütün vasitələri hazırlayıb, onun hidayəti üçün peyğəmbərlər göndərib, səmavi kitablar nazil edib, insanın nur mənbəyinə və əzəmət mə’dəninə çatması üçün, qüdrət verib, ağıl və dərk inayət edib, kəramətlər veribdir. İndi də bəndələrini, Onun qonaq evinə daxil olub, böyük ne’mət süfrəsinin kənarında əyləşmələrinə və bacardıqları qədər Onun şükrünü yerinə yetirmələrinə də’vət edib. Bəs bəndələrin, Allahın sərilmiş ne’mət süfrəsindən bəhrələnib, onların ixtiyarında qoyulmuş asayiş vasitələrindən və səbəblərindən istifadə etməyi, sonra da öz sahib və mizbanları ilə müxalifət edib, onun ziddinə qiyam etmələri, düzdürmü? Allahın onlara verdikləri vasitə və səbəbləri, Onun istəyinin əksinə işlətmələri düzdürmü? İnsanın öz sahibinin süfrəsi başında oturub, ədəbsiz əməl və rəftarı ilə hörmətli mizbana, öz ne’mət sahibinə hörmətsizlik və cəsarət etməsi, mizbanın pis bildiyi, xoşlamadığı əməllərə mürtəkib olması naşükürlük və duz-çörəyi tanımamaq deyilmi?
Qonaq, heç olmasa öz mizbanını tanısın və onun məqamına mərifəti olsun. Məclisin ədəb və qaydalarını tanıyıb, əxlaq və nəzakətin əksinə olan bir əməlin ondan baş verməməsinə çalışsın. Mütəal-Allahın qonağı gərək, Həzrət Zul-Cəlalın Allahlıq məqamına arif olsun, onu tanısın. Elə bir məqamı ki, pak imamlar (ə) və böyük ilahi peyğəmbərlər (ə) həmişə onu daha kamil tanımaq istəyiblər və belə bir nur və əzəmət mə’dəninə əl tapmağı arzu ediblər; “İlahi qəlb gözlərimizi öz görüşün nuruyla işıqlandır, ta nur pərdələrindən keçib, əzəmət və cəlal mə’dəninə qovuşsun.”[35]
Allah ziyafəti, elə həmin “əzəmət mə’dənidir”. Allah Təbarək və Təala bəndələrini nur və əzəmət mə’dəninə daxil olmaq üçün də’vət edibdir. Lakin, bəndə layiq olmasa, belə əzəmətli və cəlallı məqama daxil ola bilməz. Allah Təala, bəndələrini bütün xeyir və yaxşılıqlara, çoxlu ruhani və mənəvi ləzzətlərə dəvət edibdir. Amma, belə bir ali məqamda olmağa hazır olmasa, daxil ola bilməz. Ruhi aludəçiliklə, rəzilə əxlaqla, qəlbin günahları ilə rübubiyyət məhzərində necə hazır olmaq olar və əzəmət mə’dəni olan Rəbbin, qonaq sarayına necə daxil olmaq olar? Bu, ləyaqət və hazırlıq istəyir.
Üzüqaralıqla, zülmət pərdələrinə bükülmüş aludə ürəklə bu ruhani mə’na və həqiqəti dərk etmək olmaz. Gərək, bu pərdələr yırtılsın və ürəklərə çəkilmiş, Allah vüsalına mane olan qara örtüklər kənar olunsun ki, nurani və əzəmətli ilahi məclisə daxil ola biləsən.
İnsanın hicabları
Allahdan başqasına üz tutmaq, insanı "zülmət" və "nur" pərdələri ilə örtür. Bütün dünyəvi işlər, insanın dünyaya üz tutmasına, Allahdan qafil olmasına, səbəb olarsa, zülmət pərdələrinin yaranmasına bais olar. Tamam cismlər aləmləri zülmət pərdələrinə çevrilər. Əgər dünya, haqqa yönəlməyə və “darüt-təşrif” adlanan axirətə çatmağa vasitə olsa, zülmani hicablar, nurani hicablara çevrilər. "Allahda xətm olmağın" kamalı odur ki, bütün zülmani və nurani pərdələr yırtılıb, kənara çəkilsin, ta “əzəmət mə’dəni” olan Allahın qonaq sarayına daxil ola biləsən. Ona görə də, bu münacatda ürəyin nuraniyyətini və bəsirətini tələb edirlər ki, nurani pərdələrdən də keçib, əzəmət mə’dəninə qovuşsun.
Amma, hələ zülmət pərdələrini kənar etməyən və bütün diqqəti təbiət aləminə olub, Allah yolundan azmış, mə’nəvi və ruhani aləmdən xəbərsiz, heç vaxt bu məqamda olmayaraq, özünü saflaşdırmayan, özündə ruhani və mənəvi qüvvə, hərəkət yaratmayan, ürəyinə kölgə salmış qara pərdələri kənarlaşdırmayanlar, ən qalın və ən aşağa dərəcəli zülmət pərdələri ilə örtülüblər. "ثم رددناه اسفل سافلين""Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq."[36] Bir halda ki, aləmlərin Rəbbi insanı ən ali mərtəbə və məqamda yaradıbdır:
"لقد خلقنا الانسان في احسن تقويم"
"Həqiqətən, biz insanı ən gözəl bir bir biçimdə yaratdıq."[37]"
Öz nəfsi istəklərinin ardınca gedən, özünü tanıyan gündən, qaranlıq təbiət aləmindən başqa bir aləmə diqqət etməyib və heç vaxt bu qaranlığa bükülmüş dünyadan başqa bir yerin, mənzilin varlığının mümkün olmasını fikirləşməyən şəxs, zülmət pərdələrinə bükülmüşdür. Belə şəxs, “dünyaya ürək bağladı və öz nəfsi istəklərinin ardınca getdi”[38] kəlamının misdaqına çevrilibdir. O, zülmət pərdələrinə bükülmüş, günaha aludə ürəklə, çoxlu günah etmək nəticəsində Həqq Təaladan uzaqlaşmış tutqun ruhla, həqiqəti görən ağıl və gözünü kor edən dünyapərəstlik və nəfsi istəklərin ardınca getməklə, nurani pərdələrdən keçib, Allaha qovuşa bilməməkdən əlavə, heç zülmət pərdələrindən də buraxıla bilməz.
O, Allah övliyalarının məqamını inkar etməmək, Bərzəx aləmini, Siratı, Məadı, Qiyaməti, Hesabı, Kitabı, Cənnət və Cəhənnəmi əfsanə saymamaq üçün etiqadını çox möhkəmləndirməlidir. Çünki insan, günahın və dünyaya ürək bağlamağın təsirindən, həqiqətləri tədricən inkar edir.
Elm və iman
Bə’zən, insanın bu həqiqətlərə elmi olduğunu, lakin imanı olmadığını görürsən. Ölüyuyan ölüdən qorxmur, çünki ölünün əziyyət edə bilməməsinə yəqini vardır. Ölü, diri və ruhu bədənində olarkən, bir iş edə bilmirdisə, indi boş bədənlə nə edə bilər? Amma ölüdən qorxanların, qorxmalarının səbəbi, onların bu həqiqətə inanmamaları, bu işə təkcə elmləri olmasıdır. Allaha və cəza gününə elmləri var, amma yəqinləri yoxdur. Ağıllarının dərk etdiyi şeylərdən, ürəkləri xəbərsizdir.
Açıq-aydın dəlillərlə bilirlər ki, Allah, Məad və Qiyamət vardır. Amma Mütəal Allah, onu zülmət və qaranlıqdan çıxarıb, nur aləminə daxil edənə qədər, həmin aşkar əqli dəlillərin ürəyə hicab olması və iman nurunun ürəyə saçmasına mane olması mümkündür. “Allah, mö’minlərin rəhbəridir. Onları zülmətdən nura tərəf çıxarır.”[39]
Allah Təbarək və Təala, bir kəsin rəhbəri olsa, onu zülmətdən çıxarsa, belə şəxs bir daha günaha mürtəkib olmaz, qeybət etməz, töhmət vurmaz, mö’min qardaşına həsəd və kin etməz. Öz qəlbində nuraniyyət hiss edib, dünyaya və onda olanlara ürək bağlamaz. Necə ki, həzrət Əli (ə) buyurur: “Əgər tamam dünya və onda olanları mənə verələr ki, arpa qabığını zülm ilə qarışqanın ağzından alam, heç vaxt bunu qəbul etmərəm.”[40] Amma sizin bə’ziləriniz hər şeyi ayaq altda qoyur, İslamın böyüklərinin qeybətini edir. Başqaları küçə başında baqqalın və ya əttarın qeybətini edib, pisliyinə danışırsa, sizlərdən bə’ziləri isə İslam alimlərinə rəva olmayan şeylər deyib, hörmətsizlik edirlər. Çünki iman hələ də düzəlməyib, əməl və rəftarların cəzasına imanları yoxdur.
“İsmət”, kamil imandan ayrı bir şey deyil. Peyğəmbərlərin (ə) və övliyaların (ə) ismətinin mənası, Cəbrailin (ə) onların əlindən tutması deyil. Bəlkə ismət imandan doğulur. İnsanın Allaha imanı olsa və onu qəlbinin gözü ilə günəş kimi (yəni, zərrəcə şəkk və şübhə etmədən) görsə, günaha mürtəkib olması mümkün deyil. Necə ki, bir silahlı qüdrətlinin qarşısında ismət yaranır. Bu qorxu hüzura inamdan irəli gəlir ki, insanı günah etməkdən qoruyur. Məsumlar (ə), pak fitrət üzərində xilqət olunduqdan sonra, çoxlu riyazətlər çəkməyin, nuraniyyət qazanmağın, fəzilətli adətlər qazanmağın nəticəsində həmişə özlərini hər şeyə agah və hər bir şeyə əhatəsi olan Mütəal Allahın məhzərində görürdülər. Onların, “La ilahə illəllah”ın mənasına imanları var idi və Allahdan başqa hər bir şeyin fani olub, insan talehində heç bir təsiri ola bilməyəcəyinə inanırdılar: “Onun (Allahın) Zatından başqa hər bir şey məhv olacaq.”[41] Əgər insanın, tamam zahiri və batini, aləmlərin Rəbbinin məhzərində olduğuna və Həqq Təalanın hər yerdə hazır və nazir olduğuna yəqini olsa, Həqqin hüzurunda və Həqq ne’mətlərinin qarşısında günaha mürtəkib olması qeyri-mümkündür. İnsan, yaxşını və pisi seçə bilən, bir uşaq qarşısında günah etmədiyi, övrətini açmadığı bir halda, necə olur ki, Həqq Təala qarşısında və Rəbbin məhzərində övrətini açır! Heç bir cinayətdən çəkinmir? Bunun səbəbi, uşağın hüzuruna (onu görməsinə) imanı olması, amma Rəbbin məhzərinə elmi olsa da imanı olmamasıdır. Günahlarının çoxluğu nəticəsində, onun qəlbi qaralıb, belə məsələləri və həqiqətləri heç cür qəbul edə bilmir. Ola bilsin, bunların doğruluğuna ehtimal da vermir. Sizin pis əməl və davranışlarınızın dəyişməsi üçün, Qür’anda olan bu xəbərlərin, və’dələrin doğruluğuna yəqininizin olması çox da lazım deyil. Siz əgər öz yolunuzda vəhşi heyvanların olmasına, sizə əziyyət edə bilməsinə, ya da silahlı bir şəxsin yolda dayanıb, sizə həmlə edə bilməsinə ehtimal belə versəniz, sözsüz ki, o yolu getməkdən çəkinib, dayanacaqsınız, onun doğru olub-olmamasını yoxlayacaqsınız. Belə isə, bir kəsin cəhənnəmin varlığını, odda əbədi olmaq ehtimal verməsi və bununla belə günaha mürtəkib olması necə mümkündür? Bir kəsin, Mütəal Allahı hazır və nazir bilib, özünü Rəbbin məhzərində görüb, dediklərinə, etdiklərinə görə cəzanın, hesab və aqibətin olduğuna ehtimal verib, bu dünyada atdığı hər bir addımın, düçar olduğu hər bir əməlin yazıldığını, Rəqib və Ətid mələklərinin onu izlədəklərini[42], bütün danışıq və əməllərinin yazıldığını ehtimal verdiyi bir halda, günah əməllərə düçar olmasından qorxusu olmadığını demək olarmı? Dərd burasındadır ki, bu həqiqətlərin olmasına ehtimal da vermirlər. Bə’zilərinin tutduğu yoldan, təbiətdən başqa bir aləmin olmağına ehtimal belə vermədikləri mə’lum olur. Çünki insanın çoxlu nalayiq və yaramaz əməllərdən çəkinməsi üçün təkcə ehtimal kifayətdir.
Nəfsi saflaşdırmaq yolunda ilk addım
Nə vaxta qədər qəflət yuxusunda yatmaq və fəsadda batmaq istəyirsiniz? Allahdan qorxun, işlərin aqibətindən qorxun, qəflət yuxusundan ayılın. Siz hələ ayılmamısınız, hələ ilk addımı atmamısınız. Nəfsi paklamaqda atılan ilk addım, “yəqzədir”[43]. Amma siz hələ də yuxudasınız; gözlər açıq, ürəklər isə yuxuya qərq olubdur. Əgər ürəkləriniz yuxulamış və günahların təsirindən qaralmasaydı, belə asudə, düzgün olmayan əməl və danışıqlarınıza etinasız olub, davam etdirməzdiniz. Axirət işləri və qorxulu aqibətlər barəsində bir az düşünsəydiniz, üzərinizdə olan bu ağır təklif və mə’suliyyətlərə daha çox əhəmiyyət verərdiniz. Sizin, Məad və Qiyamət kimi başqa bir dünyanız da var. (Qayıdışı olmayan başqa mövcudlar kimi deyilsiniz). Nə üçün ibrət almırsınız? Nə üçün ayılmır və diqqət etmirsiniz? Nə üçün bu qədər asudə, öz müsəlman qardaşlarınızın qeybətini edir, pisliyinə danışır, ya danışanlara qulaq asırsınız? Heç qeybət üçün açdığınız bu dilin, Qiyamət günü başqalarının ayağı altda əziləcəyini bilirsinizmi? Xəbəriniz varmı ki, “Qeybət, cəhənnəm itlərinin xörəyidir”?[44] Heç bu ixtilafların, ədavətlərin, həsədlərin, bədbinliklərin, xudxahlıqların, qürur və təkəbbürün hansı pis aqibəti olduğu barədə fikirləşmisinizmi? Bu rəzilə və haram əməllərin aqibətinin cəhənnəm olduğunu və əbədi odda qalmağa səbəb olacağının mümkünlüyünü bilirsinizmi?
Allah eləməsin, insan ağrısız xəstəliklərə düçar ola? Ağrısı olan xəstəliklər, insanı ona əlac etməyə, həkim və xəstəxanaya müraciət etməyə vadar edir. Lakin, ağrısız və hiss olunmayan xəstəliklər, çox qorxulu olurlar. İnsan iş-işdən keçdikdən sonra xəbərdar olur. Ruhi xəstəliklərin də ağrısı olsaydı, yaxşı idi və insanı, onun müalicəsinə məcbur edərdi. Amma nə etmək olar ki, bu təhlükəli xəstəliyin ağrısı yoxdur. Qürur və xudxahlıq kimi xəstəliklər ağrısızdır. Başqa günahlar da ağrı vermədən ürək və ruhu xarab edir. Bu xəstəliklərin ağrısı olmamaqdan əlavə, zahiri ləzzətləri də vardır. Qeybətlə keçən məclis və yığıncaqlar, olduqca isti və şirin olur!
Günahların kökü olan özünüsevmək və dünyaya məhəbbətin də ləzzəti vardır.
Susuzluq xəstəliyinə tutulan, su içməkdən ölür, amma son nəfəsinədək onu içməkdən ləzzət alır. Sözsüz ki, insan bir xəstəlikdən ləzzət alsa və ağrısı da olmasa, heç vaxt müalicə dalınca getməyəcək. Onun nə qədər qorxulu və öldürücü olduğunu desələr də, inanmayacaq. İnsan, dünyapərəstlik və nəfsi istəklər xəstəliyinə düçar olsa, dünya məhəbbəti onun qəlbini tutsa, başqa aləmdən və onda olan şeylərdən qaçsa (Allaha pənah aparırıq), Allaha və Onun bəndələrinə, ilahi peyğəmbər və övliyalara, Allah mələklərinə düşmənçilik edəcək, kin bəsləyəcək. Mələklər, Sübhan Allahın əmri ilə onun canını almağa gələrkən, onlara nifrət edəcək. Çünki, Allah və Onun mələklərinin, onu öz sevdiklərindən (dünya və dünya işlərindən) ayırmaq istədiyini görür. Belə şəxslərin Həqq Təalaya qarşı ədavət və düşmənçiliklə dünyadan getmələri mümkündür. Qəzvinin böyük şəxsiyyətlərindən biri (Allah ona rəhmət etsin) danışır ki, can verən bir kişinin başı üstə getdim. Ömrünün son dəqiqələrində gözlərini açıb, dedi: "Allahın mənə etdiyi zülmü, heç kəs etməyibdir! Çünki hansı zəhmətlə böyüdüb, tərbiyə etdiyim övladlarımdan məni ayırmaq istəyir. Bundan da böyük zülm olarmı?" İnsan özünü saflaşdırmasa, dünyadan üz çevirməsə, dünya məhəbbətini ürəyindən çıxarmasa, ölərkən ürəyi Allaha və Onun övliyalarına qarşı kin və düşmənçiliklə dolu halda can verməsi mümkündür. Belə bir insan ən şərəfli məxluqatın kəsilmiş ovsarıdır və ya həqiqətdə ən şəridir: “And olsun əsrə. Şübhəsiz, insan ziyan içindədir. Yalnız iman gətirib, saleh əməllər edən, bir-birinə haqqı və səbri sifariş edənlərdən başqa!”[45] Bu surədə saleh əməllər edən mö’minlər istisna edilibdir. Saleh əməl, ruhla sazişi olan əməldir. Amma insanın əməllərinin çoxunun cismlə sazişi olduğunu görürsən. Sifarişi də yoxdur. Əgər dünya məhəbbəti və özünüsevməklik sizə qələbə edəcəksə, həqiqətləri dərk edib, öz əməlinizi Allaha görə xalis yerinə yetirməyə qoymayacaqsa, sizi haqqa və səbrə sifariş etməkdən saxlayıb, hidayət yolunuda bir maneyə çevrilicəksə, siz ziyandasınız. "Xəsərəd-dünya vəl axirət"siniz.[46] Çünki, cavanlığınızı əldən vermisiniz, cənnət ne’mətlərindən və axirət ləzzətlərindən də məhrum olmusunuz. Dünyanız da yoxdur. Başqalarının, ilahi behiştə yolu olmasa, Allahın rəhmət qapıları onların üzünə bağlansa da, cəhənnəm odunda əbədi olsalar da, ən azı dünyaları vardır, dünya ləzzətlərindən bəhrələnirlər. Amma siz...
Əgər dünyaya məhəbbət varınızdırsa, onu kəsməyə çalışın. Dünya, bütün bu zər-zivərləri, zahiri cilvələri ilə yenə sevilməyə layiq deyil. Onda ki, qala insan, bu zahiri yaşayışdan da məhrum ola. Sizin dünyadan nəyiniz vardır ki, ona da ürək bağlayasınız? Sizsiniz, bir də bu məscid, mehrab, mədrəsə, ya da evin küncü. Məscid və mehrab üstündə bir-birinizlə çəkişib, ixtilaf yaradıb, cəmiyyəti fəsada çəkməyiniz düzdürmü? Bundan əlavə, dünya əhli kimi asayiş və rifahla yaşayışınız olsa və ömrünüzü eyş-işrətdə keçirsəniz belə, ömür başa çatdıqda bunların şirin bir yuxu kimi ötüb keçdiyini, bütün aqibət və mə’suliyyətlərin isə həmişə sizin üzərinizdə qaldığını görəcəksiniz. Zahiri şirinliyi ilə tez ötüb keçən bu həyatın, nəhayəti olmayan əzabın qarşısında, nə dəyəri vardır? Dünya əhlinin əzabı bə’zən sonsuzdur. Bundan əlavə, dünya əhli, dünyaya əl tapıb, onun bütün dad və mənfəətlərindən bəhrələndiklərini xəyal edirlər. Amma belə deyil, onlar qəflətə və səhvə düçar olublar. Hər kəs dünyaya öz yaşadığı mühit və məhəldən baxır, xəyal edir, dünya elə budur ki, var! Bu cismlər dünyası, bəşərin onu tanıdığını, onu kəşf və seyr etdiyini təsəvvür etdiyindən çox-çox genişdir. Bu dünya, bütün alət və vəsaitləri ilə, rəvayətdə gəlib: "ما نظر اليها نظررحمة" "(Allah dünyanı yaratdığı vaxtdan) ona rəhmət nəzəri ilə baxmayıb."[47] Ona görə də gərək görəsən ki, Allah Təbarək və Təalanın rəhmət nəzəri ilə baxdığı başqa aləm necədir? Allahın, insanı ona dəvət etdiyi “əzəmət mə’dəni” nədir və necədir? Bəşər, “əzəmət mə’dəninin” nə olduğunu başa düşməkdən çox kiçikdir.
Siz öz niyyətinizi xalis, əməllərinizi saleh etsəniz, xudxahlıq və dünya məhəbbətini ürəyinizdən çıxartsanız, ali məqamlar, üstün dərəcələr sizin üçün hazırlanar. Dünya və onun zahiri cilvələrinin, Allahın saleh bəndələri üçün nəzərdə tutulmuş məqam müqabilində, bir qara qəpik qədər də dəyəri yoxdur. Belə bir ilahi məqama çatmağa çalışın. Özünüzü islah edə bilsəniz və irəli gəlsəniz, bu ali məqama və uca dərəcəyə də e’tinasız olun və Allaha bu məqama çatmaq üçün ibadət etməyin, bəlkə ibadətə layiq olduğu üçün, ibadət edin və onu çağırın! Onun qarşısında səcdə edib, üzünüzü torpağa sürtün. O vaxt siz, “nur pərdələrini” keçib, “əzəmət mə’dəninə” qovuşmağa yol taparsınız. Siz, hal-hazırda olan bu əməl və davranışınızla, getdiyiniz yolla belə bir məqama çata bilərsinizmi? İlahi keçidlərdən nicat və qorxulu aqibətlərdən, cəhənnəm atəşindən qaçmaq, asanlıqla mümkün olacaqmı? Siz pak imamların (ə) ağlamaqlarını və imam Səccadın (ə) nalələrini, tə’limdən və başqalarına öyrətməkdən ötrü olduğunu fikirləşirsiniz? (Heç də belə deyil.) Onlar bütün mə’nəviyyat və uca məqamları ilə Allah xovfundan ağlayırdılar. Qarşıda olan yolu getməyin nə qədər çətin və qorxulu olduğunu bilirdilər. Ağır çətinliklərdən, Siratdan keçməyin eniş-yoxuşundan xəbərləri var idi. Qəbr, Bərzəx, Qiyamət aləmindən və qorxulu keçidlərdən agah idilər. Ona görə də heç vaxt aramları olmayıb, həmişə axirətin şiddətli aqibətlərindən Allaha sığınıblar.
Siz bu qorxulu, insanın bütün gücünü alan, keçidlər barəsində nə fikirləşib, hansı çarə yolunı tapmısınız? Nə vaxt özünüzü islah etməyə və saflaşdırmağa başlayacaqsınız? Siz, indi cavanlıq qüvvəsi olduğu və öz qüvvənizə qalib olduğunuz, cisminizin zəifliyi sizə üz gətirməmiş, cavan vaxtınızda da özünüzü saflaşdırmaq, islah etmək fikrində olmasanız, zəiflik, süstlük, soyuqluq sizin cism və canınıza düşdükdən sonra, öz qəsd və müqavimətinizi əldən verdiyiniz, günah yükü ilə qəlbinizi qaraltdığınız qocalıq vaxtı, necə özünüzü islah edib, saflaşdıra bilərsiniz? Hər nəfəs çəkdikcə, hər addım atdıqca, ömrünüzdən hər an keçdikcə islah etmək də çətinləşir. Zülmət pərdələrinin daha da çoxalması mümkündür. Yaş artdıqca bu işlərin səadətlə ziddiyyəti artır və qüdrət azalır. Beləliklə, qoca vaxtınızda özünüzü saflaşdırmağınıza, fəzilət və təqva qazanmağınıza müvəffəq olmağınız daha çətinləşir. Tövbə edə bilməyəcəksiniz. Çünki, tövbə, “tövbə edirəm” deməklə, həqiqətə çevrilmir. Bəlkə, peşimançılıq və günahı tərk etməyi qəsd etmək lazımdır.[48] Peşimanlıq və günahın tərkinə qəsd etmək, əlli il, ya yetmiş il qeybət və yalana mürtəkib olub, saqqalını günahda ağardanlar üçün hasil olmaz. Belə şəxslər ömürlərinin sonuna kimi, mübtəladırlar.
Cavanlar! Qocalıq tozunun sizin saç-saqqalınızı ağartmasını oturub gözləməyin (Biz qocalmışıq və onun müsibət və çətinliklərinə vaqifik). Nə qədər ki, cavansınız, bir iş görə bilərsiniz, nə qədər ki, cavanlıq gücü və iradəsi vardır, nəfsi istəklərdən, dünya arzularından, heyvani istəklərdən özünüzü uzaqlaşdırın. Amma cavanlıqda özünüzü düzəltmək və islah etmək fikrində olmasanız, qocalanda daha iş-işdən keçmiş olacaq.
Cavanın ürəyi lətif və mələkutidir. Fəsada səbəb olan amillər onda zəifdir. Lakin ömür uzandıqca günahın kökləri ürəkdə bərkiyir və möhkəmlənir. Belə ki, onu qoparmaq mümkün olmur. Necə ki, rəvayətdə var: "İnsanın ürəyi əvvəl saf və nurani bir güzgü kimidir. İnsandan baş verən hər günah, qara bir nöqtə onun üzərinə artırır"[49], günah o qədər qəlbi qaraldır ki, Allaha qarşı günah etmədiyi bir gün olmur. Qocaldıqdan da sonra, ürəyi əvvəlki hala qaytarmaq çətindir. Siz özünüzü paklamasanız və qaralmış ürəklə, günaha bulaşmış göz, qulaq və dillərlə dünyadan getsəniz, Allahla necə görüşəcəksiniz? Sizə pak olaraq verilmiş bu ilahi əmanətləri, günaha və rəzilətə bulaşmış halda, necə qaytaracaqsınız? Sizin ixtiyarınızda olan bu göz və qulaq, sizin əmriniz altında olan bu əl və dil, onlarla yaşadığınız bu bədən əzalarınız, sizə pak olaraq tapşırılmış, Mütəal Allahın əmanətləridirlər. Bunları harama bulaşdırsanız, rəzilələşərlər və əmanəti qaytararkən sizdən: "Əmanətdarlığın qayda-qanunu budurmu? Biz bu əmanətləri sizə belə vermişdikmi? Sizə verdiyimiz ürək belə idimi? Sizə tapşırdığımız göz belə idimi? İxtiyarınızda qoyduğumuz o biri bədən üzvləri bu cür aludə idimi?" soruşulması mümkündür. Bu sualların qarşısında nə edəcəksiniz? Öz Allahınızla, Onun əmanətlərinə etdiyiniz bu qədər xəyanətlə necə görüşəcəksiniz?
Siz cavansınız; öz cavanlığınızı bu yolda qoymusunuz. Bir halda ki, dünyəvi baxışların sizin üçün heç bir xeyri yoxdur. Bu qiymətli vaxtınızı və cavanlıq baharını Allah yolunda, müqəddəs hədəflərə sərf etsəniz zərər etməzsiniz. Bəlkə sizin dünya və axirətiniz də tə’min olar. Amma indiki bu müşahidə olunan hal ilə getsəniz, öz cavanlığınızı məhv edib, ömrünüzü hədər etmiş olursunuz. O biri dünyada da cavab verməli olacaqsınız. Bu fəsad gətirən əməl və davranışlarınızın cəzası təkcə o dünya ilə məhdudlaşmır, bu dünyada da yenə çətinlik, müsibət, ağır sıxıntıda olub, bəla və bədbəxtlik burulğanına düşəcəksiniz.
Başqa bir xəbərdarlıq
Sizin gələcəyiniz qaranlıq görünür. Çoxlu düşmənlər hər tərəfdən və hər təbəqədən sizin ətrafınızı dövrələyiblər. Sizi, elmi hövzə və mərkəzləri məhv etmək üçün, təhlükəli planlar çəkiblər. İstismar əlləri sizin üçün, İslam və tamam müsəlmanlar üçün ağır yuxular görüblər. İslam adı ilə sizə qorxulu planlar çəkiblər. Siz təkcə saflaşmaq, düzgün nəzm və tərbiyə sayəsində bu fəsad və çətinlikləri öz yolunuzdan qaldıra bilərsiniz, onların planlarını məhv edə bilərsiniz. Mən, indi ömrümün axır günlərini yaşayıram. Tez, ya gec sizin aranızdan gedəcəyəm. Amma sizin üçün qarşıda qara günlər görürəm. Özünüzü islah etməsəniz, dərs və yaşayışınızın nəzm və inzibatınızı tənzimləyə bilməsəniz, gələcəkdə məhvə məhkum olacaqsınız.
Fürsət əlinizdən getməmiş, düşmən sizin dini və elmi işlərinizin hər tərəfinə əl tapmamış, bir çarə axtarın. Ayıq olun, ayağa qalxın! İlk mərhələdə nəfsi saflaşdırmaq, paklamaq və islah etmək yolunda addım atın. Elmi mərkəzlərdə nəzm və inzibat yaradın. Yadların gəlib, sizin elmi hövzələrinizi tənzimləməsinə yol verməyin. Düşmənlərin: "layiq deyil, əllərindən iş gəlmir, bir dəstə işsiz hövzəyə yığışıb", bəhanələri ilə hövzələrə əl atmağına icazə verməyin. Nəzm və islahat adı altında hövzələri fasid etməklərinə, sizi öz hökmləri altında saxlamaqlarına icazə verməyin. Siz münəzzəm və pak olsanız, hər tərəfli ədəb və tərbiyəniz olsa, başqaları sizə tamah etməzlər. Elmi hövzələrə və ruhaniyyət aləminə nüfuz etməyə yolları olmaz. Siz özünüzü saflaşdırın və qarşıdan gəlmək istəyən fəsadların qarşısını almağa hazır olun. Öz elmi hövzələrinizi qarşıdakı hadisələr qarşısında müqavimətə hazır edin.
Qarşıda sizin (Allah eləməsin) qara günləriniz vardır. İstismarçı əllər İslamın bütün heysiyyətini aradan aparmaq istəyirlər. Siz, onların qarşısında müqavimət göstərməli, dayanmalısınız. Özünü sevməklə, dünyaya məhəbbətlə, təkəbbür və qürurla müqavimət etmək olmaz. Pis alim, dünyagir alim, öz kürsü və rəyasətini qorumaq fikrində olan alim, İslam düşmənləri ilə mübarizə edə bilməz. Onun vurduğu zərər başqalarınkından da çoxdur. Addımlarınızı ilahiləşdirin, dünya məhəbbətini ürəyinizdən çıxarın. Belə etsəniz mübarizə edə bilərsiniz. İndidən bu nöqtəni ürəyinizdə bəsləyin və tərbiyə edin ki, mən gərək bir silahlı əsgər və islamçı olam, İslama fəda olam. Mən gərək İslama bir iş görəm sonra öləm. Özünüz üçün bəhanələr düzəltməyin ki, “bu günün istəyi bu deyil və bu məndən istənilməyib”.
İslamın gələcəyi üçün dərdə dəyən olmağa çalışın. Xülasə, bir insan olun. İstismarçılar insandan qorxurlar, adamdan qorxurlar. Onlar, bizim hər şeyimizi yağmalamaq istəyirlər. Onlar, bizim elmi və dini universitetlərimizdə adam tərbiyə olmağının qarşısını almaq istəyirlər. Çünki adamdan qorxurlar. Əgər ölkədə bir adam tapılsa, onların işinə mane olar və mənafelərini məhv edər.
Siz özünüzü islah etməyə və İslam düşmənlərinin acı planları qarşısında dayanmağa vəzifəlisiniz. Əgər hər tərəfli hazırlıqlı olmasanız və hər gün İslam peykərinə dəyən zərbələrə qarşı müqavimət və mübarizəyə qalxmasanız onda, həm özünüzü, həm də İslamın hökm və qanunlarını məhv edəcəksiniz. Bu işlərinizə görə də cavab verməli olacaqsınız. Siz alimlər, elm əhli və siz müsəlmanlar, mə’suliyyət daşıyırsınız. Başda alim və tələbələrin, sonra da başqa müsəlmanların öhdəsində mə’suliyyət vardır:
"کلّهم راع و کلّهم مسئول عن رعییته" Siz cavanlar, hər bir zülm və haqsızlığın qarşısında dayana bilmək üçün, gərək öz iradənizi qüvvətləndirəsiniz. Bundan başqa çarəniz yoxdur. Özünüzün, İslamın, İslam məmləkətlərinin abır və heysiyyəti sizin duruş və müqavimətinizə bağlıdır.
Mütəal Allah İslamı, müsəlmanları və İslam ölkələrini əcnəbilərin şərindən qorusun. İstismarçıların və xainlərin əlini İslam ölkələrindən və elmi hövzələrdən üzsün. İslam alimlərini, böyük müctəhidləri Qür’ani Kərimin müqəddəs qanunlarını müdafiə etməkdə və İslamın müqəddəs prinsiplərini irəli aparmaqda müvəffəq etsin. İslam ruhanilərinə indiki əsrdə öz ağır vəzifələrini və mə’suliyyətlərini tanıtdırıb, onları agah etsin. Elm ocaqlarını, ruhaniyyət mərkəzlərini İslam düşmənlərinin nüfuzundan və ona əl tapmağından qorusun. Cavan ruhani nəslinə, universitetlərə və bütün müsəlmanlara, özünü islah etməkdə, saflaşdırmaqda və nəfslərini paklamaqda müvəffəqiyyət inayət etsin. İslam millətini qəflət yuxusundan, e’tinasızlıq, süstlük və fikirlərinin dayanmasından, buza dönməsindən azad etsin ki, ilhamla Qür’anın insanı dəyişdirən və nurani tə’limləri ilə özlərinə gəlsinlər, ayağa qalxsınlar, birlik sayəsində istismarçı, zorakı və İslamın qədimdən üzü bəri olan düşmənlərinin əllərini, İslam ölkələrindən kəssinlər. Öz əldən çıxmış azadlıq, istiqlal və əzmətinə nail olsunlar.
ربنا افرغ علينا صبرا و ثبّت اقدامنا وانصرنا علي القوم الکافرين
Ey Rəbbimiz, bizə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və kafirlərə qalib olmaqda bizə kömək et.[50]
Ey bizim Rəbbimiz, dualarımızı qəbul et!
Səadət
İnsan təbiət aləminin və hərəkətdə olan, dünya övladıdır. Yaranışının əvvəlindən təbiətin qoynunda tərbiyə olur. Ruhaniyyət və fitrət də elə bu pərdədə daxil olur. Sonra isə təbiət hökmləri onu əhatə edir və təbiət aləmində nə qədər qalıb böyüsə, təbiət hökmləri də bir o qədər ona üz tutur və qalib olur. Tüfeyliyyət mərtəbəsinə çatdıqda isə üç qüvvə ilə rastlaşacaq: şeytənət, qəzəb və şəhvət qüvvəsi. İnsan hər nə qədər həyat sürsə, bu üç qüvvə də onda artıb, kamilləşir; təbiət hökmləri və heyvaniyyət ona qalib olur. Bu hicablar, zülmətlər və tutqunluqlar nəfsə yönəlir, ona qalib olur. Bir kəsin öz-özünə bu pərdələrdən çıxa bilməsi və mütləq kamala, cəmala, nura, mütləq cəlala çatması çox az olar. Allah Təbarək və Təala, böyük peyğəmbərləri (ə) bəşərin tərbiyəsi üçün göndərdi və səmavi kitabları nazil etdi ki, onlar xaricdən daxili fitrətə kömək etsinlər və nəfsə bu səhv yoldan nicat versinlər. Buna görə də səmavi hökmlər, ilahi aşkar ayələr, böyük peyğəmbərlərin göstərişləri, övliyaların kəramətləri, insan fitrətini, mütləq kamal olan Həqqə və Onun zatına, sifət və fe’llərinə tərəf yönəltmək üçündür. Çünki, yaranışa, Məada, səmavi kitablara, Allaha, peyğəmbərlərə, mələklərə, axirət gününə imandan olan rübubiyyət məqsədləri, ən mühüm və ümdə olan nəfsani seyr mərtəbələri, hökmlərin şaxələrinin çoxu; namaz, oruc, həcc və s. bu məqsədə bağlıdır. İstər vasitə ilə olsun ya vəsitəsiz.[51]
Elə bir həsrətlər vardır ki, sonu yoxdur, peşimançılıqlar vardır ki, onun üçün minnət yoxdur.
Bəli bir kəsə ki, Allah Təbarək və Təala bütün tərəqqi, mə’nəvi təkamül və səadətə çatmaq vasitələrini onun üçün geniş şəkildə hazırlayıb – istər ağıl, seçki qüvvəsi, nəhayətə yetişmək iste’dadı, kamillik və kamala olan fitri eşq kimi batini vasitələr olsun, istərsə də ömür, vaxt, münasib mühit, sağlam bədən üzvləri və lap ümdə olan hidayət yolunun hidayətçiləri, səmavi kitablar, ilahi göstərişlər və onun təfsirçiləri kimi, zahiri vasitələr olsun – bütün bu vəsflərlə əgər o şəxs, bu nəhayəti olmayan ilahi ne’mətlərə küfr edib, bəlkə, ilahi əmanətlərə xəyanət edib, ağıl və şəriətə tabe olmaqdan boyun qaçırıb, nəfsi istəklərə, ins və cindən olan şeytanlara tabeçilik etməyi, bütün ne’mətlərin sahibi olan, Həqqə tabe olmaqdan üstün bilsə, təbiət aləminin ağır yuxusundan, sonsuz qəflətdən, məstlik və huşsuzluqdan, bütün fürsətləri əldən verdikdən, bütün ilahi ne’mətlər əlindən çıxdıqdan, əbədi bədbəxtliklər qazandıqdan sonra özünə gələcək.
Habelə, bir biçarəni təsəvvür et! Öz yoldaşlarının, həmnövlərinin və həmvətənlərinin səadətə və son kamala çatdığını, özünün isə kamillər qafiləsindən geri qaldığını, naqislərə, bədbəxtlərə qoşulduğunu, öz nöqsanlarını aradan qaldırmağa heç bir çarə və qayıdış yolunun olmadığını görəndə necə həsrətlər çəkir.[52]
Nəfsimizi islah və ruhumuzun xəstəliklərinə əlac etməyin vaxtı çatmayıbmı? Cavanlıq sərmayəsini hədər yerə əldən verdik. Hər iki cahanın sərmayəsini hazırlamaq üçün olan cavanlığımızı, nəfsi və şeytani qürurla əldən çıxardıq. Bununla belə yenə də islahımız üçün çalışmırıq və həyatımızın sərmayəsi əlimizdən gedir, tam ziyan və bədbəxtliklə dünyadan köçürük.
Nəfsi islah edib, saflaşdırmaq üçün cavanlıq dövrü daha münasib və layiqlidir. Çünki o vaxt həm iradə güclüdür, həm nəfsi sıxıntı, zülmətlər azdır və fitrətə çox yaxınıq, həm də geri qayıtmağı çətinləşdirən günah yükü o qədər çoxalmayıb. Cavanlar, öz cavanlıq dövrünün qədrini bilsinlər və bu böyük ne’məti qəflətdə keçirməsinlər. Çünki qocalıq dövründə nəfsi islah etmək çox çətindir. Qocalıq çağında çoxlu çətinliklər vardır ki, bunlar cavanlıq çağında yoxdur. Lakin şeytan və nəfsi əmmarə, insanı məğrur edir, onu cavanlıq vaxtı islah olmağa qoymurlar. Bundan sonra isə insan, qocalığın zəiflik və süstlüyünə düçar olur, günaha düşür, nəfsi sıxıntılar çoxalır. Bu vaxt da yenə bu gün-sabaha, sonraya saxlamaqla, hələ tezdir deyərək, özünü aldatmaqla əsil sərmayə olan cavanlığı əldən verir, ziyan və xəsarətlə intiqam evinə (axirətə) varid olur:
"والعصر• انّ الانسان لفي خسر"
Yəni, "And olsun Əsrə. Şübhəsiz, insan ziyandadır."[53]
Əbədi səadət sərmayəsini, əbədi bədbəxtlikdə sərf etməkdən, xərcləməkdən, həyat və nicat mayasını öz həlakət və məhvin üçün işlətməkdən, ömrünün sonuna qədər qəflət və məstlikdən özünə gəlməməkdən böyük, hansı ziyan ola bilər?[54]
Səadətə çatmağın yolu
Nəfslə mübarizə
İnsan təəccüblü bir varlıqdır və iki aləmi vardır: dünyəvi və mələkuti.
Dünyəvi aləm onun bədənidir. Mələkuti aləm isə başqa bir dünyadır. Mələkuti və qeyb aləmindən olan insan nəfsinin, məqam və dərəcələri vardır. Bütün bu məqam və dərəcələr üçün də rəhmani və əqlani qoşunlar, köməkçilər vardır ki, onu uca mələkut aləminə cəzb edir, səadətə də’vət edirlər. Nəfsin, bunların qarşısında olan, şeytani və cəhlani qoşunları da vardır ki, onu uçuruma və bədbəxtliyə çağırırlar. Bu iki qoşun arasında həmişə dava və çəkişmə vardır. İnsan, bu iki tayfanın döyüş meydanıdır: rəhmani qoşunlar qalib olsalar, insan səadət və rəhmət əhlindən olacaq, amma şeytani qoşunlar və cəhlin dəstəsi qalib olsa, insan bədbəxtlərdən və qəzəb olunmuşlardan olacaq.
Nəfslə necə mübarizə etmək lazımdır?
Nəfsin birinci məqamı "Mülk" mənzili, zahir və onun dünyasıdır. Böyük cihad və Həqq Təala yolunda öldürülməkdən üstün sayılan nəfslə mübarizə, bu birinci məqamda, insanın öz zahiri qüvvələrinə qalib olmasından, onları Böyuk Yaradanın əmrinə tabe etməkdən və məmləkəti (nəfs məmləkətini) Şeytan və onun qoşununun aldadıcı qüvvəsindən boşaltmaqdır.
Nəfslə mübarizənin və Həqq Təalaya tərəf hərəkətin birinci şərti, təfəkkürdür. Bu məqamda təfəkkür, insanın hər gün bir qədər (az da olsa) öz sahibi barəsində fikirləşməsindən ibarətdir. Fikirləşmək lazımdır ki, onu bu dünyaya gətirən, bütün asayiş və rahatlıq vəsaitlərini onun üçün hazırlayan, hər biri mənfəətli olaraq, ağılları heyran qoyan sağlam bədəni və qüvvəni inayət edən, bütün bu ne’mət büsatlarını verən, rəhm edən, başqa bir tərəfdən isə bu qədər peyğəmbərlər, hidayətçilər göndərən, kitablar nazil edən, və də’vətlər edən Padşahlar Padşahı olan bir sahibin qarşısında onun vəzifəsi nədir? Bütün bu verilənlər, heyvanların hamısı ilə şərik olduğumuz, heyvani həyat və şəhvəti idarə etmək üçündür, ya başqa bir məqsəd vardır? Bütün kəramətli peyğəmbərlər və əzəmətli övliyalar, böyük hikmət sahibləri, hər bir millətin alimləri camaatı ağıl və şəriət qanunlarına dəvət edirdilər, onları heyvani şəhvətlərdən və bu fani dünyadan çəkindirirdilər; onlarla düşmənçilikləri var idi, ya biz biçarə və şəhvətə qurşanmışların islah yolunu bizim kimi bilmirdilər?
Ağıllı insan bir an fikirləşsə başa düşər ki, bizim üçün sərilmiş bu ne’mət süfrəsindən məqsəd, başqa bir şeydir. Yaradılış aləmindən gözlənilən şey çox-çox böyük məqsəddir. Bu heyvani həyat, həmin məqsəd deyil.
Ağıllı insan, gərək özünə çarə fikirləşsin və öz çarəsizliyinə rəhm eləsin, özünə xitab etsin: "Ey bədbəxt nəfs, uzun illər boyu ömrünü şəhvət ardınca keçirdin, həsrətdən başqa bir şey nəsib olmadı. Yaxşı olar ki, bir az da öz halına rəhm edəsən, Padşahlar Padşahından həya edəsən, bir qədər də həmişəlik həyata və səadətə səbəb olacaq, əsil məqsəd yolunda addım atasan. Var gücünlə çalışsan da ələ gəlməyən, neçə günlük fani şəhvətə, həmişəlik səadəti satma. Qədimdən indiyə qədər gördüyün, bildiyin dünya əhli barədə bir az fikirləş. Bax gör, onların zəhmətləri, çəkdikləri əziyyətlər, rahatlıqları qarşısında nə qədər çoxdur. Bir halda ki, hər insan üçün də rahatlıq və xoşluq tapılmır. İnsan surətində olub, amma həqiqətdə, şeytanın qoşunundan olan və onun tərəfindən göndərilərək, səni şəhvətə və maddi həyatını tə’min etməyə dəvət edənin, bir qədər də özü barəsində təhəmmül et, fikirləş, onu danışdır, gör onun özü, öz vəziyyətindən razıdırmı? Ya özü də mübtəladır və başqa bir biçarəni də özü kimi mübtəla etmək istəyir?
Hər halda öz Rəbbindən acizanə və ağlar halda təmənna et ki, səni öz vəzifənlə tanış etsin. Gərək bu səninlə Onun arasında olsun. Nəfsi əmmarə və şeytanla mübarizə qəsdi ilə etdiyin bu təfəkkürün, sənin üçün ayrı bir yol göstərməsinə və mübarizənin başqa bir mənzil və mərhələsinə müvəffəq olmağına ümid vardır.
Nəfslə mübarizənin, təfəkkürdən sonrakı məqam və mənzili "əzm", yə’ni, iradə və qəsddir. Əzm, insanın günahları tərk etməsinə və vacibləri yerinə yetirməsinə və yerinə yetirmədiyi üçün qəzaya getmiş əməlləri həyatda olarkən əmələ gətirəcəyinə qəsd etməsindən ibarətdir. Nəhayət, əzm budur ki, insan öz zahirini əqli və şər’i etsin. Belə ki, şəriət və ağıl onun zahirinə xatir hökm etsin ki, bu şəxs insandır. Şər’i insan, o kəsə deyirlər ki, şəriətin istəyinə uyğun rəftar etsin, onun zahiri, Rəsuli-Əkrəmin (s) zahiri kimi olsun və bütün davranışlarında, etdiyi əməllərdə, tərk etədiyi işlərdə o həzrətin davamçısı olsun. Bu olduqca mümkün olan bir işdir. Çünki, öz zahirini o həzrətə bənzətməyə, Allah bəndələrinin hər biri qadirdir.
İnsan, şəriət ədəbləri ilə ədəblənməyincə, heç bir gözəl əxlaqla sifətlənməyincə, Allahın mərifət nurunun onun qəlbində cilvələnməsi, batin elminin və şəriət sirlərinin onun üçün açılması mümkün deyil.
Ey əziz! Əzm sahibi və iradəli olmağa çalış. Çünki əzmsiz dünyadan köçsən, beyinsiz insan surətindəsən və o biri aləmdə insan surətində məşhur olmayacaqsan. Çünki o dünya, batinlərin və sirlərin açılacağı bir yerdir.
Günaha cür’ət etmək, yavaş-yavaş insanı əzmsiz və iradəsiz edir və bu da şərəfli cövhəri insandan alır.
Bəs ey qardaş, günahdan qaç və Allaha tərəf üz tutmağı əzm et. Zahirini insan zahiri et, özünü şəriət sahiblərinin yoluna daxil et. Xəlvətdə Allah Təbarək və Təaladan istə ki, sənə bu məqsədində yar olsun, kömək etsin, Rəsuli-Əkrəmi (s) və əhli-beyti (ə) sənin üçün şəfaətçi qərar versin, sənə müvəffəqiyyət inayət etsin, qarşıdakı uçurumlara yuvarlanmamağın üçün sənin əlindən tutsun. Çünki insan həyatında uçurumlar vardır ki, bir anda o həlakət uçurumuna elə düşmək olar ki, insan bir daha özünə çarə edə bilməsin. Bəlkə, çarə axtara da bilməsin, bəlkə şəfaətçilərin şəfaəti də onun halına şamil olmasın.
Nəfsi ilə mübarizə edənlərə müşaritə, müraqibə və mühasibə işləri də lazımdır.
"Müşaritə" odur ki, insan günün əvvəlində məsələn, özü ilə şərtləşsin ki, bu gün Allah Təbarək və Təalanın əmrinə zidd olan bir əməl etməsin. Bu mətləbi iradə etsin. İnsanın bir gün günah əməl etməməyinin asan bir iş olduğu mə’lumdur. İnsan, onun öhdəsindən asanlıqla gələ bilər. Sən əzm et, şərt bağla və təcrübə et, gör nə qədər asandır. Şeytanın və o məl’unun qoşunlarının bu işi sənə böyük göstərmələri də mümkündür. Onlar, səni bağladığın şərtdən saxlamaq və ona əməl etməməyini istəyirlər. Onlara lə’nət göndər və onların şərindən Allaha pənah apar, Ona sığın, batil xəyalları ürəyindən çıxart və şeytana de: mən bu gün, Allah Təalanın əmrinə qarşı çıxmamağı özümlə şərt etmişəm. Mənim Ne’mət Sahibim illər boyudur ki, mənə ne’mət verib, səhhət, sağlamlıq və əmniyyət verib. Elə mərhəmətlər edibdir ki, əbədi olaraq Ona xidmət etsəm belə, heç onların birinin öhdəsindən gələ bilmərəm. Bir kiçik şərtə əməl etməməyim yaxşı iş deyil. Bundan sonra Allahın istəyi ilə şeytanın geri dönüb, qayıtması və Rəhman qoşunları qələbə etməsinə ümid var.
"Müraqibə"nin sənin işlərinin; qazanc, səfər, təhsil və s. heç biri ilə ziddiyyət və münafatı yoxdur.
Bu hal ilə qal, ta gecə "mühasibə" vaxtıdır.
Mühasibə odur ki, insan öz Allahı ilə etdiyi şərtdə nəfsini hesaba çəksin ki, bağladığı şərtə əməl etdimi və Ne’mət Sahibinə bu kiçik müamilədə xəyanət etmədimi? Əgər düz vəfa etmisənsə, onda bu müvəffəqiyyətə görə Allaha şükür et və bil ki, bir addım irəliləmisən, Allah sənə nəzər edibdir. Allah səni dünya və axirət işlərinin irəli getməsində hidayət edər. Sabahın işi bir az da asanlaşacaq. Bir neçə vaxt bu əməllərini qoru. Bunun səndə adətə çevrilməsinə və bu işlərin daha sənə çox asan gəlməsinə ümid vardır. Bəlkə o vaxt, bu dünyada Allah əmrinə itaət və günahları tərk etməyin ləzzətini bələrsən.
Bil ki, Allah Təbarək və Təala sənə çətin təkliflər etməyib. Sənin öhdəndən xaric və taqət gətirə bilməyəcəyin şeyləri sənə əmr etməyib. Lakin şeytan və onun qoşunu, işi sənə çətin cilvələndirir. Mühasibə vaxtı öz etdiyin şərtdə, süst və sönük olduğunu görsən, Allah Təaladan üzr istə. Söz ver ki, sabah bu işin öhdəsindən mərdliklə gələcəksən. Bu hal ilə qal ki, Allah Təala tofiq və səadət qapılarını sənin üzünə açsın, səni insanlığın düz yoluna hidayət etsin.
İnsana nəfs və şeytanla mübarizə etməkdə kamil köməklik edən işlərdən biri də "təzəkkür"dür.
Təzəkkür, Allah Təalanın insana mərhəmət etdiyi ne’mətləri yada salmaqdır.
Bütün bəşərin onu sayıb qurtara bilməkdən aciz olduğu, bu və bunun kimi saysız-hesabsız ne’mətləri yada saldıqdan sonra, sizin fitrətinizə əsasən, belə bir ne’mət verənə hörmət lazım deyilmi? Belə bir ne’mət sahibinə xəyanət etmək ağıl baxımından necədir? Fitrətdə yoğrulan və onda gizli qalan işlərdən biri də böyük və əzəmətli şəxsə hörmət etməkdir. Camaatın dünya əhlinə və sərvətlilərə, hökmranlara, böyüklərə etdikləri hörmətin səbəbi, onları böyük və əzəmətli bilməkləridir. Padşahlar Padşahının əzəmət və böyüklüyündən də əzəmətli bir şey varmı? Onun yaratdıqlarının biri olan bu kiçik dünyanı və onda olan adi məxluqlarını hələ heç bir mövcudun ağlı indiyə qədər dərk edə bilməyib. Başqa günəş sistemlərindən çox kiçik və nəzərə çarpmaz olan, elə həmin öz günəş sistemimiz, bu kiçikliyi ilə belə, dünyanın böyük alimlərinin ondan lazımı qədər xəbərləri yoxdur. Bütün bu aləmləri və minlərlə qeybi aləmləri xəlq edən o Əzəmət Sahibinə, ağıl fitrətinin hökmü ilə hörmət etmək lazım deyilmi? Bəs ey əziz, öz Allahının əzəmətini yada sal, onun ne’mət və mərhəmətlərini yada sal. Onun hüzurunda olduğunu yada sal, ona itaətsizliyi tərk et, əmrindən boyun qaçırma və bu böyük döyüşdə şeytan qoşununa qələbə et. Öz (nəfs) məmləkətini, rəhmani və həqqani məmləkət et. Hər halda özünə ümid etmə. Çünki, Allah Təaladan başqa heç kəs, sənə kömək edə bilməz. Ağlar halda Allah Təalanın Özündən tofiq və müvəffəqiyyət istə ki, sənə nəfsinlə bu mübarizədə inayət etsin.[55]
İman
Bil ki, "iman", Allahı və Onun yeganəliyini, kəmaliyyə (sübutiyyə) və cəlaliyyə (səlbiyyə) sifətlərini bilməkdən və peyğəmbərlərə, mələklərə, səmavi kitablara elmi olmaqdan ayrı bir şeydir. Ola bilsin ki, bir kəs bunları bilsin, amma imanı olmasın. Şeytanın bu mərtəbələrin hamısına elmi vardır və bununla belə kafirdir. Bəlkə, iman qəlbi və ürəkdə olan bir əməldir ki, o olmasa iman yoxdur. Bir kəsin ağıl və aydın dəlillər yolu ilə bir şeyə elmi olsa, öz ürəyində də onu qəbul etməlidir. Mö’min və imanlı olmaq üçün bir növ təslim, xüzu və qəbul etmək olan bu qəlbi əməli yerinə yetirmək lazımdır. İmanın kamalı isə yəqindir. İman nuru gücləndikdə, onun ardınca ürəkdə yəqinlik hasil olur. Bütün bunlar elmdən başqa bir şeylərdir. Sizin ağlınızın dəlil yolu ilə bir şeyi dərk etməsi mümkündür, amma ürək təslim olmasa, elm faydasız olacaq. Məsələn; siz öz ağlınızla ölünün bir kəsə zərər vura bilmədiyini və dünyanın bütün ölülərinin bir ağcaqanad qədər hiss və hərəkəti olmadığını, onun bütün cismi və nəfsi qüvvələrinin ondan ayrıldığını dərk edirsiniz, amma bu mətləbi ürəkdən qəbul etmədiyiniz və ağlınıza təslim olmadığınız üçün, ölü ilə gecə bir yerdə qala bilmirsiniz. Amma ürək ağıla təslim olub, bu hökmü ondan qəbul etsə, bu iş sizin üçün çətin olmayacaq. Necə ki, bu işi neçə dəfə təkrar etdikdən sonra ürək qəbul edəcək və daha ölümdən qorxusu olmayacaq.
Deməli, insanın ağıl dəlili ilə Yaradan Allahı, Onun yeganəliyini, Məadı və başqa əqidə məsələlərini isbat etməsi mümkündür, amma bu əqidələrə iman demirlər və belə şəxsi mö’min hesab etmirlər. Belə insan kafir, ya münafiq, ya da müşriklərin cərgəsindədir. Amma indi sizin ürək gözünüz bağlıdır və mələkuti bəsirətiniz yoxdur. Bu dünyəvi gözünüz dərk etmir. Batinlər aşkar olan və Allahın həqiqi səltənəti aşkara çıxan, təbiət məhv olub, həqiqət onun yerini tutarkən, Allaha iman gətirməməyinizdən, ağlınızın hökmü imana bağlı olmadığından xəbəriniz olacaq. "La ilahə illəllah", ağıl qələmi ilə ürəyin saf və pak lövhəsinə yazılmayınca, insan Allahın vahidliyinə iman gətirməmişdir. Bu pak ilahi kəlmə ürəyə daxil olarkən, ürək səltənəti Həqq Təalanın Özü ilə olar. Bu vaxt, insan daha başqasını Həqq məmləkətində təsirli bilmir, başqasından cah-cəlal bu mübarizədə inayət başqasının yanında axtarmır.[56]
İnsan gərək iman qazanmaq üçün çalışsın. Çünki bu dəyişgənlik evi olan və hər bir adət, sifət, ürək halını dəyişmək mümkün olan bu dünyadan gedərkən, əlimiz də imandan kasad olarkən, fövqül’adə ziyanlar bizə dəyəcək, sonsuz peşimançılıqlar bizə nəsib olacaq. O dünyada nəfsin hallarının heç birini dəyişmək mümkün deyil, ya əgər burada iman qazanılmasa orada da qazanmaq mümkün deyil.
Bəs, insan gərək dünyada bu neçə günü qənimət saysın, imanı hansı qiymətə olursa olsun, hasil etsin və ürəyini onunla tanış etsin. Bu insanın nəfsi paklamaq üçün ilk seyrində o vaxt baş tutar ki, insan əvvəl niyyətini həqiqi iman və mərifət yolunda xalis etsin. Ürəyini, tez-tez yada salmaq və təkrarlamaq yolu ilə ixlas və iradə ilə tanış etsin, belə ki, ixlas ürəkdə yer tutsun.
Çünki ixlas olmasa şeytanın sapındırıcı əli işə keçəcək, şeytanın bu sapındırması ilə xudxah və xudbin nəfs heç bir mərifət hasil edə bilməyəcək. Bəlkə, ixlassız olaraq tövhidi bilmək, insanı tövhidin həqiqət və mərifətindən bir az da uzaqlaşdırır, Allaha yaxınlaşmağa qoymur.
İblisin halına diqqət et. Xudxahlıq, xudbinlik və özünü bəyənmək onda olduğu üçün, elmi ona heç bir fayda vermədi və səadət yolunu ona göstərmədi.
Bundan sonra günah və müxalifətçilikdən xalis və öz şərtlərinə uyğun olan tövbə etmək lazımdır.. İnsan, ürəyini aludəçilikdən təmizlədikdən sonra Allahı zikr etməyə və Allah kitabını oxumağa hazırlaşsın.
Ürəyi Allah zikrinə və Qür’ani-Kərim üçün hazırlaşdırdıqdan sonra tövhid və tənzih ayələrini, tövhid zikrlərini hüzuri qəlb ilə və təharətli halda ürəyinə təlqin etsin. Öz ürəyini dil bilməyən və ona danışmağı öyrətmək istədiyi bir uşaq kimi fərz etsin. Necə ki, bir kəlməni deyir və öyrənsin deyə onu uşağın ağzına atır. Eləcə də tövhid kəlmələrini aramlıqla, hüzuri qəlb ilə ürəyinə təlqin etsin və ürəyinə oxusun ki, beləliklə onun ürək dili açılsın. Gecənin sonlarını, ya səhər açılandan gün çıxana qədər olan vaxtların birini bu iş üçün ayırsa daha yaxşıdır. Bu vaxt, təharətli halda Qür’an ayələrini və zikri ürəyinə yönəltsin. Təzəkkürə və tövhidə şamil olan ilahi ayələri ürəyinə oxusun və təlqin etsin.
Təzəkkür, nəfsi mühasibə və tövhid mərtəbələrinə, Allahın ad və sifətlərinə aid olan "Həşr" surəsinin on səkkizinci ayəsindən[57], surənin axırına qədər, nəfsi və dünyəvi işlərdən ayrılan bir vaxtda, məsələn, gecənin sonlarında, ya iki tülunun arasında[58] hüzuri qəlb ilə oxusa və o ayələr üzərində fikirləşsə, yaxşı nəticə alacağına ümid vardır.
Ey əziz! Bu işlərə başlarkən, nəfsin bu mə’nalarla üns bağlamasının çətin olması mümkündür. Şeytan və nəfsi vəsvəsələr də bu çətinliyi bir az da artırırlar və insanı bu halı hasil etməkdən mə’yus etmək istəyirlər. Onlar insana vəsvəsə edib, deyirlər: Bu hallar böyük şəxsiyyətlər üçündür, bizə heç bir aidiyyatı yoxdur. Hətta, bə’zən bacarsalar, insanı bu işə nifrət etdirmək, hər bəhanə ilə olursa-olsun ondan çəkindirmək istəyirlər.
Amma haqq dalınca olan insan, gərək nəfsin və şeytanın vəsvəsələrinə e’tina etməsin, o xəbislərin tə’kidlərindən həqiqətə sığınsın, haqq yolunu və onu qazanmağın çətin olmasını güman etməsin.
İndi dediyimiz bu kiçik göstərişlərin heç bir çətinliyi yoxdur, heç bir işlə də müxalif deyil və heç bir zərəri yoxdur. Haqq axtaran insan bu göstərişlərə bir neçə dəfə əməl etsə yaxşıdır. Ürəyinin səfasında, onun paklığında bir dəyişiklik görsə və öz batini nuraniyyətini tapsa, verdiyimiz bu göstərişlərə əməl etməyi artırsın.
Bu işləri tədriclə və uzun müddət yerinə yetirmək lazım olduğu mə’lumdur (yəni, bir neçə gün və bir neçə dəfə yerinə yetirməklə nəticə alınmaz olmaz). Bunun əhəmiyyəti fövqül’adə olduğu üçün, insan gərək bu əhəmiyyətə çox diqqət etsin. Bu, dünya zərərləri kimi deyil ki, insan deyə: bu gün olmadı, səhər əvəzini çıxaram. səhər də edə bilməsə, deyə: o qədər də mühüm deyil. Bu, əbədi səadət və ya bədbəxtlikdir. Sonu olmayan bir bədbəxtlik.
Biçarə qafil insan! Dünyanın tez ötüb keçən işlərini özü də bilir. Dünya əhlinin dünyada yaşayıb və oradan köçdüklərini, özləri ilə nə qədər həsrətlər apardıqlarını hər gün görür. Bununla belə dünyaya bu qədər əhəmiyyət verir, bütün sə’yi ilə onu ələ gətirməyə çalışır və hər bir zillət, zəhmət, möhnət və çətinliklə üz-üzə dayanır, heç bir ar və danlaqdan çəkinmir. Amma özünün əbədi səadətini öhdəsinə götürən imanı qazanmaq üçün, o qədər süstdür ki, bütün bu peyğəmbər və övliyaların nəsihətləri və asimani kitablarla belə yenə də öz süstlüyündən əl çəkmir, özünün müsibət, zillət və çətin günləri barədə fikirləşmir, qaya daşlarını yumşaldan, dünyanın daşlarını xaşe’ edən Qür’an nəsihətləri və onun və’dələri, bu insanın daşlaşmış ürəyinə təsir etmir!
Bəli, Allah Təala buyurur: "Əgər biz bu Qür’anı dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub, kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr"[59]
Ey ürəyi bərk insan! Fikirləş, gör sənin ürəyinin xəstəliyi nədir ki, onu qaya daşlarından möhkəm edib, sənə əzablar və zülmətlərdən nicat vermək üçün olan Allah Qür’anını qəbul etmir?!
Bəli, şeytan tələləri, dünya və onun qızıl-gümüşü surətində sənin nəzərində cilvələnib, qulaq və göz yolunu bağlayıb, ürəyini dəyişdiribdir.
İndi bu şərif ayə barəsində fikirləş ki, buyurur: "Doğrudan da, Biz insan və cinlərin çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki, onların ürəkləri var, amma onunla (həqiqətləri) dərk eləmirlər, gözlər var lakin, onunla (ibrət üçün) baxmırlar, qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar, dördayaqlılar kimi, bəlkə onlardan da azğındırlar. Onlar qafillərdirlər".[60] Gör cəhənnəm üçün yarananların əlaməti və cəhənnəm əhlinin nişanəsi səndə nədir?
Tədbir, düşüncə və dünyanın zahirini onun batininə çevirmək nurundan məhrum olan ürəyin, bir tikə ət parçası olan heyvan ürəyindən fərqi yoxdur. Bu dünyanın surətindən başqa bir şey görməyən, ibrət və hikmət baxışından kor olan gözün, bu dünyanın səsindən başqa səs eşitməyən, ilahi nəsihətlərdən kar olan hikmət və nəsihəti qəbul etməyən qulağın, heyvanların göz və qulağından üstünlüyü yoxdur.
Bu üç böyük insani xüsusiyyətləri olmayanlar, insan şəklinə düşmüş heyvan və dördayaqlılardırlar. Bəlkə onlar heyvanlardan da azğındırlar. Çünki insan, Allahın qüdrət əli ilə yoğrulmuş ilahi fitrət nuru ilə və onun üçün göndərilən Qür’an və başqa səmavi kitabların və peyğəmbərlərin hidayəti ilə belə heyvaniyyət mərtəbəsindən heç bir hərəkət etməyib və orada da qalıb.
Heyvanın seyr və yolunun sonu, elə həmin heyvanlıq mənzilidir. Amma, biçarə insan mənzillər arasında yol itirib və insanlıq seyrinə çatmayıbdır. Səadət sərmayəsini əldən verib, öz ömrünü ziyan və zərərlə sürüb, insaniyyət yolundan azıb. Bəs belə insan heyvandan da azğındır.
İnsan, rəhmani və əqlani rəhbərlik altından çıxıb, cəhlani və şeytani rəhbərlik altına daxil olsa, heyvanlıq sifətində bütün heyvanlardan yuxarı olacaq. İnsani qəzəb və şəhvət dünyaya od vuracaq, cahanı xarab edəcək, mövcudat silsiləsini fənaya verəcək, din və mədəniyyəti məhv edəcək. Bə’zən olar ki, bir nəfər öz qəzəbi, ya rəyasətə məhəbbəti üzündən yüz minlərlə ailəni məhv edib, bir cəmiyyətin kökünü kəsər. Heyvanların heç birinin qəzəb odu bu qədər yandırıcı və şəhvət təndirləri bu qədər isti deyil. Bu insandır ki, qəzəb və şəhvət odu heç vaxt sönmür, hərislik və tamahının sonu yoxdur. Bu insandır ki, yalan, şeytanlıq, hiylə və məkr ilə yurdları qəbristanlığa çevirir, ailələri həlakət küləyinə verir.
Dünya, yer və göylə birlikdə bu canlının ixtiyarında olsa belə, onun hərislik və tamah odu sönməz. Dünya ölkələri onun hökmranlığı altında olsa belə, yenə nəfsi istəkləri azalmaz. Başqa heyvanlar öz istəklərinə çatdıqdan sonra, şəhvət odları sönür. Onlarda nadir hallarda mal toplamaq hərisliyi yaransa da, bu çox məhdud və zəif hərislikdir. Yaz və yayda ruzi toplamağa məşğul olan qarışqaların, qışda ruzi toplamaq yolu bağlıdır və bu dövürdə öz topladıqlarından istifadə edirlər. Əgər qışda çölə çıxa bilsəydilər, yazda ruzi yığmağa məşğul olmazdılar. Sərvət toplamasının hansı səbəblər üzündən olduğu mə’lum olmayan yalnız insandır. Onun sərvət yığması xərcləmək üçün və qazancı yaşamaq üçündürsə, bəs nə üçün bunlar tə’min olduqdan sonra, yenə bir az da çox onun ardınca gedir. Çox topladıqca hərisliyi bir az da artır? Bəs belə insan heyvandan da aşağı və azğındır. Onların məqsədi var, bu biçarənin isə məqsədi də yoxdur. Bəli məqsədi var, amma onu itirib.
Kə’bə haqqın məqsədidir və insan haqq axtarıcısıdır. Fitrət nuru əsasında olan bu ilahi axtarıcılıq, Nəhayət Sonluğa çatmaqdan başqa bir şey deyil, amma özü öz yolunu tanımır. Divanələr kimi batil məqsədlər ardınca gəzir və axtarıcılıq odu sönmür: "الا بذكر الله تطمئن ّالقلوب"
"Agah ol ki, ürəklər Allahı yada salmaqla aram olurlar!"
Saleh əməl
Saleh əməl, nəfsi halların zülmət və onun qoşunlarının nuraniyyətə və təsdiqə çevrilməsi üçün faydalıdır. Saleh əməl iki növdür: qəlbi əməllər və qalibi əməllər.
Qəlbi əməllərdən burada məqsəd, fitrəti öz əvvəlki halına və fitri ruhaniyyətə qaytaran əməllərdir. Bu əməllərin ən ümdəsi, öz batini və zahiri şərtləri ilə birlikdə, tövbədir.
Ondan sonra ürəyin paklıq və saflaşmasına məşğul olmaq, onu dünya məhəbbətindən, xudxahlıq və xudbinlikdən təmizləmək lazımdır.
Amma, qalibi əməllərdən burada məqsəd, nəfsin öz halını öz yadına salan, onu ağır yuxudan və təbiətin məstliyindən oyadan əməllərdir. Bu, əhli beytdən (ə) varid olan zikrlərlə məşğul olmaqdır. Bunun da şərtləri vardır ki, ən ümdə şərt, hüzuri qəlbdir. Nəfsi oyatmaq və onun öz halını öz yadına salmaq üçün, hüzuri qəlb ilə zikrə məşğul olmağın vaxtı, nəfsin dünyaya məşğuliyyətinin az olduğu; gecənin axırları və iki tülunun arası kimi o vaxtlardır.[61]
Tövbə
Tövbə, insanın günah etdiyi və fitrət nuruna itaət etmədiyi üçün, təbiətin zülmət pərdələrinə büküldükdən sonra, təbiətdən nəfsi ruhaniyyətə tərəf qayıtmasından ibarətdir.
Nəfs, fitrətin əvvəlində hər növ kamal, gözəllik və nurdan boşdur. Necə ki, onların əksi olan şeylərdən də boşdur.Üstündə heç bir xətt və işarə olmayan bir səhifə kimidir ki, nə ruhani kamilliklər, nə də onun ziddi olan sifətlər vardır. Amma, bütün bu məqamları qazanmaq iste’dadı və ləyaqəti onda əmanət qoyulubdur. Günaha mürtəkib olsa, bu üzdəndən ürəyində qaralıq yaranar və günahı çoxaldıqca, qaralıq və zülmət də bir artar, ürək tamamilə qaranlıq və zülmət içərisində olar, fitrət nuru sönər və əbədi bədbəxtliyə düşər. Əgər, bu hallar arasında, tamam zülmət onun qəlb səhifəsini tutmazdan öncə, qəflət yuxusundan ayılsa və “yəqzə”[62] halından tövbə mənzilinə daxil olsa, zülmani haldan və təbiət qaranlığından öz fitrət nuruna və zati ruhaniyyətinə qayıdacaq, yenə də əvvəlki kimi kamillik və onun ziddi olan sifətlərdən boş olacaq. Necə ki, məşhur hədisdə gəlib:
"التا ئب من الذنوب کمن لا ذنب له"
"Günahlardan tövbə edən şəxs, heç bir günahı olmayan şəxs kimidir."[63]
Bəs, tövbənin həqiqəti, təbiət və onun hökmlərinə tabe olmaqdan, ruhaniyyət və fitrət hökmlərinə tərəf qayıtmaq olduğu məlum oldu.
Düzgün və kamil bir tövbə, şərtləri ilə birlikdə çətin işlərdəndir. Çox az adam bu məqsədinə nail ola bilər. Bəlkə günah etmək, məxsusən böyük günahlar, insanı tövbə etməkdən tamamilə qafil edir. Günah ağacı insanın ürək tarlasında böyüyüb meyvə versə və kökləri möhkəmlənsə, olduqca xoşagəlməz meyvələr verəcək. O meyvlərdən biri də insanı tövbə etməyə qoymamasıdır. Bə’zən tövbə yadına düşsə belə, bu gün-səhərə, bu ay-gələn aya saxlayır və öz-özünə deyir: "ömrümün axırlarında və qocalanda həqiqi tövbə edərəm." Amma bununla Allaha hiylə etmək istədiyindən qafildir. Bir halda ki, "Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır"[64]
Günahların kökü möhkəmləndikdən sonra, insanın tövbə edə bilməyinin, ya onun şərtlərini yerinə yetirə bilməyinin asan olduğunu güman etmə. Bəs, tövbənin baharı cavanlıq dövründədir. Çünki bu vaxt günah yükü, qəlbin qaralığı və batini zülmətlər az, tövbənin şərtləri isə yüngül və asandır. İnsanın qocalıqda hərisliyi, tamahı, cah-cəlal və sərvət sevgisi, uzun arzuları çoxalır. Onun qocalıq vaxtı tövbə edə bilməsi özünü aldatmaqdır. Tutaq ki, insan qocaldıqda bu işi edə bilər, bəs haradan bilir ki, qocalıq həddinə çatacaq, onun və’də verilmiş əcəli, cavanlıq vaxtı və günaha məşğul olarkən onu yaxalamayacaq və möhlət verəcək?
Bəs ey əziz! Şeytanın hiylələrindən qorx və həzərdə ol. Öz Allahına qarşı hiylə və məkr etmə ki, əlli il, ya bir az çox şəhvət ardınca olum, ölüm ayağında istiğfar kəlməsi ilə əvəzini çıxaram. Bunlar xam xəyallardır. İnsanın öz-özünə tövbə fikrinə düşməsi, ya ona müvəffəq olması, ya müvəffəq olsa, onun səhihliyinə və qəbuluna, ya onun şərtlərinə kamil əməl etməsi nadir hallarda baş tutar. Ola bilsin ki, tövbə fikrinə düşməmiş, ya ona əməl etməmiş, əcəl möhlət verməsin və insanı ağır günah yükləri ilə, onun sonsuz zülmətləri ilə bu dünyadan aparsın. O vaxt, Allah bilir hansı tutqunluq və bədbəxtçiliyə düçar olar.
Bəs ey əziz, tez işə başla, əzmini möhkəm və iradəni güclü et. Nə qədər ki, cavanlıq dövründəsən, ya dünya həyatındasan tövbə et. Allah verən fürsəti əlindən çıxmağa qoyma. Şeytanın və nəfsi əmmarənin hiylələrinə e’tina etmə.
Kamil və düzgün tövbə üçün şərtlər vardır. O şərtlər yerinə yetirilməsə, düzgün tövbə hasil olmaz. O şərtlərin ən mühümlərindən biri, keçmiş günah və qüsurlardan peşiman olmaqdır. O birisi isə həmişəlik olaraq, bir daha günahlara tərəf qayıtmayacağını əzm və iradə etməkdir.
Ey insan, nə qədər zalım və cahilsən, Ne’mət Sahibinin ne’mətinin qədrini bilmirsən. Sənin asayiş və rahatlığın üçün bütün vəsaitləri hazırlayan, onda heç bir minnət qoymayan belə bir Ne’mət Sahibinə qarşı illər boyu itaətsizlik, düşmənçilik, hörmətsizlik, həyasızlıq etdin, ömrünü özbaşınalıqda keçirdin. İndi ki, peşiman olursan və qayıdıb, tövbə edirsən, Həqq-Təala da səni Özünə məhbub və sevimli tutur. Gör bu nə qədər geniş rəhmət və bol ne’mətdir.
Tövbənin qəbul olunmasının birinci şərti, keçmişdə etdiyin əməllərə peşiman olmaq, ikinci; həmişəlik olaraq günaha tərəf qayıtmamağı əzm etmək, üçüncü; xalqın haqqını özünə qaytarmaq, dördüncü; boynunda olub, yerinə yetirmədiyin vaciblərə üz tutmaq və onları yerinə yetirmək, beşinci; haramdan götürdüyün bədəninin ətini, qəm- qüssəylə əritmək, belə ki, dəri sümüyə yapışsın və onların arasından təzə ət əmələ gəlsin, altıncı; itaətsizliyin şirinliyini cisminə dadızdırdığın kimi, əmrə tabe olmağın da ağrısını ona dadızdırmaq. İnsan təkcə "tövbə etdim" deməklə, tövbə ondan qəbul olunmaz. Tövbə edən insan odur ki, camaatdan haqsız olaraq hər nə aparıbsa, onlara qaytarsın. Onların başqa haqları da öhdəsində olsa və onu ödəmək, ya sahibini razı etmək mümkündürsə gərək bunu etsin. İlahi vaciblərdən hər nəyi tərk edibsə, qəzasını yerinə yetirsin. Bunların hamısını yerinə yetirmək mümkün olmasa, imkanı çatdığı qədərini yerinə yetirsin. Bilsin ki, bunlar bir hüquqlardırlar ki, hər birini tələb edən vardır və o biri dünyada çətin və ağır hallarla istəyirlər. O dünyada isə bunlara əməl etməyə heç bir yol yoxdur. Orada təkcə başqalarının günah yükünü çəkib, öz yaxşı əməllərini onlara verər. Bəs, o vaxt biçarə və bədbəxt olar, xilas olmaq üçün də heç bir çarə yolu yoxdur.
Ey əziz, məbadə, şeytan və nəfsi əmmarə sənə qalib olalar və vəsvəsə edələr, mətləbi sənə böyük göstərələr, səni tövbədən qaytaralar, işini birdəfəlik edələr. Bu işələrdə az da olsa belə, qədəm götürməyin çox yaxşı olduğunu bil. Qəzaya getmiş namazlar, oruclar, kəffarələr və Allah haqları çox, xalqın haqqı saysız, günahlar və xətalar ağır da olsa yenə, Allahın lütf və rəhmətindən mə’yus olma. Çünki sən gücün çatan qədər addım atsan, Allah Təala da bu yolu sənin üçün asanlaşdıracaq və nicat yolunu sənə göstərəcək. Bil ki, Allahın rəhmətindən mə’yus olmaq ən böyük günahdır və nəfsə heç bir günahın onun qədər pis və ağır təsir edə bildiyini güman etmirəm. Allah rəhmətindən məyus olmaq, bir zülmət kimi ürəyi elə əhatə edir və ovsarı əldən çıxarır ki, heç bir şeylə düzəltmək mümkün olmur.
Məbadə, Allahın rəhmətindən qafil olasan və günahı Həqqin rəhmətindən böyük biləsən. Allahın rəhməti hər şeydən böyükdür və hər şeyə şamil olur. Allah, rəhmət və məğfirət vədəsi verib. Sən bir addım irəli gəl və Onun müqəddəs dərgahına tərəf ayaq qoy. O, Özü hər bir vasitəylə olur-olsun sənin əlindən tutacaq. Onun haqlarını yerinə yetirə bilməsən, Öz haqqından keçir və əgər başqalarının haqlarını qaytara bilmədinsə, əvəzini çıxır.
Ey əziz, Həqq yolu asan və yüngüldür. Amma bir az diqqət istəyir. Gərək qədəm götürəsən. İşi bu gün-sabaha salmaq, sonraya atmaq və günah yükünü hər gün ağırlaşdırmaq, işi çətinləşdirir. Amma işə başlamaq, işin və nəfsin islahına əzm və iradə etmək yolu yaxınlaşdırır və işi asanlaşdırır. Sən təcrübə et və başla. Əgər nəticə aldın, bu mətləbin düzgünlüyü sənə sabit olar. Amma işə başlamasan, fəsad yolu açıq, sənin günahkar əlin isə uzun.
Tövbə edən şəxsə lazım olan işlərdən biri də Həqq Təalanın “Ğəffariyyət” məqamına sığınmaq və istiğfar halını hasil etməkdir. Tövbə edən, gərək Həzrət Həqq Cəll-Cəlalə və O Zati Müqəddəsin Ğəffariyyət məqamından öz dili və halı ilə acizanə, nalə və ağlamaqla günahlarının üstünün örtülməsini istəsin.[65]
İslamın rəhmət qapısı hamının üzünə açıqdır. Tarixdə gəlibdir ki, Yezid, həzrət imam Səccaddan (ə) soruşdu ki, mən tövbə edə bilərəmmi? Həzrət buyurdu: Bəli, tövbə qapısı açıqdır. Bəli, həmin Yezid ki, o cinayətləri törədibdir. Amma sonra həzrət Zeynəb (ə), imam Səccaddan (ə) bunun səbəbini soruşduqda, imam buyurdu: Yezid tövbə etməyə müvəffəq olmaz, amma tövbə edə bilsə, qəbuldur. Bir kəs peyğəmbəri də öldürmüş olsa, sonra tövbə etsə, qəbuldur. Amma tövbə etməyə müvəffəq olmazlar.
Günahkarlar tövbə etməkdə ciddi olsunlar. İndi vaxt var, vaxt qalıb. Nə qədər ki, ayaqlarınızı qəbrə qoymayıblar, tövbə qapısı açıqdır. Allahın rəhməti genişdir. Gəlin tövbə edin, gəlin etdiyiniz işlərdən və İslamla müxalifətçiliklərdən tövbə edin. Qayıdın, hamınızın tövbəsi qəbuldur![66]
Allah zikri
Allah zikri və Allah yolunda bir-biri ilə dost olmağın bir neçə xüsusiyyəti vardır. Onlardan biri (və ən böyüyü) odur ki, bəndənin Allahı yada salması, Allahın da onu yada salmasına səbəb olar. Allah yolunda bir-birinə qarşılıqlı məhəbbət, Allah sevgisinə səbəb olar və bu sevginin də nəticəsi hicabların aradan qalxmasına səbəb olar.
Ey əziz bil ki, Məhbubu yada salmaq və Mə’budu yad etməklə keçinməyin bütün təbəqələr üçün çoxlu nəticələri vardır. İnsan, bütün hallarda və qarşıya çıxan hadisələrdə Həqq Təalanı yad etsə və özünü Müqəddəs Zatın qarşısında hazır görsə, mütləq özünü Onun razılığının əksinə olan əməllərdən saxlayar və nəfsinin özbaşınalığının qarşısını alar. Qovulmuş Şeytanın və nəfsi əmmarənin əli ilə olan bütün bu müsibətlərin hamısı, Allahı, Onun əzabını və cəzasını yaddan çıxartmaqlıq üzündəndir. Allahdan qafil olmaq, qəlbin qaralığını artırır, nəfs və şeytanı insana tərəf yönəldir, fəsadları çoxaldır. Allahı zikr etmək və yada salmaq ürəklərə səfa və siqəl verir, Məhbub üçün cilvələndirir, ruhu saflaşdırır və xalis edir. İnsanı nəfsin əsirlik buxovlarından azad edir. Xətaların mənşəyi və pisliklərin sərçeşməsi olan dünya məhəbbətini ürəkdən çıxarır.
Bəs ey əziz, Məhbubu zikr və yad etmək yolunda hər hansı bir çətinliyə dözsən, yenə də azdır. Ürəyini Məhbubu zikr etməyə adət etdir. Bəlkə, Allahın istəyi ilə ürəyinin surəti, Allah zikrinin surəti ola.[67]
Həqiqi zikr ilə, bəndə ilə Həqq arasında olan pərdələr və hüzura mane olan şeylər aradan qalxar, ürəyin qəflət, qəsavət və bərkliyi götürülər. Uca mələkut qapıları, Həqqin lütf və rəhmət qapıları, bu yolun yolçusunun üzünə açılar. Amma mühüm budur ki, ürək bu zikrdə diri olsun və ölü olmasın, ölülərlə (ölü kimi dirilərlə) ünsiyyətdə olmasın.
Allah Peyğəmbəri (s) buyurur: Ərəbdə deyilmiş ən doğru şe’r Ləbidin şe’ridir ki, deyib:
"الا کل شيئ ما خلا ﷲ باطل" yəni, "Başqa mövcudlara ürək bağlamaq, (hər mövcud olur, olsun) Allahdan qafil olmaqdır."[68] Ürəyi diriltmək üçün, Allah zikri, məxsusən bu mübarək adı; "Ya Həyyu Ya Qəyyum"u hüzuri qəlb ilə demək münasibdir.
Bə’zi zikr və mərifət əhlindən nəql olubdur ki, hər gecə və gündüz bir dəfə səcdəyə getmək və çoxlu: "La ilahə illa əntə subhanəkə inni küntü min əz-zalimin"[69] demək, ruhun tərəqqisi üçün yaxşıdır.
Bəli, Həqqi tanıyan və O Müqəddəs Zata, üns və məhəbbətləri olanlara, belə əməllərin heç bir zəhmət və məşəqqəti yoxdur. Məhbub ilə ünsiyyət, onlara heç bir yorğunluq gətirmir, məxsusən O Məhbub ki, bütün məhəbbət və məhbubiyyətlər Onun məhəbbətindən sərçeşmələnir. Arif Şiraz deyir:
Bizim ürəyimizə sığmır Dostdan başqa bir kəs
Onlar ki, Dostun məhəbbət camından içiblər və Onun vüsal həyatı suyundan əbədi həyat tapıblar, hər iki aləmi düşmənə layiq bilirlər. Onlar öz hacət yüklərini Dosta tərəf atıblar və Onun Özündən başqa heç bir istəkləri yoxdur. Həqiqi qiblə olan Eşq Camalından başqa bir məqsədləri yoxdur.
Bəli, biz karlar, korlar və hicaba bükülmüşlər, bütün məqamlardan heyvani şəhvətlər üçün ürəyimizi xoş etmişik. "Səadət" cümləsindən bir miqdar dəyərsiz məfhuma ürək bağlamışıq və özümüzü qane etmişik. Təkcə Dostun lütf və mərhəməti əlimizdən tutub, qalın hicablardan, düçar olduğumuz zülmətlərdən bizi çıxara bilər və ürəyimizə öz məhəbbəti ilə həyat bəxş edər, başqalarından üzüb, Özünə qovuşdurar.[71]
İnsanı sapınmadan qoruyan, Allah zikridir. İnsan, Allahı yada salmaqla sapınmalardan canını qurtarar və yəqinlik tapar. Yəqinlik ki, tapıldı, Allah zikri və yadı ki, oldu, bu həmən vaxtdır ki, insan bu xitabın müxatəbi olar: "Ey mütməin nəfs!"
(Rəvayətdə var ki, bu şəhidlər sərvəri, imam Hüseyinə (ə) xitabdır.[72])
Bu xitab, həmin vaxtdır ki, sizə deyilər: "Daxil olun mənim bəndəliyimə!" Daha "Allahın bəndəliyinə və ya başqa bəndəliyə" deyilməz. "Mənim bəndəliyimə" xitab olunması xüsusi bir inayətdir. Yəni, Mütəal Allah xitab edir ki, ey bəndə, sən Mənim Özümünsən, başqasının yox!
Bu bəşər hamısı Onun Özünündür.[73]
Təqva
Təqva, nəfsi Allahın əmr və qadağanları ilə müxalifət etməkdən qorumaq və Allahın razılığına tabe etməkdən ibarətdir.
Allah Təbarək və Təala təbəqələrə, bu təbəqə yuxarıdır, bu baş nazirdir, bu sərdardır, bu nə bilim nədir nəzəri ilə baxmır. Allah Təbarək və Təalanın yanında bunlar işdə deyil. İslamda təkcə təqva ötür. Təqvası daha çox olanların, Allah yanında əzizliyi daha çoxdur. Öz işində təqvası olan işçi, öz nazirliyində, siyasətində və işlərində təqvalı olan nazir, Allahladır. Təqvası olan dövlət başçısı Allahladır. Bunlar kərimdirlər, Allah yanında əzizdirlər. Allah eləməmiş, təqva olmasa Allah yanında hamı mənfidir. Camaatda təqva olarkən, onlar Allah yanında kərim və əzizdirlər: "انّ اکرمکم عند الله اتقاکم"
"Həqiqətən, Allah yanında ən əziz olanlarınız ən təqvalı olanlarınızdır."[74]
Bu ayədə, “əziz” kəlməsindən heç kim xaric olmur, hər kim təqvalıdırsa o əzizdir. Peyğəmbəri Əkrəm (s) camaatın ən təqvalısı olduğu üçün ən əziz idi. Əmir əl-möminin (ə), Allah Peyğəmbərindən (s) sonra camaatın ən təqvalısı olduğu üçün ən əziz olanı idi. Nəsəb və səbəb, işə keçmir. Təkcə təqva işdədir. Təqvalı olun ki, bütün çətinliklərə qələbə edəsiniz.[75]
Təvəkkül
Təvəkkül, bütün işləri sahibinə tapşırmaq və Onun vəkalətinə etimad etməkdir.
İnsanlar, Müqəddəs Zatın rübubiyyətini tanımaqda müxtəlif və fərqlidirlər. Adi camaatın çoxu yalnız dildə olaraq, bə’zən deyirlər: Allahın işləri müqəddərdir və hər şey onun dəxaləti ilədir. Heç bir varlıq, Onun müqəddəs iradəsi olmadan mövcud ola bilməz. Amma, bu sözü deyənlər özləri bu məqamın sahibi deyillər. Camaatın bu dəstəsi, (əgər biz də onlar kimi olsaq) təvəkkül məqamını tanımayıblar. Tanıdıqları, təkcə sözdə və boş iddialarındadır. Ona görə də, dünya işlərində heç bir surətdə Həqqə etimad etmirlər. Bəzən bir səbəb üzündən, Həqqə tərəf üz tutsalar və Ondan bir şey istəsələr də, ya təqlid üzündən, ya da ehtiyat üzündəndir. Çünki, onda bir zərər təsəvvür etməməklərindən əlavə, mənfəət ehtimalı da verirlər. Belə olan halda onlardan təvəkkül iyi gəlir. Amma zahiri səbəbləri müvafiq görsələr, Həqq Təaladan və Onun dəxalətindən tamamilə qafil olarlar, camaatın bu dəstəsinin dünya işlərində heç bir təvəkkülləri yoxdur. Axirət işləri barəsində təvəkküldən çox dəm vururlar. Hər hansı bir elm, mərifət, nəfsi paklamaq, ibadət və itaət işlərini asan saysalar, dərhal Həqqə və Onun fəzlinə etimad və Ona təvəkkül etdiklərini göstərmək istəyirlər. Sə’y və əməl etmədən, "Allah böyükdür", "Onun fəzlinə təvəkkül etmişəm" sözləri ilə axirət dərəcələri hasil etmək istəyirlər. Dünya işlərində sə’y, əməl və təvəkkülün Həqqə etimadla zidd olduğunu deyirlər. Axirət işlərində də sə’y və əməli Həqqin fəzilinə və ona təvəkkülə zidd sayırlar. Bunlar nəfs və şeytanın hiylələrindən başqa bir şey deyil. Çünki bunların nə dünya, nə də axirət işlərində təvəkkülləri yoxdur və heç birində Həqqə etimad etməyiblər. Lakin, dünya işlərinə əhəmiyyət verdikləri üçün, səbəblərə əl atıb, ondan asılırlar, Həqqə və Onun işlərdə dəxalətinə etimad etmirlər. Axirət işlərində isə əksinə olaraq belə şeylərə əhəmiyyət vermədikləri üçün və Məad gününə həqiqi imanları olmadıqlarına görə, onun üçün üzr gətirirlər. Bə’zən deyirlər, Allah böyükdür, bə’zən də Həqqə etimaddan və şəfaətçinin şəfaət etməyindən danışırlar. Bununla belə ki, onların bütün bu zahiri əməlləri və dedikləri dil lağlağasından, mənasız surətdən başqa bir şey deyil və həqiqəti yoxdur.[76]
Neçə mərhələdən keçdikdən sonra səni atanın sülbünə çəkdilər və çirkin bir zərrə idin; səni hansı qüdrət əli ananın bətninə hidayət etdi və bu vahid bəsit maddəni kim bu təəccüblü şəkilə saldı? Hansı ibadət və xidmətlərinlə insanlıq surətinə (şəklinə) layiq oldun? Bütün bu zahiri və batini ne’mətləri hansı ciddiyyətlə qazandın? Sənin hansı istək və ciddiyyətlərinlə bətn (ana bətni) aləminin tərbiyələri tamam oldu, bu dünya səhnəsinə hidayət oldun?!
Hansı qabliyyət və əməlinlə, öz həmnövünü parçalayan, ürəyi bərkimiş və daşlaşmış insanı, sənə qarşı mehriban və şəfqətli etdi, belə ki, bütün minnətlə səni zəhmət, əziyyət və çətinliklə dünyaya gətirdikdən sonra, səni ağuşuna alıb, böyütsün?!
Bu rəhmət və rəhmaniyyət kim tərəfindəndir, hansı istək və çalışqanlıqla bunu qazanmısan?
O çirkli qanı, kim sənin üçün dünyaya gəlməzdən öncə lətif südə döndərdi ki, bu sənin zəif mə’dən üçün ən münasib xörəkdir? Məxluq, sənin hansı ciddiyyət və çalışına görə bu hazırlıqlar görüldü?
Ey əziz! Hansı ləyaqət, ciddiyyət və çalışına əsasən, ilahi vəhyin nazil olmasına layiq oldun?
Ən böyük ilahi rəhmətlər və rəbbani nemətlər; doğru və səadət yoluna hidayətdir. Hansı qazanc və əməllə, ya hansı ləyaqət və ibadətlə bu böyük nemət bizim üçün verildi? Hansı keçmiş xidmətlərimizə əsasən, böyük peyğəmbərlərin vücuduna və Allahın kəramət süfrələrinə layiq olduq?
Saya gəlməyən və həddinə heç bir rəqəmin gücü çatmayan, zahiri və batini ilahi nemətlərin hansı birində bəndələrin, ya başqa məxluqların dəxaləti və şərikçiliyi vardır?
Ey gözü hicabla örtülmüş insan, Allahın sonsuz nemətlərində qərq olmusan, rəhimi və rəhmani rəhmətlərdə batmısan və öz Ne’mət Sahibini itirmisən, indi ki, böyümüsən və yaxşını pisdən seçə bilirsən, hansı quru otdan yapışıb və çürük ağaca söykənmisən?!
Bu gün düşüncə ilə ilahi rəhmət və ne’mətlərdə zəif məxluqdan bir şey istəməməyin, Uca Rəbbinin ümumi və xüsusi lütflərinə nəzər etməklə, ayağını Ondan başqasının evindən kəsməyin və Onun rəhmətindən başqa heç bir əsasa söykənməməyinin lazım olduğu bir vaxtında, sənə nə olub ki, öz Nemət Sahibindən qəflət edib, özünə və öz əməllərinə söykənmisən, Allaha belə gizli, ya aşkar şəriklər qoşmağa düçar olmusan?
Həqq Təalanın məmələkətində, Müqəddəs Zatın Özündən başqa bir iş görə bilən tapmısan, ya hacətləri qəbul edən başqa birisinin sorağını tutmusan, ya Allahın rəhmət əlini qısa bilirsən, ya Onun səndən və ehtiyaclarından qafil olduğunu düşünürsən, ya Onun qüdrət və səltənətini məhdud görürsən, ya Onu paxıl bilirsən?
İndi bir anlığa ağır yuxudan ayıl. İkiliyi kənara qoy və tövhid nurunu öz ürəyinə çatdır, "la hövla və quvvətə illa billah"[77]ı ruhunun dərinliklərinə oxu, ins və cindən olan şeytanların əlini Həqq məmləkətində dəxalət etməkdən kəs, tamah gözünü, zəif və çarəsiz məxluqdan çək!
Allah Təala, "Ənfal" surəsində mö’minlərin vəsfində buyurur:
"İman gətirənlər yalnız o kəslərdirlər ki, Allahın adı onların yanında çəkilərkən, ürəklərinə qorxu çökər və Allahın ayələri onlara oxunan zaman imanları artar və öz Allahlarına təvəkkül edərlər... Onlar həqiqi iman gətirənlərdirlər".[78]
Mütəal Allah, bu ayədə həsr yolu ilə buyurur ki, mö’minlər təkcə bu neçə xüsusiyyətə sahib olanlardır və onlardan başqaları mö’min deyillər.
Mö’minlər öz Rəbblərinə etimad və təvəkkül edərlər və öz işlərini ona tapşırarlar, Onun Müqəddəs Zatına ürək bağlayarlar. Öz ürəklərini bir başqasına verən və Ondan başqasına etimad edən, öz işlərində ümid gözləri başqasında olan, işlərinin genişlənməsini Həqqdən başqasından istəyən kəslərdə, iman nuru və imanın həqiqəti yoxdur. Başqa ayələrin də məzmunundan, insanın iman mərtəbəsinə çatmayınca təvəkkül məqamına nail ola bilməyəcəyi istifadə olunur.[79]
Rica
Elə ki, ağıl, nur və səfa fitrəti ilə Həqq Təalanı Mütləq Kamal və Onun Müqəddəs Zatının rəhmət cilvəsini heç bir hədlə məhdud, heç bir qeydlə qeyidlənmiş olmadığını tapdı; bu mərifət və tanımanın laziməsi Həqqə və Onun rəhmətinə doğru rica və kamil ümiddir. Necə ki, fitrət, öz əsli nurundan pərdələnmiş olsa, bu örtülülük bə’zən bir yerə çatar ki, Həqqin rəhmətindən mə’yus olar.
Səhv və insanı aldadan işlərdən biri də qürur və Allaha ricanı bir-birindən ayıra bilməməkdir.
Allahın geniş rəhmətinə, sərilmiş ne’mət süfrəsinə mə’rifət və imanı olan şəxs, rica halındadır. Həmin mə’rifət, onu əməllərini paklamağa və əxlaqını saflaşdırmağa, Mövla və Ne’mət Sahibinin əmrlərinə itaət etməyə dəvət edir. Amma, qürur sahibi olan şəxs, mə’rifət və gözəl əxlaqlar qazanmaqdan, saleh əməllər etməkdən geri qalır.
Rica sahibləri isə əməllərindən geri qalmır, bəlkə onların ciddilikləri başqalarınkından da çoxdur. Amma, onlar öz əməllərinə arxayın deyillər. Bəlkə onların etimadları əməl etməklə yanaşı, Allahadır. Çünki həm öz qüsurlarını, həm də Allahın geniş rəhmətini bilirlər.
Məğrur və qürurlu şəxsləri, toxum səpəmək, əkmək və əkinçilik əvəzinə lazımsız işlərlə, eyş-işrətlə məşğul olub, günlərini tənbəlliklə keçirib və “Allah böyükdür, toxumsuz da məhsul verə bilər” deyən şəxslərə oxşatmaq olar. Necə ki, "Kafi" kitabında gəlib; ravi deyir: İmam Sadiqə (ə) ərz etdim: Camaatdan bəziləri Allaha qarşı günah edirlər, biz ümidvarıq deyirlər və o halda qalırlar və dünyadan da o halda gedirlər. İmam buyurdu: "Onlar arzularla yaşayan kəslərdirlər, yalan deyirlər, onlar ümidvar deyillər. Bir şəxsin əgər bir şeyə ümidi olsa, onu ələ gətirmək istəyər, onun ardınca gedər və əgər bir şəxs, bir şeydən qorxsa, ondan qaçar."[80]
İndi ey əziz! Öz nəfsinin halını mütaliə et və nəfsinin səmərəsindən özünü ayırd et, gör hansı tayfadansan? (saleh əməllər etməklə yanaşı öz əməllərinə arxayın olmayıb, Allaha ümid edənlərdən, ya şeytan və nəfsin tələsinə düşərək, öz əməlləri ilə məğrur olanlardan?)
Görəsən, Allahın böyüklüyü, rəhmətinin əzəməti, geniş məğfirəti, bağış və əfvi bizi, O Müqəddəs Zata ümidvar edib, ya şeytani qürura düçar olmuşuq, Həqdən və Onun cəmal və cəlal sifətlərindən qafil olmuşuq, axirət işlərini yüngül tutmaqlığa düçar olmuşuq?[81]
Qorxu
Qorxu, özü mənəvi kamillik olmaqdan əlavə, çoxlu nəfsi fəzilətlərin və nəfsi islah etmək üçün olan ən mühüm məsləhətlərdən birinin mənşəyidir. Bəlkə, onu bütün islahların, ruhi xəstəliklərin əlac və müalicə məbdəsi saymaq olar. Allaha inanan və Ona tərəf seyrdə olan insan, gərək bu mənzilə (qorxuya) çox əhəmiyyət versin. Ürəyində, Allahdan qorxunu çoxaldan və köklərini möhkəmlədən şeylərə diqqət etsin. Məsələn; əzab, cəza, ölümün şiddətli əzabı, öləndən sonra Bərzəxdə, Qiyamətdə və Siratda olan hallarını, hesabda əməllərin ölçüsünü, cəhənnəmin müxtəlif növ əzablarını yada salaraq, Allahın əzəmət, cəlal, qəhr və hakimliyini xatırlasın, istidrac, Allah tədbiri, pis aqibət və bunlar kimi şeyləri yada salmaqla, Allah qorxusunu ürəyində çoxaltsın.
Hədisdə[82] var ki, "İnsan günah etdiyi üçün, onunla behişt arasında olan fasilə, yerlə göyün arasında olan fasilədən çoxdur. Hər vaxt günahlardan peşiman olaraq, Allah qorxusundan ağlasa, behiştlə onun arasındakı fasilə yaxınlaşar və bu kipriklə gözün arasındakı fasilə kimi olar..."[83]
Bizim qüdrətlilərdən qorxmağımızın səbəbi təkcə onun qüdrətli olduğunu bildiyimiz üçündür. Amma insan qüdrəti, Allahın qüdrəti və hər şeyin Allah tərəfindən olduğunu bilərkən, daha başqasından qorxmur. Bizim (başqalarından) qorxularımızın səbəbi, qüdrətin vahid olmasını, onu bütün fərdlərin, cəmiyyətin, bizim hamımızın, bütün bəşəriyyətin xeyri üçün olduğunu başa düşməməyimizdəndir. Biz, həqiqətən bu mənanı dərk etsək və müşahidə etsək ki, hər nə var Allahdandır, hər nə var bizim xeyrimizədir və tərbiyəmiz üçündür, onda bu məsələlər həll olar.[84]
Riza
Riza, bəndənin Həqq Təaladan, Onun iradə və müqəddratına razı olmaqdan ibarətdir. Rizanın ən uca mərtəbəsi, insan kamilliyinin uca mərtəbəsindən, məhəbbət və cazibə əhlinin ən böyük məqamından ibarətdir.
Mə’lum olduğu kimi insan, fitri olaraq Mütləq Kamal olan Həqqə aşiqdir (əgər bunu özü bilməsə də) və o, Müqəddəs Zatı, Mütləq Kamil bilsə, cəmal və cəlal sifətlərini kamil bilsə, onda Həqqin işlərini gözəl və kamil görər.
Bəs, Həqqin Müqəddəs Zatına tapdığı eşq və razılığı (mütləq kamilliyin laziməsi olduğu üçün) bütün vücudu ilə hiss edər.
Belə bəndə, Allah Təala tərəfindən gördüyü və Ona nisbət verdiyi hər şeyə razılıq nəzəri ilə baxar, Həqq Təaladan və Onun işlərindən razı olar. Allahdan başqasına və ona bağlı olan şeylərə isə nifrət edər.
Bilmək lazımdır ki, riza və başqa nəfsani kamilliklər üçün çoxlu mərtəbələr və dərəcələr vardır.
Rizanın birinci mərtəbəsi odur ki, insan Allah rübubiyyəti və tərbiyəsi altına daxil olduqdan sonra, bu ilahi tərbiyəyə razı ola. Bunun əlaməti, təklifin çətinliyi ona ağır gəlməməkdən əlavə, ilahi əmrlərə şad və razı olmaq, onu can və ürəklə qarşılamaq, şəriətin qadağan etdiyi işlərdən qaçmaq və onlara nifrət etmək, özünün bəndəlik məqamına və Həqqin mövla olmasına sevinməkdir.
Rizanın ikinci mərtəbəsi, Həqqin qəza və qədərinə, yəni, qarşıya çıxan işlərə; istər xoşagələn olsun, ya xoşagəlməz, razı olmaq və Həqq Təalanın ona mərhəmət buyurduğu; istər bəla, xəstəliklər və sevdiklərinin aradan getməsi olsun, istərsə də onun qarşısında olan şeylər olsun, onun üçün bunların heç bir fərqi olmaması, onların hər birini, Allah Təalanın əta etdiyini hesab etməsi və onlara razı olmasıdır.
İnsanın, Həqq Təalanın Öz bəndəsinə qarşı rəhmət və mehribanlıq məqamına mərifəti olmasa və Allahın bu aləmdə mərhəmət etdiyi hər bir şeyin bəndələrin tərbiyəsi üçün və onların nəfsi kamilliyi üçün olduğuna imanı olmasa, rizanın bu (ikinci) məqamı hasil olmaz. İnsanın həm fəqirlik və kasıblıqla öz zati kamal məqamına çatması və həm xəstəlik və zəifliklə əbədi səadətə çatması mümkündür.
Bəli, Allahın məhəbbət cazibəsindən bəhrələnənlərin və mərifət nuru ilə ürəkləri nurani olanların, həmişə Həqqə ürəkləri xoşdur və Onun razılığı ilə mənusdurlar. Onlar, bizim kimi dünya zülmətində batmayıblar, fani dünyanın ləzzət və şəhvətləri, onların halını dəyişdirmir.
Ey əziz! Mütəal Allah, Öz qəzasını (olacağını) icra edəcək, istər biz onu kərahətlə və istər razılıqla qarşılayaq. İlahi təqdir, bizim istəyib-istəməməyiməzə, kərahət və ya razılığımıza bağlı deyil. İlahi əmr və qadağanları, qəzəb və kərahətlə qarşılamaqdan bizə qalan, yalnız imanın ürəyimizdən alınması olacaqdır.
Rəvayətdə var ki, imam Sadiqə (ə) ərz oldu: Mö’minin mö’min olması nədən bilinər? Buyurdu: "Allaha təslim olmağı və ona üz gətirən xoşagələn və xoşagəlməz işlərə razı olmaqlığı ilə.[85]" [86]
Haqq işin, acı dad dəstəsində gəlməsi mümkündür. Amma, haqq ardınca olan və Allah razılığı üçün iş görən kəs, gərək ona nə dedilər və nə deyirlər barəsində fikirləşməsin. Gərək, Allahı nəzərdə tutsun və Allah üçün işləsin. Hər kəs hər nə istəyir desin, yaxşı işlərin də müxalifləri vardır. Siz işlərinizin Allah yanında yaxşı və abırlı olması barədə düşünün.[87]
Şükr
Şükr, ne’mət verənə verdiyi ne’mətinə görə təşəkkür etmək və qədirdanlıq bildirməkdir. Bu təşəkkürün təsiri, ürəkdə bir cür, dildə bir başqa cür, fellərdə və qalibi əməllərdə bir ayrı cür aşkar olur. Amma ürəkdə onun təsiri xüzu, xüşu, məhəbbət, xovf və bunun kimi şeylər, dildə, səna, mədh və həmd, bədən üzvlərində isə, itaət və bədən üzvlərini, Ne’mət Verənin razılığında işlətmək və bunlar kimi şeylərdir.[88] Bütün bəşər ailəsinin onda müvafiq və şərik olduqları fitri işlərdən biri, ne’mət sahibinə tə’zim və təşəkkür etməkdir. Dünya əhlinin, ne’mət sahiblərinə və öz dünyadakı ağalarına etdikləri bütün təşəkkürlər də elə həmin ilahi fitrətə üzündəndir. Tələbələrin müəllim və alimlərə etdikləri təşəkkür və tə’zim də bu fitrət əsasındadır.
Ey hicablanmış biçarə insan, Allahın minnətsiz nemətlərində bir ömür keçirdin, sonsuz rəhmətləri ilə üzləşdin və öz Ne’mət Sahibini tanımadın, kor-koranə başqalarından sitayiş etdin, nakəslərə əyildin! Bəli, düzdür ki, məxluqdan təşəkkür etmək lazımdır, necə ki, buyurublar: "Hər kim məxluqa (etdiyi yaxşılıqlarına görə) təşəkkür etməsə, Yaradana şükr etməyibdir".[89] Lakin bu təşəkkür, Allah Təalanın onları nemətin çatdırılmısında vasitə qərar verdiyi üçündür, daha onlara təşəkkür etməklə, Yaradanı və Ruzi Verəni görməmək və Ondan xəbərin olmamaq üçün deyil. Əgər belə olsa, yəni məxluqa şükr edib, əsil səbəbkar olan Yaradanı yaddan çıxarsa və görməsə, bu, Ne’mət Verənin ne’mətinə küfr etməkdir.[90]
İşi, Allah üçün yerinə yetirərkən, istər biz qalib olaq, ya olmayaq, işlərimiz Allah üçündür. Biz təklifimizi yerinə yetirdik. Biz təklifimizi yerinə yetirmək istəyirik. Mənsəb və məqam qazanmaq üçün etmirdik. Təkcə sizlər deyil, biz də bilirik ki, Allah şükrünün öhdəsindən gələ bilmərik. Mən özümü deyirəm: şəhadət verirəm ki, indiyə kimi Allah üçün iki rəkət namaz qılmamışam. Hər nə olub, nəfs üçün olub. Dəlili də budur ki, Cənnət və Cəhənnəm, od olmasa biz yenə beləcə düaya məşğul olarıqmı? Bizim düamız odur ki, var və onun üçündür ki, Allah Təbarək və Təala, bizə inayət etsin, cənnəti bizə ruzi etsin, cəhənnəmdən uzaq etsin. Bizim amalımızın nəhayəti budur. Əməllərimizin Allah üçün olması, o vaxt mə’lum olar ki, Cənnət və Cəhənnəmin açarını bizə versələr və desələr ki, siz ixtiyar sahibisiniz və sizin heç biriniz cəhənnəmə getməyəcək və heç biriniz cənnətdən məhrum deyilsiniz. O vaxt, biz şəhvətimizin əksinə çıxacağıqmı və namaz qılacağıqmı? Bunlar, bizə mə’lum olan şeylərdir. Mən özüm bilirəm ki, belə deyil, belə deyiləm.[91]
Biz gərək xidmətçi olaq; həqiqi bir xidmətçi və nə qədər xidmət etsək, yenə də azdır. Bizim, Allah şükrünü yerinə yetirə bilməməyimizin səbəbi, Allah şükrünü yerinə yetirməkdə çox aciz olmağımızdır. Lakin, bu qəhrəman və məzlum millətə təşəkkür etmək, Allaha şükrün özüdür. Hər kəs bunlara təşəkkür etməsə, Allah şükrünü yerinə yetirməmiş olur. Çünki bunlar Allah bəndələridirlər. Bunlar, bu ölkəyə, Allaha xatir xidmət edən kəslərdirlər. Şükr, bizim bunlara xidmət etməyimizdir. Hər kəs, hər hansı məqamdadırsa, xidmət etsin.[92]
Təslim
Təslim, nəfsi sağlamlıqdan, eyib və xəbis adətləri ondan təmizlədikdən sonra, ürəyin Həqqə etimadı və inanmağıdır. Çünki ürək sağlam olsa, Həqqə təslim olar.
Təslim, mö’minin gözəl sifətlərindən biridir. Həqqə və Onun övliyalarına sözsüz təslim olan, onların ardınca mələkuti bir seyr edən şəxs, tezliklə öz məqsədinə çatar. Ona görə də, ariflərdən bə’ziləri deyirlər ki, mö’minlər öz məqsədlərinə həkimlərdən (filosoflardan) yaxındırlar. Çünki mö’minlər ayaqlarını peyğəmbərlərin ayaq yerlərinə qoyurlar, həkimlər isə təkcə öz ağıl və fikirləri ilə seyr etmək istəyirlər. Əlbəttə, ilahi hidayətçilərə tabe olanlar, ən yaxın yol olan, düz yol ilə öz məqsədlərinə çatarlar və onlar üçün heç bir təhlükə yoxdur. Amma öz ayaqları ilə seyr edənlərin (öz ağıllarına arxayın olanların), həlakətə düşmələri və düz yolu itirmələri mümkündür.
Xəstə insan, gərək təcrübəli təbib tapmağa çalışsın. Mahir bir təbib tapdıqda isə, onun nüsxələrinə etiraz etsə və təslim olmasa, öz ağlı ilə özünü müalicə etmək istəsə, həlakətə düşər. Mələkuti seyrdə insan, gərək o yolun hidayətçisini və bələdçisini tapsın. Hidayətçi tapdıqda isə, gərək ona təslim olsun, nəfsini paklamaqda və bu yolun seyrində onun ardınca getsin, ayağını onun ayağının yerinə qoysun.
Biz, Peyğəmbəri-Əkrəmi (s) bu yolun hidayətçisi tapdığımız üçün və onu bütün ilahi maarifi bizə çatdıran bildiyimiz üçün, gərək mələkuti seyrdə ona heç bir etiraz etmədən tabe olaq.
Biz xəstələr və yol azmışlar, gərək mələkuti seyrin və öz ürək xəstəliklərimizin nüsxəsini hidayət yolunun bələdçilərindən, nəfs təbiblərindən, ruh həkimlərindən alaq və tövhid sirlərinə yetişmək olan məqsədimizə çamaqda, o nüsxəyə əməl edək. Bəlkə, həmin təslim, Allah dərgahında ruhi xəstəliklərimiz üçün məsləhətli və nəfsimizin paklığı üçün layiqli ola, batinimizin nuraniyyətini hər an artıra.
Sağlam ürək, onda Allahdan başqası olmayan, şəkk və şəriklər qoşmaqdan xalis olan ürəkdir. İlahi övliyaların sifarişi olan “dünyadan üz çevirmək” onun üçündür ki, ürəklər dünyadan ayrılsınlar və “Allahla görüş” məqamının həqiqəti olan axirətə, özlərini hazırlasınlar. Bəlkə, bütün şəriət və dinlər, bütün əxlaq və hökmlər, başlanğıc və sonlar, razılıqlar hamısı “Allahla görüşü” hazırlamaq üçündür. Bu hər şeydən əsli olan məqsəddir və kamil həqiqətə təslim olmaq, bütün bu mə’naları öhdəsinə götürür.
Bütün şərik qoşmalar və şəklər, insanın öz ruhunu, Mütləq Sahib olan Həqq Təalaya təslim etməməkdən irəli gəlir. Ruh təslim olsa, bütün vücud məmləkəti təslim olar. Beləliklə, zahiri əzalar və qüvvələr də təslim olar. Onların təslim olmaları, özlərindən heç bir hərəkət və duruş etməmləri və onların alınıb-verilməsi, Həqq Təalanın iradəsi altında olmalarıdır.[93]
İslam Peyğəmbəri (s) və ondan sonra olan haqq və doğru rəhbərlər, bütün etiqadların əsli və kökünün (və bizim etiqadlarımızın ən dəyərlisi və ən mühümmü) tövhid prinsipləri olduğunu bəyan ediblər. Bu prinsipə uyğun olaraq biz, bütün varlıq aləmini və insanı yaradan, Allah Təalanın Müqəddəs Zatı olduğuna, Onun bütün həqiqətlərdən xəbərdar, hər şeyə qadir, hər şeyin sahibi olduğuna inanırıq. Bu prinsip, bizə insanın təkcə Zati Əqdəs Həqq qarşısında təslim olmasını və heç bir insandan itaət etməməsini öyrədir. Təkcə o kəslərdən itaət oluna bilər ki, ona itaət etmək, Allaha itaət etmək olsun (yəni, onlardan itaət etməyi Allah əmr etmiş olsun). Ona görə də heç bir insanın, bir başqasını öz qarşısında təslim olmağa məcbur etməyə haqqı yoxdur. Biz, bu etiqad prinsipindən, bəşərin azadlıq prinsipini, öyrənirik ki, heç bir fərdin, bir insanı, ya bir fərdi, ya bir milləti və dövləti azadlıqdan məhrum etməyə haqqı yoxdur. Onun üçün qanun qoymağa haqqı yoxdur. Onun rəftar və rabitəsini öz naqis ağıl və dərki ilə, ya öz istək və meyillərinə uyğun tənzim etməyə haqqı yoxdur. Bu prinsipdən biz, yenə etiqad və inanc tapırıq ki, varlıq və xilqət qanunlarını Allah özü müqərrər etdiyi, insan və cəmiyyətin səadət və kamalı yalnız ilahi qanunlardan itaət etməyin girovunda olduğu və peyğəmbərlər vasitəsi ilə insanlara çatdırdığı kimi, bəşər üçün qanun qoymaq da, yalnız Allahın ixtiyarındadır.
Bəşərin süqutunun və geri qalmasının səbəbi, onun azadlığının əlindən alınması və başqa insanlar qarşısında təslim olmasıdır. İnsan, gərək bu əsarət bəndləri və zəncirləri əleyhinə və onu əsirliyə dəvət edənlər qarşısında qiyam etsin, özünü və öz cəmiyyətini azad etsin ki, hamılıqla Allahın təslimi və bəndəsi olsunlar. Buna görədir ki, özbaşına qüdrətlər, zorakılar və istismarçılara qarşı bizim ictimai mübarizəmiz başlayır.[94]
[1] Əli (ə) buyurur: "Allah Peyğəmbəri (s) məni Yəmənə göndərərkən buyurdu: Ey Əli! Heç kimi İslama dəvət etməyincə, onunla müharibə etmə! And olsun Allaha ki , əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, bu sənin üçün günəşin üzərlərinə işıq saldığı və qürub etdiyi şeylərdən (ki sənin o şeyləri ələ gətirməyə haqqın var) yaxşıdır." "Füruği Kafi" 5-ci cild.
[3] Cəmil ibn Dərrac deyir: İmam Sadiq (ə) buyurdu: Can bura çatarkən (əli ilə boğazına işarə etdi) alim üçün tövbə yeri qalmır. Sonra həzrət bu ayəni tilavət etdi: "Tövbə yalnız o kəslər üçündür ki, bilməməzlik üzündən pis əməllər ediblər." "Nisa" surəsi: ayə 17.
"Vəsailuş-şiə" 18 ci cild, Kitabul qəza.
[4] Həfs ibn Qiys deyir: İmam Sadiq (ə) buyurdu: "Ey Həfs, alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar." "Üsuli-Kafi" 1-ci cild. Fəzlül elm kitabı.
[5] Rəsuli Əkrəm (s) buyurur: "Mənim ümmətimdən iki dəstə vardır ki, onlar saleh olsalar ümmət də saleh olar və fasid olsalar ümmət də fəsad edər. Soruşdular ki, onlar kimlərdirlər? Buyurdu: Alimlər və hakimlər." "Xisal", babul isnəyn, 37-ci səh. "Tühəfül-üqul" səh. 50.
[6] Süleym ibn ƏlHilali deyir: Həzrət Əmir əl-mö'minindən (ə) eşitdim, Peyğəmbərdən (s) hədis deyirdi ki, o həzrət kəlamında buyurdu: "Alimlər iki dəstədirlər: öz elminə əməl edənlər, onlar nicat tapıblar və öz elminə əməl etməyənlər, bunlar isə həlak olublar. Həqiqətən cəhənnəm əhli öz elminə əməl etməyən alimin pis iyindən əziyyət çəkirlər." "Üsuli-Kafi" 1-ci cild. Fəzlul elm kitabı.
[7] İmam Sadiq (ə) buyurdu: "Camaatı yaxşılığa dəvət ediniz. Amma dilinizlə yox. Belə ki, camaat sizdə düzgünlük, doğruçuluq və təqva görsünlər." "Üsuli-Kafi" 3-cü cild.
[8] "Qürərül-Hikəm" 7-ci cild. səh.269.
[9] O cümlədən; Mühəmməd ibn Əbdül Vəhhab (vəhhabi firqəsinin təşkilatçısı), Şeyx Əhməd Ehsayi, Seyid Kazim Rüşti (şeyxiyyə firqəsinin təşkilatçıları), Əhməd Kəsrəvi, Qulam Əhməd və s. adlarını çəkmək olar.
[10] Həzrəti Ayətüllah Hacı Şeyx Əbdül Kərim Hairi Yəzdi.
[11] Əbu Cəfər Mühəmməd ibn Həsən (385-460 h.q), Şeyxül Taifə ləqəbi ilə tanınmış və şiənin dahi alimlərindəndir. O, öz dövrünün fəqihlərinin və kəlam alimlərinin başçısı olub. Ədəbiyyat, rical, təfsir, hədis elmlərində də çox qüvvətli bir alim olub. Şeyx Tusi şiənin dörd əsli kitabından ikisinin: “İstibsar” və “Təhzibin” sahibidir. O Nəcəf şəhərini şiənin elmi mərkəzi qərar verdi.
[12] Feyz Kaşani, "Kəlimati məknunə", səh .123.
[13] "Məcməül bəyan","Qələm" surəsinin 4-cü ayəsinin təfsirində
[14] Allahın mübarək adlarından biridir və “Ürəklərdə dəyişiklik yaradan” mənasınadır.
[15] "Məryəm" surəsi : ayə 96.
[16] Əli (ə) buyurur: "Əgər elm daşıyıcıları onu layiq olduğu kimi, aparsalar, həmişə Allah , Onun mələkləri və itaətkar bəndələri onları sevəcəklər. Amma onlar elmi dünya qazanmaq üçün istəsələr, Allah onlara qəzəblənəcək və camaat arasında rüsvay edəcək." "Tühəfül-üqul" səh. 201.
[17] Şeyx Səduqun "Sifatuş-şiə" kitabı.
[18] "Sad" surəsi: ayə 64.
[19] İmamların (ə) birindən Məryəm surəsinin 71-ci ayəsi barəsində soruşulduqda o həzrət bu cavabı buyurdu. "Elmul-yəqin kitabı" 2-ci cild, səh.917.
[20] "Ali İmran" surəsi: ayə 182.
[21] "Kəhf" surəsi: ayə 49.
[22] "Zilzal" surəsi: ayə 7-8.
[23] "Fussilət" surəsi: ayə 21.
[24] "Nəbə" surəsi: ayə 23.
[25] "Mücadilə" surəsi: ayə 22.
[26] Hicri-qəməri tarixi ilə Ramazan ayından qabaqkı ay.
[27] "İqbalul-ə`mal", səh. 689.
[28] Mizban: qonaq sahibi, qonaqlığa dəvət edən şəxs.
[29] "Vəsailuş-şiə", 7-ci cild.
[30] İmam Muhəmməd Baqir (ə) Rəsuli-Əkrəmdən (s) nəql edir ki, o həzrət buyurdu: "Sizə mö’min kəsdən xəbər verməyim? Mö’min o kəsdir ki, mö’minlər onu öz can və mallarına əmin qərar verələr. Sizə müsəlman şəxsdən xəbər verməyim? Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən amanda olalar." "Üsuli-Kafi" 3-cü cild.
[31] Allahdan başqa mə`bud yoxdur.
[32] "Rum" surəsi: ayə 10.
[33] "Tövbə" surəsinin 105-ci ayəsində buyurulur: “Və ey Peyğəmbər, de: "(hər nə istəyirsiniz) edin. Allah və Onun Peyğəmbəri və mö’minlər sizin əməllərinizi görürlər. Tezliklə gizli və aşkarı bilən Allaha tərəf qaytarılacaqsınız. Sonra sizin bütün etdiklərinizi xəbər verər."
Əbu Bəsir, imam Sadiq (ə) dan rəvayət edir ki, imam buyurdu: “Bütün yaxşı və pis bəndələrin əməlləri hər gün sübh, Allah Peyğəmbərinə (s) göstərilər. Bəs qorxun. Budur Mütəal-Allahın kəlamının mənası ki, buyurur: (hər nə istəyirsiniz) edin. Allah və Onun Rəsulu (s) sizin etdiklərinizi görür.” "Üsuli-Kafi" 1-ci cild.
[34] "Füruği-Kafi" 4-cü cild.
[35] "Şəbaniyə" münacatından
[36]"Tin" surəsi: ayə 5.
[37] "Tin" surəsi: ayə 4.
[38] "Ə’raf" surəsi: ayə.176.
[39] "Bəqərə" surəsi: ayə 257.
[40] "Nəhcül-bəlağə" 215-ci xütbə
[41] "Qəsəs" surəsi: ayə 88.
[42] "Qaf" surəsi: ayə 18.
[43] Oyanmaq və ayılmaq
[44] "Vəsailuş-şiə" 8-ci cild.
[45] "Əsr" surəsi.
[46] Dünya və axirətinizin hər ikisi əlinizdən gedibdir.
[47] "Biharul-ənvar" 70-ci cild.
[48] Rəvayətdə gəlib ki, Əmir əl-mö’minin Əli (ə) buyurdu: “...istiğfar uca məqamlıların dərəcəsidir və o, altı mənayadır: 1-keçmiş əməllərdən peşiman olmaq; 2-əbədi olaraq o əməllərə qayıtmamaq... ” "Nəhcül-bəlağə" 409-cu hikmət.
[49] İmam Baqirdən (ə) rəvayət olub: “Bütün bəndələrin ürəyində ağ bir nöqtə var. Günah edərkən orada qara bir nöqtə yaranır. Əgər tövbə etsə o qara nöqtə aradan gedir. Amma əgər günaha davam etsə, o qaralıq bir az da artır və ağ yerin hamısını örtür. Ağ yer örtüləndən sonra o ürəyin sahibi heç vaxt yaxşılığa qayıtmır... ”. "Üsuli-Kafi" 3-cü cild.
[50] "Bəqərə" surəsi: ayə 250.
[51] "Şərhi hədisi cünudi əql və cəhl", səh. 78.
[52] "Şərhi hədisi cünudi əql və cəhl" 53-cü səh.
[53] "Əsr" surəsi: ayə 1-2.
[54] "Şərhi hədis cünudi əql və cəhl."
[55] "Şərhi çehel hədis", səh.5.
[56] "Şərhi çehel hədis", səh. 37.
[57] "Həşr" surəsi: ayə 18 "يا ايّها الّدين آمنوا اتّقوا الله "
[58] Cübh açılandan gün çıxana qədər olan vaxta iki tülunun arası deyilir
[59] "Həşr" surəsi: ayə 21.
[60] "Ə’raf" surəsi: ayə 179.
[61] "Şərhi hədisi cünudi əql və cəhl."
[62] Yəqzə: insanın qəflətdən oyanma halına deyilir.
[63] "Üsuli-Kafi" 2-ci cild , səh. 453.
[64] "Ali-İmran" surəsi: ayə 54.
[65] "Şərhi çehel hədis", səh.272.
[66] "Səhifeyi imam" 14-cü cild, səh.463.
[67] "Şərhi çehel hədis", səh.289.
[68] "Səhihi Müslim" 4-cü cild, kitabi şer, səh.422, 3-6 cı hədis.
[69] İlahi səndən başqa heç bir məbud yoxdur. Sən paksan, həqiqətən mən özümə zülm edənlərdənəm. "Ənbiya surəsi": ayə 87.
[70] Divani Hafiz, "Təshihi Qəzvini və Ğəni", çapi məclis, səh. 267.
[71] "Şərhi cünudi əql və cəhl" səh.124.
[72] "Təfsiri Qumi" 2-ci c, səh.422.
[73] "Səhifeyi imam" 4-cü c, səh.34.
[74] "Hücərat" surəsi: ayə 13.
[75] "Səhifeyi imam" 6-cı cild, səh 31.
[76] "Şərhi çehel hədis", səh. 214.
[77] Allahın güc və qüvvəsindən başqa güc və qüvvə yoxdur.
[78] "Ənfal" surəsi: ayə 2-4.
[79] "Mücadilə" surəsi: ayə 10, "Ali-İmran": ayə 122 və 160, "Tövbə" surəsi: ayə 51-ə müraciət olunsun.
[80] "Üsuli-Kafi" 2-ci cild, səh.55.
[81] "Şərhi hədisi cünudi əql və cəhl" səh 129 və 209.
[82] "Vəsailuş-şiə" 11-ci cild, səh. 178.
[83] "Şərhi çehel hədis", səh.481.
[84] "Səhifeyi imam" 19-cu cild, səh.355.
[85] "Üsuli Kafi" 2-ci cild.
[86] "Şərhi hədisi cünudi əql və cəhl", səh 161.
[87] "Səhifeyi imam" 19-cu cild, səh. 223.
[88] "Şərhi çehel hədis", səh. 343.
[89] "Kənzül -Ümmal" 3-cü cild, 6443-cü hədis.
[90] "Şərhi hədisi cünudi əql və cəhl."
[91] "Səhifeyi imam" 20-ci c, 280-cı səh.
[92] "Səhifeyi imam" 20-ci c, 126-cı səh.
[93] "Səhifeyi imam", 20-ci cild, səh.126.
[94] "Səhifeyi imam" 5-ci cild, səh 387.